Month: March 2025

  • ВС Армении вновь подвергли обстрелу позиции азербайджанской армии (ОБНОВЛЕНО)

    18 марта около 08:55 подразделения ВС Армении с территории населенного пункта Истису Басаркечярского района открыли огонь из стрелкового оружия по позициям азербайджанской армии.

    Об этом сообщает Минобороны Азербайджана.

    * * * * *

    ВС Армении в очередной раз подвергли обстрелу позиции азербайджанской армии.

    Как сообщает Median.Az со ссылкой на Минобороны Азербайджана, обстрел велся из стрелкового оружия с 22:15 17-го до 00:20 18 марта с перерывами.

    Позиции ВС Азербайджана обстреливались с территории населенных пунктов Арпа Кешишкендского района, Сайбалы Гаракильсинского района и Ваган Чемберекского района.

    Отметим, в последние дни ВС Армении регулярно подвергают обстрелу позиции азербайджанской армии.

  • Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub (YENİLƏNİB)

    Martın 18-i saat 08:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    * * * * * *

    Martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edilib

    Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Sənəd qəbulu cari ilin 30 aprel tarixinədək baş tutacaq.

    “Sənəd qəbulu 18 mart – 30 aprel tarixlərində (bayram və qeyri-iş günləri daxil) elektron qaydada, həmçinin 1 aprel – 30 aprel tarixlərində regional sənəd qəbulu mərkəzlərində olmaqla iki formada həyata keçiriləcək. Sənəd qəbulu mərkəzləri Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Quba, Ağcabədi və Şirvan şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək”, – nazirlikdən bildirilib.

    Qaydalara əsasən, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər, eləcə də Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) və “q” bəndinə (ştat ixtisarına görə) müvafiq olaraq ordu sıralarından ehtiyata buraxılmış 40 yaşı tamam olmayan hərbi vəzifəlilər qəbul edilir.

    Elektron qaydada müraciət etmək istəyən namizədlər mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Çavuş hazırlığı (MAHHXHQ)” hissəsinə keçid edərək elektron sənəd qəbulu portalından müvafiq sənədlərlə tanış ola və müraciət edə bilər.

  • Ruben Vardanyanın cinayət işi üzrə baxış iclası davam etdirilir

    Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.

    Qeyd edək ki, ötən prosesdə iş üzrə şahid qismində Kamo Eduardoviç Hayrapetyan və Muşeq Qurgenoviç Qriqoryan ifadə veriblər. Onlar Vardanyan tərəfindən Qarabağda olan əməllərindən danışıblar.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

    O, həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

  • Yalnız yumurta deyil: ABŞ-da daha bir məhsulun çatışmazlığı var

    ABŞ sakinləri təkcə yumurta çatışmazlığından əziyyət çəkmirlər.

    Qaynarinfo “The Economist”ə istinadən xəbər verir ki, ölkədə hazırda mal əti istehsalı qıtlığı yaşanır.

    Qeyd olunur ki, bir funt (0,45 kq) qiymə mal ətinin orta qiyməti 2020-ci ilin yanvarında 3,90 dollardan indi 5,60 dollara yüksəlib. Artan qiymətlər məhdud təkliflə birləşən yüksək tələbin nəticəsidir. Amerika mal-qara sürüsü on il əvvəl kifayət qədər sərmayə qoyulmaması səbəbindən kiçilib.

    İdxal vəziyyəti xilas etməli və gələcək qiymət artımlarını dayandırmalı idi. Bununla belə, ABŞ prezidenti Donald Tramp kənd təsərrüfatı məhsulları idxalına yeni yüksək tariflər tətbiq etmək istəyir. Bu, yəqin ki, mal ətinə də aid olacaq. Tramp fermerləri ölkədə satış üçün ərzaq yetişdirmək üçün “hazırlaşmağa” və “əylənməyə” çağırıb.

    Nəşrin fikrincə, məhdudiyyətlər yalnız qiymətləri qaldıracaq, səhmlərin satışını sürətləndirəcək və sənayeyə zərbə vuracaq investisiyaları ləngitəcək. Kənd təsərrüfatı məhsullarına yeni tariflər tətbiq edilməsə belə, Kanada və Meksikadan idxala 25%-lik rüsum bərpa oluna bilər. Və bu, bazara ağır zərbə vura bilər.

    Məsələn, bir inək süfrəyə çatana qədər sərhədi bir neçə dəfə keçə bilər. Çox vaxt buzovlar Meksikada yetişdirilir, sonra ABŞ-da kökəldir və kəsilmək üçün Kanadaya göndərilir, bundan sonra ət Amerikaya qaytarılır. Yeni tariflər qüvvəyə minərsə, bu sxem çökə bilər.

