Month: March 2025

  • Ильхам Алиев: Азербайджанский газ обеспечивает энергетическую безопасность многих европейских стран

    Сегодня азербайджанский газ обеспечивает энергетическую безопасность многих европейских стран.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в заявлении для прессы с лидером Республики Северная Македония Горданой Силяновска-Давковой.

    “Всегда с большим вниманием относились к просьбам наших партнеров в Европе. То есть двустороннее сотрудничество в энергетической сфере для нас очень важно, и я надеюсь, что это практическое сотрудничество приведет к взаимодействию и в других областях”, – отметил глава государства.

  • İlham Əliyev: “Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir”

    “Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında bildirib.

    “Biz Avropadakı tərəfdaşlarımızın xahişlərinə hər zaman böyük diqqətlə yanaşmışıq”, – deyən dövlətimizin başçısı əlavə edib. Azərbaycan Prezidenti, həmçinin vurğulayıb: “Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”.

  • Президент: Европа нуждается в азербайджанском газе

    В настоящее время Азербайджан экспортирует природный газ в 12 стран, а географическое расположение наших клиентов охватывает евразийское пространство.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент АР Ильхам Алиев в заявлении для прессы с лидером Республики Северная Македония Горданой Силяновска-Давковой.

    Подчеркнув, что 10 из 12 стран являются европейскими, глава государства сказал: “В прошлом году Азербайджан экспортировал на внешние рынки 25 млрд кубометров газа. Конечно, мы производим гораздо больше этого”.

    Заявив, что Европа нуждается в азербайджанском газе, Президент Ильхам Алиев сказал, что наглядным проявлением этого является подписанная в Баку около трех лет назад Декларация о взаимопонимании по стратегическому партнерству в энергетической сфере между Азербайджанской Республикой и Европейским союзом.

  • Prezident: “Avropa Azərbaycan qazına ehtiyac duyur”

    “Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında deyib.

    Azərbaycandan qaz alan 12 ölkədən 10-nun Avropa ölkəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur”.

    Prezident İlham Əliyev bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür.

  • Ильхам Алиев: Госструктуры Азербайджана и Северной Македонии должны находиться в тесном контакте

    Рад, что политический диалог между нашими странами приобретает динамичный характер. Наглядным доказательством тому является наша вторая встреча с госпожой президентом за короткий период времени.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев в заявлении для прессы с лидером Республики Северная Македония Горданой Силяновска-Давковой.

    “Необходимо принять дополнительные меры для развития наших политических связей, соответствующие государственные структуры, естественно, должны находиться в тесном контакте. В то же время следует изучить возможности в области экономики и инвестирования”, – отметил глава государства.

  • Prezident: “Şadam ki, Azərbaycanla Şimali Makedoniya arasında siyasi dialoq dinamik xarakter alır”

    “Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında deyib.

    Dövlətimizin başçısı qeyd edib: “Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır”.

  • Azərbaycanda 15 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən 51 yaşlı ataya cəza verildi

    Şəkidə 15 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər edən ata hakim qarşısına çıxarılıb. O, içkili vəziyyətdə qızına qarşı əxlaqsız hərəkətlər edirmiş.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü A.Qarayev (ad şərtidir) 16 yaşına çatmayan qızına qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib. Onun sonuncu hərəkətindən arvadı xəbər tutub və bu barədə polisə məlumat verib.

    A.Qarayev dindirilən zaman psixi problemlərinin olduğunu, bəzi hərəkətlərinin qarşısını ala bilmədiyini deyib.

    Zərərçəkmiş qız ifadə verən zaman atasının içkili vəziyyətdə ona qarşı seksual xarakterli hərəkətlər etdiyini deyib. Bildirib ki, atasından şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini tələb edir. Qızın anası da A.Qarayevə cəza verilməsini tələb edib.

    Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 153.4.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilən A.Qarayev yeddi il müddətinə azadlıqdan məhrum edilib.

  • Xəzər dənizi vasitəsi ilə Azərbaycana narkotik keçirmək istədilər

    Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, mart ayının 6-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Komandanlığının xidməti ərazisində dövlət sərhədinin mühafizəsi tapşırığını yerinə yetirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında balıqçılıq fəaliyyəti ilə məşğul olan Lənkəran rayon sakinləri – 1979-cu il təvəllüdlü Dəyanət Ələddin oğlu Mustafayev və 1980-ci il təvəllüdlü Elşən Əliş oğlu Ağaoğluya məxsus üzmə vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 385 qram narkotik vasitə marixuana aşkarlanıb.

    Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

  • В управлении образования прокомментировали поножовщину в Гяндже

    Вчера в Гяндже Э.А. (2009 г.р.) ударил ножом ученика 11-го класса А.И.

    Подозреваемый в совершении поножовщины Э.А. задержан и передан следствию.

    В ответ на запрос Oxu.Az в Гянджа-Дашкесанском региональном управлении образования сообщили, что ни одна из причастных к инциденту сторон не числится в контингенте учащихся общеобразовательных учреждений, находящихся в подчинении структуры.

    “В связи с поножовщиной в городе Гянджа было проведено расследование. Ни один из них не является учеником общеобразовательных учреждений при Гянджа-Дашкесанском региональном управлении образования. По данному факту правоохранительными органами ведется расследование”, – говорится в информации.

  • Gəncədə baş verən bıçaqlanma hadisəsi barədə təhsil idarəsindən AÇIQLAMA

    Ötən gün Gəncədə 11-ci sinif şagirdi Ə.İ. 2009-cu il təvəllüdlü E.Ə. tərəfindən bıçaqlanıb.

    Hadisəni törətməkdə şübhəli bilinən E.Ə. saxlanılaraq istintaqa təhvil verilib.

    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisədə iştirak edən tərəflərdən heç biri qurumun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagird kontingentində yoxdur:

    “Gəncə şəhərində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bildiririk ki, tərəfimizdən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən. hadisədə iştirak edən tərəflərdən heç biri Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagird kontingentində yoxdur. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.