Month: March 2025

  • İlon Maskın “Starlink” peyk interneti Azərbaycanda – QİYMƏTLƏR və ŞƏRTLƏR (FOTO)

    Son illərdə dünyada sürətlə inkişaf edən texnologiyalar arasında peyk interneti xüsusi yer tutur. Məhz bu sahədə inqilabi addımlar atan “SpaceX” şirkətinin “Starlink” layihəsi artıq Azərbaycan üçün də aktiv edilib. Bu, ölkəmizdə internet istifadəçiləri üçün yeni imkanlar vəd edir.

    Bu barədə xidmətin portalında məlumat verilib.

    “Starlink” xidməti ABŞ-li məşhur milyarder və novator İlon Maska məxsus “SpaceX” şirkəti tərəfindən həyata keçirilir. Şirkət tərəfindən orbitə buraxılan minlərlə peyk vasitəsilə dünyanın istənilən nöqtəsinə yüksək sürətli internet çıxışı təmin edilir. 2022-ci ilin dekabr ayında “SpaceX” Bakıda “Starlink Azerbaijan” MMC adlı şirkət qeydiyyatdan keçirərək, ölkəmizdə fəaliyyətə başlayıb.

    Azərbaycanlı istifadəçilər “Starlink” xidmətindən yararlanmaq üçün müəyyən şərtləri yerinə yetirməlidirlər. İlk növbədə 670 manata “Starlink Standart Kit” əldə etmək lazımdır. Daha sonra 50 manat çatdırılma ödənişi və 100 manat aylıq abunəlik haqqı ödənilməlidir.

  • В Габалинском районе скончался ветеран Отечественной войны – ФОТО

    В Габалинском районе ушел из жизни ветеран Отечественной войны.

    Информация о его кончине распространилась в социальных сетях.

    Житель села Айдынгышлаг, участник второй Карабахской войны Нурлан Гюндуз оглу Гасымов скончался после продолжительной болезни.

  • Qəbələdə Vətən müharibəsi qazisi vəfat ETDİ – FOTO

    Qəbələdə Vətən müharibəsi qazisi vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, rayonun Aydınqışlaq kənd sakini, Vətən müharibəsi iştirakçısı Nurlan Gündüz oğlu Qasımov uzun sürən xəstəlik səbəbindən vəfat edib.

  • Премьер-лига: “Нефтчи” принимает “Араз-Нахчыван”

    Сегодня в рамках XXVIII тура Мисли Премьер-лиги Азербайджана по футболу “Нефтчи” примет “Араз-Нахчыван”.

    Игра начнется в 16:45 на стадионе “Нефтчи Арена”.

    Главным судьей матча назначен Ингилаб Мамедов. “Черно-белые”, набрав после 27 туров 31 очко, занимают шестое место, а гости с 47 – третье.

    Во втором матче дня “Сумгайыт” сыграет с “Сабахом”. Встреча, которая состоится на Сумгайытском городском стадионе имени Мехди Гусейнзаде, начнется в 19:00. Главным судьей матча станет Турал Гурбанов. Представитель “города молодежи” с 28 очками занимает седьмое место, а бакинский клуб с 35 – пятое.

    Мисли Премьер-лига, IV круг

    XXVIII тур

    16:45 “Нефтчи” – “Араз-Нахчыван”

    Судьи: Ингилаб Мамедов, Намиг Гусейнов, Рахиль Рамазанов, Фарид Гаджиев

    Баку, стадион “Нефтчи Арена”

    19:00 “Сумгайыт” – “Сабах”

    Судьи: Турал Гурбанов, Асиман Азизли, Рахман Имами, Эльчин Масиев

    Сумгайытский городской стадион имени Мехди Гусейнзаде

    Отметим, что минувшим днем “Карабах” на выезде обыграл “Туран Товуз” со счетом 1:4.

  • “Neftçi” bu gün “Araz-Naxçıvan”la üz-üzə gələcək

    “Neftçi” bu gün Misli Premyer Liqasında “Araz-Naxçıvan”la üz-üzə gələcək.

    XXVIII turun oyunu saat 16:45-də start götürəcək.

    “Neftçi Arena”dakı qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. “Ağ-qaralar” 27 turdan sonra 31 xalla altıncı, qonaqlar 47 xalla üçüncü pillədə qərarlaşıblar.

    Günün ikinci matçında “Sumqayıt” “Sabah”ı qəbul edəcək. Saat 19:00-da başlayacaq görüşün baş hakimi Tural Qurbanov olacaq. “Gənclik şəhəri” təmsilçisi 28 xalla yeddinci, Bakı klubu 35 xalla beşinci sıradadır.

    Misli Premyer Liqası, IV dövrə

    XXVIII tur

    16:45. “Neftçi” – “Araz-Naxçıvan”

    Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

    “Neftçi Arena”

    19:00. “Sumqayıt” – “Sabah”

    Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev

    Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

    Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə üstələyib.

  • В Австралии планируют построить первый на континенте Disneyland

    Власти австралийского Мельбурна намерены построить первый в стране тематический парк Disneyland, чтобы привлечь туристов в мегаполис.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила лорд-мэр города Салли Кэпп.

    По ее словам, после пандемии коронавируса Мельбурну необходимо “восстановить свою репутацию туристической столицы страны и появление Disneyland идеально подойдет для этого”.

    “Мы уверены, что тематический парк Диснея в нашем городе пользовался бы огромным успехом у местных жителей и туристов”, – сказала Кэпп в интервью газете Herald Sun, отметив, что для развлекательного комплекса Down Under Disney уже выделен участок земли к юго-западу от Мельбурна.

