Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün dördüncü iclası keçirilib.
Bu barədə Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, bugünkü iclasda əsasən yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb:
“Təxminən 100-ə yaxın müraciətə baxılaraq səsvermə əsasında qərarlar qəbul edilib. Komissiya bundan sonra işini davam etdirəcək. Komissiya işini bitirdikdən sonra sənədlər cənab Prezidentə təqdim olunacaq”.
Qeyd edək ki, bununla da komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.
Госслужба экологической безопасности за последние 10 дней выявила факты незаконной вырубки зеленых насаждений в Баку, Сумгайыте и районов страны.
Как сообщили в Госслужбе, ущерб природе оценивается в 381 тыс. манатов.
Нарушения зафиксированы в Бинагадинском, Ясамальском, Насиминском, Наримановском и Сабунчинском районах столицы, а также в Сумгайыте, Абшероне, Сальяне и Гёйчае.
Собранные материалы готовятся к передаче в правоохранительные органы для дачи правовой оценки.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son 10 gün ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Sumqayıt şəhərləri, Abşeron, Salyan və Göyçay rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktlarını aşkarlayıb.
Bu barədə Xidmət məlumat yayıb.
Araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən AMEA Genetik Ehtiyatları İnstitutunun həyətyanı ərazisində, Yasamal rayonu İbrahim Əbilov küçəsində yerləşən “City Life” MMC-yə məxsus ərazidə, Nərimanov rayonu F.X.Xoyski və Ə.Rəcəbli küçələrində, Nəsimi rayonu Novruzov Qardaşları küçəsində yerləşən “Pilot-16” MMC-yə məxsus ərazidə, Binəqədi rayonu A.Kunanbayev küçəsi 1B ünvanında, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən köhnə “Mədəniyyət Evi”nin qarşısında, Sumqayıt şəhəri Bakı küçəsi 37 ünvanında yerləşən “Term” kompaniyasına məxsus ərazidə, Abşeron rayonu Mehdiabad qəsəbəsi, 28 May küçəsində, Abşeron rayonu Hökməli qəsəbəsi ərazisində, Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində, Salyan rayonu Qaraçala bələdiyyəsinin və Göyçay rayonu Qarayazı kəndinin inzibati ərazisində yaşıllıqların kəsilməsi faktları ilə bağlı təbiətə 381 min manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
“Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexinin fəaliyyəti dayandırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
– obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib;
– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib;
– obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın kranları quraşdırılmayıb;
– obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;
– təxliyə planı mövcud deyil;
– obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb;
– obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub;
– istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb;
– anbar sahəsində mallar “Yanğın Təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğun yığılmayıb;
– obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
– obyektin tikinti və lahiyə sənədləri yanğın təhlükəsizliyinə əməl olunması baxımından DYNX ilə razılaşdırılmayıb;
– obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Проведены учебно-тренировочные полеты с вертолетными подразделениями ВВС Азербайджана в соответствии с планом подготовки на 2025 год.
Об этом сообщает Report со ссылкой на Министерство обороны.
“После того, как были приняты доклады летных экипажей о подготовке, были проверены теоретические знания пилотов об условиях учебного полета и правилах безопасности”, – подчеркивает ведомство.
Затем был проведен контрольный осмотр вертолетов.
В соответствии с планом , вертолеты выполнили полеты по установленным маршрутам, совершив вылеты с аэродромов базирования.
Ими выполнены задачи по взлету и посадке, ведению воздушной разведки, обнаружению воздушных и наземных целей, установлению связи с пунктами командного штаба, а также по другим видам деятельности.
“В ходе учебно-тренировочных полетов, проводимых в целях повышения боевой подготовки и практических навыков, пилоты продемонстрировали высокий профессионализм”, – отмечает Минобороны.
2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib. Uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, daha sonra pilotlar helikopterlərə nəzarət baxışı keçiriblər.
Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən pilotlar plana uyğun olaraq, helikopterlərlə havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, hava və yerüstü hədəflərin aşkar edilməsi, komanda qərargah məntəqələri ilə əlaqələrin yaradılması, eləcə də digər fəaliyyətlər üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.
“Döyüş hazırlığı və praktiki vərdişlərin daha da artırılması məqsədilə keçirilən təlim-məşq uçuşlarında pilotlarımız yüksək peşəkarlıq nümayiş etdiriblər”, – məlumatda vurğulanıb.
Martın 15-16-da 17 yaşadək yeniyetmə cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.
Bu barədə “Report”a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yarışda 43 klub və idman cəmiyyətindən 348 cüdoçu (288 oğlan, 60 qız) ümumilikdə 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir. Bu bacarıqlar fənddən yayınmaq və rəqibləri məğlub etmək üçün lazım olan effektiv strategiyanı dəstəkləyir.
Milli Basketbol Assosiasiyası (NBA) klublarından “Miluoki”nin sabiq oyunçusu və sahibi Junior Bricmen 72 yaşında vəfat edib.
Bu barədə NBA-nın mətbuat xidməti məlumat yayıb.
Klub sahibinin ölüm səbəbi haqqında geniş məlumat verilməsə də, çərşənbə axşamı keçirilən xeyriyyə tədbiri zamanı xəstələndiyi bildirilib.
Qeyd edək ki, J.Bricmen karyerası ərzində “Miluoki” (1975-1984, 1986-1987) və “Los Anceles Klippers” (1984-1986) komandalarında çıxış edib. Basketbolçu karyerasını bitirdikdən sonra iş adamı kimi fəaliyyət göstərib. O, 2024-cü ilin sentyabrında “Miluoki”nin səhmlərinin 10 %-ni alıb.
На проспекте Ходжалы в Хатаинском районе в Баку предотвращено незаконное расширение объекта с захватом пешеходного тротуара.
Об этом заявили в Государственном комитете по градостроительству и архитектуре.
Согласно информации, сотрудники Главного управления архитектуры и градостроительства Баку выявили факт самовольного возведения металлической конструкции и оперативно пресекли работы.
Bakının Xətai rayonu, Xocalı prospektində piyada səkisində metal konstruksiyadan özbaşına artırma işlərinin qarşısı alınıb.
Median.Az bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, komitənin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları qeyd edilən ünvanda monitorinq keçirərək, piyada səkidə metal konstruksiyadan özbaşına artırma işlərinin aparılması faktı aşkar edib: “İdarə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində özbaşına artırma işlərinin qarşısı alınıb”.