Month: March 2025

  • В отношении женщины, заявившей о насилии со стороны свекра, возбуждено уголовное дело

    Установлено, что С.Джафарова (1997 г.р., имя и фамилия условные – ред.), обратившаяся в правоохранительные органы с заявлением на своего свекра в Агсуинском районе, предоставила недостоверную информацию.

    Как сообщает Qafqazinfo, в отношении жительницы одного из сел района возбуждено дело по статье 296 (заведомо ложный донос) Уголовного кодекса Азербайджана.

    В ходе расследования установлено, что у С.Джафаровой были проблемы с супругом.

    13 октября 2024 года она бросила своих детей и мужа и сбежала к проживающему в Баку мужчине, с которым познакомилась в интернете. Однако через неделю С.Джафарова была вынуждена вернуться в село – в дом своего отца. 28-летняя женщина, опасаясь, что в селе распространятся слухи о ней и она будет опозорена, направила в прокуратуру жалобу с ложным содержанием, чтобы выйти из ситуации.

    Она утверждала, что в день, когда сбежала из дома, якобы подверглась сексуальному насилию со стороны свекра.

    В ходе экспертизы выяснилось, что С.Джафарова не подвергалась насилию, а повреждения на ее теле были нанесены ею самой. Также другие доказательства выявили, что она предоставила ложную информацию.

    В отношении С.Джафаровой избрана мера пресечения в виде подписки о невыезде.

    Решением Агсуинского районного суда от 7 марта ей назначено наказание в виде ограничения свободы (электронный браслет) сроком на 2 года.

  • Qayınatası tərəfindən təcavüzə məruz qaldığını iddia edən gəlinə cinayət işi açıldı

    Ağsu rayonunda qayınatasından hüquq-mühafizə orqanlarına şikayət edən 1997-ci il təvəllüdlü S.Cəfərovanın (şərti) həqiqətə uyğun olmayan məlumat verdiyi üzə çıxıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan qadın barəsində Cinayət Məcəlləsinin 296-cı (bilə-bilə yalan xəbərçilik etmə) maddəsi ilə iş başlanılıb.

    Araşdırmalar zamanı müəyyən edilib ki, S.Cəfərovanın həyat yoldaşı ilə problemləri olub.

    O, 2024-cü il oktyabrın 13-də övladlarını və həyat yoldaşını ataraq internetdə tanış olduğu və Bakıda yaşayan oğlanın yanına qaçıb. Lakin bir həftə sonra S.Cəfərova kəndə – atası evinə qayıtmalı olub. Yaşadığı kənddə barəsində xoşagəlməz söz-söhbətlərin yayılacağını, rüsvay olacağını düşünən 28 yaşlı qadın vəziyyətdən çıxmaq üçün prokurorluğa yalan məzmunlu şikayət ünvanlayıb.

    O, evdən qaçdığı gün guya qayınatası tərəfindən seksual xarakterli təcavüzə məruz qaldığını iddia edib.

    Aparılan ekspertiza zamanı S.Cəfərovanın təcavüzə məruz qalmadığı, üzərindəki xəsarətləri özü-özünə yetirdiyi məlum olub. Həmçinin digər sübutlar onun yalan məlumat verdiyini də üzə çıxarıb.

    Cinayət işi açılan S.Cəfərova barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri qətimkan tədbiri seçilib.

    Ağsu Rayon Məhkəməsinin 7 mart tarixli hökmü ilə ona 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib və ayağına elektron nəzarət cihazı yerləşdirilib.

  • Утвержден порядок расчета долей рынка в Азербайджане

    Кабинет министров Азербайджана утвердил “Порядок расчета долей рынка на соответствующем рынке, определения продуктовых и географических границ, объема, структуры и участников соответствующего рынка”.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Этот правило разработано на основе Кодекса о конкуренции. Для его целей используется индекс Херфиндаля-Хиршмана. Этот индекс является показателем рыночной концентрации, который рассчитывается как сумма квадратов долей рынка всех хозяйствующих субъектов, действующих в рамках товарных и географических границ соответствующего рынка, или рассчитывается в процентах путем деления суммы на 100.

    Другие понятия, используемые в этом правиле, выражают значения, определенные Кодексом и другими нормативными правовыми актами. В первую очередь определяются товарные границы соответствующего рынка, а затем его географические границы. Товарные границы соответствующего рынка определяются методами взаимозаменяемости спроса или предложения. При определении соответствующего товарного рынка метод взаимозаменяемости спроса считается более предпочтительным по сравнению с методом взаимозаменяемости предложения. Когда невозможно провести оценку на основе метода взаимозаменяемости спроса, используется метод взаимозаменяемости предложения.

  • Azərbaycanda bazar paylarının hesablanması qaydası təsdiqlənib

    Nazirlər Kabineti “Müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın məhsul və coğrafi sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi Qaydası”nı təsdiqləyib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Bu Qayda Rəqabət Məcəlləsinə əsasən hazırlanıb. Onun məqsədləri üçün Herfindal-Hirşman İndeksindən istifadə olunur. Bu indeks müvafiq bazarın məhsul və coğrafi sərhədləri çərçivəsində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin bazar paylarının kvadratlarının cəmi olaraq hesablanan və ya cəminin 100-ə bölünməsi ilə faiz şəklində hesablanan bazar təmərküzləşməsi göstəricisidir.

    Bu Qaydada istifadə olunan digər anlayışlar Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir. Müvafiq bazarın ilk növbədə məhsul sərhədləri, daha sonra isə coğrafi sərhədləri müəyyən edilir. Müvafiq bazarın məhsul sərhədləri tələb və ya təklif əvəzediciliyi üsulları ilə müəyyən edilir. Müvafiq məhsul bazarının müəyyən edilməsində tələb əvəzediciliyi üsulu təklif əvəzediciliyi üsuluna nəzərən daha üstün hesab edilir. Tələb əvəzediciliyi üsuluna əsasən qiymətləndirmə aparmaq mümkün olmadıqda, təklif əvəzediciliyi üsulundan istifadə edilir.

  • Обещал работу – украл деньги: в Гахе раскрыта афера на 17 000 манатов – ВИДЕО

    Сотрудники Гахского районного отдела полиции задержали по подозрению в мошенничестве ранее судимого 47-летнего Арифа Ибрагимова, который, злоупотребив доверием граждан, присвоил принадлежавшие им денежные средства.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную шекинской региональной группой пресс-службы Министерства внутренних дел (МВД).

    Он обманул двух жителей района, дав ложное обещание о трудоустройстве, и таким образом забрал у них 17 000 манатов.

    По данному факту возбуждено уголовное дело. Решением суда в отношении А.Ибрагимова избрана мера пресечения в виде ареста.

  • İşə düzəltmək adı ilə vətəndaşların 17 min manatını ələ keçirən şəxs həbs olunub – VİDEO

    Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 47 yaşlı Arif İbrahimov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, o, zərərçəkmişləri işlə təmin edəcəyinə dair yalan vədlər verərək aldadıb və iki rayon sakininin 17 min manatını ələ keçirib.

    Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə A.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.

  • Qızıgilə qonaq gedən 66 yaşlı kişi qəfil öldü

    Qızıgilə qonaq gedən Gəncə şəhər sakini 1959-cu il təvəllüdlü Elburus Əhmədov Ağstafada yol kənarında vəfat edib.

    Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

    Vurğulanıb ki, meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Rayon Şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Nəsimidə ƏMƏLİYYAT – İranlı tərəfindən narkokuryerliyə cəlb olunan 25 yaşlı gənc ƏLƏ KEÇDİ (VİDEO)

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, daxil olan məlumat əsasında keçirilən son əməliyyat nəticəsində 25 yaşlı Elgün Muradov saxlanılıb. Onun üzərindən 4 kiloqramdan artıq heroin, həşiş və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

    E.Muradov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotikləri maddi gəlir qarşılığında gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

    Faktla bağlı araşdırmalar aparılır.

    Ümumilikdə isə Nəsimi rayonunda cari ilin əvvəlindən polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 110 fakt aşkarlanıb və nəticədə 24 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

  • Экс-президент Филиппин Родриго Дутерте арестован на основании ордера МУС

    Полиция Филиппин арестовала бывшего президента республики Родриго Дутерте (2016-2022 годы) по ордеру Международного уголовного суда (МУС) за преступления против человечности.

    Об этом сообщила пресс-служба администрации филиппинского президента.

    “Отделение Интерпола в Маниле получило официальную копию ордера на арест от МУС. В 09:20 (05:20 по Баку – ред.) 11 марта 2025 года бывший президент Родриго Дутерте и его сопровождающие прибыли в Манилу из Гонконга рейсом Cathay Pacific CX 907. По прибытии генеральный прокурор подал уведомление МУС о выдаче ордера на арест бывшего президента за преступления против человечности. Сотрудники Национальной полиции Филиппин, которые исполняли ордер, убедились, что на них были надеты нательные камеры. Сейчас он [Дутерте] находится под стражей”, – говорится в распространенном заявлении.

    Палата предварительного производства МУС 15 сентября 2021 года одобрила ходатайство прокуратуры о начале полноценного расследования преступлений во время борьбы с наркотиками на Филиппинах. Она пришла к выводу, что существуют основания для расследования убийств, совершенных в стране в период с 1 ноября 2011 года по 19 марта 2019 года.

    По данным прокуратуры, в рамках кампании от 12 до 30 тыс. человек были убиты за употребление или продажу наркотиков, причем часть инцидентов, как утверждается, могли быть убийствами без суда и следствия, совершенными в ходе полицейских операций. В ноябре 2021 года Филиппины запросили отсрочку для проведения расследования с учетом принципа дополнительности, который предусматривает право стран на самостоятельное проведение расследований преступлений, подпадающих под юрисдикцию МУС.

    В марте 2018 года Филиппины приняли решение о выходе из МУС и подали соответствующее заявление в ООН, которое вступило в силу год спустя, что, по мнению суда, не является препятствием для проведения расследования, поскольку он сохраняет свою юрисдикцию над преступлениями, совершенными в то время, когда страна являлась его членом.

  • Filippinin keçmiş prezidenti saxlanılıb

    Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında Filippinin keçmiş prezidenti Rodriqo Duterte (2016-2022) saxlanılıb.

    Bu barədə Filippin Prezident Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.

    İttihama əsasən, Rodriqo Dutertenin prezident olduğu dövrdə narkotik maddələrdən istifadə və ya satışa görə 30 minə yaxın şəxs heç bir məhkəmə qərarı olmadan hüquq-mühafizə orqanlarının əməliyyatları zamanı öldürülüb.

    Qeyd olunur ki, insanlığa qarşı cinayət törətməkdə ittiham edilən prezident Rodriqo Duterte hazırda həbsxanaya yerləşdirilib, araşdırmalar davam etdirilir.