Month: March 2025

  • Qadınla otelə getdi, başına bakal çırpdı – Məhkəmə qərarı

    Sabunçu rayonunun eyniadlı qəsəbəsində yerləşən “Panoramic” oteldə tanış qadının başına bakal vuran şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 1995-ci il təvəllüdlü Nurlan B. barəsində Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə cinayət işi açılıb.

    Nurlan sözügedən oteldə tanışı olan qadını “Vasmoy” kimi tanınan bazarda ətir satan şəxsi döyməkdə təqsirləndirilib. Belə ki, Nurlan əvvəlcədən tanıdığı qadınla “Panoramic” oteldə gedib. Oteldə olan zaman spirtli içki qəbul edərək, orada qalıblar. Gecə saatlarında aralarında söz-söhbət yarandığı üçün Nurlan onu döyüb və başına bakal çırpıb.

    Bundan başqa o, “Vasmoy” kimi tanınan bazarda ətir satan Cabir (şərti) adlı şəxsi də döyüb. Buna səbəb isə Cabirin ətir yağlarının topdan satışı ilə məşğul olan Türkiyə vətəndaşı – Kral adlı şəxsə borcu olması olub.

    Məhkəmədə zərərçəkmişlər təqsirləndirilən şəxslə barışdıqlarını deyiblər. Məhkəmənin qərarı ilə Nurlan 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub.

  • Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək

    Filippində prezidentliyi dövründə həyata keçirdiyi “narkotiklə mübarizə” əməliyyatları zamanı insanlığa qarşı cinayətlər törətdiyi iddia edilən və Beynəlxalq Polis Təşkilatı (İnterpol) tərəfindən qırmızı bülletenlə axtarılan keçmiş dövlət başçısı Rodriqo Dutertenin tutulması üçün 7 mindən çox polisin səfərbər ediləcəyi bildirilib.

    Qaynarinfo xəbər verir ki, “Manila Times” qəzetinin məlumatına görə, adının açıqlanmasını istəməyən yüksək rütbəli Filippin Milli Polisi (PNP) rəsmisi İnterpol-un qırmızı bülletenlə axtardığı Duterteni Honq-Konqdan qayıdarkən həbs etmək üçün ən azı 7 min polisin cəlb ediləcəyini bildirib.

    Təhlükəsizlik qüvvələrinin Duterteni yaxalamaq üçün paytaxt Maniladakı Ninoy Aquino hava limanı başda olmaqla, müxtəlif nəqliyyat mərkəzlərinə yerləşdirildiyi qeyd olunub.

    Digər tərəfdən, Prezidentlik Sarayı İnterpol-un Duterte haqqında qırmızı bülleten yayımladığına dair hər hansı məlumat əldə etmədiklərini açıqlayıb.

    Dutertedən əməkdaşlıq bəyanatı

    Filippində12 mayda keçiriləcək ara seçkilər ərəfəsində Duterte ölkənin hazırkı vitse-prezidenti və qızı Sara Duterte ilə birlikdə Honq-Konqun Van Çay bölgəsini ziyarət edib. Burada çıxış edən keçmiş prezident Duterte 2016-cı ildə başladılan və 6 mindən çox insanın öldüyü bildirilən “narkotiklə mübarizə” əməliyyatları səbəbindən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun barəsində həbs qərarı verməsi halında həbsxanaya getməyə hazır olduğunu bir daha vurğulayıb.

    BCM və Filippinin araşdırmaları

    Beynəlxalq Cinayət Məhkəməsi Dutertenin 2016-2022-ci illərdə prezident olduğu dövrdə “narkotiklə mübarizə” əməliyyatları çərçivəsində insanlığa qarşı cinayətlər törədildiyi iddiaları ilə bağlı 2021-ci ilin sentyabrında araşdırma aparmağa qərar vermişdi.

    Lakin həmin ilin sonlarında Filippin bu iddiaları öz müstəqil araşdırmasına cəlb edib və BCM-nin son instansiya olaraq yurisdiksiyaya malik olmadığı irəli sürülərək araşdırma müvəqqəti dayandırılmışdı.

    Filippin BCM-nin ilkin araşdırma başladığını elan etməsindən sonra, 17 mart 2018-ci ildə məhkəmənin təsis sənədi olan Roma Statutundan çıxmışdı. Buna baxmayaraq, BCM 18 iyul 2023-cü ildə araşdırmanı davam etdirmək qərarına gəlmişdi.

  • Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? – İki gün sonra ələ keçdi

    Oğruluqda təqsirləndirilən taksi sürücüsünə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, Bakıda taksi fəaliyyəti ilə məşğul olan N.R. məhkəmə prosesində bildirib ki, yolun kənarında pul kisəsi görüb. Onu götürdükdən sonra məlum olub ki, pul kisəsində 20 manat və bank kartları var.

    N.R. 20 manatı yanacağa sərf edib. Bundan başqa, bank kartlarından pul çıxarmaq qərarına gəlib. O, kartların birindən 1430 manat pul çıxara bilib.

    N.R. məhkəmədə kartdan pul çıxarmasını təsadüf kimi qiymətləndirib. O, iddia edib ki, zərərçəkmişin şəxsiyyət vəsiqəsi də pul kisəsində olub və sənədin sahibi haqqında məlumatara baxıb. Bank kartının parolunun zərərçəkmişin təvəllüdü ola biləcəyini ehtimal edib. Bu ehtimal özünü doğruldub. Lakin digər kartlarda bu, keçərli olmayıb. N.R. digər kartların bloklandığını görüb.

    Hadisə ötən il iyulun 4-də baş verib. İki gün sonra isə Xətai Rayon Polis İdarəsinin əməkdaşları N.R.-nı saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1 (Oğurluq – elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) ittiham irəli sürülüb.

    N.R. Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə mühakimə edilib. Hakimin çıxardığı hökmə əsasən o, 1 il 11 ay 26 gün
    müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

  • Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu

    “Fortuna SL Project” şirkətinin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Valyuta.az xəbər verir ki, buna səbəb şirkətin külli miqdarda vergi borcunun olmasıdır.

    Araşdırmalarımız zamanı məlum olub ki, şirkətin hazırda 507 546,45 manat vergi borcu var.

    “Fortuna SL Project” şirkətinin qanuni təmsilçisi Abbasov Əlisahib Cahangir oğludur.

  • Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi

    Azərbaycan təmsilçisi Serbiyanın Niş şəhərində keçirilən qadın boksçular arasında dünya çempionatında Ermənistan idmançısına qalib gəlib.

    54 kq çəkidə mübarizə aparan Zeynəb Rəhimova 1/16 finalda Yekaterina Sıçevanı üstələyib.

    O, rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.

    Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.

  • Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib

    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib.

    Bununla bağlı Putin Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Sahibə Qafarova Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində göstərdiyi xidmətlərinə görə, “Dostluq” ordeni ilə təltif olunub.

  • Стала известна причина увольнения директора Музейного Центра Лианы Везировой

    Стала известна причина увольнения директора Музейного Центра в Баку Лианы Везировой, которая была освобождена от должности несколько дней назад.

    В результате проверки деятельности Центра был выявлен ряд нарушений закона.

    В связи с этим директор центра Лиана Везирова была освобождена от занимаемой должности.

    Материалы о выявленных в Музейном Центре нарушениях закона были собраны и представлены в правоохранительные органы.

  • Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub

    Bir neçə gün öncə vəzifəsindən azad olunan Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub.

    Mərkəzin fəaliyyəti ilə bağlı aparılan yoxlama nəticəsində bir sıra qanun pozuntuları aşkar edilib.

    İşində yol verdiyi ciddi nöqsanlara görə mərkəzin direktoru Liana Vəzirova tutduğu vəzifədən azad olunub.

    Muzey Mərkəzində ortaya çıxarılan qanun pozuntuları ilə bağlı materiallar toplanılaraq hüquq mühafizə orqanlarına təqdim edilib.
    //report

  • ВБ профинансирует проект по очистке Каспия

    Всемирный банк (ВБ) планирует 25 июня утвердить финансирование проекта “Очищение Каспийского моря: создание потенциала управления загрязнением и сохранения биоразнообразия”.

    Как сообщает Report со ссылкой на ВБ, бенефициарами проекта выступают Азербайджан, Казахстан и Туркменистан.

    Проект будет финансироваться грантом Глобального экологического фонда (GEF) в размере 12 млн долларов США и реализовываться в течение пяти лет под руководством Программы ООН по окружающей среде (UNEP).