    Как отмечает лорд-мэр, в столице штата Виктория есть вся инфраструктура, необходимая такому “гиганту индустрии развлечений, как Disney”.

    “В Мельбурне есть отели мирового класса, а также торговые центры и рестораны, которые могут принять гостей из всех регионов Австралии и из-за рубежа”, – уточнила Кэпп.

    Как ожидается, новый Disneyland будет построен в городе Джилонг, расположенном на берегу залива Порт-Филлип, в 50 км к юго-западу от Мельбурна. Власти штата полагают, что близость аэропорта Авалон сделает его привлекательным и доступным для жителей Австралии, а для гостей из-за границы к парку развлечений будет протянута железнодорожная ветка из центра Мельбурна и время в пути по ней не будет превышать 30 минут.

  • Avstraliyada ilk “Disneyland” tikiləcək

    Avstraliyanın Melburn şəhərinin rəhbərliyi turistləri cəlb etmək üçün ölkədə ilk “Disneyland” əyləncə parkını tikmək niyyətindədir.

    Median.Az “Herald Sun” qəzetinə istinadən xəbər verir ki, bu barədə şəhərin lord meri Salli Kepp məlumat verib.

    O, koronavirus pandemiyasından sonra Melburnun ölkənin turizm paytaxtı kimi reputasiyasını bərpa etməli olduğunu və “Disneyland”ın bunun üçün ideal olacağını bildirib.

    Melburnun cənub-qərbində “Down Under Disney” kompleksi üçün torpaq sahəsi ayrılıb.

    Yeni “Disneyland”ın Melburndan 50 km cənub-qərbdə, Port-Fillip sahillərində yerləşən Cilonq şəhərində tikiləcəyi gözlənilir. Xaricdən gələn qonaqlar üçün Melburnun mərkəzindən əyləncə parkına qədər dəmiryol xətti uzadılacaq və səyahət müddəti 30 dəqiqədən çox olmayacaq.

  • СМИ: В Англии выбросили в мусор конфиденциальные военные документы

    Сотни страниц конфиденциальных военных документов оказались разбросаны по одной из улиц города Ньюкасл (графство Тайн и Уир, Северо-Восточная Англия).

    Как передает Median.Az, об этом сообщает вещательная корпорация BBC.

    Согласно информации, на кипу бумаг, которая высыпалась из мусорного мешка обратил внимание прохожий.

    В Минобороны Великобритании сообщили, что инцидент расследуется “в срочном порядке”. Там подтвердили, что обнаруженные бумаги были переданы представителям ведомства, однако не привели какой-либо дополнительной информации.

    В документах, некоторые из которых относятся к концу 2024 года, среди прочего указаны имена, номера документов и контакты британских военнослужащих, информация о выдаче оружия и дежурствах. Часть документов помечена грифом “конфиденциально”. Согласно правительственной классификации, попадание такой информации в руки злоумышленников может создать для Лондона и его союзников “краткосрочную угрозу средней интенсивности”, а в отдельных случаях может “поставить под угрозу жизни” военных. Один из документов озаглавлен “Ключи от арсенала и коды к системе охраны”.

    По данным BBC, документы могут относиться к работе гарнизона Каттеррик – крупнейшей базы британских сухопутных сил, расположенной в графстве Северный Йоркшир.

  • Böyük Britaniyada məxfi hərbi sənədlər küçəyə səpələndi

    İngiltərənin Nyukasl şəhərində küçələrin birinə səpələnmiş yüzlərlə səhifəlik məxfi hərbi sənədlər tapılıb.

    Bu barədə BBC məlumat yayıb.

    Qeyd olunur ki, zibil torbasından tökülən kağız yığını yoldan keçən bir nəfərin diqqətini çəkib.

    Böyük Britaniya Müdafiə Nazirliyi insidentin təcili qaydada araşdırıldığını bildirib. Aşkar edilmiş sənədlər idarənin nümayəndələrinə təhvil verilib.

    Bəziləri 2024-cü ilin sonlarına aid olan sənədlərdə Böyük Britaniya hərbçilərinin adları, sənədlərinin nömrələri və əlaqə məlumatları, silahların verilməsi və iş növbələri qeyd olunub. Bəzi sənədlər “məxfi” yazısı ilə qeyd olunub.

    Hökumət təsnifatına əsasən, bu cür məlumatlar dələduzların əlinə keçərsə, bu, London və onun müttəfiqləri üçün qısamüddətli, orta intensivlikli təhlükə yarada, bəzi hallarda isə hərbçilərin həyatını təhlükəyə ata bilər. Sənədlərdən biri “Arsenalın açarları və təhlükəsizlik sisteminin kodları” adlanır.

    Məlumata görə, sənədlər Şimali Yorkşirdə yerləşən Böyük Britaniya quru qüvvələrinin ən böyük bazası olan Katterik qarnizonuna aid ola bilər.

  • Zelenski Ukraynanın qələbəsinə inandığını açıqladı

    “Ukrayna Silahlı Qüvvələri tam heyətlə təchiz olunub, eləcə də ölkə NATO-nun himayəsi altında olacaq”.

    Median.Az lenta.ru-ya istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

    Ukrayna lideri, həmçinin Ukraynanın qələbəsinə inandığını bildirib və bunu bir sıra amillərlə izah edib.

    “Yalnız ABŞ-nin malik olduğu silah paketi və uzaqmənzilli raketlər var, 100% heyətlə təchiz olunmuş, fəaliyyətdə olan Ukrayna ordusu var”, – Zelenski bildirib.