Month: March 2025

  • Bakıda Baş Prokurorluğun ƏMƏLİYYATI: Rütbəli şəxslər saxlanıldılar

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Ramin Aydın oğlu Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Valik oğlu Əzimov və zabiti Emil Ramiz oğlu Nəbiyevin qanunsuz əməlləri barədə həmin xidmətdən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

    Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında deyilir.

    Qeyd olunur ki, əməliyyat-istintaq tədbirləri ilə Ramin Şükürovun qeyd olunan vəzifədə işləyərkən 2025-ci ilin yanvar-fevral aylarında Xalid Əzimov və Emil Nəbiyevlə qabaqcadan əlbir olub hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi məqsədilə ona müraciət etmiş vətəndaşa “hərbi bilet əvəzi arayış” verilməsi müqabilində sonuncudan qanunsuz olaraq 8 min manat məbləğində pul vəsaitini tələb etməklə həmin məbləğin 2 min manat hissəsini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış ilkin sübutlar əsasında R.Şükürov və E.Nəbiyevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma), X.Əzimova isə həmin Məcəllənin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilib.

    İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə Ramin Şükürov barəsində ev dustaqlığı, Emil Nəbiyev və Xalid Əzimov barələrində isə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

  • Özünü masaj etdirməyə getdi, masajçının 2500 manatlıq telefonunu oğurladı

    Bakda masajist qadının “iPhone 15 Pro Max” markalı telefonunu oğurlayan müştəriyə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş Rəşad T. Nəsimi rayonu, Azadlıq prospekti ilə Salatın Əsgərova küçəsinin kəsişməsində yerləşən masaj salonunda oğurluq edib. O, saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi açılıb və məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, Rəşad özünü masaj etdirmək üçün əvvəlcədən tanıdığı Afət adlı qadının işlədiyi masaj salonuna gedib. O, sözügedən salonda Afətə özünü masaj etdirdikdən sonra zərərçəkmiş qadının sanitar qovşağında olmasından istifadə edərək qiyməti 2500 manat “iPhone 15 Pro Max” markalı mobil telefonu oğurlayıb.

    Məhkəmənin qərarı ilə Rəşada 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.

  • İcra başçısına qarşı sui-qəsd planı: Bəhruz Əskərovun cinayət işində YENİ TƏFƏRRÜAT

    Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işinin növbəti məhkəmə baxış iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda Bəhruz Əskərovun vəkili Nüşabə Ağayeva zərərçəkən Taleh Qaraşovun məhkəməyə çağırılmasının zəruri olduğunu vurğulayıb.

    Dövlət ittihamçısı isə öz növbəsində zərərçəkmişin ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyib.

    Prosesdə Taleh Qaraşovun iclasda iştirak etməyi üçün bildiriş göndərilməsi ilə bağlı qərar qəbul edilib.

    Məhkəmənin növbəti iclası 1 aprelə təyin olunub.

    Xatırladaq ki, DTX tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui-qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə ittiham olunur.

    Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq, Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
    //oxu.az

  • Bakıda avtobus sürücüsü ilə sərnişin arasında dava

    Bu gün axşam saatlarında Bakıda sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında dava düşüb.

    Bu barədə jurnalist Esmira Cavadova feysbuk hesabında yazıb.

    Onun sözlərinə görə, hadisə “Xətai” metrosu yaxınlığında baş verib.

    Məlumata görə, mübahisə sərnişinin 30 saylı müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusa orta qapıdan minməsi ilə başlayıb. Bu zaman sürücü sərnişindən ön qapıdan minməsini tələb edib. Sərnişin isə düşüb ön qapıya gələn zaman sürücü qapını bağlayaraq avtobusu hərəkət etdirib.

    Sərnişin bundan qıcıqlanaraq avtobusun arxasınca qaçıb və sürücünü növbəti dayanacaqda yaxalayıb. Bu zaman tərəflər arasında qarşılıqlı söyüşlər olub.

    Bütün bunlar avtobusdakı sərnişinlərin gözü qarşısında baş verib. Bu azmış kimi mübahisənin iştirakçısı olan naməlum sərnişin əlindəki çantadan bıçaq çıxarıb. Mübahisə iştirakçılarının əlbəyaxa davası digərlərinin qorxması ilə nəticələnib.

