Month: March 2025

  • Стали известны причины объявления Фуаду Нагиеву строгого выговора

    Объявление строгого выговора председателю Государственного агентства по туризму Азербайджанской Республики Фуаду Нагиеву связано с утечкой служебной переписки ведомства.

    Как сообщает Median.Az со ссылкой на lent.az, ряд сотрудников госагентства имеют связи с Transparency International – организацией, которая неоднократно занимала предвзятую позицию в отношении Азербайджана.

    Согласно информации, свекровь Ф.Нагиева, Рена Сафаралиева, на протяжении многих лет сотрудничала с Transparency International. Она была представителем этой организации в нашей стране. Некоторые из лиц, прошедших обучение под ее руководством в этой структуре, ныне занимают должности в Госагентстве по туризму.

    Мать Р.Сафаралиевой, Земфира Вердиева, долгие годы возглавлявшая Азербайджанский университет языков, неоднократно фигурировала в различных скандалах, подрывавших репутацию вуза.

    Таким образом, сотрудники агентства систематически передавали служебную информацию сторонним организациям и частным лицам, включая иностранные посольства в Азербайджане. Среди переданных данных была и внутренняя переписка между госорганами, что может расцениваться как государственное преступление.

    Отмечается, что по данному факту планируется возбуждение уголовного дела. Не исключено, что к расследованию будут привлечены несколько сотрудников агентства, включая Ф.Нагиева.

  • Fuad Nağıyevə verilən şiddətli töhmətin SƏBƏBLƏRİ

    Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsi onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlıdır.

    Median.Az Lent.az-a istinadən məlumat verir ki, Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transparency İnternational” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib.

    Onu qeyd etmək yerinə düşər ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transparency İnternational” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Onların bu agentlikdə söz sahibinə çevrilməsi barədə deyilənlərə heç də təəccüb etmək lazım deyil.

    Rəna Səfərəliyevanın anası Zemfira Verdiyeva uzun illər Azərbaycan Dillər Universitetinin rektoru olub. Zemfira Verdiyevanın adı ilə xeyli sayda qalmaqallar bu təhsil müəssisəsinin nüfuzuna əsaslı zərbə vurub.

    Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Təbii ki, bütün bunlar da dövləti cinayətdir.

    Qeyd olunur ki, məsələ ilə bağlı cinayət işi açılması gözlənilir. Məlumata görə, Fuad Nağıyev başda olmaqla qurumda işləyən bir sıra şəxslərin istintaqa cəlb ediləcəyi istisna olunmur.

  • Ведутся поиски женщины, применившей насилие к своему ребенку – ВИДЕО

    3 февраля в азербайджанском сегменте социальных сетей распространилось видео, на котором запечатлено, как мать издевается над своим ребенком. На кадрах женщина заявляет, что поставила дочь в угол и подвергла ее физическому насилию. Мать признается, что била ребенка палкой, но поскольку это не причиняло ей достаточной боли, она перешла на избиение проводом.

    Как заявили в ответ на запрос Oxu.Az в Исполнительной власти Сураханского района, в настоящее время проводится работа по поиску этой женщины, Фатимы Рамазановой, и ее дочери.

    “Исполнительная власть обратилась с официальным запросом в районное управление полиции и прокуратуру района для проведения расследования и взятия этого дела под контроль. В устной информации, предоставленной районным управлением полиции, сказано, что место проживания Фатимы Рамазановой было установлено, но она и ее ребенок по указанному адресу не обнаружены. В настоящее время проводятся мероприятия по их поиску”, – отметили в структуре.

  • Övladını naqillə döyən qadın tapıldı – VİDEO (YENİLƏNİB)

    Övladını naqillə döyən qadın tapılıb.

    Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə özünün sosial media hesabında paylaşım edib.

    O, həmçinin azyaşlının “Azərbaycan Uşaqları” ictimai birliyinin uşaq sığınacağına yerləşdirildiyini vurğulayıb.

