Month: March 2025

  • Azərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib

    2024-cü ildə Azərbaycanda 202.1 min vergi ödəyicisinin 5 milyard 537.9 milyon manat vergi borcu yaranıb, 189.5 min vergi ödəyicisinin 5 milyard 199.6 milyon manat vergi borcu ləğv edilib.

    Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

    Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 6.1% az, 12.2% çox, 10.1% az və 5.7% azdır.

    Hesabat dövründə borclu vergi ödəyicilərinin borcun tərkibi və ödəmədiyi təqdirdə görüləcək inzibati tədbirlər barədə ilkin olaraq məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1.3 milyon manat rəsmi bildiriş, mobil əlaqə nömrəsinə 561.8 min qısa mesaj göndərilib, 208.6 min telefon zəngi edilib.

    Borcun dövlət büdcəsinə alınmasını təmin etmək üçün borclu vergi ödəyicilərinin aktiv bank hesablarına ümumilikdə 6 milyon sərəncam göndərilib, 7 min şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min ədəd qərar qəbul edilib, borclu vergi ödəyicilərinin borcunun “İnzibati icra haqqında” qanunun 82-ci maddəsinin müddəalarına əsasən tələbin icraya yönəldilməsi barədə ümumilikdə 5.12 min qərar qəbul edilib, habelə 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materiallar aidiyyəti istintaq orqanına göndərilib.

    Vergi inzibatçılığının müqayisəli qiymətləndirilməsi üçün vasitələrdən biri Beynəlxalq Valyuta Fondunun hazırladığı Vergi İnzibatçiliğı Diaqnostik Qiymətləndirmə Alətidir (TADAT), TADAT metodologiyasına əsasən vergi borclarının məbləği ve hərəkət göstəricisi indikatoru, büdcə ilinin sonunda ümumi vergi borclarının həmin ilin sonuna olan ümumi vergi gəlirlərinə nisbəti ilə ölçülür. Belə ki, metodologiyaya əsasən bu nisbət göstəricisi 20 % -dən artıq olduğu halda, müvafiq sahə üzrə inzibatçılıq lazımi səviyyədə təşkil olunmamış kimi qiymətləndirilir. Respublika üzrə 2024-cü ilin sonuna gözlənilən ümumi borc məbləğinin təqribən 3 milyon 120.4 min manat təşkil edəcəyi nəzərə alınmaqla həmin göstərici sözügedən metodologiyaya əsasən normadaxili göstərici kimi qəbul edilə bilər.

    Eyni zamanda, 2023-cü ildə borcun məbləğində 18% artım olduğu halda, hesabat ilində həmin göstərici 12.1% təşkil edib.

    Sosial sığorta haqları üzrə 1 yanvar 2024-cü ilə 150.3 min vergi ödəyicisinin 233.2 milyon manat, 1 yanvar 2025-ci ilə isə 155.2 min vergi ödəyicisinin 263.9 milyon manat borcu olub. Bu göstəricilər müvafiq olaraq İşsizlikdən sığorta haqları üzrə 5.5 milyon manat (26.9 min vergi ödəyicisi) ve 6.7 milyon manat (31.5 min vergi ödəyicisi), İcbari tibbi siğorta haqları üzrə isə 15.3 milyon manat (57.7 min vergi ödəyicisi) və 26.2 milyon manat (67.3 min vergi ödəyicisi) təşkil edib.

  • Азербайджан укрепил оборонительные позиции на 202.5 км условной границы с Арменией

    В 2024 году продолжились работы по демаркации государственной границы между Азербайджаном и Россией. На высокогорных участках были определены точки прохождения линии госграницы. В шести пунктах установлены новые пограничные знаки, в двух – восстановлены существующие, а в девяти пунктах определены места для установки пограничных знаков.

    Как сообщает Oxu.Az, об этом говорится в отчете Кабинета министров Азербайджана о деятельности за 2024 год.

    В результате проведенных демаркационных работ общее число установленных вдоль азербайджано-российской границы пограничных знаков достигло 193 (146 основных и 47 вспомогательных).