  • Vardanyanın vatsap yazışmaları nümayiş etdirildi

    Azərbaycanın Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası martın 4-də davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

    İclasın əvvəlində Ruben Vardanyanın müdafiəçisi Avraam Berman məhkəməyə müraciət edərək müdafiə etdiyi şəxsə hüquq və vəzifələrinin izahına dair bildirişin təqdim olunması, işin materialları, o cümlədən məhkəmə iclasının protokolları ilə tanış olmaq üçün əlavə şəraitin yaradılması, təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarın rus dilinə tərcümə variantının təqdim olunmasına dair vəsatətləri təqdim edib.

    Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətlərə münasibət bildirərək qeyd edib ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərar qəbul olunub. Belə ki, təqsirləndirilən şəxsə həm ibtidai istintaqın, həm də məhkəmənin gedişində işin materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verilib. Həmçinin təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izahına dair bildirişlərin, cinayət məsuliyyətinə cəlbetmə haqqında qərarın təqdim olunması işin materialları ilə təsdiq edilir. Bütün bunları nəzərə alaraq prokuror həmin vəsatətlərin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib.

    Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər.

    Məhkəmə yerində müşavirə keçirərək vəsatətlərə münasibət bildirib.

    Zeynal Ağayev qeyd edib ki, təqsirləndirilən şəxsə ibtidai istintaq dövründə hüquq və vəzifələrinin izahına dair bildiriş təqdim olunub və bu hal işin materialları ilə təsdiqlənir. Bundan başqa, həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə hüquq və vəzifələri ətraflı izah olunub, buna dair bildirişlər məhkəmə tərəfindən də ona rəsmi şəkildə təqdim edilib. Həmçinin işin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verilib. Lakin təqsirləndirilən şəxs işin materiallarında olan sənədlər, o cümlədən məhkəmə iclasının protokolları ilə tanış olmaq istəyirsə, bununla bağlı ona yenidən şərait yaradılacaq.

    Daha sonra təqsirləndirilən şəxs Ruben Vardanyana sərbəst ifadə verməsi yenidən təklif olunub. Ruben Vardanyan ifadə verməkdən imtina edib.

    Bundan sonra dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməlləri üzrə suallar veriblər.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev R.Vardanyandan həmtəsisçisi olduğu, humanitar məqsədlər pərdəsi altında fəaliyyət göstərən təşkilatların təyinatı, məqsədləri, vaxtilə işğal altında olmuş ərazilərdə həyata keçirilmiş layihələr, həmin təşkilatların üzvləri ilə münasibətləri, eləcə də ictimai fəal Mirzə Dinnayinin Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş suveren ərazisi Qarabağa qanunsuz səfər etməsi, onunla keçirdiyi görüşlər barədə suallar verib.

    Sonra təqsirləndirilən şəxsə helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşası üçün texniki sənədlərin əldə edilməsi barədə apardığı danışıqlar, Arman Djilavyan adlı şəxsə zavodun inşası məqsədilə müvafiq sənədlərin alınmasına dair verdiyi tapşırıqlar, bu fəaliyyətin Ermənistan Respublikası ilə razılaşdırması barədə suallar ünvanlanıb.

    Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxs R.Vardanyana “VoMa” terror təşkilatının qurucusu Vartanov Vladimir (Vova) Levanoviçlə münasibəti, aralarında votsap vasitəsilə aparılan yazışmalar və göndərilən səsli mesajlar, təşkilat tərəfindən Ermənistanın nəzarətində olan Qarabağdakı qanunsuz silahlı birləşmələrə təlimlərin keçirilməsinin təşkili və maliyyələşdirilməsi, Vladimir Vartanovun Birinci Qarabağ müharibəsində, 2016-cı ilin aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikası ərazisində Silahlı Qüvvələrimizə qarşı hərbi əməliyyatlarda iştirak etməsi, təşkilatın təlimçiləri barədə suallar verib.

    Həmçinin təqsirləndirilən şəxsdən həmin təlimlərin keçirilməsinə Ermənistan tərəfindən razılığın verilib-verilməməsi, buna dair şəraitin kim tərəfindən yaradılması, təlimlərə yetkinlik yaşına çatmayan şəxslərin cəlb olub-olunmaması, o cümlədən R.Vardanyanın bu təlimləri sahibkar və ya qondarma rejmin vəzifəli şəxsi kimi təşkil etməsi və maliyyələşdirməsi soruşulub.