    Финансирование распределено по четырем основным компонентам: национальная и региональная политика и институциональное развитие (1,6 млн долларов), управление загрязнением (4,9 млн долларов), управление биоразнообразием (4,9 млн долларов), управление проектом (0,6 млн долларов)

    Проект предполагает усиление мониторинга и контроля загрязнения, а также на улучшение управления охраняемыми морскими территориями в целевых районах Каспийского моря. Этот крупнейший замкнутый водоем мира содержит около 44% всех внутренних вод планеты и граничит с Азербайджаном, Ираном, Казахстаном, Россией и Туркменистаном.

    Как отмечает ВБ, Каспийская экосистема уникальна и здесь обитает около 400 эндемичных видов, а длительная изоляция от мирового океана сформировала богатое биоразнообразие. “Однако за последние десятилетия уровень воды в море значительно снизился. По прогнозам, к 2100 году этот показатель может упасть на 8-30 метров из-за климатических изменений и хозяйственного использования водных ресурсов”, подчеркивает банк.

    Среди основных направлений проекта ВБ выделяет усиление координации между странами-участницами, разработку интегрированных планов управления прибрежными зонами (ICZM), морское пространственное планирование (MSP), проведение тренингов и обмен опытом, подписание меморандумов о взаимопонимании, усиление потенциала региональных институтов.

    В рамках мер по управления загрязнением планируется создание инвентаря наземных источников загрязнения, провести анализ “горячих точек” загрязнения и связанных с ним экономических потерь, разработка национальных и региональных программ по снижению загрязнения, мониторинг загрязнения, закупка оборудования и экологические тренинги, развитие экологически безопасных технологий, а также проведение общественных информационных кампаний.

    Кроме того ожидается создание и расширение сети охраняемых морских территорий (ОМТ), разработка и реализация планов управления ОМТ, подготовка кадров для управления заповедными территориями, поддержка устойчивого рыболовства и развитие добавочной стоимости для рыболовецких сообществ, оценка экономических потерь от утраты биоразнообразия, разработка перечней исчезающих видов, проведение информационных кампаний и участие в платформе GEF IW.

    В рамках проекта предусматривается создание Координационного центра проекта (PCU) при Секретариате Тегеранской конвенции UNEP, а также формирование Регионального руководящего комитета и технических групп.

    Проект способствует реализации Рамочных стратегий партнерства Всемирного банка (CPF) для Азербайджана и Казахстана, а также поддержит Национальную стратегию развития Туркменистана. Он также соответствует Региональной стратегии ВБ по Центральной Азии, уделяя особое внимание “голубой” экономике, вопросам загрязнения и сохранению биоразнообразия Каспия.

    С учетом долгосрочных целей проект направлен на сохранение экологического баланса Каспийского моря и развитие регионального сотрудничества для эффективного управления природными ресурсами. Ожидается, что его реализация поможет минимизировать последствия загрязнения, улучшить экологическую ситуацию в регионе и сохранить биоразнообразие для будущих поколений.

  • Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək

    Dünya Bankı (DB) iyunun 25-də “Xəzər dənizinin təmizlənməsi: çirklənmənin idarə edilməsi və biomüxtəlifliyin qorunması potensialının yaradılması” layihəsinin maliyyələşdirilməsini təsdiq etməyi planlaşdırır.

    “Report” Dünya Bankına istinadən xəbər verir k, layihənin benefisiarları Azərbaycan, Qazaxıstan və Türkmənistandır.

    Layihə Qlobal Ekologiya Fondunun (GEF) 12 milyon ABŞ dolları məbləğində qrantı ilə maliyyələşdiriləcək və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) rəhbərliyi altında beş il ərzində həyata keçiriləcək.

    Maliyyələşdirmə dörd əsas komponentə bölünür. Buraya milli və regional siyasət, institusional inkişaf (1,6 milyon ABŞ dolları), çirklənmənin idarə edilməsi (4,9 milyon ABŞ dolları), biomüxtəlifliyin idarə edilməsi (4,9 milyon ABŞ dolları), layihənin idarə edilməsi (0,6 milyon ABŞ dolları) daxildir.

    Layihə çirklənmənin monitorinqi və nəzarətinin gücləndirilməsini, həmçinin Xəzər dənizinin hədəf bölgələrində qorunan dəniz ərazilərinin idarə edilməsinin yaxşılaşdırılmasını nəzərdə tutur. Dünyanın bu ən böyük qapalı su hövzəsi planetin bütün daxili sularının təxminən 44 %-ni ehtiva edir və Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanla həmsərhəddir.