    Fevralın əvvəlində ABŞ-da restoranların milli yumurta qıtlığının qurbanı olduğu bildirildi. Sonra qiymətlər paket başına 7 dollara qalxıb. ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri olan amerikalı milyarder İlon Mask ciddi yumurta qıtlığı fonunda ABŞ-ın keçmiş prezidenti Co Baydeni toyuqları “öldürməkdə” ittiham edib.

  • ​Bakı Ağır Cinayətlər Məhkəməsində üç yeni hakim

    Bakı Ağır Cinayətlər Məhkəməsinə üç hakim ezam edilib.

    İş yükünün ağırlaşması səbəbindən belə qərar qəbul edilib.

    Yeni hakimlər Yevlax Rayon Məhkəməsindən Kamil Əliyev, Sabunçu Rayon Məhkəməsindən Nigar İmanova və Quba Rayon Məhkəməsindən Vüqar Seyidovdur.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev bir müddət əvvəl vəfat edib. Təqaüd yaşı çatdığından hakimlər-Azad Məcidov, Novruz Kərimov və Rasim Sadıxovun da icraatına artıq iş verilmir. Digər hakim Səbinə Məmmədzadə isə analıq məzuniyyətinə çıxıb.

  • Şirkət direktorunun telefonu və pul kartı oğurlandı

    “MH-DENT” MMC-də oğurluq hadisəsi baş verib.

    Qaynarinfo-nun məlumatına görə, şirkətin direktoru Hamlet Rzayev (ad şərtidir) “Samsung” markalı telefonu və plastik pul kartı oğulrlanıb. Həmin kart vasitəsi ilə 708 manatlıq alış-veriş edilib.

    Şirkət direktoru hadisə ilə bağlı polisə müraciət edib. Polis dərhal hərəkətə keçərək cinayətin üstünü açıb. Məlum olub ki, oğurluq hadisəsini əvvəllər məhkum olunmuş Samir Adilov (ad şərtidir) törədib.

    Ona Cinayət Məcəlləsinin 177.2.3, 177.2.3-1-ci maddələri ilə ittiham elan edilib. Cinayət işinin məhkəmə istintaqı Səbail Rayon Məhkəməsində aparılıb.

    Təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

  • “Yaxın zamanda müharibə ehtimalı yoxdur” – Politoloq

    “Mövcud şəraitdə Ermənistanın Azərbaycana qarşı hər hansı ciddi təxribata getməsi, yenidən müharibəni alovlandırması mümkünsüzdür”.

    Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov Ermənistanın yenidən Azərbaycanla sərhəddə təxribatlara əl atmasını şərh edərkən deyib:

    “Ermənistanın indiki hakimiyyəti orduya tam nəzarət edə bilmir. Bu səbəbdən də Ermənistan tərəfdən arada müəyyən təxribatlar törədilir”, deyə Abutalıb Səmədov əlavə edib.

    Ekspertin fikrincə, Paşinyan hökumətinin son addımları göstərir ki, onların gördüyü işlər daha çox daxili auditoriyaya istiqamətlənib:

    “Təlimlər keçirmək, Hindistandan 5-ci,6-cı dərəcəli silahlar almaq Ermənistan əhalisini sakitləşdirməyə yönəlmiş addımlardır. Paşinyan Azərbaycana qarşı müharibənin hansı nəticələrə gətirib çıxaracağını yaxşı başa düşür. Sülh sazişilə bağlı məsələ də demək olar həll olunub, bütün maddələr razılaşdırılıb. ABŞ prezidenti Donald Tramp tarixə sülhpərvər prezident kimi düşmək arzusundadır. Ona görə də o, müharibə ocaqlarında sülhün yaranması üçün əlindən gələni edir. Belə bir şəraitdə Ermənistanın Azərbaycana qarşı hər hansı ciddi təxribata getməsi mümkünsüzdür. Yaxın zamanlarda müharibə ehtimalı yoxdur”.

    Politoloq qeyd edir ki, Ermənistan Azərbaycanın gücünü yaxşı bilir. Bu səbəbdən də o, müharibə ehtimalını istisna edir:

    “Ermənilər xırda təxribatlardan o tərəfə keçməyəcəklər. Güman edirəm ki, yaxın zamanlarda sülh sazişinin imzalanması istiqamətində ciddi addımlar atılacaq”.

    Qeyd edək ki, Ermənistan bir tərəfdən, sülh mətni üzrə danışıqların başa çatdığını bəyan edir, digər tərəfdən isə Azərbaycana qarşı təxribatçı hərəkətlərdən də əl çəkmir. Dünən və bu gün Ermənistan tərəfi 4 dəfə təxribata əl atıb. ğ

    “İctimai TV” bu günlərdə Naxçıvanın Ermənistanla şərti sərhədində çəkiliş aparıb. Kanal erməni postlarını lentə alarkən onların mühəndis-istehkam işləri həyata keçirdiyinin şahidi olub. Bu faktlar onu göstərir ki, Bakı ilə sülh danışıqlarını yekunlaşdıran Ermənistanda əslində yeni müharibəyə hazırlıqlar gedir.