    Daha sonra R.Vardanyandan təhlükəsizlik məsələləri üzrə ekspert adı altında fəaliyyət göstərən “27 Komitəsi” hərəkatının təsisçisi və sədri Poqosyan Vladimir Sergeyeviçlə münasibətləri, onunla “Signal” mobil tətbiqi, eləcə də digər mobil tətbiqlər və sosial şəbəkələr vasitəsilə apardığı danışıqlar və yazışmalar, aralarında işbirliyinin olub-olmaması, “düşmən” adlandırdıqları Azərbaycan dövlətini böyük itkilərə məruz qoymaq, hətta zərbə vurmaq məqsədilə “xüsusi əməliyyatlar qüvvələrinin milli mərkəzi”nin yaradılmasının Ermənistan dövlətinin planı olub-olmaması, “böyük itkilər”in nədən ibarət olması, həmin mərkəzin digər üzvləri və maliyyələşmə qaydalarına dair suallar verilib.

    Bundan başqa, sözügedən “mərkəz”in qondarma quruma, yoxsa qondarma qurumun Müdafiə Nazirliyinin faktiki olaraq Ermənistan dövlətinə tabe olduğu kimi, eyni qaydada Ermənistana tabe olub-olmadığına dair suallar soruşulub.

    Ardınca Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs R.Vardanyana Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla qondarma rejim üçün zenit-raket komplekslərinin (ZRK) alınması, eləcə də bu qurğuları istehsal edəcək müəssisənin inşası üçün vəsait toplanması, özünü Qarabağda yaşayan erməniəsilli şəxslərə “humanitar yardım göstərən” sahibkar kimi təqdim edən, bir müddət guya yalnız sosial-iqtisadi məsələlərə cavabdehlik daşıyan “dövlət naziri” kimi hərbi təyinatlı qurğuların istehsalı müəssisəsini yaratmaqda məqsədi, Azərbaycanın vaxtilə işğal altında olmuş suveren ərazilərində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələri və qrupları silah-sursatla təmin etməkdə niyyəti, hərbi təyinatlı istehsal müəssisənin qurulması istiqamətində apardığı danışıqları Ermənistanla razılaşdırması, onlar tərəfindən bu planın reallaşdırılması üçün hər hansı vəsaitin və ya digər əmlakın verilib-verilməməsi barədə suallar verilib.

    Bundan sonra dövlət ittihamçısı Fuad Musayev Ruben Vardanyanın Ermənistan ərazisindən Azərbaycanın vaxtilə işğal altında olmuş Qarabağ bölgəsinə daxil olub məskunlaşdıqdan sonra Ermənistan ərazisindən bir neçə dəfə digər ölkələrə getməsi, sonra isə yenidən Ermənistana qayıdıb keçmiş qondarma rejimin olduğu əraziyə daxil olmasına baxmayaraq, hansı səbəbdən ona məxsus pasportda yalnız Ermənistana girişinə və oradan çıxmasına dair qeydin aparılması, özünü müstəqil dövlət kimi təqdim edən qondarma qurumun yerləşdiyi ərazilərə keçid etdikdə hər hansı sənəd təqdim edib-etməməsi, pasportunda buna dair qeydin aparılmaması, habelə bu keçidlərin başqa hansısa formada rəsmiləşdirilib-rəsmiləşdirilməməsi barədə suallar ünvanlayıb.

    Həmçinin təqsirləndirilən şəxsə Qarabağ ərazisində müxtəlif yaş kateqoriyalarından olan şəxslər üçün hərbi təlimlərin keçirilməsi, bu məqsədlə hərbi düşərgələrin yaradılması, təlimçilərin şəxsiyyəti, təlim planları, təsisçisi olduğu “Biz – dağlarımızıq” adlı təşkilata “Ruben Vadanyan Foundation”, “Dilijan Community Center”, “Aznavour Foundation” digər təşkilatlar, fondlar və fiziki şəxslərdən bilavasitə terrorçuluqla bağlı təlimləri maliyyələşdirmək məqsədilə vəsaitlərin toplanması, həmin vəsaitlər hesabına müxtəlif idman yarışlarının və xüsusi düşərgələrdə təlimlərin keçirilməsi, buna dair müxtəlif şəxslərlə aparılan danışıqlar, o cümlədən Aik Ovakimian adlı şəxsə yazdığı “məni çoxu ilk gündən günahlandırır ki, guya mən qan və qurbanlar olmasını istəyirəm”, “son üç ayda hazırladığımız 120 nəfər barədə bir saniyə belə şübhə etmirəm, ancaq bu, dənizdə bir damladır” kimi və digər mesajlar, həmçinin bu təlimlərin Ermənistanın razılığı ilə keçirilməsi barədə suallar verilib.

