Month: March 2025

  • Блогер Джавид Насрулла назначен на должность в Бакинском метрополитене – ФОТО

    Популярный азербайджанский блогер Джавид Насрулла получил новое назначение.

    Отныне он будет занимать пост заместителя главы Департамента коммуникаций ЗАО “Бакинский метрополитен”.

    Информацию подтвердил пресс-секретарь организации Бахтияр Мамедов.

    Стоит отметить, что Джавид Насрулла ранее занимал руководящие должности в компании Azerfon (бренд Nar), различных предприятиях холдинга Gilan Holding, а также работал в ЗАО “Азербайджанские железные дороги”.

  • Bu blogerə yüksək vəzifə verildi – FOTO

    Bloqer Cavid Nəsrullah “Bakı Metropoliteni” QSC-də vəzifəyə təyin edilib.

    O, QSC-də Kommunikasiya departamentinin sədrinə müavin təyin olunub.

    Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov məlumatı təsdiqləyib.

    Qeyd edək ki, o, “Azerfon” (Nar), “Gilan Holding”in müxtəlif şirkətlərində rəhbər vəzifələrdə və “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb.

  • Bu ilin ilk Günəş tutulması başlayıb

    Martın 29-da bu ilin ilk Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.

    Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalından, Avropadan, Şimal-Qərbi Afrikadan və Atlantik okeanından görünür.

    Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmur.

    Bu, adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.

  • Gəncədə su qızdırıcısının partlaması nəticəsində yaralanan şəxs ÖLDÜ

    Gəncədə su qızdırıcısının partlaması nəticəsində xəsarət alan şəxs 13 gün sonra xəstəxanada ölüb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ağır yanıq xəsarətləri alan 1968-ci il təvəllüdlü Əli Xudiyev bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

    Qeyd edək ki, martın 15-də mərhumun işlədiyi zavodda su qızdırıcısı partlayıbmış.

    Faktla bağlı araşdırma aparılır.

  • Ramazandan sonra sağlam qidalanma: mədə problemlərinin qarşısını necə almalı?

    Ramazan ayı boyunca uzun saatlar ac qalan orqanizm bayram günlərindən sonra birdən-birə ağır yeməklərlə yükləndikdə mədə problemləri yarana bilər. Həzm sisteminin bu dəyişikliyə daha rahat uyğunlaşması üçün qidalanmaya xüsusi diqqət yetirmək vacibdir.

    Mütəxəssislər bunları tövsiyə edir:

    Yüngül və balanslı qidalar seçin – Ramazandan sonra yağlı, qızardılmış və ağır yeməklərdən uzaq duraraq, daha çox qaynadılmış və ya buxarda bişmiş qidalara üstünlük vermək tövsiyə edilir.

    Şirniyyatı məhdudlaşdırın – Bayram günlərində şəkərli və unlu məhsulları həddindən artıq istehlak etmək mədədə yanma və həzm problemlərinə səbəb ola bilər. Bu səbəbdən, tədricən meyvə və təbii şirniyyatlara keçid etmək daha faydalıdır.

    Bol maye qəbul edin – Oruc zamanı bədənin itirdiyi suyu bərpa etmək üçün gün ərzində ən az 1,5-2 litr su içmək məsləhət görülür.

    Tədricən yeməyə başlayın – Uzun fasilələrdən sonra birdən çox yemək qəbul etmək həzm sisteminə ağır gələ bilər. Kiçik porsiyalarla və tez-tez yemək mədə üçün daha faydalıdır.

    Süfrəyə lifli qidalar əlavə edin – Tərəvəz, meyvə, yulaf, tam taxıllı çörək və paxlalılar bağırsaq fəaliyyətini normallaşdırır və həzmi asanlaşdırır.

    Mütəxəssislər bildirir ki, Ramazandan sonra düzgün qidalanmaya diqqət yetirilmədikdə mədə problemləri, şişkinlik, qəbizlik və həzm narahatlıqları yarana bilər. Buna görə də, bədənin yeni ritmə uyğunlaşmasına kömək etmək üçün qidalanmada müvazinət saxlamaq vacibdir.
    //Baku.ws

  • Sevgilisinə “səninlə evlənəcəyəm” deyib aldatdı: Anasının sonunu gətirdi

    Oğlan münasibətdə olduğu qızın anasını hədələyib və öldürüb. Lətifə Şirinova (şərti ad və soyad) qızı Zibər (şərti ad) ilə Bakıda bina evində yaşayır və mebel mağazasında satıcı işləməklə dolanışığını təmin edirdi.