    * * * * *

    Fevralın 3-də ananın uşağına işgəncə verməsi ilə bağlı görüntü sosial mediada yayılmışdı. Videoda ana azyaşlı övladını küncə qoyub, şiddət göstərdiyini etiraf edib. O, həmçinin uşağını çubuqla döyəndə incitmədiyi üçün naqillə vurduğunu deyirdi.

    Sözügedən məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda uşağın anası Fatimə Ramazanovanın və övladının tapılması istiqamətində işlər aparılır:

    “Azyaşlı M.E.Ramazanovanın anası Fatimə Rafiq qızı Ramazanova tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə Rayon İcra Hakimiyyəti tərəfindən Rayon Polis İdarəsinə və Rayon Prokurorluğuna rəsmi müraciət edilib. Rayon Polis İdarəsi tərəfindən verilmiş şifahi məlumatda Fatimə Ramazanovanın yaşadığı ünvanın müəyyən edildiyi, lakin onun və övladının həmin ünvanda olmadığı bildirilib. Hazırda Fatimə Ramazanovanın və övladının tapılması istiqamətində işlər aparılır”.

  • Консульский отдел посольства Азербайджана в Турции не будет работать 12 дней

    Консульский отдел посольства Азербайджана в Турции не будет работать с 20 по 31 марта.

    Об этом заявили в дипломатическом представительстве.

    Закрытие связано с решением Кабинета министров об установлении нерабочих дней в период празднования Новруза и Рамазана.

  • Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi 12 gün bağlı olacaq

    Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 31-dək a bağlı olacaq.

    Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

    Bildirilib ki, buna səbəb Nazirlər Kabinetinin 15.02.2025-ci il tarixli qərarına əsasən, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri olmasıdır.

  • Песков: Россия готова содействовать урегулированию разногласий между США и Ираном

    США и Иран должны решить разногласия посредством переговоров, и Россия готова в этом помочь.

    Как передает Median.Az со ссылкой на “Интерфакс”, об этом заявил пресс-секретарь президента РФ Дмитрий Песков.

    “Россия верит, что США и Иран должны решить все проблемы через переговоры”, – заявил отметив, что Москва “готова сделать все в ее власти, чтобы достичь этого”.

  • Peskov: Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır

    ABŞ ilə İran fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməlidir və Rusiya bu işdə kömək etməyə hazırdır.

    Median.Az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

    “ABŞ və İran bütün problemləri danışıqlar yolu ilə həll etməlidir”, deyən D.Peskov Moskvanın buna nail olmaq üçün əlindən gələni etməyə hazır olduğunu söyləyib.

  • “Milan” yayda iki futbolçusu ilə yolları ayıra bilər

    İtaliyanın “Milan” klubu yayda iki futbolçusu ilə yolları ayıra bilər.

    “Report”un “Gazzetta dello Sport”a istinadən məlumatına görə, müdafiəçi Teo Ernandeslə müqavilə yenilənməyəcək.

    Klub 27 yaşlı futbolçunu yayda satmağa çalışacaq.

    Milan təmsilçisinin yolları ayırmaq istədiyi digər futbolçu Rafael Leaudur. 25 yaşlı portuqaliyalı hücumçuya Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” maraq göstərir.

    Qeyd edək ki, “Transfermarkt” portalı T.Ernandesi 50 milyon, R,Leaunu isə 75 milyon avro dəyərində qiymətləndirir.

  • Yardımlıda dərədən “Kalaşnikov” avtomatı aşkarlanıb

    Yardımlı rayonunda dərədən “Kalaşnikov” avtomatı aşkar edilib.

    Yardımlı rayonunun Telavar kəndinin ərazisində dərədə silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

    Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AK-74 markalı avtomat, 6 ədəd patron darağı və 442 ədəd patron aşkarlanaraq götürülüb.

    Bundan əlavə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.