Month: March 2025

  • Şimali Makedoniya prezidenti: “Azərbaycanla tərəfdaşıq və bunu inkişaf etdirmək niyyətindəyik”

    “Azərbaycan və Şimali Makedoniya tərəfdaşlıq qurublar və onu daha da inkişaf etdirməyi hədəfləyirlər”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova XII Qlobal Bakı Forumunun açılışında bildirib.

    Şimali Makedoniya prezidenti qonaqpərvərliyə və forumda iştirak etmək üçün dəvətə görə Azərbaycana və Nizami Gəncəvi Mərkəzinə təşəkkürünü bildirib.

    Həmçinin Qordana Silyanovska-Davkova XII Qlobal Bakı Forumunun təkcə dialoq üçün mühüm platforma deyil, həm də aktual qlobal problemlərin həlli yollarını tapmaq baxımından səmərəli vasitə olacağına əminliyini ifadə edib.

    “Əminəm ki, burada aparılan müzakirələr təkcə ideya mübadiləsinə deyil, həm də sülh, təhlükəsizlik və davamlı inkişafın təmin edilməsinə yönəlmiş konkret qərarların qəbul edilməsinə töhfə verəcək”, – deyə prezident qeyd edib.

    Xatırladaq ki, martın 13-15-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. Foruma 400-ə yaxın nüfuzlu siyasətçi, Nobel mükafatı laureatı, alim və ekspert qatılıb. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur.

  • Запрошено новое наказание для Чингиза Мехдиева, обвиняемого в присвоении почти 400 000 манатов (ОБНОВЛЕНО)

    Завершился судебный процесс над бывшим руководителем отдела компании-оператора Baku City Circuit Чингизом Мехдиевым, обвиняемым в хищении государственных средств, выделенных на “Формулу-1”, и легализации денежных средств, полученных преступным путем.

    На последнем заседании в Бакинском суде по тяжким преступлениям под председательством судьи Лейлы Аскеровой-Мамедовой ожидался приговор. Поскольку Чингиз Мехдиев в последний момент полностью возместил присвоенную сумму, государственный обвинитель изменил предложенное наказание и рекомендовал приговорить его к 3 годам лишения свободы условно.

    Напомним, что в ходе предыдущего судебного разбирательства государственный обвинитель предложил суду приговорить Чингиза Мехтиева к 10 годам лишения свободы.

    Согласно обвинительному акту, в 2016-2018 годах Чингиз Мехдиев присвоил 397 852.82 манатов, выделенных Министерством молодежи и спорта операционной компании BCC на организацию гонок “Формулы-1” в Баку. Кроме того, Мехдиев легализовал доверенные ему средства, переведя в период с февраля по ноябрь 2020 года 1 436 735.18 манатов частями на счет своего брата Заура Мехдиева в американском банке Bank of America. В обвинении далее отмечается, что при организации гонок завышались цены на различное оборудование и одежду, в результате чего выделялось больше средств, чем требовалось. Для закупки оборудования и оказания услуг для организации гонок заключались договоры с компанией матери и водителем Чингиза Мехдиева. Экс-начальник отдела перевел полученные преступным путем средства на счета компании, открытой на имя его матери Лейлы Алиевой на Сейшельских островах, и семейного водителя Маиса Абдуллаева. В этот период исполнительным директором Baku City Circuit был Ариф Рагимов – сын покойного министра молодежи и спорта Азада Рагимова.
    //oxu.az

    * * * * *

    Завершается судебный процесс над бывшим руководителем отдела компании-оператора Baku City Circuit Чингизом Мехдиевым, обвиняемым в хищении государственных средств, выделенных на “Формулу-1”, и легализации денежных средств, полученных преступным путем.

    Как сообщает Qafqazinfo, ожидается, что приговор будет оглашен на сегодняшнем заседании Бакинского суда по тяжким преступлениям под председательством судьи Лейлы Аскеровой-Мамедовой.

    Прокурор потребовал приговорить Чингиза Мехдиева к 10 годам лишения свободы. Его адвокат Фаиг Наджафов представил документ о полной компенсации ущерба, причиненного государству.

    Выяснилось, что в последний день судебного заседания Ч.Мехдиев вернул оставшиеся 297 892 маната, компенсировав ущерб государству.

    Учитывая это, защита ходатайствовала о прекращении уголовного дела.

    Прокурор попросил у суда время для консультаций. Процесс был прерван на час.