    В отчетный период на 202.5 км условной госграницы между Азербайджаном и Арменией (Зангиланский, Губадлинский районы и частично Лачынский район) создана необходимая пограничная инфраструктура и укреплены оборонительные позиции.

  • Azərbaycan Ermənistanla şərti sərhədinin 202.5 km-lik hissəsində müdafiə mövqelərini möhkəmləndirib

    “2024-cü ildə Rusiya ilə dövlət sərhədində demarkasiya işləri davam etdirilib, yüksək dağlıq ərazilərdə dövlət sərhəd xəttinin keçdiyi yerlər müəyyən edilib, 6 nöqtədə yeni sərhəd nişanı quraşdırılıb, 2 nöqtədə sərhəd nişanı bərpa olunub və 9 nöqtədə sərhəd nişanının quraşdırma yerləri müəyyənləşdirilib”.

    Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

    Sənəddə qeyd olunub ki, aparılmış demarkasiya işləri nəticəsində Azərbaycan-Rusiya dövlət sərhədi boyunca quraşdırılmış sərhəd nişanlarının ümumi sayı 193-ə (146 əsas, 47 köməkçi) çatdırılıb.

    Hesabat dövründə Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin 202.5 km-lik hissəsində (Zəngilan, Qubadlı rayonları və qismən Laçın rayonu) zəruri sərhəd infrastrukturu yaradılaraq müdafiə mövqeləri möhkəmləndirilib.
    //oxu.az

  • Korrupsiyaya görə işdən çıxarılan qadın məmur həbs edildi

    Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə sabiq direktor müavini Lalə Novruzova həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 2022-ci ildə korrupsiya əməlləri ilə bağlı işdən çıxarılan L.Novruzovaya hökm oxunub.

    Məhkəmədə o, Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci (Külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib.

    Bildirilib ki, Mədəniyyət Nazirliyinin balansında olan təhsil mərkəzində aparılan yoxlamalar zamanı külli miqdarda pulun ələ keçirilməsi üzə çıxıb. Həmin vaxt Lalə Novruzova vəzifədən azad edilib və mərkəzdə qarmon müəllimi kimi fəaliyyətinə davam edib.

    İstintaq müddətində o, polisin nəzarəti altına verilməklə sərbəst buraxılıb.

    Məhkəmə Lalə Novruzovanın dövlət büdcəsinə vurduğu ziyanı ödəməməsini əsas götürərək onun həbs edilməsinə qərar verib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq vəzifəli şəxsə 3 il 6 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalında həbs edilib.

    Təqsirləndirilən şəxsdən 32 215.07 manat pulun tutularaq zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Mədəniyyət Nazirliyinə ödənilməsi də hökmdə öz əksini tapıb.

    Qeyd edək ki, L.Novruzova 2013-22-ci illərdə Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin tədris işləri üzrə direktor müavini vəzifəsini icra edib.

  • Продлен срок ареста задержанному по делу Meydan TV Рамину Деко

    Суд вынес решение в отношении журналиста Рамина Джебраилзаде (Деко), задержанного по делу Meydan TV.

    Как сообщает Report, в ходе заседания в Хатаинском районном суде вынесено решение о продлении его ареста еще на 3 месяца.

    Отметим, что Рамин Джебраилзаде обвиняется в контрабанде.

    Помимо него, по делу Meydan TV также были задержаны Айнур Гамбарова (Эльгюнеш), Айтадж Ахмедова (Тапдыг), Айсель Умудова, Хаяла Агаева, Натиг Джавадлы и Ульви Тахиров. Им всем предъявлены обвинения по статье 206.3.2 (контрабанда, совершенная группой лиц по предварительному сговору) Уголовного кодекса Азербайджанской Республики. Хатаинский районный суд избрал в отношении всех обвиняемых меру пресечения в виде ареста.

  • “Meydan TV” işi üzrə saxlanılan Ramin Dekonun həbs müddəti uzadılıb

    Məhkəmə “Meydan TV” işi üzrə saxlanılan Ramin Cəbrayılzadə (Deko) barəsində qərar verib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar qəbul olunub.

