Month: March 2025

  • Rusiyalı tennisçi birillik diskvalifikasiya edilib

    Rusiyalı tennisçi Anna Litneva Korrupsiyaya Qarşı Mübarizə Proqramını pozduğuna görə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) tərəfindən birillik müddətinə diskvalifikasiya edilib.

    Ona bir neçə ittiham irəli sürülüb.

    Belə ki, idmançının matçlar zamanı manipulyasiya hallarına yol verdiyi, tam gücü ilə çıxış etmədiyi və korrupsiya pozuntusu törətdiyi sübuta yetirilib.

    12 ay idmandan uzaqlaşdırılan Anna Litneva eyni zamanda 5000 dollar cərimələnib.
    //report

  • Внесены изменения в Устав Управления Государственного заповедника города Шуша

    Внесены изменения в Устав Управления Государственного заповедника города Шуша.

    Как сообщает Report, в связи с этим президент Азербайджан Ильхам Алиев подписал соответствующий указ.

  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyət istiqamətləri genişləndirilib

    Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib.

    Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

    Fərmanla Qoruq İdarəsi rayon ərazisinə və müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil edəcək.

    Eyni zamanda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyət istiqamətləri sırasına aşağıdakılar əlavə edilib:

    – Şuşa rayonu və müvafiq ərazidə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək;

    – tikintisini təşkil etdiyi çoxmənzilli binaları, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək, müvəqqəti idarə etmək;

    – rayon ərazisində və müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək;

    – rayon ərazisində və müvafiq ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etmək;

    – müvafiq ərazidə yerləşən, balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək.

    İdarənin vəzifələri sırasına isə aşağıdakı yeni bəndlər əlavə edilib:

    – rayon ərazisinə və müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək, o cümlədən bu tikinti işləri üzrə sifarişçi funksiyalarını həyata keçirmək;

    – rayon ərazisində və müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaların qorunmasını və saxlanılmasını təmin etmək, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək bu binaları müvəqqəti idarə etmək;

    – idarə etdiyi çoxmənzilli binalarda quraşdırılmış liftlərin işlək vəziyyətdə saxlanılmasını, cari və əsaslı təmirini həyata keçirmək, onların istismarına nəzarət etmək;

    – rayon ərazisində və müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binalara və fərdi yaşayış evlərinə sakinlərin köçməsindən irəli gələn təşkilati və digər tədbirlər görmək;

    – rayon ərazisində və müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin yaradılmasını və idarə olunmasını təşkil etmək, mühəndis-kommunikasiya təminatı sistemlərinin saxlanılmasına, cari və əsaslı təmirinə, eləcə də istismarına nəzarət etmək, mənzil-kommunal infrastrukturunun inkişafını təmin etmək;

    – rayon ərazisində və müvafiq ərazidə əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinə və həcminə nəzarəti həyata keçirmək;

    – rayon ərazisində və müvafiq ərazidə içməli su, kanalizasiya, elektrik və qaz şəbəkələri və qurğularının fasiləsiz işinin təmin olunmasına nəzarət etmək, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətini əlaqələndirmək;

    – idarə etdiyi çoxmənzilli binaların və tikintisini təşkil etdiyi digər obyektlərin, habelə müvafiq ərazidə sosial-mədəni obyektlərin qış mövsümünə istismara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görmək;

    – rayon ərazisində və müvafiq ərazidə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini, eləcə də yaşıllıqların mühafizəsini təşkil etmək;

    – müvafiq ərazidə yerləşən, balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək;

    -rayon ərazisində və müvafiq ərazidə məhəllələrin, küçələrin, meydanların, parkların və yaşıllıq zonalarının işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olması işini təşkil etmək;

