Month: March 2025

  • Россия экстрадировала в Азербайджан обвиняемого в мошенничестве гражданина

    Россия экстрадировала в Азербайджан гражданина, находившегося в международном розыске по обвинению в мошенничестве.

    Об этом сообщили в Генеральной прокуратуре АР.

    Генпрокуратура РФ удовлетворила ходатайство азербайджанских коллег об экстрадиции Османлы Тургута Мехман оглу.

    В Азербайджане его подозревают в преступлениях, предусмотренных статьей 178.3.2 (мошенничество, совершенное с причинением крупного ущерба) УК АР.

  • Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana gətirildi

    Rusiya Federasiyasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Turqut Mehman oğlu Osmanlının ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

    Belə ki, Bakı Şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Turqut Mehman oğlu Osmanlının Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

    Turqut Osmanlı Rusiya Federasiyasının ərazisində saxlanılaraq 12.03.2025-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

  • Vətəndaşı odlu silahla hədələməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Göygöldə vətəndaşı odlu silahla hədələməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Oxu.Az-ın məlumatına görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sərxoş halda ov tüfəngi ilə qohumunu hədələməkdə şübhəli bilinən rayon sakini İ.Ağakişiyev saxlanılıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Maliyyə nazirinə yeni vəzifələr verildi – SƏRƏNCAM

    Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın və Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibləri dəyişdirilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, adıçəkilən komissiyaların Azərbaycan tərəfindən sədri maliyyə naziri təyin edilib.

    Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini isə komissiyaların üzvləri siyahısına daxil edilib.

  • В Азербайджане журналист-шантажист отправится за решетку на шесть с половиной лет

    В Лянкяранском суде по тяжким преступлениям завершилось судебное следствие по уголовному делу обвиняемого в вымогательстве Асима Алиева.

    Как сообщает pravda.az, на процессе под председательством судьи Неймата Мамедова был зачитан приговор, согласно которому подсудимый приговорен к 6 годам и 6 месяцам лишения свободы.

    Отметим, А.Алиев, являвшийся автором канала Saatlı TV и профиля 13Asim13 в TikTok, был задержан Главным управлением по борьбе с организованной преступностью Министерства внутренних дел Азербайджана.

    Асим Алиев, представляясь независимым журналистом, угрожал должностным лицам распространением негативной информации о них в своих социальных сетях и каналах, требуя за молчание различные суммы денег.

    Среди его жертв оказались председатель муниципалитета села Вархан Саатлинского района, директор Саатлинского районного центра гигиены и эпидемиологии, главный бухгалтер одной из компаний, директор Саатлинской районной средней школы села Гыраглы, начальник одного из управлений Саатлинского района и заместитель директора Саатлинской центральной районной больницы. Асим Алиев вымогал у них деньги, угрожая в противном случае опубликовать порочащие сведения.

  • Saatlıda vəzifəli şəxsləri şantaj edən reket jurnalistə cəza verildi

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Asim Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə A.Əliyev 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, “Saatlı TV” kanalı və “TikTok”da “13Asim13” adlı profilin istifadəçisi olmuş Asim Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

    O, vəzifəli şəxslər barəsində neqativ məlumatları sosial şəbəkə hesablarında və kanallarında yayacağı hədəsi ilə onlardan müxtəlif məbləğlərdə pul tələb ediblər.

    İttihama görə, Asim Əliyev Saatlı rayonu, Varxan kənd bələdiyyəsinin sədri, Saatlı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, şirkətlərdən birinin baş mühasibi, Saatlı rayonu Qıraqlı kənd tam orta məktəbin direktoru, Saatlı rayon idarələrindən birinin rəisi, Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktor müavininə özünü azad jurnalist kimi təqdim edərək onlardan hədə-qorxu ilə pul tələb edərək alıb.

  • Bəzi dövlət agentliklərində qalıq vəsait əməkdaşlara mükafat kimi veriləcək – FƏRMAN

    “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb.

    Dəyişikliklə rəqəmsal inkişaf və nəqliyyat nazirinin səlahiyyəti genişləndirilib. Bundan sonra nazir dövlət büdcəsindən ayrılmış vəsaitlə yanaşı, büdcədənkənar vəsaitin də təyinatı üzrə xərclənməsini təmin edəcək.

    Bundan başqa, fərmanla tabeli agentliklərin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.

  • Siyəzən polisindən növbəti əməliyyat: Külli miqdarda narkotik vasitə aşkarlandı

    Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən sonuncu tədbir zamanı iki kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, külli miqdarda psixotrop maddə olan metamfetamin və metadon həblər dövriyyədən çıxarılıb.

    Daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 30 yaşlı Toğrul Umayev saxlanılıb.

    O, ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Siyəzən rayonu ərazisindəki gizli yerdən götürdüyünü və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.

    Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs məhkəmənin qərarı ilə həbs olunub.

  • Mingəçevirdə kütləvi DAVA OLDU: Dörd nəfər xəsarət aldı

    Mingəçevir şəhəri, Bağlar yaşayış massivində 27 yaşlı Nicat Həsənzadə, 25 yaşlı Qabil Novruzov və iki yeniyetmə arasında mübahisə yaranıb. Mübahisə zəminində tərəflər bir-birilərinə qarşılıqlı xəsarət yetiriblər.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində istintaq araşdırmalarına başlanılıb.

    Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.

    Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

  • Силяновска-Давкова: Азербайджан и Северная Македония – партнеры

    Азербайджан и Северная Македония наладили партнерство и нацелены на его дальнейшее развитие.

    Как сообщает Report, об этом президент Северной Македонии Гордана Силяновска-Давкова заявила на открытии XII Глобального бакинского форума.

    Силяновска-Давкова выразила благодарность Азербайджану за гостеприимство, а Центру Низами Гянджеви за приглашение принять участие в форуме.

    “Азербайджан – страна огней, а Северная Македония – солнечная страна, это сближает нас. Кроме того, обе наши страны обрели независимость в 1991 году”, – сказала она.

    Политик также подчеркнула, что в рамках своего визита в Азербайджан провела много продуктивных встреч с официальными лицами страны. “Это позволит еще больше укрепить наши связи. Также хотелось бы сказать пару слов о сегодняшней конференции – она очень важна, поскольку мир сталкивается с множеством вызовов”, – сказала она.

    XII Глобальный бакинский форум проходит 13-15 марта. Форум на тему “Переосмысление мирового порядка: превращение вызовов в возможности” организован Международным центром Низами Гянджеви.

    В мероприятии принимают участие действующие и бывшие главы государств и правительств, министры, парламентарии, представители международных организаций со всего мира, руководители структур ООН, лауреаты Нобелевской премии, ученые и эксперты.