    Следствие установило, что Чингиз Мехдиев присвоил 397 852 маната государственных средств. Чтобы скрыть истинный источник полученных им денег, он легализовал их, переведя крупные суммы денег в иностранные банки. В ходе следствия Ч.Мехдиев вернул в госбюджет 100 000 манатов из присвоенной им суммы.

    Отметим, что раскрытое Главным управлением по борьбе с коррупцией при генеральном прокуроре преступление охватывает период 2015-2020 годов.

  • “Formula-1″də 400 min manatı mənimsəməkdə təqsirləndirilən Çingiz Mehdiyevə yeni cəza istənildi (YENİLƏNİB)

    “Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən son prosesdə hökm gözlənilirdi. Çingiz Mehdiyev mənimsənilən məbləği son anda tam ödədiyi üçün dövlət ittihamçısı təklif edilən cəzanı dəyişərək, onun 3 il şərti azadlıqdan məhrum olunmasını yenidən təklif edib.

    Xatırladaq ki, ötən proses zamanı dövlət ittihamçısı Çingiz Mehdiyevin 10 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

    Qeyd edək ki, ittihama görə Çingiz Mehdiyev Gənclər və İdman Nazirliyi vasitəsilə BŞH Əməliyyat Şirkətinə 2016-2018-ci illərdə Bakıda keçirilən “Formula-1” yarışlarının təşkilinə ayrılmış 397 min 852.82 manat vəsaiti mənimsəməkdə təqsirləndirilib. Bundan başqa, Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-nin “Bank of Amerika” bankındakı hesabına 1 milyon 436 min 735.18 manatı köçürməklə leqallaşdırıb.

    İttihamda daha sonra qeyd edilib ki, yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə də təqsirləndirilir. Ona həm də cinayət yolu ilə əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib. Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.

    Qeyd edək ki, həmin vaxt əməliyyat şirkətinin sabiq icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.
    //oxu.az

    * * * * *

    “Formula-1″ə ayrılan dövlət vəsaitini mənimsəməkdə və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda ittiham olunan Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin keçmiş şöbə rəisi Çingiz Mehdiyevin məhkəməsi yekunlaşır.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü iclasda hökmün elan ediləcəyi gözlənilir.

    Prokuror Çingiz Mehdiyevə 10 il həbs cəzası tələb etmişdi. Onun vəkili Faiq Nəcəfov son anda məhkəməyə mənimsəmə epizodu üzrə dövlətə dəymiş ziyanın tam ödənilməsi ilə bağlı ərizə təqdim edib.

    Məlum olub ki, Çingiz Mehdiyev 397 892 manatlıq ziyanın qalan 297 892 manatını da son gündə ödəyib. 100 min manatın isə ibtidai istintaq vaxtı ödəməsi barədə əvvəl məlumat verilmişdi.

    Müdafiə tərəfi bunu nəzərə alaraq cinayət işinə xitam verilməsini xahiş edib.

    Prokuror məsləhətləşmə üçün məhkəmədən vaxt istəyib. Prosesdə birsaatlıq fasilə elan olunub.

    Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üstünü açdığı bu cinayət 2015-2020-ci illəri əhatə edib.

  • Прогноз погоды в Азербайджане на 14 марта

    14 марта в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, преимущественно без осадков, ночью и утром местами ожидается слабый туман, будет дуть умеренный юго-восточный ветер.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в Баку и на Абшероне ночью составит 5-10, днем – 15-20 градусов тепла.

    Атмосферное давление снизится с 765 до 762 мм ртутного столба. Относительная влажность воздуха ночью – 70-80%, днем – 60-65%.

    В регионах Азербайджана осадков в основном не ожидается, на отдельных территориях туман, будет дуть восточный ветер.

    Температура воздуха ночью составит 5-10, днем – 21-26, в горах ночью – 3-8, днем – 15-20 градусов выше нуля.

  • Sabah 26 dərəcə isti olacaq

    Azərbaycan ərazisində martın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

  • Президент Албании: Бакинский форум – значимое событие на фоне глобальных вызовов

    Глобальный бакинский форум – значимое событие на фоне сохраняющихся глобальных вызовов.

    Как сообщает Report, об этом президент Албании Байрам Бегай заявил на открытии XII Глобального бакинского форума.

    “Сегодняшний форум имеет большое значение, поскольку мы все еще сталкиваемся с множеством глобальных вызовов. Благодарен азербайджанской стороне за предоставление столь важной платформы для обсуждения глобальных проблем”, – сказал он.

    Бегай подчеркнул, что современный мир сталкивается не только с политическим, но и экономическим кризисом.

