Month: February 2025

  • “Sumqayıt” yarımmüdafiəçi Jordan Rezabala ilə yolları ayırdı

    “Sumqayıt” futbolçusu Jordan Rezabala ilə yollarını ayırıb.

    Bu barədə “gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Müqavilə müddəti başa çatan yarımmüdafiəçi ilə yeni anlaşma əldə olunmayıb.

    Qeyd edək ki, ekvadorlu oyunçu 2024-cü ilin fevralında “Sumqayıt”a keçmişdi.

  • Orban: “Tramp indidən dünyanı alt-üst edib”

    Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra dünya siyasətində böyük dəyişikliklərin baş verdiyini deyib.

    Median.Az abcgazetesi.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, D.Trampın prezidentlik dövrü sürətlə və təsirli başlayıb.

    V.Orban bildirib: “Prezident cəmi 14 gündür vəzifədədir, ancaq indidən dünyanı alt-üst edib. Dekabrdan bu yana qədər dünya xeyli dəyişib. Məqsədimiz Brüsseldəki bürokrartların nə düşünməsindən asılı olmayaraq, Macarıstanın bu dəyişikliklərdən qazanclı çıxmasını təmin etməkdir”.

  • Врач назвал возможные причины хруста в коленях

    Хруст в коленях может указывать на плоскостопие, артроз и артрит.

    Об этом рассказал gazeta.ru российский врач-остеопат Дмитрий Симкин.

    “Хруст в коленях – явление довольно частое, но не всегда связанное с заболеваниями. Например, нормальным считается мягкое похрустывание во время приседаний. Проблема характерна для людей, которые лишь недавно начали заниматься спортом, и при регулярных тренировках проходит сама по себе. Насторожиться стоит, когда хруст или щелчки возникают при обычной ходьбе. Особенно, если звуки наблюдаются только в одном колене. Это может указывать на дистрофические изменения, которые связаны с недостатком кровоснабжения и нарушением питания сустава. В большинстве случаев речь идет об артрозе”, – объяснил врач.

    Артроз часто развивается на фоне недостаточной физической активности и избыточного веса. Спровоцировать болезнь также могут различные травмы: как самого колена, так и других частей тела.

    “Хруст в сочетании с болью, отеком и покраснением колена уже может указывать на воспаление сустава, вызванное артритом. В отличие от артроза, заболевание не связано с нарушением кровоснабжения. Артрит часто развивается на фоне аутоиммунных и инфекционных патологий, а также при подагре и других нарушениях обмена веществ в организме”, – отметил Симкин.

    Еще одна возможная причина хруста в коленях – плоскостопие первичного или вторичного типа. В этом случае проблема решается обращением к ортопеду или остеопату.

    “Ортопедическое лечение включает ношение специальных стелек и различные препараты (как внутрь, так и наружно) для восстановления питания и улучшения эластичности структур сустава. Остеопатическое лечение направлено на устранение натяжения фасций в теле и нормализацию взаимного расположения костей стопы и голени. Это позволяет восстановить траекторию движения сустава и его кровоснабжение, а еще – повысить эффективность медикаментозной терапии”, – заключил доктор.

  • Dizlərdəki xırçıltının səbəbləri açıqlandı

    Çoxumuz dizlərdə xırçıltı hadisəsi ilə qarşılaşmışıq. Bəs bu narahatlıq üçün səbəbdirmi?

    Median.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, rusiyalı osteopat həkim Dmitri Simkin bununla bağlı danışıb.

    Mütəxəssis bəzi hallarda, xüsusilə də yeni başlayan idmançılarda xırçıltının normal hesab olunduğunu bildirib.

    “Lakin səslər adi gəzinti zamanı, xüsusilə bir dizdə yaranırsa, bu ciddi problemlərin əlaməti ola bilər”, – deyə o xəbərdarlıq edib.

    Mütəxəssisin sözlərinə görə, dizlərdə xırçıltı çox vaxt yastı pəncəlik, artroz və artrit kimi xəstəlikləri göstərir.

    “Artroz fiziki aktivliyin çatışmazlığı, artıq çəki və zədələr səbəbindən inkişaf edir. Bu, oynağın qan təchizatı və qidalanmasının pozulması ilə əlaqədardır. Artrit isə iltihab nəticəsində yaranır, bu da autoimmun və infeksion patologiyalar, podaqra və digər maddələr mübadiləsi pozğunluqlarının nəticəsi ola bilər”.

    Həkim bildirib ki, yastı pəncəlik – xırçıltının digər mümkün səbəbidir.