    – İdarəyə ayrılan məqsədli vəsaitlər hesabına Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında müvafiq ərazidə sosial təyinatlı və digər obyektlərin tikintisinin təşkilini, onların tikintisi üzrə sifarişçi funksiyalarının yerinə yetirilməsini, habelə bu qaydada tikilmiş obyektlərin qorunmasını, saxlanılmasını və təyinatı üzrə istifadəsini təmin etmək;

    – rayon ərazisində və müvafiq ərazidə bayramlara və digər əlamətdar hadisələrə, habelə anım günlərinə həsr olunmuş ictimai tədbirlər keçirmək, tərtibat işləri aparmaq və digər zəruri tədbirlər görmək;

    – rayon ərazisinə və müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar digər dövlət orqanlarının (qurumlarının) sifarişi ilə aparılan tikinti işlərinə zəruri təşkilati dəstək göstərmək;

    – rayon ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan tarix və mədəniyyət abidələrinin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası işlərinə zəruri təşkilati dəstək göstərmək.

  • “Formula 1”: Avstraliya Qran-prisində sıralama turunu birinci pillədə bitirən pilot müəyyənləşib

    “Formula 1” üzrə Avstraliya Qran-prisində sıralama turunu birinci pillədə bitirən pilot müəyyənləşib.

    “McLaren”in sürücüsü Lando Norris ən yaxşı nəticəni göstərib.

    Onun komanda yoldaşı Oskar Piastri ikinci, “Red Bull”dan Maks Ferstappen üçüncü olub.

    Melburn şəhərində keçirilən yarış mövsümün ilk Qran-prisidir.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.

  • Azərbaycanda ötən il istehlakçı hüququna dair 8 minə yaxın müraciətə baxılıb

    2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının qorunması və bazara nəzarətlə bağlı 7 979 vətəndaş müraciətinə baxıb.

    Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

    Sənədə əsasən, 2 702 müraciət təmin edilib, 66 halda araşdırma aparılıb, lakin iddia edilən hallar təsdiqini tapmayıb, 3 642 vətəndaşa müvafiq izahat və tövsiyə verilib, 826 müraciət baxılması üçün aidiyyəti orqanlara göndərilib, 130 müraciət tələb olunan sənədlər təqdim edilmədiyindən araşdırılmayıb, 35 müraciət işə alınmayıb, 663 müraciət üzrə araşdırmalar isə davam etdirilir.

    Baxılmış müraciətlərin 4,6%-i qida məhsulları, 48,8%-i qeyri-qida məhsulları, 43,5%-i xidmətlər, 1,6%-i səhiyyə (dərman vasitələri və tibbi avadanlıqlar), 1,7%-i isə digər sahələrlə bağlı olub.

    İstehlakçıların hüquqlarının qorunması çərçivəsində görülən tədbirlər nəticəsində 435,6 min manat vəsait istehlakçılara qaytarılıb.

    Vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlar əsasında 25 hüquqi və 8 fiziki şəxs barəsində ümumilikdə 48 inzibati xəta protokolu tərtib edilib və müvafiq tədbirlər görülüb.

    İnzibati tənbeh tədbirlərinə əsasən, 5 istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlər müqaviləyə daxil edilib, 5 halda satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydaları pozulub, 26 halda malın (xidmətin) ölçüsü, çəkisi, hesabı, istehlak xüsusiyyətləri və keyfiyyəti ilə bağlı istehlakçıların az miqdarda aldadılması müəyyən edilib, 5 halda istehlakçı hüquqlarının və ticarət qaydalarının pozulması ilə bağlı icra orqanının qanuni yazılı tələbləri yerinə yetirilməyib, 1 halda dərman vasitəsi Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş qiymətdən baha satılıb. 6 halda qiymət intizamı pozulub. Bu hallara menyunun düzgün tərtib olunmaması və satılan məhsulların üzərində qiymətlərin xarici valyutada göstərilməsi daxildir.

    Hüquqi şəxslərlə bağlı işlər məhkəməyə göndərilib, fiziki şəxslər barəsində isə inzibati tənbeh tədbirləri tətbiq edilib.

