Month: March 2025

  • Müəllimləri təhqir edən qalmaqallı direktora 5 min manatlıq rüşvət İDDİASI – AUDİO (VİDEO)

    Müəllimlərə “Hinduşqabaş” deyərək təhqir edən 301 nömrəli məktəbin direktorunun yeni səs yazısı yayılıb.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, səs yazısından aydın olur ki, müəllimlərin şagirdlərdən yığdığı pul direktora çatdırılır.

    Pedaqoji heyət uzun müddətdir direktoru görmədiklərini bildirdilər.

    Yuxarı sinif şagirdinə görə valideyndən pul tələb edildiyini, hətta bu səbəbdən işindən azad edilənin olduğunu da bildirildi.

    Valideyn Gülanə Cəfərova iddia edib ki, övladının hazırlığa getməsinə şərait yaratması üçün direktor ondan 5000 manat pul alıb.

    Digər bir müraciət isə əvvəllər məktəbin bufetində çalışan xanım tərəfindən oldu. İddialara görə, direktorun tələb etdiyi pulu verməyən qadın işdən azad edilib.

    Səslənən iddialarla bağlı direktorla əlaqə saxlamaq mümkün olmayıb.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, 301 nömrəli tam orta məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilib.

    Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan direktor Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

    Ətraflı süjetdə:

  • В Баку задержаны подозреваемые в избиении водителя и нападении на его автомобиль – ВИДЕО (ОБНОВЛЕНО)

    В настоящее время в Бинагадинском районном управлении полиции проводится расследование в связи с видеозаписью, на которой запечатлено умышленное повреждение автомобиля Chevrolet и избиение его водителя группой лиц.

    Об этом сообщил сотрудник пресс-службы Министерства внутренних дел (МВД) Эльбрус Ибрагимов.

    По его словам, 5 февраля текущего года на территории поселка Бинагади одноименного района столицы на почве возникшей ссоры группа лиц грубо нарушила общественный порядок.

    “Используя деревянные биты, они умышленно повредили автомобиль Chevrolet, приведя его в негодность, а затем напали на водителя данной машины, причинив ему телесные повреждения различной степени тяжести. На основании этой информации в районном управлении полиции было возбуждено уголовное дело по статье о хулиганстве.

    Натиг Мустафакямалов, Вахид Джавадов, Назим Рахманов и Азер Захидли, подозреваемые в совершении этого преступления, были задержаны правоохранителями и привлечены к следствию.

    Собранные материалы были представлены в суд для рассмотрения. В настоящее время продолжаются следственные мероприятия по уголовному делу”, – добавил он.

    * * * * *

    На улице в Баку произошла массовая драка.

    Видео инцидента было распространено в соцсетях.

    На кадрах видно, как группа лиц с битами нападает на автомобиль с государственным номерным знаком 99-BZ-500 и избивает находящихся внутри машины людей.

    Причина потасовки пока неизвестна.
    //oxu.az

  • Avtomobilə hücum edib sürücünü ölümcül hala saldılar – VİDEO (YENİLƏNİB)

    “Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır”.

    Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov deyib.

    O bildirib ki, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb:

    “Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.

    Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.

    Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.

    * * * * *

    Bakıda küçədə kütləvi dava olub.

    Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

    Görüntülərdən məlum olur ki, bir qrup şəxs dəyənəklərlə 99-BZ-500 dövlət nömrə nişanlı avtomobilə hücum edərək maşının içərisindəki şəxsləri döyüb.

    Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

    İnsidentin görüntülərini təqdim edirik:

  • На Москву и Московскую область совершена массовая атака дронов: есть погибший и раненые – ФОТО / ВИДЕО (ОБНОВЛЕНО)

    Число пострадавших в результате массированной атаки украинских беспилотников на московский регион увеличилось до восьми.

    Об этом сообщил Telegram-канал SHOT.