    “Bu halda ortoped və ya osteopata müraciət etmək lazımdır. Ortopedik müalicə xüsusi təlimatlara əməl etməyi və oynağın vəziyyətini yaxşılaşdırmaq üçün dərmanların qəbulunu əhatə edir. Osteopatiya fassiyaların gərginliyinin aradan qaldırılmasına, həmçinin pəncə və baldır sümüklərinin vəziyyətinin normallaşdırılmasına yönəlib ki, bu da qan təchizatını bərpa etməyə, dərman müalicəsinin effektivliyini artırmağa imkan verir” – deyə həkim izah edib.

  • Azərbaycanda bağlanmış iki bankın əmlakları hərraca çıxarılır

    Fevralın 6-da “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Zamin Bank” və “Atabank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

    Bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Söhbət “Zamin Bank”a məxsus Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, ev 11 ünvanındakı dəyəri 53 min manat olan 41.4 kvadratmetrlik mənzildən və “Atabank”a məxsus Şirvan şəhəri, Heydər Əliyev prospektindəki dəyəri 430 min manat olan 275.7 kvadratmetrlik əsas, 39 kvadratmetrlik köməkçi sahədən ibarət qeyri-yaşayış binasından gedir.

  • Mario Balotelli yenə klubunu dəyişir

    “Cenoa”nın 34 yaşlı hücumçusu Mario Balotelli karyerasını A seriyasında çıxış edən digər klub – “Venesiya”da davam etdirə bilər.

    Bu barədə “Sky Sport Italia” məlumat yayıb.

    Daha əvvəl “Cenoa”nın idman direktoru Marko Ottolini forvardın klubdan getməyə yaxın olduğunu bildirmişdi. Balotelli özü də oyun müddətindən narazı olduğunu deyib.

    Xatırladaq ki, Balotelli oktyabrın sonunda “Cenoa”ya azad agent kimi keçib. Bu müddətdə 34 yaşlı futbolçu A Seriyasında 6 matçda iştirak edib və meydanda cəmi 56 dəqiqə olub, qol vurmayıb.

    Hazırda “Venesiya” İtaliya çempionatının turnir cədvəlində 19-cu yerdədir. Komandanın 23 oyundan sonra 16 xalı var.

  • İmişli rayonunda saxlanılan narkokuryerlərdən 12 kiloqram marixuana və metamfetamin aşkarlanıb

    İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Bakı şəhər sakinləri Anar Qadaşev və Elşad Bağırov rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onlardan 12 kiloqram marixuana və metamfetamin götürülüb.

    Araşdırmalarla onların maddi gəlir qarşılığında narkokuryerlik etdikləri müəyyən edilib.

    Faktla bağlı cinayət işi başlanıb, A.Qadaşev və E.Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • Abşeronda maşın ustası müştərinin avtomobilini qaçıraraq qəza törətdi

    Abşeron Rayon Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə təqsirləndirilən Mehman Dəmirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Mehman Dəmirova 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

    İttihama görə, hadisə 2023-cü il dekabrın 9-da saat 6 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində qeydə alınıb.

    Belə ki, maşın ustası (rəngsaz) olan Mehman Dəmirov rənglənməsi üçün ona avtomobil təmiri emalatxanasında saxlanılmış zərərçəkmiş Qalib Qayıbova (şərti) məxsus “KIA Sportage” maşınını talama məqsədi olmadan ələ keçirərək qaçırıb. O, idarə etdiyi maşını Ceyranbatan qəsəbəsindəki küçələrin birində idarəetməni itirərək yolun kənarında daş betona vurub. Nəticədə zərərçəkmiş şəxsə 17 760 manat məbləğində (xeyli miqdarda) ziyan dəyib.

    Hadisədən sonra Mehman Dəmirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

  • AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat bu vaxt açıqlanacaq

    Aktau yaxınlığında AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat yaxın günlərdə açıqlanacaq.

    Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.
    O qeyd edib ki, müxtəlif ölkələrdən olan mütəxəssislər demək olar işlərini bitiriblər.
    Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
     
    ///APA

  • Parisdə dəmiryol vağzalında atışma olub, yaralılar var

    Parisdə dəmiryol vağzalında atışma nəticəsində iki nəfər yaralanıb.

    APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
    “Le Parisien” qəzeti hadisənin şəhərin şərqindəki Austerlitz dəmiryol vağzalında baş verdiyini yazıb. Nəşrin məlumatına görə, naməlum kişi divarlara svastika çəkmək istəyərkən saxlanılıb. Patrul həmin şəxsə yaxınlaşanda o, silahı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tuşlayıb. Buna cavab olaraq isə təhlükəsizlik işçiləri atəş açaraq həmin şəxsi ağır yaralayıblar.
    Qəzet hadisə zamanı daha bir nəfərin yüngül xəsarət aldığını bildirib.