Ağstafada kişini maşın vurub öldürüb

Ağstafada piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonda yerləşən restoranların birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan VAZ-2106 markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü E.Rzayevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *