Month: March 2025

  • Oğuzda avtomobil qaz xəttinə çırpılıb, iki kənddə qazın verilişi dayandırılıb

    Oğuz rayonunda avtomobil qaz xəttinə çırpılıb.

    Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

    Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaz xəttinə çırpılıb. Nəticədə qaz xətti ciddi zədələnib.

    Bununla yanaşı, Padar və Yemişənli kəndlərində 580 abonentə mavi yanacağın verilişi dayandırılıb.

  • Главы МИД Азербайджана и Ирана обсудили региональные вопросы

    Министр иностранных дел Азербайджана Джейхун Байрамов провел телефонный разговор с иранским коллегой Сейедом Аббасом Арагчи.

    Стороны обсудили двусторонние и региональные вопросы.

    Байрамов подчеркнул важность политического диалога в развитии азербайджано-иранских отношений.

    Особое внимание было уделено совместным проектам в энергетике, транспорте и инвестиционной сфере. В частности, обсуждалось стратегическое значение транспортных коридоров, проходящих через территорию Ирана, а также инфраструктурных проектов, связывающих западные регионы Азербайджана с Нахчываном.

    Министры также отметили роль межправительственной экономической комиссии в расширении торгово-экономических связей между двумя странами.

  • Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə edib

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.

    Telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli və regional münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub.

    Nazir Ceyhun Bayramov mövcud Azərbaycan-İran əlaqələrinin inkişafında siyasi dialoqun əhəmiyyətini vurğulayıb.

    Azərbaycan və İran arasında enerji, nəqliyyat və investisiya sahələrində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyət daşıdığı qeyd edilib. Xüsusilə, İran ərazisindən keçən nəqliyyat dəhlizlərinin, eləcə də Azərbaycanın qərb regionları ilə onun Naxçıvan Muxtar Respublikasını birləşdirəcək infrastruktur layihələrinin region üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.

    Tərəflər, həmçinin iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin inkişafı məqsədilə hökumətlərarası iqtisadi komissiyanın rolu qeyd olunub.

    Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Sabah Bakının üç rayonunda qaz olmayacaq

    Sabah Bakının Binəqədi, Xəzər və Nəsimi rayonlarının qaz təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

    Bildirilib ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik Südçülük Sovxozu və Binə Atçılıq ərazisində qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi ünvanında yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə martın 13-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə 1-ci Mədən, Korpus 125, 170, 93, Gülüstan, döngə 1, C.Cabbarlı küçələrinin bir hissəsinin, Nəsimi rayonu üzrə M.Əliyev, S.Ələsgərov, Ş.Bədəlbəyli küçələrinin, Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Самая Ахмедли: Женщины-саперы необходимы, так как разминирование требует повышенной внимательности

    Женщины-саперы необходимы, поскольку процесс разминирования требует высокой степени внимательности, а женщины обладают этим качеством.

    Как сообщает Report, об этом заявила бенефициар проекта “Разминирование” Самая Ахмедли на мероприятии “Сильная женщина, сильное общество”, организованном представительством Европейского Союза в Азербайджане 12 марта в Баку.

    Она рассказала, что, несмотря на семилетний опыт педагогической деятельности, решила сменить профессию и стать сапером:

    “Как только я увидела объявление, сразу подала заявку. Как уроженка Карабаха, я почувствовала, что наши земли нуждаются в нас. Почему бы не стать женщиной-сапером? Я уверена, что это очень важно, ведь разминирование требует особой внимательности, а у женщин это качество очень развито”.

  • Qadın minatəmizləyən: Bir qarabağlı kimi torpaqlarımızın bizə ehtiyacı olduğunu düşündüm

    Qadın minatəmizləyənlərə ehtiyac var, çünki mina məsələsi diqqət tələb edir və qadınlar da diqqətcildirlər.

    “Report” xəbər verir ki, bu barədə “Minaların təmizlənməsi” layihəsinin benefisiarı Səmayə Əhmədli Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə martın 12-də Bakıda “Güclü Qadın, Güclü Cəmiyyət” mövzusunda keçirilən tədbirdə deyib.

    O, ixtisasca müəllim və yeddi il pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, qadın minatəmizləyən olmaq qərarına gəldiyini bildirib:

    “Bununla bağlı elan gördüyüm an iş üçün müraciət etdim. Bir qarabağlı kimi torpaqlarımızın bizə ehtiyacı olduğunu düşündüm. Axı niyə qadın minatəmizləyən olmamalıdır? Düşündüm ki, qadın minatəmizləyənlərin olması çox vacibdir. Çünki qadınlar diqqətcildir və mina məsələsi də diqqət tələb edir”.

    S.Əhmədli bildirib ki, minatəmizləmə fəaliyyəti cinsi ayrı-seçkilk anlayışını qəbul etmir:

    “Bizim işimizin cinsi ayrı-seçkiliklə əlaqəsi yoxdur. Bu, Vətən, torpaq işidir. Mən ilk qadın minatəmizləyəm ola bilərəm, amma bütövlükdə olduğum yerlərdə digər 17 minatəmizləyən qadının da səsiyəm”.

  • В Сумгайыте загорелся автомобиль

    В Сумгайыте на проспекте Кёроглу загорелся легковой автомобиль марки Mercedes.

    Об этом сообщили в Министерстве по чрезвычайным ситуациям.

