Month: March 2025

  • 10 yaşlı qıza qarşı əxlaqsızlıq edən 44 yaşlı kişiyə hökm oxundu

    Şamaxıda 10 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılıb.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin 44 yaşı var.

    Rasim (ad şərtidir) qohumu olan 10 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

    Özünə məxsus telefonda ona videolar izlədib. Ardınca da uşağa əxlaqsız təkliflər edib. Uşaq ondan qorxaraq evə qaçıb.

    Qızın valideynlərinin şikayəti əsasında Rasim saxlanılıb və məsuliyyətə cəlb edilib.

    Məhkəmə istintaqı zamanı Rasim baş verənlərə görə üzr istəyib. İstintaqda etirafedici ifadə versə də, məhkəmədə özünü təqsirli bilməyib. Azyaşlının valideynləri Rasimi bağışlayıb.

    Hökmə əsasən, Rasim 2 il müddətinə azadlıqdan məhrum edilib.

  • Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

    “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiq edilib.

    Nazirlər Kabineti bu barədə qərar verib.

    Eyni zamanda, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

    Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

    Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

  • “50 illik ömrümün ən böyük hədiyyəsi…” – Nahid Canbaxışlıdan YUBİLEY ETİRAFI (VİDEO)

    Allahın ona nəsib etdiyi ömür yolunda keçdiyi acılı-şirinli günləri kinolenti kimi gözü önündə canlandırır. Hələ uşaq ikən “Heç vaxt başıaşağı olma” deyən atasının ona etdiyi nəsihəti həyatı boyu unutmayan, hər zaman başını dik tutan, zəhməti ilə qürurlanan jurnalist, ömür kitabını vərəqlədikcə, gah doluxsunur, gah da, fəxarətdən gözləri parıldayır. Deyir, bəlkə də ömrümün ən azı on ilini silib atardım, bəlkə də çoxunu… Yaşadıqları ona hərdən “kaş ki, heç dünyaya gəlməyəydim” dedirtsə də, qazandıqları da itirdiklərindən az olmayıb. Hamar olmayan daşlı-kəsəkli həyat yollarında özü-özünə dəstək olmağı bacarıb.

    50 illik yubileyini qeyd edən Qarabağ qazisi, tanınmış jurnalist Nahid Canbaxışlının Yenicag.az-a müsahibəsini təqdim edirik:

  • İki milyon manatlıq mənimsəmədə ittiham olunan sabiq vəzifəli şəxslərə hökm oxunub

    Külli miqdarda mənimsəmədə ittiham olunan ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev, həmçinin əməkdaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Ağabəy Ağayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhrumetmə) maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti seçilib. Həmçinin onun 2 milyon 215 minlik əmlakı da müsadirə olunub.

    Eləcə də digər təqsirləndirilənlər Mahir Əliyev 11 il 6 ay, Əjdər Fətullayev 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

    Sədrəddin Ağababayev barəsində də 70-ci maddə tətbiq edilib. Belə ki, o, 10 il müddətə azadlıqdan məhrum edilib və barəsində 3 il sınaq müddəti seçilib. Məhkəmənin hökmü ilə digər təqsirləndirilən İsmayıl Əlizadəyə isə 3 il azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

    Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Ağabəy Ağayevin 10 il, Mahir Əliyevin 13 il, Əjdər Fətullayevin 12 il, Sədrəddin Ağababayevin 10 il, İsmayıl Əlizadənin isə 4 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, onlar 1 milyon 830 min manatlıq mənimsəmədə ittiham olunurlar.

    İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, təqsirləndirilən şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.

    Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2, 179.4 (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvətalma) maddələri ilə ittiham irəli sürülüb.

    Mahir Əliyev və Əjdər Fətullayevə isə 179.4, 308.2-ci, cinayət işi üzrə təqsirləndirilən digər şəxslər – Sədrəddin Ağababayev və İsmayıl Əlizadəyə isə həmin məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə kömək etmə) və digər maddələri ilə ittiham ediliblər.

  • Övladlarının əlini yandıran anaya CƏZA VERİLDİ

    Abşeron rayonunda azyaşlı övladlarının əllərini yandıran qadın cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Arzu Yusifovaya (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə – yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə əsasən hökm oxunub.

    Araşdırmalarla müəyyən edilib ki, Arzu 2016-cı ildə Ruslan adlı şəxslə ailə həyatı qurub. Onların 2017-ci ildə oğul və 2019-cu ildə isə qız övladları dünyaya gəlib. Lakin cütlük 2021-ci ildə boşanıb.

