Month: March 2025

  • Sabah hava yağmursuz keçəcək

    Bakıda və Abşeron yarımadasında martın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

    Mülayim cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 0-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.

    Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

  • Daxili Qoşunların Hərbi İnstitutuna tələbə qəbulu elan edilib

    Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna tələbə qəbulu elan edilib.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    Bildirilib ki, qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.

    Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kq-dək – 10 dəfə və çəkisi 80 kq-dan yuxarı – 8 dəfə, qaçış – 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə, qollar üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi – 20 dəfə, gövdənin döşəmədən qaldırılıb-endirilməsi – 20 dəfə).

    Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün DİM-ə göndərilir.

    İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.

    Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

    Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. İnstitutda tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

    İnstitutu müvəffəqiyyətlə bitirmiş məzunlara “İctimai təhlükəsizlik və idarəetmə” ixtisası və “Leytenant” hərbi rütbəsi verilərək, onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2025-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul edilmir.

    Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul üçün namizədlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və 2 nüsxədə notarial qaydada təsdiq olunmuş surəti), yaxın qohumlarının (ata, ana, qardaş, bacı) 2 nüsxədə şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri,təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta, texniki peşə, orta ixtisas təhsili haqqında sənəd (attestatın, diplomun əsli və 2 nüsxədə notarial qaydada təsdiq edilmiş surəti) təqdim olunmalıdır.

    Bunlarla yanaşı ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnaməni, 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd fotoşəkil (baş geyimsiz, rəngli, donuq kağızda), yaşayış yeri və ailə tərkibi haqqında arayışın da təqdim olunması lazımdır.

    Qeyd edək ki, namizədlərin ərizə və sənədlərinin qəbulu 2025-ci il mart ayının 1-dən aprel ayının 20-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçirilir.

  • Азербайджан и Узбекистан в I-ом полугодии проведут 14-е заседание МПК

    Посол Азербайджана в Узбекистане Гусейн Гулиев в ходе встречи с министром инвестиций, промышленности и торговли Узбекистана Лазизом Кудратовым обсудил перспективы укрепления торгово-экономического и инвестиционного сотрудничества между двумя странами.

    Об этом сообщает Report со ссылкой на сообщение пресс-службы министерства инвестиций, промышленности и торговли (МИПТ) Узбекистана.

    “В ходе переговоров, состоявшихся 3 марта, стороны рассмотрели меры по своевременной реализации имеющихся договоренностей, а также перспективы укрепления торгово-экономического и инвестиционного сотрудничества с акцентом на широкое вовлечение в этот процесс представителей деловых кругов двух стран”, – говорится в информации.

    В частности, обсуждены вопросы, связанные с реализацией ранее согласованных проектов в сфере градостроительства, туризма и сельского хозяйства.

    “Наряду с определением комплексных задач по ускорению осуществляемых работ, стороны согласовали предстоящие совместные шаги в рамках поддержки новых инвестиционных проектов”, – говорится в сообщении.

    Отмечена позитивная динамика в сфере инвестиционного сотрудничества. В настоящее время в Узбекистане действуют 257 предприятий с участием азербайджанских инвестиций, в том числе 56 совместных предприятий и 201 предприятие со 100% азербайджанским капиталом.

    “Отметив наличие огромного потенциала для кратного увеличения данных показателей, стороны согласовали планы по продвижению перспективных проектов среди бизнес-сообществ Узбекистана и Азербайджана. По итогам встречи также согласованы взаимные меры по проведению 14-го заседания совместной межправительственной комиссии (МПК) по сотрудничеству в первой половине 2025 года и других мероприятий в рамках двусторонней повестки узбекско-азербайджанского многопланового сотрудничества”, – отмечает МИПТ.

  • Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 14-cü iclası olacaq

    Bu ilin I yarısında Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclasının keçirilməsi nəzərdə tutulur.

    Bu barədə “Report” Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşündə iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi perspektivlərini müzakirə edib.

    “Martın 3-də keçirilmiş danışıqlarda tərəflər mövcud razılaşmaların vaxtında həyata keçirilməsi üzrə tədbirləri, hər iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin bu prosesə geniş şəkildə cəlb edilməsinə diqqət yetirilməklə ticari-iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi perspektivlərini müzakirə edib”, – məlumatda qeyd olunub.

    Xüsusilə, şəhərsalma, turizm və kənd təsərrüfatı sahəsində əvvəllər razılaşdırılmış layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

    “Həyata keçirilən işlərin sürətləndirilməsi üzrə kompleks vəzifələrin müəyyənləşdirilməsi ilə yanaşı, tərəflər yeni investisiya layihələrinin dəstəklənməsi çərçivəsində qarşıdakı birgə addımları razılaşdırıblar”, – məlumatda bildirilib.

