Month: February 2025

  • Bakıda 10 mərtəbəli yaşayış evində partlayış olub, xəsarət alan var

    Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küşəsində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

    Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

    Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər xəsarət alıb.

    FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  • Serxio Ramos yeni klubunda debüt oyununa çıxdı

    İspaniyalı futbolçu Serxio Ramos “Monterrey”in heyətində debüt edib.

    38 yaşlı müdafiəçinin komandası Meksika çempionatında “San Luis”ə qalib gəlib – 3:1.

    Meydana kapitan sarğısı ilə çıxan Ramos 80-ci dəqiqədə əvəz olunub, qonaqlar da yeganə qolu məhz bundan sonra vurublar.

    Oyundan sonra o, xoşbəxt olduğunu və futbol üçün darıxdığını bildirib.

    Qeyd edək ki, Ramos sonuncu dəfə 2024-cü ilin mayında “Sevilya”nın heyətində meydana çıxmışdı.

  • Riçard Almeydanın “Qarabağ”dan ayrılmasının SƏBƏBİ

    Futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın braziliyaəsilli sabiq futbolçusu Riçard Almeydanın klubdan ayrılmasının səbəbkarı məlum olub. Bu, onun xanımıdır.

    Median.Az Sportinfo.az-a istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi həyat yoldaşının təkidi ilə “Qarabağ”la müqaviləsinə 4 ay tez xitam vermək məcburiyyətində qalıb.

    Futbolçunun xanımı, həm Braziliyada qurduqları biznesi idarə etmələri, həm də orada yaşayan yaxınları üçün darıxdığını deyərək, Almeydanın məşqçi kimi burada qalıb akademiyada fəaliyyət göstərməsinin qarşısını alıb.

    Yığmamızın sabiq üzvü hələ uzun illər “Qarabağ”a xidmət etmək niyyətində olub və bunu klubun rəsmilərinə də bildirib.

    Almeyda artıq ölkəsinə qayıdıb və “Primavera”nın şərəfini qoruyur. Komanda hazırda A2 Liqasında mübarizə aparır.

    2012-2018-ci, 2019-cu və 2021-2025-ci illərdə Ağdam təmsilçisində çıxış edən “sambaçı” 376 oyunda 64 qol vurub. Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə “Qarabağ”ın formasını geyinib.

    O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

  • Zakir Həsənov kollegiya iclası keçirdi, göstərişlər verdi

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirlərinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda ötən ildə görülmüş işlərin yekunları təhlil edilib və 2025-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.

    Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ötən ildə ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan danışan müdafiə naziri Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları iştirakçılara çatdırıb.

    Müdafiə naziri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və regionun qlobal güc mərkəzinə çevrilməsində ölkəmizin müdafiə qüdrətinin əhəmiyyətini xüsusi vurğulayaraq, cari ildə Ordu quruculuğu istiqamətindəki perspektiv planlardan geniş söhbət açıb.

    General-polkovnik Z.Həsənov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına əsasən, ölkəmizin ərazi bütövlüyünün silahlı müdafiəsi və hərbi təhlükəsizliyinin təmin edilməsi, qoşunların döyüş imkan və qabiliyyətlərinin artırılması, yeni texnologiyalarla hazırlanan müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına qəbul olunması üzrə tədbirlər uğurla davam etdirilir.

    Daha sonra Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və Azərbaycan Ordusunda 2024-cü il ərzində xidməti-döyüş fəaliyyətləri təhlil edilib.

    Bildirilib ki, əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu sahəsində islahatlar inamla davam etdirilib.

    Kollegiya iclasında çıxış edənlər cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak etdiyini, müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının daha da yüksəldiyini qeyd ediblər.

    Qeyd olunub ki, 2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ötən il ərzində toplanışlara cəlb edilən 10.000-dən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin cari ildə də davam etdiriləcəyi vurğulanıb.

    Azad edilmiş ərazilərdə aparılan mühəndis tədbirləri, yeni yolların çəkilməsi və digər hərbi infrastrukturların yaradılması ilə bağlı aparılan işlər kollegiya iştirakçılarının diqqətinə çatdırılıb.

    Kollegiyada şəxsi heyətin sağlamlığının qorunması, praktiki məşğələlərin intensivliyinin artırılması, nizam-intizamın vəziyyəti məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

    Azərbaycan Ordusunda qoşunların təyin olunmuş normalara uyğun vaxtında bütün növ maddi-texniki vəsaitlərlə təmin edilməsi, şəxsi heyətin keyfiyyətli qidalanmasının təşkili, silahların, zirehli və avtomobil texnikasının daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması, hərbi hissələrin raket, döyüş sursatları və digər hərbi avadanlıqlarla təmin edildiyi bildirilib.

    Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, xüsusilə yüksək dağlıq ərazilərdə yerləşən döyüş mövqelərində ərzaq, əşya, yanacaq və odun ehtiyatının normalara uyğun yaradılması, şəxsi heyətin isti geyimlə tam təmin edilməsi və ümumilikdə maddi-texniki təminat üzrə ötən il ərzində qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib.

    Daha sonra hərbi təhsil sistemində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilib. Yeni hərbi kolleclərin yaradıldığı, hərbi akademik təhsil sisteminin müasirləşdirilməsi ilə bağlı zabit heyəti üçün bir neçə yeni kursların təsis edildiyi, hərbi uçot ixtisasları ilə ali təhsil proqramları arasında uyğunluğun təmin edilməsi məqsədilə yeni ixtisasların açıldığı diqqətə çatdırılıb.

    Şəxsi heyətin komplektləşdirilməsi istiqamətində ötən il ərzində bir çox yeniliklərin tətbiq edildiyi, intellektual qabiliyyətli bölmələrin yaradıldığı, eləcə də Azərbaycan Ordusunda ştatların optimallaşdırılması məqsədilə bir sıra struktur dəyişikliklərinin həyata keçirildiyi vurğulanıb.

    Kollegiyanın gedişində vəzifəli şəxslərin 2024-cü ilin yekunları və perspektiv planlara dair fikir və təklifləri dinlənilib.

    Yekunda çıxış edən general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyəti, eləcə də ötən ildə qazandığı nailiyyətlərin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində beynəlxalq əməkdaşlığın və birgə təlimlərin regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük töhfə verdiyini qeyd edib.

    2025-ci il üzrə planlaşdırılan fəaliyyətlərdən danışan nazir şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin effektivliyinin artırılmasının əhəmiyyətini bir daha vurğulayıb.

    Şərti dövlət sərhədində döyüş növbətçiliyinin təşkili, təhlükəsizlik qaydalarının daim diqqət mərkəzində saxlanılması, ayıq-sayıqlığın artırılması, qarşı tərəfin fəaliyyətinin fasiləsiz müşahidəsinin və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.

    Hərbi hissələrdə gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına, eləcə də ölkəmizdə qış aylarında havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarından qorunmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

    Müdafiə naziri qış mövsümündə Azərbaycan Ordusunun bölmələrinin təminat məsələlərinə ciddi nəzarət edilməsi, dayaq məntəqələri və döyüş mövqelərində yaradılan bütün növ ehtiyatların daim diqqət mərkəzində saxlanılması, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də tibbi təminat məsələlərinə dair aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

    Müdafiə naziri Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi, cari ildə bölmələrin döyüş hazırlığına və şəxsi heyətin fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi, eləcə də cari il ərzində qarşıya qoyulmuş vəzifələrin icrasının yüksək səviyyədə təmin olunması ilə bağlı tələblərini kollegiya iştirakçılarına çatdırıb.

    Kollegiya iclasının sonunda müdafiə naziri Azərbaycan Ordusunun bundan sonra da Ali Baş Komandanın və xalqımızın etimadını doğruldacağını əminliklə vurğulayıb.

  • Судебное заседание по делу Араика Арутюняна и других перенесено

    В связи со снежной погодой перенесено запланированное на сегодняшнюю дату судебное заседание по уголовным делам в отношении граждан Республики Армения Араика Арутюняна, Аркадия Гукасяна, Бако Саакяна, Давита Ишханяна, Давита Бабаяна, Левы Мнацаканяна и других, обвиняемых в совершении многочисленных преступлений против мира и человечности, военных преступлений, включая подготовку и ведение агрессивной войны, геноцид, нарушение законов и обычаев войны, а также терроризм, финансирование терроризма, насильственный захват власти или насильственное удержание власти и др.

    Как передает Report, судебное заседание перенесено на 27 февраля.

    Отметим, что 17 января начался открытый судебный процесс по уголовному делу, связанному с преступлениями против мира и человечности, военными преступлениями, совершенными армянским государством и его вооруженными силами против Азербайджана и азербайджанского народа, в том числе незаконными вооруженными формированиями, созданными Арменией на оккупированных территориях Азербайджана, в частности, в так называемой “нагорно-карабахской республике”.

