Month: February 2025

  • Tramp USAID-i Dövlət Departamentinin nəzarətinə verir

    ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAİD) tənqid edən prezident Donald Tramp onu Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırır və bunu yaxın günlərdə elan edəcəyi gözlənilir.

    APA xəbər verir ki, bu haqda “Reuters“ və “Politico” kimi bir sıra KİV-lər mənbələrə istinadən məlumat yayıb.
    Agentliyin veb-saytının ötən şənbə günündən artıq fəaliyyətini dayandırdığı, onun adının yazıldığı lövhələrin isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırıldığı bildirilir.
    Bundan başqa agentliyin “X”-dəki hesabı da ləğv edilib. İşçilərə bildirilib ki, qərargah fevralın 3-də bağlanacaq və işçilərin əksəriyyəti uzaqdan işləyəcək.
    “Associated Press“in məlumatına görə, USAID-in ən azı 56 yüksək vəzifəli əməkdaşı məzuniyyətə buraxılıb.

  • AFFA-da yeni baş katib, klub sayı artdı, limit ləğv olundu

    AFFA-nın inzibati binasında AFFA-nın prezidenti Rövşən Nəcəfin rəhbərliyi altında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

    Qaynarinfo xəbər verir ki, İcraçı vitse-prezident Sərxan Hacıyev iclasın gündəliyi barədə məlumat verib.
    Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub. Əvvəlcə AFFA-nın yeni baş katibinin təyinatı olub. İcraiyyə Komitəsi Cahangir Fərəcullayevin bu vəzifəyə təyin olunması barədə qərar qəbul edib.
    İclasda AFFA-nın 2025-ci il üçün büdcəsi təsdiqlənib.
    Həmçinin AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyası qəbul olunub.
    İclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub. 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.
    Eyni zamanda Misli Premyer Liqasında 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alınıb. Yeni mövsümdən legioner limitində aşağıdakı kriteriyalar tətbiq olunacaq:
    Oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola bilər.
    Meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər.
    Legioner futbolçular üçün rüsum aşağıdakı kimi olacaq:
    1 legionerdən 7 legionerə qədər: 5000 (beş min) manat
    8-dən 12-yə qədər: 10000 (on min) manat
    13-dən 15-ə qədər: 100000 (yüz min) manat
    16 və daha yuxarı: 200000 (iki yüz min) manat
    Öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək.
    Heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.
    İcraiyyə Komitəsi 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqavilə müddətinin “UEFA İnkişaf Turniri – 2025”də iştirakla əlaqədar mayın 1-dək uzadılması barədə qərar qəbul edib. Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.

  • На Солнце произошла серия мощных вспышек

    3 февраля на Солнце произошло семь вспышек предпоследнего класса мощности.

    Об этом стало известно из сообщения ТАСС, полученного от Института прикладной геофизики.

    Наиболее мощная вспышка произошла примерно в 7 часов утра по московскому времени (8:00 по Баку – ред.). Согласно данным Института прикладной геофизики (ИПГ), вспышка продолжалась в течение 12 минут.

    Согласно данным с сайта Лаборатории солнечной астрономии Института космических исследований РАН и Института солнечно-земной физики Сибирского отделения РАН, индекс вспышечной активности в данный момент составляет 8.7 по 10-балльной шкале. В ближайшие двое суток ожидается высокая вероятность вспышек класса Х.

  • Günəşdə güclü partlayışlar baş verdi

    Fevralın 3-də Günəşdə sondan əvvəlki güc sinfində olan 7 partlayış baş verib.

    Median.Az-ın “Komsomolskaya Pravda” nəşrinə istinadən xəbərinə görə, bu barədə Tətbiqi Geofizika İnstitutu və Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat dərc olunub.

    Məlumata görə, ən güclü partlayış Moskva vaxtı ilə təxminən səhər saat 7-də (Bakı vaxtı ilə 8-də) baş verib və 12 dəqiqə davam edib.

    Partlayış aktivliyinin indeksi hazırda 10 ballıq şkala üzrə 8.7-dir. Yaxın iki gündə “X” sinfindən partlayışların baş vermə ehtimalı yüksəkdir.

    Alimlərin fikrincə, Günəş aktivliyinin artması qlobal xarakter daşıyır. Ötən gün, fevralın 2-də ulduzun görünməyən tərəfində böyük partlayışlar, bu gecə isə daha bir partlayış qeydə alınıb. Aktiv mərkəzlər mərkəzi meridiana çıxıb ki, bu da onları maksimum təsir dövründə planetimiz üçün xüsusilə təhlükəli edir.

  • Bu şəxslər üçün tibbi arayış ödənişsizdir

    18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi icbari tibbi sığorta hesabına qarşılanır.

    Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
    Bundan başqa, hərbi xidmətə çağırılanların tibbi müayinəsi barədə arayışlar da icbari tibbi sığorta hesabına qarşılanır.

  • Bakıda müəllim faciəvi şəkildə həlak oldu

    Bakıda müəllim faciəvi şəkildə həlak olub.

    54 nömrəli tam orta məktəbin müəllimi Məryəm Novruzova avtomobil qəzasında vəfat edib. 
    O, sabah Masazır qəbiristanlığında dəfn olunacaq.
    Məlumata görə, M.Novruzova ibtidai sinif müəllimi olub.

  • Завтра в Евлахе возникнут перебои в подаче газа

    Завтра в Евлахе будет приостановлено газоснабжение.

    В связи с ремонтными работами с 09:30 будет приостановлена подача газа на ряд улиц города.
    Газоснабжение будет восстановлено в течение дня.

  • Sabah Yevlaxın bir hissəsində qazın verilişində fasilə olacaq

    Sabah Yevlax şəhərinin bir hissəsində qazın verilişində fasilə olacaq.

     Tərtər Regional Qaz İstismar İdarəsinin Yevlax Xidmət Sahəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:30-dan Yevlax şəhərinin bir sıra küçələrinə təbii qaz verilişi dayandırılacaq.
    Qazın verilişi gün ərzində aparılan işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

  • Şamaxıda FACİƏ: məktəbli uşaq zəhərlənib öldü

    Şamaxıda məktəbli uşaq ölüb. 

    Hadisə Şamaxı şəhərində qeydə alınıb. 
    9 yaşlı Maqsud İman oğlu Cəbrayıllı naməlum qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib. 

    Həkimlərin müdaxiləsinə baxmayaraq uşaq orasda ölüb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Sərhədyanı rayonlarda blok-post quraşdırılmayıb – DİN

    İnternet resurslarda Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, “Sərhəd-Sipər” şərti adı altında sərhədyanı rayonlarının ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır.
    Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır.