Month: March 2025

  • Rusiya Kursk vilayətində beş yaşayış məntəqəsini nəzarətə götürdü

    Rusiya qoşunları bir gündə Kursk vilayətində 5 yaşayış məntəqəsini nəzarət altına alıb.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    “Hücum əməliyyatları zamanı “Şimal” qoşun qruplaşmalarının bölmələri Kazaçya Loknya, 1-ci Knyaji, 2-ci Knyaji, Zamostye və Mirnı yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər”, – deyə məlumatda bildirilib.

  • Какие продукты в Азербайджане подорожали в феврале? (СПИСОК)

    В феврале 2025 года по сравнению с предыдущим месяцем наибольший рост цен среди различных продуктов питания наблюдался на хлеб, макароны, овсяную крупу, колбасные изделия, сухие молочные смеси для детского питания, столовый маргарин, сливочное, подсолнечное и кукурузное масла, лимоны, апельсины, мандарины, яблоки, груши, айву, грецкие орехи, фундук, капусту, огурцы, помидоры, тыкву, чеснок, лук, картофель, черный и зеленый чай, шоколадные изделия, фруктовые соки.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу Государственного комитета статистики Азербайджана, снижение цен наблюдалось в основном на говядину, непастеризованное цельное молоко, яйца, зелень, брокколи, сладкий перец.

    В ценах на другие продукты питания существенных изменений не произошло.

    Среди непродовольственных товаров в минувшем месяце по сравнению с январем наблюдался рост цен на кирпич, цемент, мягкую мебель, ювелирные изделия, а снижение – на зимнюю одежду, пиломатериалы, паркет, писчую бумагу.

    В ценах на другие непродовольственные товары существенных изменений не произошло.

    В феврале 2025 года индекс потребительских цен на платные услуги населению составил 100.2% по сравнению с предыдущим месяцем, а в январе-феврале – 107.9% по сравнению с соответствующим периодом предыдущего года. В феврале по сравнению с предыдущим месяцем рост цен на платные услуги населению наблюдался в основном на химчистку одежды, фотоателье и медицинские услуги, а снижение – на туры и услуги международных пассажирских авиаперевозок.

    В ценах на другие платные услуги существенных изменений не произошло.

  • Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar (SİYAHI)

    Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından çörəyin, makaronun, yulaf yarmasının, kolbasa məmulatlarının, uşaq qidası üçün quru süd qarışığının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, qozun, fındığın, kələmin, xiyarın, pomidorun, balqabağın, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, şokolad məmulatlarının, meyvə şirələrinin qiymətlərində daha çox artım müşahidə olunub.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Qeyd edilib ki, azalma isə əsasən mal ətinin, pasterizə olunmamış üzlü südün, yumurtanın, göyərtinin, brokkolinin, şirin bibərin qiymətlərində müşahidə olunub.

    Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Fevral ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından kərpicin, sementin, yumşaq mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə qış geyimlərinin, kəsilmiş taxtaların, parketlərin, yazı kağızlarının qiymətlərində artım müşahidə olunub.

    Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    2025-ci ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.2 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107.9 faiz təşkil edib. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artma əsasən geyimlərin kimyəvi təmizlənməsi, fotoatelye və tibbi xidmətlərin, azalma isə istirahət turlarının və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.

    Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Əlilliyə görə müavinət alan şəxslərin siyahısı genişləndirildi – FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916 (Cild I) 1.1.2-ci, 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinin birinci abzasları aşağıdakı redaksiyada verilir:

    “1.1.2. əlillik ümumi xəstəliklə, hərbi xidmət dövrü ilə, istehsalat zədəsi ilə, peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət:”;

    “1.1.3. əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar səbəblərdən baş verdikdə:”;

    “1.1.4. əlillik Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən baş verdikdə:”.

    Beləliklə, terror hadisəsi ilə əlaqədar səbəblərdən əlillik baş verdikdə əlilliyə görə müavinət təyin ediləcək.

    Müavinətin məbləği aşağıdakı kimidir:

    – orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 270 (iki yüz yetmiş) manat;

    – orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 220 (iki yüz iyirmi) manat;

    – orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 150 (yüz əlli) manat.

  • На каких каналах можно посмотреть последние матчи 1/8 финала Лиги чемпионов?

    Сегодня станут известны последние команды, которые выйдут в 1/4 финала Лиги чемпионов УЕФА.

    Канал İctimai TV будет транслировать матч “Лилль” – “Боруссия Дортмунд” в прямом эфире.

    На телеканале CBC Sport можно будет посмотреть игру “Атлетико Мадрид” – “Реал Мадрид”.

