После пожара на борту Boeing 737 в международном аэропорту Денвера (Колорадо) 12 человек доставлены в больницы.
Об этом сообщает CNN.
Отметим, что в четверг вечером на самолете American Airlines во время рулежки в аэропорту Денвера произошло задымление, позднее переросшее в пожар.
На кадрах, распространившихся в соцсетях, видно, как пассажиры спешно покидают самолет, а некоторые выбираются на крыло самолета. По словам очевидцев, причиной пожара стало возгорание реактивного топлива.
ABŞ-nin Kolorado ştatında yerləşən Denver Beynəlxalq Aeroportunda “Boeing 737” təyyarəsinin göyərtəsində baş verən yanğın nəticəsində 12 nəfər xəsarət alıb.
Bu barədə CNN xəbər verir.
Məlumata görə, onlar xəstəxanalara yerləşdirilib.
Bildirilib ki, aeroportda “American Airlines” təyyarəsində tüstülənmə baş verib, daha sonra bu, yanğına çevrilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərin təyyarəni tələsik tərk etdiyi görünür. Şahidlərin sözlərinə görə, yanğının səbəbi reaktiv yanacağın alışması olub.
В январе-феврале текущего года производство электроэнергии в Азербайджане составило 4 млрд 864,8 млн кВт/ч, экспорт составил 301,5 млн кВт/ч, а импорт – 19,5 млн кВт/ч.
Об этом написал министр энергетики Пярвиз Шахбазов на своей странице в соцсети Х.
Сообщается, что за отчетный период из возобновляемых источников энергии, включая гидроэлектростанции, произведено 510,5 млн кВт/ч электроэнергии.
Bu ilin yanvar–fevral aylarında operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 864,8 milyon kVt/saat, ixracı 301,5 milyon kVt/saat, idxalı isə 19,5 milyon kVt/saat olub.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bu dövrdə su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 510,5 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) sabah paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçirəcək.
Bu barədə BŞİH-dən məlumat verilib.
İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırır.
Naxçıvanın bir sıra rayonlarında hərbi sursatlar aşkar edilib.
Bu barədə Naxçıvan bürosuna FHN-dən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən müxtəlif vaxtlarda Naxçıvan şəhər Xətai məhəlləsi, Ordubad rayonunun Kotan və Xanağa kəndləri, Kəngərli rayonunun Yeni Kərki kəndi və “Sement zavodu” adlanan ərazilərində hərbi sursatların aşkar edilməsi barədə daxil olan məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerlərinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların ümumilikdə 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 1 ədəd 120 mm-lik top mərmisi, 3 ədəd 40 mm-lik RPQ-7V qumbaraatan mərmisi, 4 ədəd RPQ-7 qumbaraatanın aparıcı qüvvəsi və təlim üçün nəzərdə tutulmuş 1 ədəd RQD-5 olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.
Əlavə axtarışlar zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Правительство Бразилии приняло решение провести Саммит глав государств 30-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP30) 6-7 ноября 2025 года в столице штата Пара Белеме.
Об этом Report сообщили в Администрации президента Бразилии.
Основная цель – обеспечить более комфортное и эффективное в плане организации проведение церемонии открытия.
“Саммит является частью Конференции сторон, и решение о его проведении было принято Бразилией. Это даст нам время для более глубокого размышления, без давления со стороны отелей или города, и поможет нам лучше организовать официальное открытие мероприятия”, — подчеркивается в сообщении.
Braziliya hökuməti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasının (COP30) Dövlət Başçıları Sammitinin tarixini erkən təyin etmək qərarına gəlib.
Bu barədə “Report”a Braziliya Prezident Administrasiyasından məlumat verilib.
Bildirilib ki, sammit 2025-ci il noyabrın 6-7-də Para ştatının paytaxtı Belemdə baş tutacaq.
Qərarın əsas məqsədi açılış mərasiminin daha rahat və təşkilati baxımdan səmərəli keçirilməsini təmin etməkdir.
“Sammit COP-un rəsmi tədbirlərindən biridir və onun erkən keçirilməsi qərarı Braziliya tərəfindən qəbul edilib. Bu dəyişiklik bizə daha dərin müzakirələr aparmaq üçün əlavə vaxt qazandıracaq, eyni zamanda hotellər və şəhər üzərində təzyiqləri azaldaraq tədbirin rəsmi açılışını daha yaxşı təşkil etməyə imkan verəcək”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, sammit 10-21 noyabr tarixlərində keçiriləcək konfransın rəsmi tədbirlərindən biri olacaq və Braziliyanı iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələrin mərkəzinə çevirəcək.