    İstehlak bazarında aparılan monitorinqlər zamanı 18 müəssisə tərəfindən idxal olunan 53 adda qeyri-ərzaq mallarının etiketində Azərbaycan dilində istehlakçılar üçün zəruri məlumatların olmadığı müəyyən edilib.

    Bu pozuntuların aradan qaldırılması məqsədilə həmin müəssisələrə xəbərdarlıq məktubları göndərilib.
    //report

  • МВД Азербайджана: За сутки изъято более 43 кг наркотиков

    Сотрудниками полиции в результате оперативных мероприятий изъято более 43,4 кг наркотических средств.

    Об этом сообщило Министерство внутренних дел Азербайджана.

    Согласно информации, из незаконного оборота изъяты более 4,3 кг героина, более 34,1 кг марихуаны, около 5 кг метамфетамина, 19 таблеток с психотропным содержанием.

  • DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən gün ümumi çəkisi 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Qeyd olunub ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,3 kiloqramdan artıq heroin, 34,1 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın metamfetamin, həmçinin 19 ədəd psixotrop tərkibli həb olub.

  • В Агдаме завершено строительство коммуникационной линии в вокзальном комплексе

    В 2024 году ЗАО “Азербайджанские железные дороги” (ADY) завершило прокладку исторических коммуникационных линий в вокзальном комплексе Агдама.

    Такая информация содержится в отчете о деятельности Кабинета министров Азербайджана в 2024 году.

    Согласно документу, в рамках строительства железнодорожной линии Барда-Агдам завершены работы в здании станции Барда, включая грузовую и пассажирскую платформы, пешеходный переход, а также пассажирскую платформу станции Кочарли.

    Кроме того, завершены работы по строительству пассажирской платформы остановки Тезекенд, служебным зданиям на девяти охраняемых переходах, установке столбов электроснабжения и прокладке воздушной линии, строительству здания подстанции Барда, установке полевого оборудования системы связи и сигнализации, а также внутреннего оборудования на станциях Барда, Кочарли и Тезекенд. В вокзальном комплексе Агдама также завершены работы по бетонным конструкциям, зданию для дорожных рабочих и сервисным зданиям для крупногабаритного и малогабаритного транспорта.

  • Ağdamda vağzal kompleksində tarixi kommunikasiya xəttinin inşası tamamlanıb

    2024-cü ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Ağdamdakı vağzal kompleksində tarixi kommunikasiya xətlərinin çəkilməsini tamamlayıb.

    Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

    Sənədə əsasən, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi zamanı Bərdə stansiya binası-yük və sərnişin platforması, piyada keçidi, Köçərli stansiyası-sərnişin platforması üzrə işlər tamamlanıb.

    Bundan başqa, Təzəkənd dayanacağı-sərnişin platformasının, 9 ədəd qorunan keçid üzrə xidməti binaların, elektrik təchizatı üzrə dirəklərin basdırılması və hava xəttinin çəkilişi, Bərdə yarımstansiya binasının tikintisi, rabitə-işarəvermə üzrə yolda nəzərdə tutulan bütün çöl avadanlıqlarının, Bərdə, Köçərli və Təzəkənd stansiyalarında daxili avadanlıqların quraşdırılması istiqamətində işlər yekunlaşıb. Ağdam Vağzal kompleksində beton konstruksiya işləri, yol işçiləri üçün bina, iri və kiçik ölçülü nəqliyyat vasitələri üçün servis binaları da tamamlanıb.

  • В Абшеронском районе в ДТП пострадала 19-летняя девушка

    В Абшеронском районе произошла авария, в результате которой травмы получила Аян Заур гызы Алиева (2006 г.р.).

    Управляемый ею автомобиль врезался в дорожное ограждение. Пострадавшую доставили в больницу, где у нее диагностировали закрытую черепно-мозговую травму.

    По факту ведется расследование.