Month: March 2025

  • В USAID сотрудникам приказали сжечь секретные и личные записи

    Чиновник Агентства по международному развитию (USAID) приказал сотрудникам уничтожить или сжечь секретные и личные записи.

    Об этом пишет New York Times.

    Документы могут иметь отношение к многочисленным судебным делам, которые были поданы против администрации Трампа и агентства по оказанию помощи в связи с массовыми увольнениями и внезапным перемещением сотрудников, быстрым роспуском агентства и заморозкой почти всех средств иностранной помощи.

    “Сначала измельчите как можно больше документов, а пакеты для сжигания оставьте на тот случай, если шредер станет недоступен или ему потребуется перерыв”, – цитирует издание электронное письмо исполняющей обязанности исполнительного секретаря Эрики Карр.

  • USAID-də əməkdaşlara gizli və şəxsi qeydləri yandırmaq əmr olundu

    ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəsmisi əməkdaşlara gizli və şəxsi qeydləri doğramağı və ya yandırmağı əmr edib.

    Bu barədə “New York Times” qurumun icraçı katibi vəzifəsini icra edən Erika Karrın elektron məktubuna istinadla xəbər verir.

    Bildirilib ki, sənədlər kütləvi işdən çıxarılmalar, əməkdaşların qəfil yerdəyişmələri, agentliyin sürətlə buraxılması, həmçinin xarici yardımla bağlı, demək olar ki, bütün vəsaitlərin dondurulmasına görə Tramp Administrasiyası və yardım agentliyinə qarşı qaldırılan çox sayda məhkəmə işinə aid ola bilər.

    “Əvvəlcə bacardığınız qədər çox sənədi doğrayın. Yandırılacaq paketləri isə yalnız kağızdoğrayanın (şreder) əlçatan olmayacağı, yaxud onun fasiləyə ehtiyacı olacağı hala saxlayın”, – deyə məktubda vurğulanıb.

  • Президент Ильхам Алиев принял заместителя генерального секретаря ООН

    12 марта Президент Азербайджанской Республики Ильхам Алиев принял заместителя генерального секретаря ООН, верховного представителя Альянса цивилизаций ООН Мигеля Анхеля Моратиноса.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Balet ustası Tamilla Şirəliyeva vəfat etdi

    Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı balet ustası Tamilla Şirəliyeva 79 yaşında vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının direktor müavini Fərid İbrahimov məlumat verib.

    O bildirib ki, T.Şirəliyeva uzun zamandır şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Son vaxtlar böyrəklərində problem yaranan balet ustası əməliyyat olunub. O, bu gün səhər beyninə qansızması nəticəsində vəfat edib.

    Qeyd edək ki, Tamilla Xudadat qızı Şirəliyeva 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub.

  • Gəncədə bəzi attraksionların istismarı dayandırılıb – VİDEO

    Gəncədə bəzi attraksionların istismarı dayandırılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

    Bu çərçivədə agentliyin müfəttişləri tərəfindən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən parkda fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Şahmar Fuad oğluna məxsus attraksionlarda plan üzrə yoxlama aparılıb.

    Yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

    Belə ki, uşaq əyləncə mərkəzində fəaliyyət göstərən doqquz ədəd attraksionun torpaqlanma konturunun və qidalandırıcı yumşaq naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülmədiyi, həmçinin attraksionların texniki müayinədən keçirilmədiyi müəyyən edilib.

    Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

  • Əli Əsədov Belarusun yeni təyin olunan baş nazirini təbrik edib

    Azərbaycanın Baş naziri Əli Əsədov Aleksandr Turçini Belarusun baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Ə.Əsədov təbrik müraciətində Azərbaycan ilə Belarus arasında iki xalqı birləşdirən dostluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan, ardıcıl olaraq genişlənən və dərinləşən qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

    Qeyd olunub ki, fəal siyasi dialoq, intensiv təmaslar, ikitərəfli və çoxtərəfli formatlarda sıx qarşılıqlı fəaliyyətlə səciyyələnən dövlətlərarası münasibətlər xüsusi məmnunluq doğurur.

    Ə.Əsədov, həmçinin Azərbaycan və Belarus prezidentlərinin iki ölkənin dost xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş tapşırıqlarının icrası istiqamətində birgə fəal işləməyə hazır olduğunu bildirib.