    Отметим, что “Барселона”, “Интер”, “Бавария” и ПСЖ уже получили путевки в 1/4 финала.

    Лига чемпионов УЕФА

    1/8 финала

    21:45 “Лилль” – “Боруссия Дортмунд” (İctimai TV);

    00:00 “Атлетико Мадрид” – “Реал Мадрид” (CBC Sport).

  • Çempionlar Liqasının 1/8 final mərhələsinin son oyunlarını hansı kanallardan izləmək olar?

    Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yüksələcək son komandalar bəlli olacaq.

    İctimai TV kanalı “Lill” – “Borussiya Dortmund” görüşünü canlı yayımlayacaq.

    “CBC Sport” TV-də isə “Atletiko Madrid” – “Real Madrid” oyununu izləmək mümkün olacaq.

    Qeyd edək ki, artıq “Barselona”, “İnter”, “Bavariya” və PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.

    UEFA Çempionlar Liqası

    1/8 final mərhələsi

    Saat 21:45, “Lill” – “Borussiya Dortmund” (İctimai TV);

    Saat 00:00, “Atletiko Madrid” – “Real Madrid” (“CBC Sport” TV).

  • В Азербайджане установлено 16 600 камер видеонаблюдения

    В 2024 году в рамках проекта “Безопасный город” в Азербайджане было установлено еще 1 900 камер видеонаблюдения в 508 точках по всей республике, в том числе 227 камер в 79 точках на освобожденных от оккупации территориях.

    Об этом сообщает modern.az со ссылкой на Кабинет министров, на сегодняшний день в стране эксплуатируется в общей сложности 16 600 камер видеонаблюдения, установленных в 5 300 точках. Из них 11 100 камер в 3 500 точках расположены в городе Баку.

    Кроме того, по всей республике используется 4 700 камер с функцией распознавания лиц, из которых 4 200 находятся в столице.

    Благодаря применению средств видеонаблюдения, в прошлом году было выявлено более 24 100 происшествий, в том числе 22 300 ДТП, 203 факта нарушения общественного порядка, 1 400 пожаров и других инцидентов. Также были идентифицированы 141 человек, находящийся в розыске, и 21 автомобиль, управляемый с использованием регистрационных знаков, выданных другим транспортным средствам.

  • Bakıda 4200 üztanıma kamerası QURAŞDIRILIB

    2024-cü ildə “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində respublika üzrə daha 508 nöqtədə 1900, o cümlədən işğaldan azad olunmuş ərazilərdə 79 nöqtədə 227 videomüşahidə kamerası quraşdırılıb.

    Median.Az xəbər verir ki, bu barədə Modern.az-ın Nazirlər Kabinetindən əldə etdiyi məlumatda bildirilib.

    Hazırda ölkə üzrə ümumilikdə 5300 nöqtədə 16 600 videomüşahidə kamerası istismar olunur.

    Bundan 3500 nöqtədə 11 100 kamera Bakı şəhərində yerləşir.

    Bununla yanaşı, respublika üzrə 4700 üztanıma kamerası (Bakı şəhəri üzrə 4200) istismar olunur.

    Ötən il videomüşahidə vasitələrinin tətbiqi ilə 24 100, o cümlədən 22 300 yol-nəqliyyat hadisəsi, 203 ictimai asayişin pozulması faktı, 1400 yanğın və digər hadisə müəyyən edilib, axtarışda olan 141, digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə olunan 21 avtomobil müəyyənləşdirilib.

  • В руководстве Медицинской службы МЧС произошли изменения

    Начальник Медицинской службы Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана подала в отставку.

    Как сообщает Qaynarinfo, полковник-лейтенант Вафа Дадашова освобождена от должности начальника Медслужбы МЧС по собственному желанию.

    Соответствующий приказ подписал министр генерал-полковник Кямаледдин Гейдаров.

    Исполняющим обязанности начальника Медицинской службы ведомства назначен замначальника по медицинским вопросам генерал-майор Рафаил Мехдиев. Ранее он возглавлял Главное медицинское управление Министерства юстиции Азербайджана.

    Напомним, В.Дадашова была назначена на должность главы Медслужбы МЧС в мае прошлого года. А Р.Мехдиев стал заместителем начальника по медицинским вопросам в октябре прошлого года.

  • FHN-in Tibb Xidmətinin rəisi istefa verdi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən istefa verib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi polkovnik-leytenant Vəfa Dadaşova öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.

    Bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

    FHN-in Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev rəis əvəzi təyin olunub.

    Qeyd edək ki, Vəfa Dadaşova ötən ilin may ayında sözügedən vəzifəyə təyin edilib. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyev isə ötən ilin oktyabr ayında tibb işləri üzrə rəis müavini təyin olunub.