Month: March 2025

  • Azərbaycanın daxili işlər orqanlarının inkişafına töhfə vermiş Yusif Kərimovun 100 illiyi qeyd olunub

    2025-ci il martın 12-də Azərbaycan SSR daxili işlər nazirinin müavini Yusif Kərimovun 100 illik yubileyi qeyd olunub.

    Əmək fəaliyyətinə 1948-ci ildə Mingəçevirdə şəhərin ilk inkişaf dövründə başlayan Y.Kərimov özünü ən yaxşı tərəfdən göstərmiş, gördüyü işlərə görə mükafat alıb.

    Onun Mingəçevirdəki fəaliyyəti gələcək uğurlarının təməlini qoyub. Y.Kərimov Mingəçevirdən SSRİ Müdafiə Nazirliyinin Hərbi-Siyasi Akademiyasında ali təhsil almağa göndərilir, təhsilini başa vurduqdan sonra ordu sıralarında xidmət edir və Uralda raket diviziyasının siyasi şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlir.

    Y.Kərimovun xidmət yoldaşı, Azərbaycan SSR daxili işlər nazirinin keçmiş müavini Namiq Talıbov “Report”a Kərimovun fəaliyyətində Ümummilli Lider Heydər Əliyev mühüm rol oynadığını bildirib.

    “Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi respublikaya rəhbərlik etdiyi dövrdə Y.Kərimov Mərkəzi Komitədə işləməyə başlayıb. H.Əliyev onu oradan Daxili İşlər Nazirliyinin xətti ilə işləməyə göndərib, o, burada uzun müddət DİN-in Bakı üzrə İdarəsinin rəisi kimi çalışıb, 1978-ci ildən isə Azərbaycan SSR daxili işlər nazirinin müavini olub. Y.Kərimov ömrünün son günlərinə, yəni 1987-ci ilə qədər bu vəzifədə çalışıb. O, uzaqgörən insan idi, müdrik dövlət xadimi kimi formalaşmışdı. Xidmətdə heç bir səhvə yol verməyib. Biz onun rəhbərliyi altında işləmişik”, – N.Talıbov bildirib.

    Azərbaycan SSR DİN-in siyasi-tərbiyə işləri şöbəsinin keçmiş rəisi Georgi Zapletin isə Y.Kərimovun çox sərt, lakin “qeyri-adi dərəcədə ədalətli” rəhbər olduğunu söyləyib.

    “Y.Kərimov daxili işlər nazirinin müavini kimi mənim şöbəmə kuratorluq edirdi. Onun nə gecəsi, nə də gündüzü var idi, bütün vaxtını işdə keçirirdi. Heyrətamiz insan idi. Nadir hallarda kiminsə haqqında belə xoş sözlər demək olar”, – G.Zapletin “Report”la söhbətində bildirib.

    Y.Kərimov daxili işlər orqanlarında nümunəvi və fədakar işinə görə çoxsaylı orden və medallarla, o cümlədən Qırmızı Ulduz ordeni ilə təltif edilib.

    Y.Kərimov 1987-ci il martın 18-də vəfat edib.

  • МЧС обратилось к населению по вопросам пожарной безопасности

    Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана обратилось к гражданам в связи с повышением температуры воздуха в последние дни и участившимися случаями пожаров на открытых территориях, в том числе в горных и предгорных зонах.

    В обращении подчеркивается, что благодаря быстрому реагированию Государственной службы пожарной охраны, пожары удается локализовать, предотвращая их распространение и серьезные последствия.

    Проведенный анализ показал, что большинство пожаров вызваны неосторожным обращением с огнем.

    МЧС призывает строго соблюдать правила пожарной безопасности, избегать неосторожных действий с огнем и принимать меры для предотвращения возгораний, особенно в условиях жары.

  • FHN yanğın təhlükəsizliyi ilə əlaqədar müraciət edib

    Son günlər havanın temperaturunun yüksəlməsi fonunda ölkə ərazisində açıq sahələrdə, o cümlədən dağlıq və dağətəyi zonalarda yanğın hadisələrinə tez-tez rast gəlinir.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

    Müraciətdə qeyd edilib ki, yalnız FHN Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən operativ tədbirlər sayəsində həmin yanğınlar qısa müddətdə söndürülərək genişlənib böyük fəsadlar törətməsinin qarşısı alınır.

    Nazirlikdən bildirilib ki, həmin yanğınlarla əlaqədar Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar nəticəsində bu yanğınların əsasən bəzi vətəndaşların odla ehtiyatsız davranması nəticəsində yarandığı müəyyən edilib.

    “Qeyd olunanları, habelə havanın temperaturunun yüksəlməsinin yanğınların genişlənmə riskini artırdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, o cümlədən odla ehtiyatlı davranmağa və yanğın baş verməsinə səbəb ola biləcək hallara yol verməməyə çağırır” – deyə, FHN-nin müraciətində vurğulanıb.

  • В прошлом году выполнен большой объем работ по строительству железнодорожной линии Горадиз-Агбенд

    В 2024 году на строительстве железнодорожной линии Горадиз-Агбенд завершены земляные работы объемом 2,3 тысячи кубометров.

    Как сообщает Report, об этом говорится в отчете Кабинета Министров о деятельности за прошлый год.

    Согласно информации, в рамках проекта построены 8 мостов, 2 подземных перехода, 14 водопропускных труб и 629 м подпорок, а также выполнена проходка 2 железнодорожных туннелей, завершены железобетонные работы на одном туннеле и одной галерее, установлено 8,6 километров рельсо-шпальных решеток, проложено 1,6 километра длинномерных рельсов и смонтированы 6 стрелочных переводов.

  • Horadiz-Ağbənd dəmir yolu xəttində ötən il görülmüş işlər açıqlanıb

    2024-cü ildə Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisində 2,3 min kubmetr torpaq işləri yekunlaşıb.

    Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

    Məlumata əsasən, Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisində 8 ədəd körpünün, 2 ədəd alt keçidin, 14 ədəd suötürücü boruların və 629 pm istinad divarlarının tikinti işləri tamamlanıb. Bu dəmir yolu xəttində 2 ədəd dəmir yolu tunellərin qazılması, 1 ədəd tunelin və 1 ədəd qalereyanın dəmir-beton işlərinin tamamlanması, 8,6 kilometr rels-şpal çərçivələrinin, 1,6 kilometr uzunölçülü relslərin və 6 ədəd yoldəyişən qurğunun quraşdırılması işləri yekunlaşıb.

  • Vəkilə böhtan atan hüquqşünas cəzalandırılıb

    Vəkilə böhtan atmaqda şübhəli bilinən hüquqşünas cəzalandırılıb.

    Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyevlə hüquqşünas Əfəndizadə Abdulla Hikmət oğlu arasında məhkəmə çəkişməsi başa çatıb.

    Belə ki, iki il bundan əvvəl “Facebook” sosial şəbəkəsində paylaşdığı statusda Cavid Alıyevə böhtan ataraq barəsində həqiqətə uyğun olmayan məlumatları yaydığına görə, vəkil hüquqşünasa qarşı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edib.

    Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Abdulla Əfəndizadə Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib, üzərinə yalan olduğunu bilə-bilə paylaşdığı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı kütləvi informasiya vasitəsində rəsmi qaydada təkzib vermək və məlumatları yaymasına görə üzr istəmək, vurduğu mənəvi zərərə görə təzminat ödəmək öhdəliyi qoyulub.

    Hökmdən Abdulla Əfəndizadənin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib.

    Bu qərardan Abdulla Əfəndizadə kassasiya şikayəti verib.

    Ötən gün Ali Məhkəmədə baxılan şikayət təmin olunmayıb və qərar qüvvədə saxlanılıb.

  • Вторую часть фильма о Тагиеве покажут в апреле

    Вторая часть художественного фильма о Гаджи Зейналабдине Тагиеве – “Тагиев: Царь” будет показана в кинотеатрах в апреле.

    Как сообщает Report, в новой части Тагиев столкнется с сильными силами своего времени и примет судьбоносные решения.

    Первая часть фильма “Тагиев: Нефть” была представлена зрителям 7 ноября.

    Это продолжение 4-серийного фильма, посвященного жизни великого благотворителя Гаджи Зейналабдина Тагиева. В фильме показаны различные периоды его жизни: от трудного детства в семье сапожника до статуса миллионера, который совершил важнейшие дела для своего народа. История раскрывает сложные решения, принятые Тагиевым, его веру в успех, упорство, поддержку простых людей и значительные шаги для повышения образовательного уровня общества.

    Фильм показывает неоценимую роль Тагиева в развитии Азербайджана, его вклад в строительство первой “Школы для девочек” на Востоке, развитие нефтяной промышленности и создание инфраструктуры в Баку. Также затрагиваются важные исторические события конца XIX – начала XX века.

    Главный продюсер фильма – Арзу Алиева, продюсер – Орман Алиев, режиссер – Заур Гасымлы. В фильме снимались народные артисты Пярвиз Мамедрзаев, Гурбан Исмаилов, заслуженные артисты Расим Джафар, Эльшан Рустамов и другие.

    Производством фильма занимался Бакинский медиа центр, поддержку в его производстве оказали Фонд Гейдара Алиева, Министерство культуры и Кинематографическое агентство Азербайджанской Республики.

  • Tağıyev barəsində çəkilən filmin ikinci hissəsi apreldə nümayiş olunacaq

    Hacı Zeynalabdin Tağıyev barəsində çəkilən bədii filmin 2-ci hissəsi – “Tağıyev: Çar” apreldə kinoteatrlarda təqdim olunacaq.

    Tağıyev bu dəfə dövrünün güclü qüvvələri ilə üz-üzə dayanacaq, taleyüklü qərarlar verəcək.

    Qeyd edək ki, filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan 4 hissəli “TAĞIYEV” filminin ikinci hissəsidir.

    Bakı Media Mərkəzinin istehsalı olan film başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Hacı Zeynalabdin Tağıyevin həyatının ən müxtəlif dövrlərini özündə əks etdirir. Filmdə dövrünün nüfuzlu xeyriyyəçisi olan Tağıyevin fəaliyyəti ilə bağlı verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsi üçün atdığı tarixi addımlarla yaxından tanış olmaq, onun yaşadığı dövrə bir növ səyahət etmək mümkün olacaq. Film, Şərqdə ilk “Qızlar məktəbi”nin Azərbaycanda tikilməsinə, ölkədə neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olan Tağıyevin yaşadığı cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu tamaşaçıya bədii-estetik formada göstərir. Filmdə XIX əsrin sonu-XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə də toxunulur.

    Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.

    Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.

    Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
    //report

  • В Азербайджане в воскресенье температура воздуха прогреется до 30 градусов

    В Баку и на Абшеронском полуострове 16 марта ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службой гидрометеорологии, ночью и утром в некоторых местах временами ожидается туман.

    Будет преобладать умеренный юго-восточный ветер. Температура воздуха ночью составит 7-12°, днем 19-24° тепла. Атмосферное давление понизится с 765 до 761 мм ртутного столба. Относительная влажность составит 60-70%.

    В районах Азербайджана преимущественно без осадков, в некоторых местах временами будет наблюдаться туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит 8-12°, днем 25-30° тепла, в горах ночью 3-8°, днем 20-25° тепла.

  • Bazar günü 30 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında martın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.

    Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-12° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 20-25° isti olacaq.