Month: March 2025

  • Prezident: “Açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək”

    “Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında səsləndirib.

    Dövlətimizin başçısı bildirib ki, çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən Naxçıvana ötürülərək artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq.

  • Центробанк Азербайджана оштрафовал кредитную организацию и её должностное лицо

    Центральный Банк Азербайджана (ЦБА) привлек к административной ответственности небанковскую кредитную организацию (НКО) ООО SF Azerbaijan и её должностное лицо.

    Как передает Median.Az, об этом сообщили в ЦБА.

    Согласно информации, в рамках текущих контрольных процессов, проводимых организацией, были выявлены нарушения требований законодательства о борьбе с легализацией имущества, полученного преступным путем, и финансированием терроризма. Решением Хатаинского районного суда города Баку на основании статей 598.1.1, 598.1.2 и 598.1.6 Кодекса об административных проступках НКО и её должностное лицо были оштрафованы на 50 000 манатов и 10 000 манатов соответственно.

  • Azərbaycan Mərkəzi Bankı kredit təşkilatını və onun vəzifəli şəxsini CƏRİMƏLƏDİ

    Azərbaycan Mərkəzi Bankı (AMB) “SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

    Bu barədə AMB məlumat yayıb.

    Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxarılıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.1.6-cı maddələrinə əsasən, BOKT və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.

  • Bakıda bank kartlarından 25 min manat oğurlayan şəxslər SAXLANILDILAR

    Bakı şəhərində bank kartından oğurluqda və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, paytaxtın ayrı-ayrı rayonlarında 3 vətəndaşa dələduzluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 25 min manata yaxın maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən – 39 yaşlı A.Hətəmov, 30 yaşlı T.Əlizadə və 28 yaşlı M.Şükürov müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанское отделение Transparency International приостанавливает свою деятельность

    Общественное объединение по борьбе с коррупцией Şəffaflıq Azərbaycan (Transparency Azerbaijan), являющееся азербайджанским отделением организации Transparency International, приостанавливает свою деятельность.

    Как сообщили АПА в эксклюзивных источниках, учредители организации собираются обратиться в Минюст для его ликвидации.

    Что представляет собой Şəffaflıq Azərbaycan?

    Организация Şəffaflıq Azərbaycan была основана в октябре 2000 года. В октябре 2001 года организация была аккредитована как полностью уполномоченное местное подразделение организации Transparency International, а в августе 2006 года прошла повторную аккредитацию. Организация представила свою миссию как “исследование причин и форм коррупции в Азербайджане, а также путей сокращения этого опасного социального явления”. Одним из учредителей организации является Рена Сафаралиева. До 2019 года Рена Сафаралиева также была исполнительным директором организации. В настоящее время она является членом правления организации. Интересно, что имя Рены Сафаралиевой также указано в качестве члена Учредительного совета при правлении организации Şəffaflıq Azərbaycan и независимого эксперта.

    Предвзятость Transparency International в отношении Азербайджана

    Transparency International, аккредитовавшая Şəffaflıq Azərbaycan, в регулярно публикуемых отчетах демонстрировала предвзятую, не исследованную всесторонне позицию об Азербайджане, которая не отражает позицию правительства. Неоднократные заявления правительства Азербайджана о предвзятости подобных отчетов не изменили деятельность организации в отношении Азербайджана. Transparency International также разместила в своем последнем отчете предвзятую информацию против Азербайджана. Интересно, что в отчете использовались только общие утверждения, и ни одно из утверждений не было обосновано фактами.

    Кто такая Рена Сафаралиева?

    Имя Рены Сафаралиевой в последние дни упоминалось в скандале вокруг Государственного агентства по туризму. Она является свекровью председателя Госагентства по туризму Фуада Нагиева, которому вчера распоряжением Президента Ильхама Алиева был объявлен строгий выговор.