    Daha sonra dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs R.Vardanyana “Biz – dağlarımızıq” təşkilatı və digər yardım aksiyaları adı altında pul vəsaitlərinin toplanması, bu vəsaitlər hesabına müxtəlif odlu silah, döyüş sursatları, partlayıcı maddələr, hərbi texnikanı əldə edərək, Ermənistandan qanunsuz şəkildə Qarabağa gətirilməsinin məqsədi, bu silahlardan nədə istifadə etmək niyyəti, silahların gətirilməsinin kim tərəfindən təşkil edilməsi, həmin hərəkətləri həyata keçirmək üçün Ermənistan dövlətindən hansı dəstəyi alması, silah-sursatın kimin balansında olması, sosial-iqtisadi məsələlərə cavabdeh “dövlət naziri”nin ofisində və bağ evində hansı səbəbdən bu qədər hərbi təyinatlı avadanlığın olmasına dair suallar verib.

    Eyni zamanda, Qarabağda olmuş qanunsuz silahlı birləşmələrin rəhbərlərinin və üzvlərinin adlı siyahısı sadalanaraq təqsirləndirilən şəxs R.Vardanyana həmin şəxslərlə münasibətləri, onlara aylıq muzd ödəməsi, pul vəsaitlərinin hansı qaydada və kim tərəfindən verilməsi, ümumiyyətlə, muzdun ayrılması qaydasına dair suallar ünvanlanıb.

    R.Vardanyana pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün teleqram üzərindən əlaqə saxladığı Artur Alaverdiyan adlı şəxslə münasibətləri, PUA-ları almaqda məqsədi, onları hansı maliyyə vəsaitləri hesabına almaq niyyətində olması, digər şəxs və ya təşkilatlardan PUA-ların alınması üçün vəsaitlərin toplanması barədə suallar verilib.

    Nəhayət dövlət ittihamçısı Təranə Məmmədova təqsirləndirilən şəxs R.Vardanyana Azərbaycan Respublikasının xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələrinə qarşı terror aktları törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılmasına təşəbbüs göstərməsi, həmin terror əməllərinə hazırlıq görməsi, əməliyyatın hansı səbəbdən məhz “Nemezis-2” adlandırılması, bu əməliyyatın başlanılması təşəbbüsünü irəli sürməkdə məqsədi və terror əməliyyatlarını konkret olaraq kimlərə qarşı həyata keçirməyi planlaşdırdığı, azərbaycanlı diplomatlara qarşı terror aktlarını törətməklə vermək istədiyi mesaj, terror əməliyyatının həyata keçirilməsi planları barədə kimlərlə məsləhətləşmələr aparması, bu əməllərin reallaşdırılması istiqamətində konkret olaraq hansı tədbirlər görməsi, bu məqsədlə kimlərə tapşırıqlar verməsi və buna nə qədər maliyyə vəsaitinin sərf olunması və ya sərf edilməsinin planlaşdırılması barədə suallar verib.

    Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.

    Məhkəmə baxışı zamanı Ruben Vardanyanın qeyd olunan məsələlərlə bağlı votsap, “Signal” və teleqram tətbiqləri üzərindən şəxsən apardığı səsli danışıqlar və yazışmalar, tərtib etdiyi sənədlər, foto və videogörüntülər ona verilən suallarla əlaqədar məhkəmə zalında nümayiş etdirilib.

    Məhkəmənin növbəti iclası martın 11-nə təyin olunub.

  • Мехрибан Алиева поделилась публикацией по случаю Од чершенбеси – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поделилась на своей официальной странице в Instagram публикацией по случаю Од чершенбеси.

    В публикации говорится:

    “Да не пожалеет Великий Аллах своей милости для нашего народа! Поздравляю с “Од чершенбеси”!”

  • Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə paylaşım edib – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Od çərşənbəsi münasibətilə özünün “Instagram” hesabında paylaşım edib.

    Paylaşımda deyilir:

    “Uca Allah mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Od çərşənbəniz mübarək!”

  • В Азербайджане задержаны 59 нелегальных мигрантов – ВИДЕО

    В Азербайджане в январе-феврале задержаны 59 иностранных граждан, нарушивших правила пребывания на территории страны.

