Month: March 2025

  • В Дашкесанском районе обнаружены оружие и боеприпасы

    В Дашкесанском районе обнаружены оружие и боеприпасы.

    В местный отдел полиции поступила информация о наличии на территории района оружия и боеприпасов. По указанному адресу были найдены автомат, магазин и 228 патронов. Вещественные доказательства переданы на экспертизу.

    Кроме того, в результате профилактических мероприятий, проведенных сотрудниками полиции за последнюю неделю, в правоохранительные органы добровольно были сданы пять единиц охотничьего оружия без соответствующих документов. Меры в этом направлении продолжаются.

  • Daşkəsəndə silah-sursat aşkarlanıb

    Daşkəsəndə silah-sursat aşkarlanıb.

    Daşkəsən Rayon Polis Şöbəsinə rayon ərazisində silah-sursat olması barədə məlumat daxil olub. Həmin ünvandan avtomat, daraq və 228 ədəd patron aşkarlanıb. Maddi sübutlar ekspertizaya təqdim olunub.

    Bundan başqa, polis əməkdaşları tərəfindən son bir həftə ərzində rayon ərazisində keçirilən profilaktik tədbirlər nəticəsində beş ədəd müvafiq sənədləri olmayan ov silahı könüllü olaraq polisə təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Lənkəranda direktor şagirdi DÖYÜB?

    Martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru Rövşən Əliyev tərəfindən döyülməsi barədə polisə məlumat verib.

    Median.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

    Bildirilib ki, müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması başlanıb, izahatları alınıb. Məhkəmə-tibbi ekspertizası təyin edilsə də, Təhmasib Əsgərzadə övladının heç bir xəsarətinin olmamasını əsas gətirərək, onu müvafiq ekspertizadan keçirməkdən imtina edib.

    Həmin tarixdə DİN-in “102” xidməti zəng mərkəzinə təkrar müraciət edərək qeyd edilən məsələ ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanın dayandırılmasını xahiş edib.

    Qeyd edək ki, Lənkəran rayonu Tütəpeştə kənd ümumorta məktəbində dərsə ikinci saat gələn şagirdin həmin məktəbin direktoru Rövşən Əliyev tərəfindən ölümcül döyülməsi və şagirdin dərhal xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər yayılıb.

  • Bərdədə dağıntıların altından xilas edilən qadının vəziyyəti AÇIQLANDI

    Bu gün saat 11:30 radələrində 1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, qasıq sümüyünün sınığı, baş-beyin silkələnməsi, döş qəfəsinin küt travması diaqnozları təyin edilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

  • Ağstafada kişini maşın vurub öldürüb

    Ağstafada piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonda yerləşən restoranların birinin qarşısında qeydə alınıb.

    Hərəkətdə olan VAZ-2106 markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü E.Rzayevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şəmkirdə iki nəfər qidadan ZƏHƏRLƏNDİ

    Şəmkir rayonu, İmişli kəndində iki nəfər qidadan zəhərlənib.

    Kənd sakinləri – 1968-ci il təvəllüdlü Arzuman Hidayət oğlu Məmmədzadə və 1982-ci il təvəllüdlü Mayisə Cabir qızı Bayramovanın pomidor turşusundan zəhərləndikləri ehtimal olunur.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, zəhərlənən şəxslərin müalicələri davam etdirilir:

    “Martın 14-də saat 10:30-da 1968 və 1982-ci il təvəllüdlü iki nəfər (biri kişi, digəri qadın cinsli olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir”.

    Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, hadisənin səbəbləri araşdırılır:

    “Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

  • Ötən gün 40 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 14-də ümumi çəkisi 43.4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4.3 kiloqramdan artıq heroin, 34.1 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın metamfetamin, həmçinin 19 ədəd psixotrop tərkibli həb olub.

  • В Баку воспламенилась “Нива” – ВИДЕО

    На улице Имрана Гасымова в Насиминском районе города Баку в автомобиле возникло возгорание.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство по чрезвычайным ситуациям (МЧС).

    В связи с поступившей информации на место происшествия немедленно были направлены силы Государственной службы пожарной охраны МЧС.

    Благодаря оперативному вмешательству пожарных огонь, вспыхнувший в “Ниве”, припаркованной во дворе жилого дома, был локализован и потушен в короткие сроки, предотвращено его распространение на другие автомобили, находившиеся в непосредственной близости от очага возгорания.

    В результате пожара сгорел салон “Нивы”. Остальная часть автомобиля, а также другие машины были защищены от огня.

  • Bakıda “Niva” yanıb – VİDEO

    Bakı şəhərinin Nəsimi rayonu, İ.Qasımov küçəsində avtomobildə yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının həyətində park edilmiş “Niva” markalı minik avtomobilində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən digər avtomobillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində “Niva” markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi, bilavasitə yaxınlıqda park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.

  • Награждены военнослужащие Госагентства по охране стратегических объектов (СПИСОК)

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о награждении военнослужащих Государственного агентства по охране стратегических объектов Азербайджанской Республики.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 23 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    За отличие при исполнении служебных обязанностей наградить следующих военнослужащих Государственного агентства по охране стратегических объектов Азербайджанской Республики:

    орденом “За службу Отечеству” 3-й степени

    Аскерова Васифа Асиф оглу – полковник-лейтенанта

    Мирзоева Руслана Джамиль оглу – полковник-лейтенанта

    медалью “За Отчизну”

    Исмаилова Рамина Афсаладдин оглу – полковник-лейтенанта

    Бехбудова Нофеля Ариф оглу – майора

    медалью “За военные заслуги”

    Аббасова Хафиза Сакит оглу – полковник-лейтенанта

    Алекберова Эльданиза Яшар оглу – полковник-лейтенанта

    Абдуллаева Турала Фронт оглу – майора

    Эйвазлы Парвиза Барат оглу – майора

    Майылова Эльмеддина Наджмеддин оглу – майора

    Мусаева Ильгара Сабир оглу – майора

    Гейдарова Фуада Абдулла оглу – капитана

    Наджафова Фадига Иса оглу – капитана”.