  • В Грузии Михаила Саакашвили приговорили к 9 годам за растрату более 3.2 млн долларов

    Экс-президента Грузии Михаила Саакашвили приговорили к 9 годам тюрьмы.

    Как передает Median.Az, об этом сообщают грузинские СМИ.

    Его обвинили в растрате более 3.2 млн долларов. Приговор вынес Тбилисский городской суд. Виновным также признан бывший начальник охраны Саакашвили Теймураз Джанашия, однако он отделался лишь штрафом в 3 000 лари (более 1 000 долларов).

    Обвинение в растрате госсредств Саакашвили было предъявлено в 2014 году. Данное дело известно в Грузии как “дело пиджаков”. Обвинение утверждает, что Саакашвили на госсредства приобрел во время президентства пиджаки, пальто, оплатил учебу сыну, сделал косметические процедуры, арендовал дорогие автомобили и самолет, приобрел наручные часы.

    Саакашвили был задержан в Грузии 1 октября 2021 года после того, как он вернулся из Украины. Он проходит по пяти уголовным делам, По двум из них экс-президента заочно приговорили к шести годам лишения свободы.

    В целом, Тбилисский городской суд рассматривает три дела против него – о растрате госсредств, о разгоне акции протеста 7 ноября 2007 года и о незаконном пересечении границы.

  • Mixail Saakaşviliyə HÖKM OXUNDU

    Gürcüstan məhkəməsi ölkənin keçmiş prezidenti Mixail Saakaşviliyə hökm oxuyub. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.

    Median.Az bu barədə “Mtavari” nəşrinə istinadla xəbər yayıb.

    Bildirilir ki, Saakaşvili 9 milyon lari (təxminən 5.5 milyon manat) məbləğində büdcə vəsaitlərinin mənimsənilməsi işi üzrə təqsirli bilinib.

    Həmçinin Saakaşvilinin keçmiş mühafizə rəisi Teymuraz Canaşiya da təqsirli bilinib, lakin o, cəmi 3 000 lari (təxminən 1.7 min manat) məbləğində cərimə ilə cəzalandırılıb.

    Qeyd edək ki, Saakaşviliyə qarşı dövlət vəsaitlərinin mənimsənilməsi ittihamı 2014-cü ildə irəli sürülüb. Bu iş Gürcüstanda “Pencək işi” kimi tanınır. İttihama əsasən, Saakaşvili prezidentliyi dövründə dövlət vəsaiti hesabına pencəklər, palto alıb, oğlunun təhsil haqqını ödəyib, kosmetik prosedurlar etdirib, sinə ilə çəkilmiş rəsm əsəri alıb, bahalı avtomobillər və təyyarələr icarəyə götürüb, eləcə də qol saatları əldə edib.

    Xatırladaq ki, Saakaşvili 2021-ci ilin oktyabrın 1-də Gürcüstana qayıtdıqdan sonra həbs edilib. O, beş cinayət işi üzrə təqsirləndirilir. Bunlardan iki iş üzrə o, qiyabi olaraq altı il azadlıqdan məhrum edilib.

    Ümumilikdə, Tbilisi Şəhər Məhkəməsi ona qarşı dövlət vəsaitlərinin mənimsənilməsi, 7 noyabr 2007-ci ildə etiraz aksiyasının dağıdılması və sərhədi qanunsuz keçmə ittihamları üzrə üç işi araşdırır.

  • Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi

    56 nəfərin böyrəyini satmaqda təqsirli bilinən ukraynalı qadın Polşada həbs edilib.

    Bu barədə “Reuters” məlumat yayıb.

    Məlumata görə, Qazaxıstanda insan orqanlarının alqı-satqısı ilə məşğul olan cinayətkar qruplaşmada iştirak etdiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edilən 35 yaşlı Kseniya P. Polşa ilə Ukrayna arasındakı dəmir yolu keçidində sərhədçilər tərəfindən saxlanılıb.

    2020-ci ilin noyabrından İnterpolun “qırmızı xətti” ilə axtarışa verilən ukraynalı qadın maddi mənfəət üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailanddan olan 56 şəxsin böyrəklərini qanunsuz əldə etməkdə və “törətdiyi cinayətləri daimi gəlir mənbəyinə çevirməkdə” təqsirli bilinir.

    Kseniya P. Qazaxıstana ekstradisiya olunacaq.

    Onun Qazaxıstana ekstradisiya edilməsi üçün bir həftəlik həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə vəsatət təqdim edilib.(APA)