    Dünya Bankı qeyd edib ki, Xəzər ekosistemi unikaldır və burada təxminən 400 endemik növ yaşayır, dünya okeanından uzun müddətli təcrid isə zəngin biomüxtəliflik formalaşdırıb: “Lakin son onilliklərdə dənizdə suyun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Proqnozlara görə, 2100-cü ilə qədər bu göstərici iqlim dəyişikliyi və su ehtiyatlarının təsərrüfat məqsədilə istifadəsi səbəbindən 8-30 metr aşağı düşə bilər”.

    DB layihəsinin əsas istiqamətlərinə iştirakçı ölkələr arasında koordinasiyanın gücləndirilməsi, dəniz məkanının planlaşdırılması (MSP), təlimlərin keçirilməsi və təcrübə mübadiləsi, anlaşma memorandumlarının imzalanması, regional institutların potensialının gücləndirilməsi və s. daxildir.

    Çirklənmənin idarə edilməsi üzrə tədbirlər çərçivəsində yerüstü çirklənmə mənbələrinin inventarının yaradılması, çirklənmənin “qaynar nöqtələr”inin və əlaqədar iqtisadi itkilərin təhlili, çirklənmənin azaldılması üzrə milli və regional proqramların hazırlanması, avadanlıqların alınması və ekoloji treninqlər, çirklənmənin monitorinqi, ekoloji cəhətdən təhlükəsiz texnologiyaların inkişafı, habelə ictimai informasiya kampaniyalarının keçirilməsi planlaşdırılır.

    Bundan əlavə, dəniz mühafizə olunan ərazilər (MPA) şəbəkəsinin yaradılması və genişləndirilməsi, MPA-ların idarəetmə planlarının işlənib hazırlanması və həyata keçirilməsi, qorunan ərazilərin idarə olunması üçün kadrların hazırlanması, davamlı balıqçılığın dəstəklənməsi və balıqçılıq icmaları üçün əlavə dəyərin inkişaf etdirilməsi, biomüxtəlifliyin itirilməsi nəticəsində iqtisadi itkilərin qiymətləndirilməsi, nəsli kəsilməkdə olan növlərin siyahılarının hazırlanması, məlumat kampaniyalarının aparılması və GEF IW platformasında iştirak etməsi gözlənilir.

    Bundan əlavə, mühafizə olunan dəniz ərazilərinin (OMT) şəbəkəsinin yaradılması və genişləndirilməsi, OMT idarəetmə planlarının hazırlanması və həyata keçirilməsi, qorunan ərazilərin idarə edilməsi üçün kadr hazırlığı, davamlı balıqçılığa dəstək və balıqçı icmaları üçün əlavə dəyərin inkişafı, biomüxtəlifliyin itirilməsindən yaranan iqtisadi zərərin qiymətləndirilməsi, nəsli kəsilməkdə olan növlərin siyahılarının hazırlanması, məlumatlandırma kampaniyalarının keçirilməsi və GEF IW platformasında iştirak gözlənilir.

    Layihə çərçivəsində UNEP Tehran Konvensiyası Katibliyi yanında Layihə Koordinasiya Mərkəzinin (PCU) yaradılması, həmçinin Regional Rəhbər Komitənin və texniki qrupların formalaşdırılması nəzərdə tutulur.

    Layihə Dünya Bankının Azərbaycan və Qazaxıstan üçün Tərəfdaşlıq Çərçivə Strategiyalarının (CPF) həyata keçirilməsinə kömək edir. Eyni zamanda o, Türkmənistanın Milli İnkişaf Strategiyasını dəstəkləyəcək. O, həmçinin “mavi iqtisadiyyat”a, çirklənmə məsələlərinə və Xəzərin biomüxtəlifliyinin qorunmasına xüsusi diqqət yetirməklə, DB-nin Mərkəzi Asiya üzrə Regional Strategiyasına uyğundur.

    Uzunmüddətli məqsədləri nəzərə alaraq, layihə Xəzər dənizinin ekoloji balansının qorunmasına və təbii resursların səmərəli idarə edilməsi üçün regional əməkdaşlığın inkişafına yönəlib. Onun həyata keçirilməsinin çirklənmənin nəticələrini minimuma endirməyə, regionda ekoloji vəziyyəti yaxşılaşdırmağa və gələcək nəsillər üçün biomüxtəlifliyi qorumağa kömək edəcəyi gözlənilir.