    “Мы живем в эпоху, когда власть пытается подменить справедливость, а общества рушатся. Сегодняшние вызовы – это испытание для нового мирового порядка, угроза безопасности. Мы должны добиваться восстановления мира, защищать границы и обеспечивать безопасность. Транснациональная преступность и другие вызовы требуют нашего совместного ответа. Мы должны придерживаться своих ценностей и стремиться к миру, в котором все конфликты разрешаются мирно, а экономика развивается стабильно”, – заявил он.

    Албанский лидер также отметил успех климатической конференции COP29, прошедшей в Баку в ноябре 2024 года.

    XII Глобальный бакинский форум проходит 13-15 марта. Форум на тему “Переосмысление мирового порядка: превращение вызовов в возможности” организован Международным центром Низами Гянджеви.

    В мероприятии принимают участие действующие и бывшие главы государств и правительств, министры, парламентарии, представители международных организаций со всего мира, руководители структур ООН, лауреаты Нобелевской премии, ученые и эксперты.

  • Albaniya prezidenti: “Bakı forumu qlobal çağırışlar fonunda əhəmiyyətli hadisədir”

    “Qlobal Bakı Forumu davam edən qlobal çağırışlar fonunda əhəmiyyətli hadisədir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay XII Qlobal Bakı Forumunun açılışında bildirib.

    “Bugünkü forum böyük əhəmiyyət daşıyır, çünki biz hələ də çox sayda qlobal çağırışla üzləşirik. Azərbaycan tərəfinə qlobal problemlərin müzakirəsi üçün belə vacib platforma təqdim etdiyinə görə minnətdaram”, – deyə o bildirib.

    B.Beqay vurğulayıb ki, müasir dünya təkcə siyasi deyil, həm də iqtisadi böhranla üzləşir:

    “Biz elə bir dövrdə yaşayırıq ki, hakimiyyət ədaləti dəyişdirməyə çalışır, cəmiyyətlər isə dağılır. Bugünkü çağırışlar yeni dünya nizamı üçün bir sınaqdır, təhlükəsizliyə təhdiddir. Biz sülhün bərpasına nail olmalı, sərhədləri qorumalı və təhlükəsizliyi təmin etməliyik. Transmilli cinayətkarlıq və digər çağırışlar bizim birgə cavabımızı tələb edir. Biz öz dəyərlərimizə sadiq qalmalı və bütün münaqişələrin sülh yolu ilə həll olunduğu, iqtisadiyyatın sabit inkişaf etdiyi bir dünya üçün çalışmalıyıq”.

    Albaniya lideri, həmçinin 2024-cü ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurunu qeyd edib.

  • Masallı sakinindən 10 kiloqram narkotik vasitə aşkarlanıb

    Masallıda əməliyyat zamanı 10 kiloqram narkotik vasitə aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat tədbiri keçirilib. Tədbirlərlə 37 yaşlı Ceyhun Əliyev saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marixuana və heroin aşkarlanaraq götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar aparılır.

  • Baş ədliyyə müşaviri Firad Əliyev təltif edildi

    Baş ədliyyə müşaviri Firad Əliyev təltif olunub.

    12 mart – Daxili Qoşunlar Günü münasibətilə daxili işlər nazirinin müavini, Daxili Qoşunlar Komandanı, general-leytenant Şahin Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Hərbi Prokurorluq arasında ictimai əlaqələrin təmin edilməsində və informasiya əməkdaşlığı fəaliyyətində fərqləndiyinə görə baş ədliyyə müşaviri Firad Əliyevi “Daxili Qoşunlar Fərmanı” ilə təltif edib.

    Xatırladaq ki, Firad Əliyevi 26 iyun 2024-cü il tarixdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə və 14 avqust 2024-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Yaranması Günü münasibətilə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə, Azərbaycan Respublikasının baş prokuroru, l dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev isə 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə xidməti vəzifələrini nümunəvi icra etdiyinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif ediblər.

    Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci ildə, magistr təhsil pilləsini isə 2004-cü ildə fərqlənmə diplomları ilə bitirərək, universitet rəhbərliyi tərəfindən “Hüquq fakültəsinin ən nümunəvi məzunu” adına layiq görülüb. 12 aprel 2005-ci il tarixdən prokurorluq orqanlarında qulluq keçir və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif şəkildə təltif olunub, o cümlədən ona “ədliyyə müşaviri” və “baş ədliyyə müşaviri” rütbələri vaxtından əvvəl verilib.

  • Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyan şəxslər məsuliyyətə cəlb olundular

    Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Bildirilib ki, tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 6 nəfər müəyyən olunub.

    Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.