    Согласно информации, благодаря оперативным действиям сотрудников Государственной службы пожарной охраны, прибывшим на территорию, возгорание было локализовано.

    В результате пожара сгорели электрические элементы в приборной панели. Удалось предотвратить распространение огня на другие части автомобиля.

  • Sumqayıtda avtomobil yanıb

    Sumqayıtda avtomobil yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “MERCEDES” markalı minik avtomobilinin idarəetmə lövhəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsində elektrik avadanlıqları yanıb.

    Avtomobil yanğından mühafizə olunub.

  • Azərbaycan klublarında çıxış etmiş futbolçu vəfat edib

    SSRİ dövründə Azərbaycan klublarında çıxış etmiş Boris Falskovski vəfat edib.

    Veteran futbolçu 85 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, B.Falskovski vaxtilə Azərbaycanın “Neftyanik” (Bakı) və “Dinamo” (Kirovabad) komandalarının şərəfini qoruyub.

  • “Oleq Bakinski”nin məhkəməsində Füzuli Musayevin ifadəsi elan olunub

    Ukaynalı kriminal avtoritet Oleq Krapivin (“Oleq Bakinski”) və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Report” un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

    Belə ki, ötən prosesdə barəsində məcburi gətirilmə qərarı çıxarılan və bu gün prosesdə iştirak edən şahid Elşən Soltanov deyib ki, Konstantin Kuçerə məxsus “Global Force Technology” şirkətində direktor vəzifəsində çalışıb. Onun sözlərinə görə, zərərçəkən “Aviazapçast” ASC ilə müqavilə bağlananda həmin şirkətdə çalışıb və bu şirkətlə bağlanan müqaviləyə imza atıb.

    “İşlədiyim şirkət mülki hava gəmilərinin ehtiyat hissələrinin satışı ilə məşğul idi. Bir neçə xarici şirkətlə müqavilə bağlanmışdı. Həmin şirkətlərin adları yadımda deyil. Bizim şirkətdə 25 nəfərə yaxın işçi var idi. Müqavilələrlə bağlı danışıqları Konstantin Kuçer və digərləri aparırdı. Vəzifəm direktor olsa da, səlahiyyətlərim az idi”, – şahid deyib.

    Daha sonra vəkillər məhkəməyə bir neçə vəsatət təqdim edib. Konstantin Kuçerin vəkili cinayət işi üzrə zərərçəkənlərin ölkəyə giriş-çıxış tarixlərinin məhkəməyə təqdim olunması üçün Dövlət Sərhəd Xidmətinə müraciət edilməsini istəyib.

    Məhkəmə vəsatəti təmin edib.

    Oleq Bakinskinin müdafiəçisi müvvəkilinin ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət təqdim edib.

    “Müdafiə etdiyim şəxs peşəkar idmançıdır. Həmçinin Oleq Krapivinin ittiham olunduğu maddə az ağır cinayətlər kateqoriyasına aiddir. Xahiş edirəm ki, onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətimizi təmin edəsiniz”, – vəkil deyib.

    Məhkəmə vəsatətə hazırkı prosesin sonunda baxılacağını bildirib.

    Prosesdə Azərbaycan Karate Federasiyasının birinci vitse-prezidenti, FHN-nin İdman-sağlamlıq Klubunun rəisi Füzuli Musayevin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

    O həmin ifadəsində deyib ki, hadisə baş verən gün cinayət işi üzrə zərərçəkənləri “Babək Plaza”ya Konstantin Kuçerlə görüşməyə aparıb:

    “Onlar arasında problem olduğunu orada öyrəndim. Sonra ofis daxilində səs küy yarandı. Biri deyirdi, sənin sənədlərin səhvdir, digəri isə inkar edirdi ki, sənədləri düzdür. Oradan çıxanda Valeriy Nikolayeviçin alnında xəsarət olduğunu gördüm. Dedi ki, onlar ona xəsarət yetiriblər”.

    Vəkillər etiraz edərək Füzuli Musayevə suallar verilməsi üçün məhkəməyə çağırılmasının zəruri olduğunu bildirib.

    Hakim Elnur Nuriyev prosesdə sənədlərin tədqiq edilməsi mərhələsinə keçildiyini bildirib.

    Sonda Oleq Krapivinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

    Məhkəmə vəsatəti təmin etməyib.

    Növbəti proses qeyri-müəyyən vaxta təxirə salınıb.

    Qeyd edək ki, cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və “Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

    “Oleq Bakinski” DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

    İttihama görə, təqsirləndirilən Konstantin Kuçer mülki hava gəmilərinin ehtiyat hissələrini Ukraynadan gətirərək Hindistan, Qazaxıstan və digər ölkələrdə sata biləcəyini vəd verməklə zərərçəkən şirkətlərdən külli miqdarda pul vəsaiti alıb. Ələ keçirdiyi vəsaitləri Asiya və Avropadakı bank hesablarına köçürərək şəxsi ehtiyacları üçün istifadə etməkdə təqsirləndirilib.

    İttihamda qeyd olunub ki, zərərçəkənlər Konstantin Kuçerlə görüşmək üçün Bakıya gəliblər. Daha sonra Oleq Krapivinlə birgə onun Bakıda yerləşən ofisinə gediblər. Bu zaman onlar arasında mübahisə yaranıb.

    Oleq Krapivinə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma), digər təqsirləndirilən Konstantin Kuçerə isə 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.