    Вчера lent.az со ссылкой на собственные источники написал о причинах строгого выговора. Как сообщает сайт, агентство, возглавляемое Фуадом Нагиевым, слило служебную переписку.

    “Агентство по туризму стало логовом людей, которые работали или сотрудничали с Transparency International, организацией, которая всегда занимала враждебную позицию по отношению к Азербайджану. Уместно отметить, что свекровь Фуада Нагиева – Рена Сафаралиева долгие годы сотрудничала с Transparency International. Она была представителем этой организации в Азербайджане. Некоторые лица, которых она взрастила в этой организации, сейчас работают в Государственном агентстве по туризму. Словам о том, что они стали влиятельными лицами в этом агентстве, удивляться не стоит”, – пишет lent.az.

    По информации, окружение Фуада Нагиева постоянно сливало служебную информацию различным организациям и частным лицам. Они даже пересылали внутреннюю переписку между государственными органами иностранным посольствам в Азербайджане.

  • “Transparency International”ın Azərbaycan bölməsi fəaliyyətini dayandırır

    “Transparency International” təşkilatının Azərbaycan bölməsi qismində çıxış edən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi fəaliyyətini dayandırır.

    Median.Az APA-ya istinadən xəbər verir ki, təşkilatın təsisçiləri onun ləğv edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməyə hazırlaşırlar.

    “Şəffaflıq Azərbaycan” nədir?

    “Şəffaflıq Azərbaycan” təşkilatı 2000-ci ilin oktyabr ayında təsis olunub. Tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin oktyabrında “Transparency International” təşkilatı tərəfindən akkreditasiya olunub, 2006-cı ilin avqust ayında isə yenidən akkreditasiyadan keçib. Təşkilat öz missiyasını “Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırmaq” kimi təqdim edib.

    Təşkilatın təsisçilərindən biri Rəna Səfərəliyevadır. Rəna Səfərəliyeva 2019-cu ilə qədər həm də təşkilatın icraçı direktoru olub. O, hazırda təşkilatın İdarə Heyətinin üzvüdür. Maraqlıdır ki, Rəna Səfərəliyevanın adı həm də “Şəffaflıq Azərbaycan” təşkilatının İdarə Heyəti yanında Təsisçilər Şurasının üzvü və müstəqil ekspert kimi qeyd olunub.

    “Transparency İnternational”ın Azərbaycana qarşı qərəzi

    “Şəffaflıq Azərbaycan” təşkilatının akreditasiyası olan “Transparency International” təşkilatı mütəmadi olaraq yaydığı hesabatlarda Azərbaycanla bağlı qərəzli, hərtərəfli araşdırılmayan və hökumətin mövqeyinin əksini tapmadığı mövqe nümayiş etdirilib. Azərbaycan hökumətinin dəfələrlə belə hesabatların qərəzli olması ilə bağlı verdiyi açıqlamalar da bu təşkilatın ölkəmizlə bağlı fəaliyyətində dönüş yaratmayıb.

    “Transparency International” sonuncu hesabatında da Azərbaycana qarşı qərəzli məlumatlara yer verib. Maraqlıdır ki, hesabatda yalnız ümumi ifadələrdən istifadə olunub, heç bir iddia faktla əsaslandırılmayıb.

    Rəna Səfərəliyeva kimdir?

    Rəna Səfərəliyevanın adı son günlər Dövlət Turizm Agentliyi ilə bağlı qalmaqalda çəkilir.

    O, dünən Prezident İlham Əliyevin sərəncamı ilə şiddətli töhmət verilmiş Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin qayınanasıdır.

    Dünən yayılan məlumatlara görə, töhmətə səbəb Fuad Nağıyevin rəhbərlik etdiyi agentliyin xidməti yazışmaları sızdırmasıdır:

    “Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transpatency International” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib. Onu qeyd etmək yerinə düşər ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transpatency International” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Onların bu agentlikdə söz sahibinə çevrilməsi barədə deyilənlərə heç də təəccüb etmək lazım deyil”.

    Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.

  • В Ходжавендском районе взорвался боеприпас: пострадавшему ампутируют пальцы (ОБНОВЛЕНО)

    Пострадавшему в результате детонации взрывного механизма ручной гранаты в Ходжавендском районе ампутируют пальцы левой руки.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    “5 марта в 13:30 в Физулинскую центральную районную больницу был госпитализирован Али Алахбер оглу Садыгов (2002 г.р.), получивший травму в результате взрыва в Ходжавендском районе.

    У него диагностировали травматическую ампутацию первого, второго и третьего пальцев левой руки.

    В настоящее время пациент помещен в операционный блок”, – отмечается в информации.

    * * * * *

    5 марта на территории села Сос Ходжавендского района взорвался боеприпас.

    Об этом говорится в совместной информации Министерства внутренних дел (МВД), Генеральной прокуратуры и Агентства Азербайджана по разминированию (ANAMA).

    Согласно информации, житель села Айбасанлы Физулинского района Али Алахбер оглу Садыгов (2002 г.р.) получил травму в результате детонации взрывного механизма ручной гранаты, которую он взял в руку.

    По данному факту проводится расследование.

    ANAMA, МВД и надзорное ведомство еще раз призывают граждан соблюдать правила безопасности, не трогать опасные предметы, не взаимодействовать с ними, обращать внимание на знаки предупреждающие о минной опасности, не заходить в незнакомые места.

  • Xocavənddə hərbi sursat partladı: Xəsarət alan şəxsin barmaqları amputasiya ediləcək (YENİLƏNİB)

    Xocavənd rayonunda əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində xəsarət alan şəxsin sol əlinin barmaqları ambutasiya ediləcək.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    “Martın 5-i saat 13:30-da Xocavənd rayonunda baş verən partlayış nəticəsində xəsarət alan 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Ona sol əlinin birinci, ikinci və üçüncü barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib.

    Hazırda pasiyent əməliyyat blokuna yerləşdirilib”, – deyə məlumatda qeyd olunub.

    * * * * *

    Xocavənd rayonunda hərbi sursat partlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

    Məlumata görə, martın 5-də Xocavənd rayonunun Sos kəndi ərazisində hərbi sursatın partlaması hadisəsi baş verib.

    Füzuli rayonunun Aybasanlı kənd sakini 2002-ci il təvəllüdlü Əli Ələhbər oğlu Sadıqov əlində əl qumbarasının partladıcı mexanizminin partlaması nəticəsində sol əlindən xəsarət alıb.

    Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

    ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, təhlükəli əşyalara toxunmamağa, onlara müdaxilə etməməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

  • Арестован известный адвокат Адем Мамедов

    Арестован известный адвокат Адем Мамедов.

    Как сообщает Qafqazinfo, в Наримановском районном суде был зачитан приговор, согласно которому адвокат А.Мамедов был признан виновным по статьям 147.2 (клевета) и 148 (оскорбление) Уголовного кодекса Азербайджана и приговорен к 6 месяцам лишения свободы.

    Брат А.Мамедова Хайям Мамедов также был признан виновным по тем же статьям и приговорен к 6 месяцам исправительных работ.

    Отметим, что адвокат Джейхун Юсифов подал в суд жалобу на Адема Мамедова в порядке особого обвинения.

    Специальный обвинитель, защитник известного адвоката Джейхуна Юсифова Асим Аббасов подтвердил данный факт.

  • Tanınmış vəkil Adəm Məmmədov həbs edildi

    Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi hökm çıxarıb.

    Hökmə əsəsən, vəkil Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.

    Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək ona barəsində 6 ay müddətə islah işləri cəzası verilib.

    Qeyd edək ki, tanınmış vəkil Ceyhun Yusifov Adəm Məmmədov barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmişdi.

    Ceyhun Yusifovun vəkili Asim Abbasov A.Məmmədovun həbsi faktını təsdiq edib.