    Qeyd edək ki, Ramin Cəbrayılzadə qaçaqmalçılıqda ittiham olunur.

    Xatırladaq ki, “Meydan TV” işi üzrə Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.

    Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Daha sonra Xətai Rayon Məhkəməsində onlar barəsində həbs qətimkan tədbiri seçilib.

  • Грузия приветствует согласование положений мирного договора между Азербайджаном и Арменией

    Министерство иностранных дел (МИД) Грузии приветствует заявление о завершении переговоров между Азербайджаном и Арменией по тексту мирного соглашения.

    Об этом говорится в публикации на странице внешнеполитического ведомства Грузии в социальной сети X.

    “Приветствуем завершение переговоров по всем 17 статьям текста мирного соглашения между Арменией и Азербайджаном. Это исторический шаг к устойчивому миру и стабильности в регионе!” – отмечается в посте.

  • Gürcüstan Azərbaycan və Ermənistan arasındakı razılaşmaları alqışladığını bəyan edib

    Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanatını alqışlayır.

    Bu barədə Gürcüstanın xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

    “Ermənistan və Azərbaycan arasında sülh sazişi mətninin bütün 17 maddəsi üzrə danışıqların başa çatmasını alqışlayırıq. Bu, regionda dayanıqlı sülh və sabitliyə doğru tarixi addımdır!” – paylaşımda qeyd olunub.

  • Abşeron və Binəqədi rayonlarında oğurluq edənlər saxlanılıblar

    Abşeron rayonu ərazisində yerləşən yaşayış yerlərindən 300 manat dəyərində su qızdırıcısı, 8 qapı və məişət əşyalarının oğurlanıb.

    Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı O.Nəsrullayev müəyyən olunaraq saxlanılıb.

    Bundan başqa, Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən kombi və radiator oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 50 yaşlı R.Seyidovun saxlanılması da təmin edilib.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Премьер-министр: В 2024 году средний размер пенсии составил 494 маната

    В 2024 году был принят ряд важных решений по усилению социальной защиты населения, особенно по повышению покупательной способности и реальных доходов малообеспеченных слоев населения путем увеличения социальных выплат.

    Об этом заявил премьер-министр Али Асадов в ходе отчета правительства в Милли Меджлисе.

    Он отметил, что в 2024 году в Азербайджане 39% расходов государственного бюджета или 14.6 млрд манатов составили социальные расходы.

    “В 2024 году средний размер пенсии увеличился на 12% (494 маната), пенсия по возрасту – на 11.3% (до 528 манатов), прожиточный минимум по стране установлен в размере 270 манатов (рост на 9.8%). Средний ежемесячный размер социальной помощи на одну семью составил 475 манатов. В рамках постоянных реформ главы государства уделяется внимание решению социальных вопросов. С 1 января приняты решения о следующих повышениях в социальной сфере. В целом, за последние несколько лет реализовано 4 социальных пакета, и на эти цели потрачено более 7 млрд манатов. И впредь одной из основных задач правительства будет параллельное осуществление социального и экономического развития. При постоянном внимании и заботе Президента Ильхама Алиева и Первого вице-президента Мехрибан Алиевой в прошлом году 800 квартир были предоставлены семьям шехидов, инвалидам войны и другим лицам из уязвимых категорий, а также 93 автомобиля были переданы инвалидам войны. На расходы по обеспечению военнослужащих жильем выделено 35 млн манатов. На удовлетворение потребностей населения в жилье и приобретение гражданами жилья на льготных условиях выделено 100 млн манатов. Наряду с этим проводились работы по решению проблем с аварийными зданиями, включая инвентаризацию и переселение. На эти цели в государственном бюджете на 2025 год предусмотрено 50 млн манатов. В целом отмечу, что в 2024 году объем инвестиций, использованных в строительно-монтажных работах, составил 15.5 млрд манатов, что составляет 72.4% от общего объема инвестиций”, – сказал он.
    //oxu.az