    “До 8 увеличилось число пострадавших после массированной атаки беспилотников ВСУ в подмосковных Видном, Раменском и Домодедово”, – пишет канал.

    По его информации, среди пострадавших – двое детей, семь человек госпитализировали.

    До этого губернатор Московской области Андрей Воробьев сообщал, что в результате массовой атаки беспилотников на регион пострадали не менее четырех человек в городах Видное и Домодедово.

    По данным Минобороны РФ, ночью дежурные средства противовоздушной обороны перехватили и уничтожили 91 дрон над территорией Московской области.

    Всего над российскими регионами сбили 337 беспилотных летательных аппаратов Вооруженных сил Украины.

    * * * * *

    Один человек погиб и трое ранены в Подмосковье из-за атаки вражеских беспилотников.

    Об этом сообщил губернатор Московской области Андрей Воробьев.

    “Сегодня в 04:00 мск (05:00 по Баку – ред.) началась массовая атака беспилотников на Москву и Московскую область. На данную минуту известно об одном погибшем и трех раненых в Ленинском городском округе (город Видное) и Домодедове”, – написал он в Telegram-канале.

  • Moskvaya kütləvi dron hücumu nəticəsində ölənlərin sayı artdı – FOTO / VİDEO (YENİLƏNİB)

    Rusiyanın Moskva vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində həyatını itirənlərin sayı ikiyə çatıb.

    Median.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Vorobyov məlumat verib.

    Məlumatda həmçinin qeyd olunur ki, xəsarət alanların sayı səkkiz nəfərdir.

    * * * * *

    Rusiyanın Moskva vilayətinə PUA hücumu nəticəsində azı bir nəfər ölüb, üç şəxs yaralanıb.

    Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün “Telegram” kanalında yazıb.

    PUA hücumu ilə əlaqədar Moskvanın Şeremyetyevo və Vnukovo hava limanlarının fəaliyyətində fasilə yaranıb, uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən hava limanlarında təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

    Öz növbəsində Moskva meri Sergey Sobyanin paytaxta doğru uçan 69 pilotsuz təyyarənin Hava Hücumundan Müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini yazıb.


  • В связи с закрытием воздушного пространства над Москвой задерживается ряд рейсов AZAL

    В связи с закрытием воздушного пространства над Москвой (Российская Федерация) наблюдаются задержки рейсов авиакомпании Azerbaijan Airlines (AZAL) по маршруту Баку – Москва – J2-807 (Внуково) и J2-181 (Домодедово).

    Как сообщили в пресс-службе AZAL, в целях обеспечения безопасности полетов авиакомпания продолжает внимательно следить за ситуацией и будет регулярно информировать пассажиров о возможных изменениях.

    Пассажиры задержанных рейсов обеспечиваются всем необходимым в соответствии с правилами авиакомпании, добавили в AZAL.

  • Moskvada hava məkanı bağlandı – Bakıdan Rusiya paytaxtına olan reyslərdə gecikmələr var

    Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

    Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.

    Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

  • Baş Dövlət Yol Polisi İdarəsindən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ

    “Ötən gündən başlayaraq müşahidə olunan dumanlı hava şəraiti martın 14-dək davam edəcək. Dumanlı hava fəsil üçün xarakterik atmosfer hadisəsi olsa da, məhdudiyyətli görünməyə səbəb olmaqla əlverişsiz hesab edilir və ağırlıq dərəcəsi yüksək olan, o cümlədən zəncirvari toqquşma hadisələrinin başvermə ehtimalını əhəmiyyətli dərəcədə artırır”.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır:

    “BDYPİ bir daha sürücülərə müraciət edərək, onları xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, manevr, ötmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır”.

  • Началась встреча президентов Азербайджана и Северной Македонии один на один

    Началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и лидера Республики Северная Македония Горданы Сильяновска-Давковой один на один.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyevin Şimali Makedoniya prezidenti ilə təkbətək görüşü başlayıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə təkbətək görüşü başlayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.