    Напомним, на основании собранных достоверных доказательств по 2 548 эпизодам преступлений, совершенных вооруженными силами Республики Армения и незаконными вооруженными формированиями, 15 человек – Аркадий Аршавири (Аршавирович) Гукасян, Араик Владимири (Владимирович) Арутюнян, Бако Сааки Саакян, Давид Рубени Ишханян, Давид Клими (Климович) Бабаян, Лева Генрихи Мнацаканян, Давид Азати Манукян, Гарик Григори Мартиросян, Меликсет Владимири Пашаян, Давид Нельсони Аллахвердян, Гурген Гомероси Степанян, Левон Ромики Балаян, Мадат Аракели Бабаян, Василий Ивани Бегларян и Эрик Роберти Газарян были привлечены в качестве обвиняемых по статьям 100 (планирование, подготовка, развязывание и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное перемещение населения), 109 (преследование), 110 (насильственное исчезновение людей), 112 (незаконное лишение свободы вопреки нормам международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженного конфликта), 118 (мародерство), 120 (умышленное убийство), 192 (незаконное предпринимательство), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества/организации), 228 (незаконное приобретение, передача, продажа, хранение, перевозка или ношение оружия, его комплектующих частей, боеприпасов, взрывчатых веществ и устройств), 270-1 (действия, создающие угрозу авиационной безопасности), 277 (посягательство на жизнь государственного или общественного деятеля), 278 (насильственный захват власти и насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований и групп) и другим статьям Уголовного кодекса Азербайджанской Республики за периоды их участия в преступном сообществе.

  • Arayik Arutyunyan və digərlərinin məhkəməsi TƏXİRƏ SALINDI

    Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlərdə təqsirləndirilən Arayik Arutyunyan və digərlərinin məhkəməsi təxirə düşüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə Bakı Hərbi Məhkəməsində fevralın 24-nə təyin edilmiş məhkəmə prosesi Bakıdakı qarlı-şaxtalı hava şəraitinə görə təxirə salınıb.

    Növbəti məhkəmə prosesi fevralın 27-də keçiriləcək.

    Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Sürücü və piyadaların təhlükəsizliyi üçün yollar qardan təmizlənib – Video

    Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Xətai rayonunda polis əməkdaşları müvafiq icra orqanlarının kommunal təsərrüfat işçiləri ilə birgə zəruri tədbirlər görür.

    Yollarda və insanların intensiv hərəkət etdiyi yerlərdə gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

    Gecə saatlarında qarın yaratdığı problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilib.

    Sürücülərin və piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yollar və səkilər qardan təmizlənib, əraziyə duz qum qarışığı səpilib.

  • Eminin övladları ilə səmimi – FOTOSU

    Xalq artisti Emin Ağalarov övladları ilə bağlı paylaşım edib.

    İfaçı qızı Əminə və oğlu Əli ilə səmimi fotosunu sosial media hesabında izləyiciləri ilə bölüşüb.

    O, şəklə “unudulmaz anlar” qısa şərhini yazıb.

    Qeyd edək ki, Eminin Afina adlı daha bir qızı, Mikayıl adlı daha bir oğlu var.

  • Bakının bəzi yollarında sürət həddi endirildi

    Bakıda mövcud hava şəraiti ilə əlaqədar Zığ dairəsi- Hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti, əsas yolda 10 km/saat, Mərdəkan şosesi və Buzovna-Zağulba yolunda isə 20 km/saat endirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Bununla yanaşı, bütün tablolarda “ buzlu yol” işarəsi qoyulub.

    Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • Dövlət qurumunun adından vətəndaşı belə aldatmaq istədilər – VİDEO (TƏFƏRRÜAT)

    Paytaxt sakini dövlət qurumunun adından istifadə edilən dələduzluğa məruz qalıb.

    O, son anda adıçəkilən dövlət quruma, Azərpoçt-a zəng etməklə dələduzluq halından xilas ola bilib.

    Əli Eyvazlının sözlərinə görə, özünü alıcı kimi təqdim edən şəxsə bildirib ki, məhsulu gəlib yerində alsınlar. Lakin saxta alıcılar buna razı olmayıblar.

    Məsələ ilə bağlı “Azərpoçt” MMC dən “Xəzər Xəbər”ə bildirilib ki, Azərpoçt adından vətəndaşlar bir neçə formada aldadılır ki, bunlardan biri də ikinci əl məhsullarının satıldığı yerli onlayn satış platformalarıdır. Belə ki, öz malını satmaq istəyən şəxsə satış platforması üzərindən müraciət olunur, guya azərpoçt vasitəsilə də malın çatdırılması həyata keçirilir. Bunun üçün də onlayn ödəniş tələb edilir. Dırnaqarası alıcı, satan şəxsdən ödəniş etmək üçün kart məlumatlarını istəyir və bundan sonra dələduzluq prosesi reallaşır.

    Qurum, eyni zamanda vətəndaşları “Azərpoçt” MMC adından ediən bütün çağırışlara həssas yanaşmağı, eləcə də 169 çağrı mərkəzi, həmçinin rəsmi sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmağa çağırır.