  • Bu tarixdən Gürcüstana qatarla gedib-gəlmək mümkün olacaq

    Azərbaycan-Gürcüstan arasında quru nəqliyyatının, o cümlədən dəmiryolu nəqliyyatının bərpa olunması artıq xeyli müddətdir ki, müzakirə olunur:

    Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

    O qeyd edib ki, tərəflərin təqdim etdiyi məlumatlara əsasən mayın 1-dən etibarən Bakıdan Tbilisiyə, eyni zamanda əksinə gedib-gəlmək mümkün olacaq:

    “Ümumiyyətlə, hər hansı rəsmi məlumat yayılırsa, adətən qarşı tərəflə razılaşdırılır. Mayın 1-dən dəmiryolu nəqliyyatının bərpa edilməsi məhz rəsmi məlumatdır. Bu, çox vacibdir. Azərbaycana ən çox gələn turistlər arasında gürcülər ilk üçlükdədir. Təbii ki, Azərbaycandan Gürcüstana gedən turistlərin sayı da kifayət qədər çoxdur. Gürcüstan vasitəsilə üçüncü ölkələrə gedən vətəndaşlarımızın sayı çoxdur. Dəmir yolu nəqliyyatından bərpa edilməsi daha ucuz qiymətə Gürcüstana, yaxud Gürcüstan üzərindən digər Avropa ölkələrinə  səfər imkanları artır. Gözləntilər ondan ibartədir ki, artıq ay yarımdan sonra Azərbaycan vətəndaşları qatardan istifadə etməklə Tbilisiyə gedə biləcəklər”.

    Xatırladaq ki, Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb. Bir müddət əvvəl Gürcüstan tərəfi qatarların mayın 1-dən fəaliyyətə başlayacağını açıqlayıb.

  • Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalıb?

    Bu il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub. Onlardan 879,5 min nəfəri dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Rəsmi statistik müqayisə göstərir ki, bu il yanvarın 1-nə nisbətən fevralın 1-də əmək müqaviləsi ilə çalışanların sayı 21 min 500 nəfər azalıb. Belə ki, məşğulluq sferası bu ilin ilk ayına 1 milyon 778 min 500 əmək müqavilələri ilə daxil olub.

    Bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

    O bildirib ki, həm dövlət, həm də özəl sektorda müqavilə ilə çalışanların sayında azalmalar qeydə alınıb:

    “Özəl sektorda müqavilələrin sayında azalma daha çox – 18 min 200 nəfər olub. Dövlət Statistika Komitəsi bir aylıq müqayisədə dövlət sektorunda əmək müqaviləsi ilə çalışanların sayında 3 min 300 nəfər azalma bəyan edib”.

    2025-ci ilin ilk ayında əmək müqavilələrinin sayında azalmanın daha çox özəl sektordakı dəyişikliklər hesabına baş verdiyini qeyd edən deputat əmək müqavilələrin sayının məşğulluğun rəsmilləşdirilməsi və daha çox iş yerlərinin yaradılması baxımdan vacib olduğunu vurğulayıb:

    “Dövlət sektorunda əmək müqavilələrinin sayının azalması struktur islahatları ilə bağlı olsa da, özəl sektordakı azalma daha çox mikrosahibkarların yaratdığı iş yerlərinin bağlanması ilə əlaqəli olduğu güman edilir. Belə ki, bu il yanvarın 1-dən etibarən mikrosahibkarlıq fəaliyyəti ilə məşğul olan illik dövriyyəsi 45 min manatdan çox olmayanlar vergi güzəştlərindən faydalanırlar. Həmin sahibkarların gəlirlərinə artıq 75 faiz güzəşt tətbiq olunmağa başlanılıb. 2024-cü ildə isə həmin güzəşti əldə etmək üçün ən azı 3 işçiyə malik olmaq tələbi var idi. Yeni ildən həmin tələb götürüldüyü üçün, güman edilir ki, bu, özəl sektorda əmək müqavilələrinin sayının azalmasına səbəb olub”.

    “Digər tərəfdən, əmək müqaviləsi ilə çalışanlar arasında dövlət sektoru yenə də üstünlük təşkil edir. Belə ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda 2 min daha az əmək müqaviləsi qeydiyyatdan keçib. Təbii ki, məşğulluqda özəl sektorun payının artırılması daha prioritet olmalıdır. Özəl sektorun məşğulluğun təminatında və yeni iş yerlərinin yaradılmasında drayverə çevrilməsi olduqca vacibdir”, – deyə V.Bayramov əlavə edib.