    Bir müddət əvvəl isə Ruslan keçmiş həyat yoldaşının övladlarına xəsarət yetirməsini görərək polisə şikayət edib. Faktla bağlı cinayət işi açılıb və Arzu Yusifova barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

    Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə qadına 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

  • Совет ЕС утвердил выплату Украине транша в 3.5 млрд евро

    Совет Европейского союза утвердил выплату Украине транша в 3.5 млрд евро в рамках макрофинансовой программы помощи для Киева.

    Об этом говорится в заявлении Совета, заседание которого проходит в Брюсселе.

    “Совет одобрил третий платеж в размере около 3.5 млрд евро Украине. С этой третьей выплатой Украина получит около 20 млрд евро в рамках украинского фонда с момента его создания год назад”, – отмечается в нем.

  • Aİ Şurası Ukraynaya 3.5 milyard avro tranş ödənişini təsdiqlədi

    Avropa İttifaqı Şurası Kiyevə makromaliyyə yardımı proqramı çərçivəsində Ukraynaya 3.5 milyard avro məbləğində tranşın ödənilməsini təsdiqləyib.

    Bu barədə Brüsseldə iclası keçirilən şuranın bəyanatında bildirilib.

    “Şura Ukraynaya təqribən 3.5 milyard avro məbləğində üçüncü ödənişi təsdiqləyib. Bu üçüncü ödənişlə Kiyev bir il əvvəl yaradıldıqdan bəri Ukrayna Fondu çərçivəsində təxminən 20 milyard avro alacaq”, – deyə bəyanatda qeyd edilib.

  • Əmisi oğlunu güllələyib bıçaqladı: Məhkəmədə insan olmadığını iddia etdi

    Masallıda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı məhkəmə qərarı elan olunub.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, hadisə 2024-cü il mayın 20-də Masallı rayonunun Qasımlı kəndində baş verib.

    30 yaşlı Aslan (tam adı açıqlanmır) uzun illər Rusiyada yaşayan əmisi oğlu Semur Alışanovu xüsusi amansızlıqla öldürüb.

    O, keçmiş həyat yoldaşı ilə Semurun münasibətdə olmasından şübhələnib. Həmin gün Aslan dostu Xanmuradın köməyi ilə qurbanını tələyə salıb. Xanmurad Semuru çay içmək adı ilə kafeyə aparıb və Aslana xəbər verib. Aslan axşam saatlarında ov tüfəngini götürüb oraya gəlib, içəri girib və heç bir söz demədən Semura atəş açıb. Güllə Semurun sinəsinə dəyib və o yıxılıb. Lakin Aslan bununla kifayətlənməyib – cibindən bıçağı çıxararaq yaralı vəziyyətdə olan Semura çoxsaylı zərbələr vurub.

    O, cinayəti törətdikdən sonra maşına minərək hadisə yerindən uzaqlaşıb və birbaşa polisə gedərək təslim olub.

    Aslan məhkəmədə bildirib ki, uzun müddət Semuru güdüb, onu öldürmək üçün plan qurub. Özünü peyğəmbər adlandıran Aslan 313 nəfərlə birlikdə Azərbaycana gələcəyini iddia edib, göylərdə yaşadığını və insan olmadığını deyib. O, nə baş verdiyini xatırlamadığını bildirib.

    Şahid ifadələrinə görə, Aslan cinayəti tam ayıq vəziyyətdə törədib, hadisədən sonra isə normal şəkildə maşına minib gedib.

    Ekspert rəyi Aslanın anlaqsız vəziyyətdə olduğunu təsdiqləyib. Məhkəmə tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına qərar verib və Aslan Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

    Zərərçəkmişin ailəsi isə Aslanın psixi xəstə olması ilə bağlı ekspertiza rəyinin qəsdən saxtalaşdırıldığını iddia edib. Semurun ailəsi bu qərardan narazıdır və işin yenidən araşdırılmasını tələb edib.

  • За месяц в Азербайджане распалось более 1 800 семей

    Объявлено количество браков и разводов, зарегистрированных в Азербайджане в январе.

    Согласно данным Госкомстата, в первом месяце 2025 года районными (городскими) отделами регистрации Министерства юстиции было зарегистрировано 4 717 браков и 1 814 разводов.

    По сравнению с аналогичным периодом 2024 года количество браков на каждые 1 000 человек увеличилось с 4.2 до 5.4, а разводов – с 2 до 2.1.

  • Azərbaycanda bir ayda 1800-dən çox AİLƏ DAĞILIB

    Yanvar ayında Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

    Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2025-ci ilin ilk ayında 4 717 nikah və 1 814 boşanma halları qeydə alınıb.

    2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı 4.2-dən 5.4-ə, boşanmaların sayı isə 2-dən 2.1-ə qədər artıb.