Month: March 2025

  • Yeniyetmələrin dərs və gecə vaxtı “TikTok”a girişi məhdudlaşdırılır

    “TikTok” sosial şəbəkəsi “Ailə ayarları” bölməsində yeniyetmələrin müəyyən vaxt aralıqlarında tətbiqə girişini məhdudlaşdırmağa imkan verən funksiyanı işə salır.

    “Report” şirkətə istinadən xəbər verir ki, “TikTok” tərtibatçıları yeni “Qeyri-aktiv vaxt” ayarını yaradıb.

    İndi valideynlər övladları üçün “TikTok”a giriş məhdudiyyəti təyin edə bilərlər – məsələn, dərs saatlarında və ya gecə vaxtı. Valideynlər rəqəmsal detoksun rahat tənzimlənməsi üçün təkrarlanan cədvəl yarada və daha əvvəl tətbiq olunmuş məhdudiyyət dövründə övladlarının tətbiqdən istifadə üçün göndərdiyi sorğuları təsdiq edə bilərlər.

    Bundan əlavə, “Ailə ayarları”nın yeni funksionallığı valideynlərə övladlarının hesabları barədə daha geniş məlumat əldə etməyə imkan verir. İndi onlar övladlarının “TikTok”da kimi izlədiyini və onun hesabına kimlərin abunə olduğunu, yeniyetmənin hansı istifadəçiləri blokladığını görə biləcəklər.

    “Yaxın aylarda “TikTok” valideyn nəzarəti aktiv edilməsə belə, yeniyetmələrin platformanın İcma Təlimatlarını potensial olaraq pozan məzmun barədə valideynlərinə məlumat verməsinə imkan yaradan funksiyanı da əlavə edəcək”, – məlumatda deyilir.

  • Azərbaycanın həndbol millisi Moldovaya məğlub olub

    Kişi həndbolçulardan ibarət Azərbaycan millisi bu idman növündə inkişaf etməkdə olan ölkələrin çempionatına məğlubiyyətlə başlayıb.

    Yığma Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirin ilk matçında Moldova ilə üz-üzə gəlib.

    B qrupunun qarşılaşması rəqibin qələbəsi ilə bitib – 33:21.

    Qeyd edə ki, yığma qrupda Nigeriya və ABŞ ilə də üz-üzə gələcək.
    //report

  • Tennis hakimi korrupsiyaya görə 6 illik diskvalifikasiya edilib

    Dominikan Respublikasından olan tennis hakimi Xuan Qabriel Kastro Korrupsiyaya Qarşı Mübarizə Proqramını pozduğuna görə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) tərəfindən 6 il müddətinə diskvalifikasiya edilib.

    “Report” xəbər verir ki, bu barədə Tennis.com məlumat yayıb.

    ITIA Dominikan Respublikasında milli səviyyədə keçirilən üç oyunda 12 pozuntu aşkar edib.

    Qeyd edək ki, Xuan Qabriel Kastro 2024-cü ilin noyabrında işindən müvəqqəti uzaqlaşdırılıb. Diskvalifikasiya müddəti də bu tarixdən başlayır və 2030-cu ilin noyabrında başa çatacaq. O, cəzadan əlavə 6 min dollar cərimə ödəyəcək.

  • Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib

    Baş prokuror Kamran Əliyev Bakı şəhəri Suraxanı rayon prokurorluğunun inzibati binasında Suraxanı rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

    Qəbulda iştirak edən 17 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

    Qəbuldan sonra K.Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.

    O həmçinin prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

  • Лавров: Планов привлечь ОБСЕ к урегулированию в Украине нет

    Планов привлечь ОБСЕ к процессу урегулировании украинского кризиса пока нет и по большому счету сам процесс еще не начинался.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом заявил глава МИД России Сергей Лавров.

  • Lavrov: ATƏT-i Ukraynada nizamlamaya cəlb etmək planları yoxdur

    ATƏT-i Ukrayna böhranının nizamlanması prosesinə cəlb etmək barədə planlar hələlik yoxdur və bütövlükdə prosesin özü hələ başlamayıb.

    Median.Az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

  • В Йоханнесбурге в результате ДТП погибли 12 человек

    В результате крупного ДТП в южноафриканском городе Йоханнесбург 12 человек погибли, 45 пострадали.

    Об этом сообщает агентство AP.

    Автобус перевернулся на шоссе недалеко от главного аэропорта. При этом в аварии не задействованы другие автомобили.

    Причину ДТП пока не установили.

  • CAR-da yol qəzası baş verib, 12 nəfər həlak olub

    Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində baş verən böyük yol qəzası nəticəsində 12 nəfər həlak olub, 45 nəfər xəsarət alıb.

    Bu barədə AP agentliyi xəbər verir.

    Məlumata görə, avtobus əsas hava limanının yaxınlığında şosedə aşıb. Qəzada başqa avtomobillər iştirak etməyib.

    Qəzanın səbəbi hələlik müəyyən edilməyib.

  • В части Шарура не будет света

    В части Шарурского района Нахчыванской Автономной Республики (НАР) возникнут перебои в подаче электроэнергии.

    Об этом сообщает Median.Az со ссылкой на Государственную службу энергетики НАР.

    Согласно информации, кратковременный перерыв в подаче электроэнергии произойдет завтра с 10:00 до 12:00 в части Шарурского района.

  • Şərurun bir hissəsində işıq olmayacaq

    Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

    Bu barədə Median.Az yerli bürosu muxtar respublikanın Dövlət Energetika Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən, Naxçıvan MR Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” ASC-yə ötürülməsi əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətlərin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Şərur rayonunun bir hissəsində sabah saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində qısa fasilə yaranacaq.