    O, bir gün qızı Zibərin seçimi olan Xəyalı (şərti ad) evlərinə qonaq çağırır. Xəyal ilk görüşdən dürüst bir insan təəssüratı bağışlasa da, həyat yoldaşı və iki övladını tərk etmiş biri idi. Həmin gün Xəyal Lətifə xanımın suallarını nəzakətlə cavablandırır. Lətifə qızının seçimi olan Xəyaldan razı qalır. Ertəsi gün Zibər anasının evdə olmamasından istifadə edərək Xəyalı dəvət edir.

    Xəyal Zibərə xoş sözlər deyir və onunla intim münasibətdə olur. Elə həmin gün Xəyal birbaşa Lətifənin işlədiyi mebel mağazasına yollanır. Xəyal “mən qızınla intim münasibətdə olmuşam, onun bakirəliyini pozmuşam, əvəzində onunla evlənmək üçün mənə pul verməlisən” deyir.

    Ertəsi gün Xəyal arxayınlıqla mebel mağazasına gəlir və birbaşa mətləbə keçir. Xəyal mebel salonuna gələndə xəbəri yox idi ki, Lətifə onun səsini yazmaq üçün artıq öncədən hazırlaşıb. Oğlanın telefona yazılan səsini dinləyən Zibər ağlamağa başlayır və anası onu sakitləşdirir.

    Daha sonra o, Xəyala zəng edərək hər şeydən xəbərdar olduğunu, anasının onun səsini telefona yazdığını, heç nədən qorxmadığını və hər şeyin bitdiyini deyir. Xəyal telefon danışığını bitirdikdən sonra əsəbiləşir və birbaşa Zibərin yaşadığı məhəlləyə yollanmaq qərarına gəlir. O, Lətifə və Zibəri binanın girişinə qədər izləyir və daha sonra qızın anasının üzərinə hücum çəkir.

    Zibər anasını qorumağa çalışsa da, Xəyal onu itələyərək cibindən çıxardığı bıçaqla Lətifəyə ard-arda bıçaq zərbələri endirməyə başlayır. Nəticədə, Lətifə dünyasını dəyişir. Xəyal cinayət yerindən qaçsa da, hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edilir.

    Ətraflı Baku TV-nin süjetində:

  • Ukraynaya 909, Rusiyaya 43 hərbçinin meyiti qaytarıldı

    Rusiya və Ukrayna arasında müharibədə həlak olanların meyitlərinin mübadiləsi baş tutub.

    Bu haqda “RBK Ukraina” məlumat yayıb.

    Bildirilib ki, Ukraynaya 909, Rusiya tərəfinə 43 hərbçinin meyiti qaytarılıb.

    ///Qafqazinfo

  • Ağsuda ağır QƏZA: Çox sayda şəxs xəstəxanaya YERLƏŞDİRİLDİ

    Ağsuda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    İlkin məlumata əsasən hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    Hadisə zamanı Elminaz Salmanova, Zeynəb Salmanzadə, Əbülfəz Salmanov, Telman Cabbarov, Qurban Qurbanov, Hüseyn Hüseynov və Ramiz Şahbazov xəsarət alıblar.

    Onlardan birinin vəziyyətinin orta ağır olduğu bildirilir.

    Daxili İşlər Nazirliyinin (DİN) Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Sabah ilin ilk Günəş tutulması baş verəcək

    Sabah ilin ilk Günəş tutulması baş verəcək.

    Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından xəbər verilib.

    Bildirilib ki, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.

    Qeyd edək ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

    Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

  • Qrenlandiyada yeni hökumət quruldu

    Qrenlandiyanın dörd parlament partiyası yeni hökumətin tərkibini formalaşdırıb.

    Bu barədə DR məlumat yayıb.

    Hökumətin tərkibinə seçkidə qalib gələn “Demokratlar” partiyasından əlavə, “Xalq İcması”, “İrəli” və “Həmrəylik” siyasi qüvvələri də daxil olub. Onlar razılığa gəliblər ki, adanın müstəqilliyi məsələsinə ehtiyatla yanaşmaq lazımdır. Bundan əlavə, tərəflər öz müqəddəratını təyinetmə imkanlarının genişləndirilməsi üzərində çalışacaq və özünüidarə haqqında qanuna yenidən baxmağa çalışacaqlar.

    Xatırladaq ki, martın 11-də Qrenlandiya parlamentinə seçki keçirilib. Böyük Britaniyanın “The Times” qəzeti bildirib ki, “Demokratlar” partiyasının qələbəsi onu göstərdi ki, yerli sakinlər Donald Trampın istədiyi kimi Qrenlandiyanın ABŞ-nin bir hissəsi olmasını istəmirlər.

    Qeyd edək ki, Qrenlandiya Danimarkanın muxtar bölgəsidir.