Month: March 2025

  • AYNA: Taksi xidmətlərinin qiymətləri rəqabət şəraitində formalaşır

    Azərbaycanda taksi xidmətlərinin qiymətləri rəqabət şəraitində formalaşır.

    Bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.

    “Taksi xidmətinin keyfiyyəti təkcə sərnişini daşıyan avtomobilin nə qədər rahat və ya yeni olmasından deyil, daha çox sürücünün peşəkarlığından və mədəniyyət səviyyəsindən, onun yol hərəkəti və təhlükəsizlik qaydaları haqqında biliklərindən asılıdır. Bakıda taksi xidməti sahəsində islahatlar prosesində mühüm amillərdən biri də taksi sürücülərinin və ya bu sahədə fəaliyyətə başlamaq istəyən şəxslərin təlimlərə cəlb edilməsi, imtahan verərək şəhadətnamə, daha sonra isə icazə sənədlərini – buraxılış vəsiqəsi və kartlarını almasıdır: “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış qaydaları və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktları üzrə xüsusi hazırlıq keçməlidirlər. Ötən ildən bu proses uğurla icra olunur”, – deyə o qeyd edib.

    AYNA rəsmisi vurğulayıb ki, bütün bu işlər taksi xidməti sahəsində mühüm dəyişikliklərə, o cümlədən sürücülərin davranış mədəniyyəti və peşə etikası kimi aktual məsələdə vəziyyəti xeyli yaxşılaşdırmağa imkan verib: “Odur ki, sərnişindaşımanın bu sektorunun tənzimlənməsi çərçivəsində təşkil olunan təlimlər və imtahanlar xidmət səviyyəsinin və taksi xidmətlərindən vətəndaş məmnunluğunun artırılmasına yönəlib. Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiyməti taksi operatorları rəqabət şəraitində formalaşdırır”.

  • АЖД увеличит число рейсов на Абшеронской кольцевой

    С 1 апреля на Абшеронской кольцевой железнодорожной линии будет назначен дополнительно 61 рейс в неделю.

    Об этом сказал журналистам директор департамента пассажирских перевозок “Азербайджанских железных дорог” Азер Фараджов.

    По его словам, этот шаг предпринимается в целях снижения загруженности на маршрутах.

  • Bakı-Sumqayıt qatarlarının sayı artırılır

    Aprelin 1-dən Abşeron dairəvi dəmir yolu xəttində həftədə əlavə 61 reys təyin olunacaq.

    Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov bildirib.

    Onun sözlərinə görə, bu addım sərnişin sıxlığının azaldılması ilə bağlı atılır.

  • Численность населения Азербайджана с начала года увеличилась на 0,03%

    Численность населения Азербайджана с начала года увеличилась на 2 935 человек или 0,03% и по состоянию на 1 февраля 2025 года достигла 10 млн 227 тыс. 824 человека.

    Информацию распространил Государственный комитет статистики.

    54,4% населения составляют городские, 45,6% – сельские жители, 49,8% населения – мужчины, а 50,2% – женщины.

  • Azərbaycan əhalisinin sayı açıqlanıb

    Ölkə əhalisinin sayı ilin əvvəlindən 2 935 nəfər və ya 0,03 faiz artaraq 2025-ci il fevral ayının 1-i vəziyyətinə 10 milyon 227 min 824 nəfərə çatıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Qeyd olunub ki, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

  • В Баку обнаружены 22 гранаты и 9 снарядов – ВИДЕО

    На 7-й Поперечной улице в Наримановском районе Баку обнаружены боеприпасы.

    Об этом сообщили в Министерстве по чрезвычайным ситуациям (МЧС).

    Сотрудники Службы спасения особого риска МЧС и правоохранительных органов с использованием специально обученной собаки обнаружили пригодные для боевого применения 21 ручную гранату Ф-1, 9 снарядов (7х62 мм) и 1 учебную ручную гранату Ф-1.

    Боеприпасы были вывезены с территории для утилизации специалистами группы особого риска. Других опасных или подозрительных предметов в ходе дополнительного осмотра территории обнаружено не было.

  • Bakıda 22 qumbara, 9 mərmi aşkarlanıb – VİDEO

    Bakının Nərimanov rayonu, 7-ci köndələn küçəsində hərbi sursatlar aşkar edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi təlim görmüş itin tətbiqi ilə aparılan əməliyyat nəticəsində döyüş tətbiqinə yararlı 21 ədəd F-1 əl qumbarası, 9 ədəd 7×62 mm-lik mərmi və 1 ədəd təlim üçün F-1 əl qumbarası aşkar edilib.

    Aşkar edilmiş sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

  • На освобожденных территориях за прошлую неделю обезврежено 204 мины

    На освобожденных территориях с 10 по 16 марта обнаружено и обезврежено 155 противопехотных, 49 противотанковых мин и 606 неразорвавшихся боеприпасов.

    Об этом говорится в еженедельном отчете Агентства по разминированию Азербайджана (ANAMA).

    Согласно информации, от мин очищено 1651,1 га территорий.

    Операции по разминированию проводились ANAMA, Министерством обороны, Министерством по чрезвычайным ситуациям (МЧС), Государственной пограничной службой (ГПС) и четырьмя частными компаниями на территориях Тертера, Агдере, Кяльбаджара, Агдама, Ходжалы, Ханкенди, города Шуша, Ходжавенда, Лачына, Физули, Джебраила, Губадлы и Зангилана.

  • Ötən həftə azad olunan torpaqlarda 1651,1 hektar ərazi minalardan təmizlənib

    Azad olunan ərazilərdə martın 10-dan 16-dək 155 piyada əleyhinə mina, 49 tank əleyhinə mina, 606 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

    Məlumata əsasən, 1651,1 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

  • Германия выделит 300 млн евро на помощь сирийцам

    Германия обещает выделить еще 300 млн евро на помощь сирийцам через Организацию Объединенных Наций.

    Об этом заявила министр иностранных дел Германии Анналена Бербок в понедельник перед началом заседания Совета ЕС по иностранным делам.

    По ее словам, более половины из этих 300 млн евро направят на проекты, которые будут реализованы без участия переходного правительства в стране.

    По ее словам, средства пойдут на обеспечение продовольствием, медицинскими услугами и убежищами, а также на защитные меры для особо уязвимых слоев населения.

    Она также добавила, что поддержку получат сирийские беженцы и принимающие общины в Иордании, Ливане, Ираке и Турции.

    Глава немецкого МИД повторила необходимость инклюзивного политического процесса для обеспечения мирного будущего Сирии.

    “Как европейцы, мы выступаем единым фронтом в поддержку народа Сирии и за свободную и мирную Сирию”, – сказала она.