Month: March 2025

  • İsrail Ordusu İordan çayının qərb sahilində reydlərdə 35 nəfəri saxlayıb

    İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində yeni silsilə gecə reydləri həyata keçirib. Reydlər zamanı terror fəaliyyətində iştirakda şübhəli bilinən 35 nəfər saxlanılıb.

    Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

    “Dünən gecə (martın10-da – red) təhlükəsizlik qüvvələri bütün Yəhudeya və Samariyada (İordan çayının İsrailə aid qərb sahili) terrorun qarşısını almaq üçün əməliyyat keçirib. İsrail qüvvələri üç terrorçunu öldürüb. Axtarışda olan 35 şəxs, o cümlədən bir neçə HƏMAS terrorçusu saxlanılıb və silah-sursatlar ələ keçirilib”, – məlumatda bildirilib.

    Qeyd olunub ki, mübarizə davam edəcək.

  • Президент Ильхам Алиев принял генсека Организации экономического сотрудничества

    12 марта Президент Азербайджанской Республики Ильхам Алиев принял генерального секретаря Организации экономического сотрудничества Асада Маджид Хана.

    Об этом сообщает Median.Az со ссылкой на President.az.

  • Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.

    Bu barədə President.az məlumat yayıb.

  • В Баку наказан арендатор ночного клуба

    Жильцы дома №10/b на улице Зарифы Алиевой в Сабаильском районе Баку пожаловались на ночной клуб XS lounge, расположенный на первом этаже.

    Обратившиеся в связи с этим в Oxu.Az граждане заявили, что заведение нарушает их право на отдых.

    Клуб же посчитал претензии жителей необоснованными.

    Сотрудник пресс-службы Министерства внутренних дел (МВД) Эльбрус Ибрагимов сообщил Oxu.Az, что в отношении арендатора данного объекта приняты соответствующие правовые меры.

    “Правоохранительные органы рассмотрели жалобу жителей на шум, громкую музыку, крики нетрезвых посетителей, доносящиеся из ночного клуба XS lounge.

    Сотрудники полиции провели расследование по фактам, вызывавшим обеспокоенность граждан. В отношении арендатора объекта приняты надлежащие меры”, – отметил он.

  • Bakıda gecə klubunun sahibi cəzalandırıldı

    Xəbər verdiyimiz kimi, paytaxtın Səbail rayonundakı “XS lounge” gecə əyləncə mərkəzindən yayılan səs-küy ətrafda yaşayan vətəndaşların narazılığına səbəb olub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb.

    “Sakinlərin “XS lounge” gecə klubundakı səs-küylə bağlı müraciətinə polis tərəfindən baxılıb. Sakinlərin narahatlığını əks etdirən hallar polis əməkdaşları tərəfindən araşdırılıb və obyektin icarədarı barəsində qanunauyğun tədbirlər görülüb”, – DİN rəsmisi əlavə edib.

  • Мужчина повесился возле школы в Сумгайыте

    Ночью вблизи школы №18 в городе Сумгайыт произошло самоубийство.

    Как передает lent.az, 43-летний Мурад Юсифов повесился на дереве возле общеобразовательного учреждения. Его тело обнаружили местные жители и сообщили в правоохранительные органы.

    Причина суицида пока неизвестна.

    По данному факту проводится расследование.

  • Sumqayıtda məktəbin yaxınlığında ağacdan asılmış meyit tapıldı

    Sumqayıtda intihar hadisəsi olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında 18 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.

    43 yaşlı Murad Bəxtiyar oğlu Yusifov məktəbin yaxınlığında özünü ağacdan asıb. Onun asılmış meyitini sakinlər aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.

    Mərhumun hansı səbəbdən özünü öldürdüyü hələlik bəlli deyil.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Вынесено решение по делу сержанта, приговоренного к пожизненному заключению за убийство трех солдат

    Подана кассационная жалоба на приговор в отношении младшего сержанта Эльхана Эвезли, обвиняемого в убийстве трех военнослужащих в отдельной пограничной дивизии “Губадлы” погранвойск Государственной пограничной службы Азербайджана.

    Как сообщает APA, на заседании Верховного суда под председательством судьи Назима Мовсумова было объявлено решение, согласно которому жалоба не была удовлетворена.

    Напомним, что Физулинский военный суд приговорил Эльхана Эвезли к пожизненному заключению. Ширванский апелляционный суд оставил приговор без изменений.

    Согласно информации, распространенной Генеральной прокуратурой АР, 2 января 2022 года около 18:00 военнослужащий сверхсрочной действительной военной службы младший сержант Э.Эвезли по неизвестной причине открыл стрельбу из своего служебного оружия по военнослужащим пограничной заставы старшему лейтенанту Юсифу Исмайылову, младшим прапорщикам Амилу Джалилзаде и Рафаилу Ибрагимову, после чего, бросив оружие, скрылся с места происшествия.

    В результате проведенных оперативно-разыскных мероприятий около 00:30 3 января 2022 года подозреваемый был обнаружен и задержан на территории села Малхалаф Лачынского района.

    По данному факту было возбуждено уголовное дело, которое было взято под особый контроль руководством Генеральной прокуратуры, а расследование поручено Следственному управлению Военной прокуратуры. Расследование проводила Военная прокуратура, после чего дело было направлено в Физулинский военный суд для рассмотрения.

  • Qubadlıda üç hərbçini qətlə yetirdiyinə görə ömürlük həbs olunan çavuşla bağlı qərar verilib

    Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasında 3 hərbi qulluqçunu qətlə yetirməkdə təqsirləndirilən kiçik çavuş Elxan Əvəzli barəsində olan hökmdən kassasiya şikayəti verib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

    Xatırladaq ki, Füzuli Hərbi Məhkəməsinin hökmünə əsasən, Elxan Əvəzli ömürlük azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişdirməyib.

    Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, 2022-ci il yanvarın 2-də, saat 18 radələrində DSX-nin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Elxan Məhəmməd oğlu Əvəzli naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayıl oğlu İsmayılovu, kiçik gizir Amil Fuar oğlu Cəlilzadəni və kiçik gizir Rəfail Natiq oğlu İbrahimovu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.

    Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 2022-ci il yanvarın 3-də saat 00:30-da Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. İstintaqı Hərbi Prokurorluq aparıb və baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilib.

  • В Курской области РФ освободили пять населенных пунктов

    Российские войска освободили за сутки пять населенных пунктов в Курской области.

    Об этом сообщили в Минобороны РФ.

    “Подразделениями группировки войск “Север” в ходе наступательных действий освобождены населенные пункты Казачья Локня, 1-й Княжий, 2-й Княжий, Замостье и Мирный”, – сказали в военном ведомстве.