Month: March 2025

  • Bu il Azərbaycanda qatarlarla heyvanların toqquşması nəticəsində 7 hadisə baş verib

    Bu ilin yanvar-fevral aylarında sahibsiz buraxılan təsərrüfat heyvanları dəfələrlə qatarların hərəkətinə maneə törədib və qatarla heyvanın toqquşması ilə nəticələnmiş 7 hadisə baş verib.

    Median.Az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

    Məlumata əsasən, ötən il isə 43 dəfə qatar dəmir yolu ətrafında sahibsiz buraxılmış heyvanla toqquşub.

  • В Азербайджане разрабатывается законопроект о дистанционной работе

    В Азербайджане продолжается работа над законопроектом, регулирующем выполнение трудовых функций дистанционными работниками.

    Соответствующие положения отражены в отчете Кабинета министров о деятельности за 2024 год.

    В документе также рассмотрено предложение о предоставлении женщинам с малолетними детьми возможности приходить на работу на час позже и уходить на час раньше. Отмечается, что Трудовой кодекс уже содержит нормы, предусматривающие сокращенный рабочий день для женщин с малолетними детьми.

    В частности, согласно статье 91 Кодекса, продолжительность сокращенного рабочего времени в неделю не должна превышать 36 часов для беременных женщин и женщин, имеющих ребенка до полутора лет, и родителей, в одиночку воспитывающих ребенка в возрасте до 3 лет.

    Кроме того, в соответствии со статьей 244, женщинам с детьми до 1,5 лет, помимо общего перерыва на отдых и питание, предоставляются дополнительные перерывы для кормления ребенка.

    В Кодексе также предусмотрены дополнительные льготы для женщин с малолетними детьми, касающиеся заключения и расторжения трудового договора, условий труда и других аспектов трудовых отношений.

    Правительство подтвердило, что наряду с указанными положениями в настоящее время ведется работа над внесением изменений в Трудовой кодекс, в том числе в части регулирования дистанционной занятости.//report

  • Distant iş forması ilə bağlı layihə hazırlanır

    Əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir.

    Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

    Hesabatda ailəli və azyaşlı uşağı olan qadınların bir saat işə gec gəlib bir saat işdən tez çıxmaları təklifinə münasibət bildirilib.

    Qeyd olunub ki, Əmək Məcəlləsinin bir sıra maddələrində azyaşlı uşağı olan qadınlar üçün qısaldılmış iş vaxtının tətbiq olunması müəyyən edilib.

    Belə ki, Məcəllənin 91-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində hamilə və yaş yarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

    Məcəllənin 94-cü maddəsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı müəyyən edilə bilər. İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara ərizələri ilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.

    Məcəllənin 244-cü maddəsinin tələblərinə əsasən yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir.

    Eyni zamanda Məcəllənin 243-cü maddəsinin tələblərinə əsasən yaş yarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməli və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir.

    Bundan başqa, Məcəllənin 79-cu, 98-ci, 117-ci, 127-ci, 130-cu, 133-cü 211-ci, 240-cı, 242-ci, 245-ci və s. maddələrində əmək müqaviləsinin bağlanılmasında və xitam verilməsində, əmək şəraitinin təmin edilməsində və əmək münasibətlərinə dair bir sıra digər məsələlərdə azyaşlı uşağı olan qadınlar üçün digər güzəşt və imtiyazlar müəyyən edilib.

    Həmçinin hökumətin yuxarıda qeyd olunan təklifə cavab olaraq o da bildirilib ki, hazırda Əmək Məcəlləsində dəyişikliklər edilməsi, habelə əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsini nəzərdə tutan qanun layihəsi üzərində iş davam etdirilir.
    //report

  • “Çıraqqala” abidəsi bərpa-konservasiya edilib

    “Çıraqqala” abidəsində möhkəmləndirmə, bərpa-konservasiya işləri yekunlaşıb.

    Bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

    Həmçinin bildirilib ki, layihə-smeta sənədləri hazırlanmış Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Kiçik Mərdəkan qəsrinin və Lənkəranda “Dairəvi qala”nın bərpası məqsədilə Prezident İlham Əliyevin Sərəncamına əsasən maliyyə vəsaiti ayrılıb.
    //report

  • Ötən il Azərbaycanda 781,8 milyon manatlıq hərbi məhsul istehsal edilib

    Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən ötən il ümumilikdə 781,8 milyon manat məbləğində məhsul istehsal edilib.

    Bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

    Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hökumətin hesabata əsasən, bu da ötən illərlə müqayisədə 14,7 faiz çox olub.

    2024-cü ildə nazirliyin müəssisələrində 55 adda zirehli texnikanın, atıcı silah və digər əmlakın təmiri həyata keçirilib, 336 adda müxtəlif məmulatın utilizasiyası üzrə müqavilələr imzalanmış və tam icra olunub.

    Bundan başqa nazirliyin tabeliyində olan müəssisələr tərəfindən ixrac edilən məhsulların ümumi həcmi 565,8 milyon manat təşkil edib.

  • Azərbaycanın ötən il bir sıra ölkələrə etdiyi yardımın məbləği açıqlanıb

    Türkiyənin zəlzələ bölgəsində bərpa və quruculuq işlərinə töhfə məqsədilə nəzərdə tutulmuş 100 milyon ABŞ dollarının (170 milyon manat) qalan 70 milyon manatı 2024-cü ildə aidiyyəti üzrə ayrılıb.