    İnvestisiya əməkdaşlığı sahəsində müsbət dinamika qeyd edilib. Hazırda Özbəkistanda Azərbaycan investisiyalarının iştirakı 257 müəssisə, o cümlədən 56 birgə müəssisə və 100 % Azərbaycan kapitalı ilə 201 müəssisə fəaliyyət göstərir.

    “Tərəflər bu göstəricilərin dəfələrlə artırılması üçün böyük potensialın olduğunu qeyd edib, Özbəkistan və Azərbaycanın biznes dairələri arasında perspektivli layihələrin təşviqi üzrə planları razılaşdırıblar. Görüşün yekununda, həmçinin 2025-ci ilin birinci yarısında Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının və Özbəkistan-Azərbaycan çoxşaxəli əməkdaşlığının ikitərəfli gündəliyi çərçivəsində digər tədbirlərin keçirilməsi üzrə qarşılıqlı tədbirlər razılaşdırılıb”, – məlumatda qeyd edilib.

  • Около 700 человек претендуют на должности психологов в школах Баку

    Тестовый экзамен в рамках конкурса по приему на работу на должность психолога в общеобразовательных учреждениях Управления образования города Баку состоится 5 марта.

    В экзамене, который пройдет в бакинских средних школах №263 и 158, планируется участие 690 человек.

    Кандидатам отправлена информация о месте и времени проведения экзамена посредством SMS-сообщений на зарегистрированный номер мобильного телефона. Информация о результатах также будет отправлена им по SMS.

    Претенденты, набравшие 62 балла и больше, будут приглашены на собеседование.

  • Bakı məktəbləri üçün psixoloqların işə qəbulu müsabiqəsinin test imtahanının vaxtı açıqlanıb

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi martın 5-də keçiriləcək.

    Paytaxtdakı 263 və 158 nömrəli tam orta məktəblərdə təşkil olunacaq test imtahanında 690 nəfərin iştirakı nəzərdə tutulub.

    Namizədlərə imtahanın keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

    İmtahanda namizədlərə 40 (ixtisas üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sual) test tapşırığınının cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək.

    Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.

    Keçid bal həddi (ixtisas üzrə minimum 42 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal) 62 bal olaraq müəyyən edilib. 62 və daha yüksək bal toplayan namizədlər müsabiqənin müsahibə mərhələsinə dəvət ediləcək.

  • Пассажирский самолет вернулся в аэропорт Хабаровска из-за задымления на борту

    Самолет, выполнявший рейс Хабаровск-Аян, вернулся в аэропорт вылета из-за задымления в салоне при наборе высоты.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом сообщила Дальневосточная транспортная прокуратура. Ведомство проводит проверку.

    ЧП случилось на борту L-410 (двухмоторный самолет для местных авиалиний). Лайнер принадлежит авиакомпании “Аврора”, у него произошло задымление правого двигателя самолета. На борту было 13 человек, из них 11 пассажиров.

    Пострадавших нет, уточняет Восточное межрегиональное следственное управление на транспорте СКР. Оно также организовало проверку по ст. 263 УК РФ (нарушение правил безопасности движения и эксплуатации воздушного транспорта)

  • Xabarovsk-Ayan reysi ilə uçan təyyarənin salonunda nasazlıq yaşanıb

    Xabarovsk-Ayan reysi ilə uçan təyyarə salonunda tüstülənmə səbəbindən çıxış hava limanına geri qayıdıb.

    Median.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat verib.

    Məlumata görə, “Aurora” aviaşirkətinə məxsus təyyarənin sağ mühərrikində tüstülənmə baş verib. Göyərtədə 11-i sərnişin olmaqla 13 nəfər olub.

    Bildirilib ki, xəsarət alan olmayıb. Qurum araşdırma aparır.

  • В результате ДТП в Низаминском районе пострадал мужчина

    В результате столкновения двух автомобилей в Низаминском районе Баку пострадал 31-летний мужчина.

    Пассажир одного из автомобилей Гулиев Васиф Асиф оглу (1994 г.р.) получил травмы различной степени тяжести.

    Пострадавший госпитализирован.

    По факту проводится расследование.

  • Bakıda 31 yaşlı sərnişin yol-nəqliyyat hadisəsində xəsarət alıb

    Bakının Nizami rayonunda 31 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1994-cü il təvəllüdlü Quliyev Vasif Asif oğlu xəsarət alıb.

    Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.