    Об этом сообщает Median.Az со ссылкой на Министерство внутренних дел (МВД).

    Согласно информации, сотрудники Главного паспортного, регистрационного и миграционного управления МВД задержали лиц, которые не покинули страну по истечении срока пребывания и не соблюдали правила регистрации.

    Кроме того, установлено местонахождение 13 иностранцев, прибывших в Баку в период COP29 в ноябре 2024 года, но не покинувших страну. В их отношении составлены административные протоколы, приняты соответствующие меры.

    По данным МВД, один из задержанных иностранцев разыскивался за совершение кражи.

  • Azərbaycanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb – VİDEO

    İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bu ilin yanvar-fevral ayları ərzində DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının Bakı şəhərində həyata keçirdikləri tədbirlər nəticəsində Azərbaycanda olma, yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran və qeydiyyat qaydalarına əməl etməyən 59 əcnəbi ölkə vətəndaşı saxlanılıb.

    Həmçinin, ötən il keçirilən COP29 tədbirləri çərçivəsində Bakı şəhərinə gələn, amma ölkə ərazisindən çıxışları qeydə alınmayan müxtəlif xarici ölkələrin 13 vətəndaşının da yeri müəyyən edilərək barələrində qanunauyğun tədbir görülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.

    Qeyd edilib ki, saxlanılanlar arasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə barəsində axtarış elan edilən əcnəbi vətəndaş da olub.

  • Sosial evlərə görə “ASAN xidmət”in keçmiş əməkdaşları həbs olundular

    Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 6 saylı “ASAN xidmət” mərkəzinin keçmiş əməkdaşları həbs olunublar.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, 1985-ci il təvəllüdlü Xəqani B. və 1969-cu il təvəllüdlü Arzu C.-nin Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

    Məlum olub ki, cinayət işi açılan 1985-ci il təvəllüdlü Xəqani B. 2013-cü ildən Sabirabad rayonunda yerləşən “ASAN xidmət” mərkəzində baş məsləhətçi olaraq işləyib, 2020-ci ilin avqust ayının 6-dan isə Bakının Xətai rayonunda yerləşən 6 saylı “ASAN xidmət” mərkəzində işləməyə başlayıb. 1969-cu il təvəllüdlü Arzu C. isə 2021-ci ilin avqust ayından oktyabr ayına kimi 6 saylı “ASAN xidmət” mərkəzinin yeməkxanasında işləyib.

    Aparılan araşdırma zamanı məlum olub ki, Arzu C. Respublika Diaqnostika Mərkəzində və digər yerlərdə çalışan 18 tanışının hər birindən 5, 10, 23 min manatadək pul alaraq onlara iş yoldaşı Xəqaninin vasitəsilə sosial evlər layihəsindən 1, 2, 3 otaqlı mənzillər alacağını vəd edib. Zərərçəkmişlər onun dediklərinə inanaraq “Old Castle” kafesində və “ASAN xidmət”in sanitar otağında sözügedən vəsaiti Arzuya veriblər.

    Arzu onlara iş yoldaşı Xəqaninin Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) tanışlarının olduğunu, sosial evlər layihəsi çərçivəsində tikilən binalarda onlayn müsabiqə yolu ilə zərərçəkmiş şəxslərin adlarının mənzil alan şəxslərin siyahısına daxil edilməsində köməklik göstərəcəyini bildirib. Məhkəmədə Arzu C. zərərçəkmişlərdən aldığı pulu Xəqaniyə verdiyini və həmin şəxsin onları aldadaraq pulları mənimsədiyini deyib.

    Xəqani isə əksinə, ifadəsində bildirib ki, Arzu zərərçəkənlərdən pul alaraq, şəhərin mərkəzində oğlu ilə bərabər “Old Castle” kafesini açıb. Həmin restoranı icarəyə götürərək, 70-80 min manat təmirə pul xərcləyib. Arzu əksər zərərçəkmiş şəxslərlə də məhz həmin kafedə görüşüb, pulları alıb. Həmçinin bildirib ki, Arzu özünə maşın alıb və tez-tez bahalı istirahətlərə yollanıb.

    Zərərçəkmişlər 6 saylı “ASAN xidmət” mərkəzinin keçmiş əməkdaşlarından şikayətçi olduqlarını deyiblər. Məhkəmənin qərarı ilə Xəqani 1 il 11 ay 27 gün, Arzu isə 2 il 11 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.