    “Report” xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

    Bildirilib ki, hesabat ilində Ukraynaya da humanitar yardım göstərilməsi davam etdirilib.

    “Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə göndərilməsinə 2023-cü ildə başlanmış elektrik avadanlıqlarından ibarət yardımın (7,6 milyon ABŞ dollarn məbləğində) çatdırılması 2024-cü ildə tamamlanıb.

    Beləliklə, elektrik avadanlıqlarından ibarət ümumilikdə 107 yük maşını Ukraynaya yola salınıb. Həmçinin Kiyevdə uşaq kitabxanasının sığınacağının təmiri üçün 30 min ABŞ dolları məbləğində maddi yardım göstərilib”, – məlumatda qeyd edilib.

    Vurğulanıb ki, Azərbaycan tərəfindən bu günədək Ukraynaya göstərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımların məbləği təxminən 40 milyon ABŞ dollarından çox olub.

    Bunlarla yanaşı, “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasının dəstəklənməsi məqsədilə İslam İnkişaf Bankına AIDA xətti ilə müvafiq maliyyə töhfəsi ayrılıb:

    “AFAB layihəsinin həyata keçirilməsinə 2012-ci ildən başlayaraq Azərbaycan tərəfindən ümumilikdə 1,5 milyon ABŞ dollarından artıq maliyyə töhfəsi verilib. Ümumilikdə, kampaniya çərçivəsində indiyədək 575 mindən çox insan ödənişsiz əsasda göz müayinəsindən keçib və Burkino Faso, Çad va Qvineyada 33 tibbi məntəqə zəruri gözə qulluq avadanlıqları ilə təchiz edilib”.

  • В 2024 году 298 человек получили гражданство Азербайджана

    В 2024 году 298 лиц без гражданства получили гражданство Азербайджана.

    Это отражено в отчете Кабинета министров о деятельности правительства за 2024 год.

    Согласно отчету, в прошлом году число электронных обращений в Государственную миграционную службу по вопросам регистрации по месту пребывания, продления срока временного пребывания, разрешений на работу и проживание, вопросам гражданства составило 147,8 тыс.

    По состоянию на 31 декабря 2024 года число иностранцев, законно находящихся или проживающих в стране, составило 184,8 тыс. человек, что на 18,9 тыс. человек или 11,4% больше по сравнению с 2023 годом.

    Кроме того, в течение 2024 года в службу поступило 599,5 тыс. обращений по вопросам регистрации по месту пребывания, продления срока временного пребывания, получения (продления) временных, постоянных видов на жительство и разрешений на работу, предоставления статуса беженца, гражданства, реадмиссии и другим вопросам, что на 10,9 тысяч или 1,8% меньше по сравнению с 2023 годом.

    В отчетном году было выявлено 22,3 тыс. (в 2023 году – 23,1 тысячи) случаев нарушения требований миграционного законодательства и приняты соответствующие меры.

  • 2024-cü ildə 298 nəfər Azərbaycan vətəndaşlığına qəbul olunub

    2024-cü il ərzində vətəndaşsızlıq vəziyyətində olan 298 nəfər Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan vətəndaşlığına qəbul olunub.

    Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

    Hesabata əsasən ötən il olduğu yer üzrə qeydiyyata alınma, müvəqqəti olma müddətinin uzadılması, iş və yaşama icazələri, vətəndaşlıq məsələləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə daxil olan elektron müraciətlərin sayı 147,8 min olub.

    2024-cü il 31 dekabr tarixinə ölkədə qanuni əsaslarla olan və ya yaşayan əcnəbilərin sayı 184,8 min nəfər olub ki, bu da 2023-cü illə müqayisədə 18,9 min nəfər və ya 11,4% çoxdur.

    Bununla yanaşı 2024-cü il ərzində olduğu yer üzrə qeydiyyata alınma, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti, daimi yaşama və iş icazələrinin alınması (müddətinin uzadılması) qaçqın statusunun verilməsi, vətəndaşlıq, readmissiya və digər məsələlərlə bağlı Xidmətə 599,5 min müraciət daxil olub ki, bu da 2023-cü illə müqayisədə 10,9 min və ya 1,8% azdır.

    Hesabat ilində 22,3 min (2023-cü ildə 23,1 min) halda miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib və müvafiq tədbirlər görülüb.

  • Пенитенциарная служба и МВД провели совместную операцию в Баку

    Пенитенциарная служба Министерства юстиции и Министерство внутренних дел (МВД) провели операцию в Баку, изъяли автомат.

    Об этом говорится в совместном заявлении Пенитенциарной службы и МВД.

    Отмечается, что в результате оперативно-розыскных мероприятий, проведенных оперативным аппаратом совместно с сотрудниками МВД, в доме в Ясамальском районе Баку был обнаружен и изъят автомат “Калашникова” и 6 патронов, принадлежащих Гулизаде Каинату Хошбахт оглу.

    По факту проводится расследование.

  • DİN və Penitensiar xidmət əməliyyat keçirib, avtomat aşkar olunub

    Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN) Bakıda əməliyyat keçirib, avtomat aşkar olunub.

    Bu barədə Penitensiar xidmətin və DİN-in yaydığı birgə məlumatda qeyd olunub.

    Bildirilib ki, birgə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Qulizadə Kainat Xoşbəxt oğluna məxsus 1 ədəd “Kalaşnikov” avtomatı və 6 ədəd patron Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, ev 21 ünvanında yaşayış olmayan otaqda dolabın içərisindən aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.