Month: March 2025

  • В Сети распространились кадры убийства 17-летнего юноши в Евлахе (ВИДЕО)

    В соцсети распространились кадры произошедшего недавно в Евлахе убийства 17-летнего юноши.

    Айхан Гулиев на почве конфликта получил ножевое ранение в область сердца, в результате чего скончался на месте происшествия.

    Еще один человек, Али Зульфугарлы (2007 г.р.), был госпитализирован с ножевым ранением.

    Подозреваемые в совершении преступления – Гасан Мустафалы (2009 г.р.), Рагим Гулиев (2007 г.р.) и Мухаммед Мустафазаде (2005 г.р.) – задержаны сотрудниками полиции и переданы следствию.

  • Yevlaxda 17 yaşlı oğlanın qətlə yetirilməsinin GÖRÜNTÜLƏRİ (VİDEO)

    Bir müddət əvvəl Yevlaxda bıçaqlanan 17 yaşlı oğlanın qətlə yetirilməsinin görüntüləri sosial şəbəkədə yayılıb.

    2008-ci il təvəllüdlü Ayxan Quliyev mübahisə zəminində ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən hadisə yerində dünyasını dəyişib.

    Daha bir nəfər, 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdü Həsən Mustafalı, 2007-ci təvəllüdlü Rəhim Quliyev və 2005-ci il təvəllüdlü Məhəmməd Mustafazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

    Hadisənin görüntülərini təqdim edirik:

  • В Азербайджане винивший себя в самоубийстве сына мужчина покончил с собой – ФОТО

    Отец 11-классника Алекбера Сафарли, совершившего три дня назад самоубийство в селе Ашагы Гушчу Товузского района, также покончил с собой.

    Сегодня утром Мухтар Сафаров (1977 г.р.) повесился на чердаке своего дома.

    По словам родных, мужчина не мог простить себе самоубийства сына.

    Отметим, что 14 марта Алекбер Сафарли (2007 г.р.) после ссоры с отцом свел счеты с жизнью, повесившись в сарае во дворе дома.

    По данному факту ведется расследование.

    На фото: Алекбер Сафарли

    //oxu.az

  • Azərbaycanda oğlunun intiharında özünü günahlandıran ata da canına qəsd etdi – FOTO

    Tovuzda 3 gün əvvəl intihar edən məktəblinin atası da özünə qəsd edib.

    Rayonun Aşağı Quşçu kəndində özünü asaraq intihar edən 11-ci sinif şagirdi Ələkbər Səfərlinin atası bu gün intihar edib.

    1977-ci il təvəllüdlü Muxtar Səfərov səhər saatlarında özünü yaşadığı evin çardağından asaraq həyatına son qoyub.

    Qohumlarının verdiyi məlumata görə, hadisəyə səbəb M.Səfərovun oğlunun intihar etməsinə görə özünü bağışlamamasıdır.

    Qeyd edək ki, martın 14-də atası ilə mübahisə edən 2007-ci il təvəllüdlü Ələkbər Səfərli həyətdə olan ot saxlancında özünü kəndirlə asaraq intihar etmişdi.

    Faktla bağlı araşdırma aparılır.


    Fotoda Ələkbər Səfərli

    //oxu.az

  • МЧС: За минувшую неделю осуществлено 745 выездов на тушение пожаров

    Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана опубликовало статистику аварийно-спасательных операций, осуществленных за минувшую неделю на основании вызовов, поступивших на горячую линию 112.

    Об этом сообщили в пресс-службе ведомства.

    Соответствующие структуры министерства провели аварийно-спасательные операции по 745 фактам возгорания, 29 случаям пребывания граждан в беспомощном состоянии и двум фактам дорожно-транспортных происшествий.

    В результате принятых неотложных мер пожары были оперативно потушены.

    Силами МЧС за прошедшую неделю спасены 38 человек, включая 11 несовершеннолетних. Во время пожаров были эвакуированы 19 человек, в том числе двое несовершеннолетних, двое граждан получили травмы, тела четырех человек были переданы соответствующим структурам.

  • Ötən həftə 745 yanğına çıxış olub: Dörd nəfərin meyiti tapılıb

    Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

    Bu barədə FHN məlumat yayıb.

    Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 745 yanğına çıxış, 29 halda köməksiz vəziyyətdə qalma və iki avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 38 nəfər xilas edilib, yanğınlar zamanı ikisi azyaşlı olmaqla 19 nəfər təxliyə olunub, iki nəfər xəsarət alıb, dörd nəfərin meyiti təhvil verilib.

  • Global Terrorism Index 2025: Азербайджан вошел в число самых безопасных стран

    Опубликован новый рейтинг стран по уровню террористической угрозы согласно отчету Global Terrorism Index 2025 (GTI).

    В число стран с наивысшей террористической активностью и угрозой терроризма вошли: Буркина-Фасо (8.581), Пакистан (8.374), Сирия (8.00).

    В этом рейтинге Израиль (7.463) занял 8-е место, Россия (6.267) – 16-е, Иран (6.056) – 18-е, Турция (3.968) – 32-е, США (3.517) – 34-е, Франция (2.712) – 40-е, Нидерланды (1.402) – 60-е, Норвегия (1.198) – 66-е, Финляндия и Япония (0.949) – 72-е, Дания и Армения (0.72) – 79-е, Австрия и Южная Корея (0.582) – 82-е, Латвия и Литва (0.423) – 86-е место.

    Азербайджан в рейтинге террористической угрозы занял 90-е место с индексом 0.233. Наша страна в 2024 году занимала 89-е место.

    Таким образом, в шкале возможного рейтинга от 1 до 100 Азербайджан оказался среди самых безопасных стран мира.

    Отчёты Global Terrorism Index, служащие источником информации для международных академических институтов, ООН, Организации экономического сотрудничества и развития (OECD), Всемирного банка и других международных организаций, периодически публикуются Институтом экономики и мира (Institute for Economics and Peace – IEP).

  • Azərbaycanın antiterror reytinqi artaraq dünyanın ən təhlükəsiz ölkələri sırasına yüksəlib

    “Global Terrorism Index 2025” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq siyahısı təqdim edilib.

    Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara – Burkina-Faso (8.581), Pakistan (8.374), Suriya (8.00) daxil edilib.

    Qeyd olunan sıralamada İsrail (7.463) 8-ci, Rusiya (6.267) 16-cı, İran (6.056) 18-ci, Türkiyə (3.968) 32-ci, ABŞ (3.517) 34-cü, Fransa (2.712) 40-cı, Niderland (1.402) 60-cı, Norveç (1.198) 66-cı, Finlandiya və Yaponiya (0,949) 72-ci, Danimarka və Ermənistan (0.72) 79-cu, Avstriya və Cənubi Koreya (0.582) 82-ci, Latviya və Litva (0.423) 86-cı yerdə qərarlaşıb.

    “Global Terrorism Index” (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

    Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.

    Beynəlxalq akademik institutlar, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlar üçün istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace – IEP) tərəfindən dövri olaraq açıqlanır.

    Azərbaycanda belə təhlükəsizlik səviyyəsinə destruktiv qüvvələrin dini, etnik və digər zəminlərdə pozucu planlarından meşələrdə sığınacaqlar yaradılması cəhdlərinədək hər cür terror-təxribat həmlələrinin olduğu bir şəraitdə nail olunub.

    Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

    Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır”.

  • İlham Əliyevdən “Azərenerji” ilə bağlı FƏRMAN

    Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Fərmanla müəyyən edilir ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır.

  • Şəmkir su anbarında elektrik cihazı ilə qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar

    Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib

    Bildirilib ki, Su Polisi İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin və 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şəmkir Su Anbarında birgə keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ə.Ağaməmmədov və C.Əliyev saxlanılıb. Onlardan rezin qayıq, tor, “domça” adlandırılan balıqovlama aləti, 1 ədəd enerji bloku, cərəyan artıran cihaz, qanunsuz ovladığı balıqlar və digər əşyalar aşkarlanıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.