Month: March 2025

  • Kərə yağı adı ilə satılan daha üç məhsulun tərkibində uyğunsuzluqlar aşkarlandı – FOTO

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Elman Sahib oğlu İmanverdiyev tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini – “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar edilib.

    Bu barədə AQTA məlumat yayıb.

    Bildirilib ki, agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin, sahibkar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

    Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib.

    Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

    Məhsulun adı Məhsulun istehsal və son istifadə tarixi
    1. “Natural” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı 07.11.2024-07.11.2025
    2. 23.12.2024-23.12.2025
    3. “Tac” əmtəə nişanlı 82,5% yağlılıqda kərə yağı 05.12.2024-05.12.2025
    4. “Selskoe” əmtəə nişanlı 82,5% yağlılıqda duzsuz kərə yağı 13.12.2024-13.12.2025

  • Утверждены должностные оклады сотрудников СГБ и СВР

    Утверждены в новой редакции размеры месячных должностных (тарифных) окладов для ряда сотрудников Службы государственной безопасности (СГБ) Азербайджанской Республики (АР), а также Службы внешней разведки (СВР) АР.

    Соответствующие решения подписал премьер-министр страны Али Асадов.

    Согласно документам, новые оклады утверждены как для военнослужащих, так и для гражданских служащих обоих ведомств, не являющихся государственными служащими.

    Министерству финансов Азербайджана поручено обеспечить выделение необходимых средств для реализации данных распоряжений.

    Решение считается вступившим в силу с 1 января 2025 года.

  • DTX və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının maaşları yeni redaksiyada təsdiqlənib

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, eləcə də Xarici Kəşfiyyat Xidmətinin bir sıra əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiqlənib.

    Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.

    Sənədlərə görə, hər iki qurumun hərbi qulluqçularının, həmçinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

    Maliyyə Nazirliyinə tapşırılıb ki, qərarların icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

    Qərarlar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

  • Стоимость фьючерса на золото обновила исторический максимум

    Стоимость золота вновь побила исторический рекорд. Апрельские фьючерсы на золото на Чикагской товарной бирже (CME) по состоянию на 07:43 мск (08:43 по Баку – ред.) подорожали на 0.34%, до 3001.62 доллара за унцию. Отметку 3000 долларов биржевая цена унции золота превысила впервые в истории.

    Об этом сообщает Median.Az со ссылкой на РБК.

    Росту котировок способствовало увеличение спроса на безопасные активы в мире на фоне усиления торговой напряженности. Золото выросло в цене до рекордного уровня после того, как президент США Дональд Трамп ввел пошлины на металлы. Кроме того, инвесторы переоценили перспективы экономики США и динамику ставок ФРС после публикации последних данных по инфляции, пишет Bloomberg.

    Пошлины Трампа на импорт стали и алюминия в США вступили в силу в среду, вызвав обеспокоенность в зависящей от экспорта Азии и немедленные ответные меры со стороны Европейского союза и Канады.

    Отказ от рисков на рынке отражает ожидания инвесторов, что торговая напряженность, скорее всего, усилится, и они снова обращаются к золоту как к безопасной гавани, чтобы защититься от волатильности, рассказал рыночный стратег британской компании IG Group Йип Джун Ронг.

  • Qızılın qiyməti növbəti dəfə tarixi rekord qırdı

    Qızılın qiyməti növbəti dəfə tarixi rekord qırıb.

    Bu barədə rbc.ru nəşri yazıb.

    Çikaqo Ticarət Birjasında (CME) aprel füçersləri Bakı vaxtı ilə saat 08:43-ə olan məlumata görə, 0.34% bahalaşaraq bir unsiya üçün 3 001.62 dollar olub.

    Qızılın bir unsiyasının birja qiyməti tarixdə ilk dəfə olaraq 3000 dollar həddini keçib.

    Qeyd edilib ki, kotirovkaların yüksəlməsi ticarət gərginliyinin artması fonunda dünyada təhlükəsiz aktivlərə tələbatın artması ilə əlaqədar olub.

    ABŞ Prezidenti Donald Trampın metala gömrük rüsumları tətbiq etməsindən sonra qızılın qiyməti rekord həddə çatıb.

  • Закир Гасанов наградил Халука Байрактара медалью

    Министр обороны генерал-полковник Закир Гасанов принял находящегося с визитом в Азербайджане генерального директора турецкой компании “Baykar” Халука Байрактара.

    Об этом сообщили в Министерстве обороны.

    На встрече, состоявшейся в атмосфере искреннего диалога, было подчеркнуто дальнейшее развитие двустороннего военного сотрудничества.

    Особо отмечалась важность наращивания совместного производства с применением технологических инноваций, состоялся широкий обмен мнениями о текущем состоянии и перспективах развития военно-технического сотрудничества между Азербайджаном и Турцией.

    В заключение министр обороны наградил Х.Байрактара медалью “За заслуги в области военного сотрудничества”.

  • Zakir Həsənov Haluk Bayraktarı medalla təltif etdi

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, görüşdə texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub, Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

    Görüşün sonunda müdafiə naziri H.Bayraktarı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edib.

  • Стало известно о состоянии отравившихся донером в Агстафе

    Стало известно о состоянии отравившихся донером в Агстафе.

    В ответ на запрос oxu.az в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB) заявили, что все пациенты, состояние которых было оценено как удовлетворительное, выписаны на амбулаторное лечение.

    “13 марта с 17:15 до 21:40 в отделение скорой и неотложной медицинской помощи Агстафинской центральной районной больницы с подозрением на отравление были госпитализированы десять человек (двое мужского и восемь женского пола). Им была оказана необходимая медицинская помощь”, – говорится в сообщении.

  • Ağstafada dönərdən zəhərlənən şəxslərin vəziyyəti açıqlandı

    Ağstafada dönərdən zəhərlənən şəxslərin son vəziyyəti açıqlanıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hamısı ambulator müalicə üçün evə buraxılıb.

    “Martın 13-də, saat 17:15-dən 21:40-a kimi on nəfər (ikisi kişi, səkkizi qadın cinsli olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunublar. Onlara zəruri tibbi yardım göstərilib”, – deyə məlumatda bildirilib.

  • Faciəli şəkildə ölən şəxs “Azərişıq”ın əməkdaşı imiş

    Ötən gün Samux rayonunda ustanı ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

    Oxu.az-ın məlumatına görə, rayonun Alıuşaq kənd sakini R.Quliyev “Azərişıq”ın əməkdaşı imiş və hadisə iş zamanı baş verib.

    Faktla bağlı araşdırma aparılır.