Month: March 2025

  • Bu gün Ruben Vardanyanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edəcək

    Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesi bu gün davam edəcək.

    Median.Az “Trend”ə istinadən xəbər verir ki, ötən iclasda təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təklif olunub, lakin o, ifadə verməkdən imtina edib. Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

    O, həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

  • Görüşdüyü 50 yaşlı qadını öldürən məktəbliyə 10 il cəza verildi

    Ötən ilin avqustunda Sabirabad şəhərində 1975-ci il təvəllüdlü Rəna İmanovanı kəsici alətlə qətlə yetirilməkdə təqsirləndirilən 2007-ci il təvəllüdlü Ramal Qurbanlıya hökm oxunub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.2.11 və 181.3.3-cü (quldurluq, hədə-qorxu ilə tələb etmə ilə əlaqədar adam öldürmə və silah qismində əşya tətbiq etməklə quldurluq) maddələri ilə təqsirli bilinib.

    Qeyd edilib ki, Sabirabadın Əsədli kənd sakini olan Ramal 10-cu sinif şagirdi olub və ali məktəbə hazırlaşırmış. O, hazırlığa gedib-gələrkən Sabirabad şəhərində yaşayan 50 yaşlı R.İmanova ilə tanış olub və bir neçə dəfə qadının evində onunla görüşüb. Rənanın tək yaşadığını, pul və qızıllarının olduğunu öyrənən Ramal onu öldürmək qərarına gəlib.

    O, Rənanın mənzilinə aldatma yolu ilə daxil olduqdan sonra çoxsaylı bıçaq zərbələri ilə qadını qətlə yetirib və evdən 5700 manatlıq qızıl, telefon götürərək qaçıb. Lakin qısa müddət sonra polisin keçirdiyi tədbirlərlə Ramal Qurbanlı saxlanılıb.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin fevralın 27-də çıxardığı hökmlə Ramala 10 il həbs cəzası verilib. Cəza təyin edilərkən qanunda yetkinlik yaşına çatmayanlara maksimum cəza müddəti tələbi nəzərə alınıb.

  • В Турции арестованы 52 подозреваемых по делу погибших от отравления поддельным алкоголем

    В Турции арестованы 52 подозреваемых по делу отравления контрафактным алкоголем со смертельным исходом.

    Об этом сообщил министр юстиции Турции Йылмаз Тунч.

    Он подчеркнул, что в рамках расследования случаев смерти от употребления поддельного алкоголя в Стамбуле и Анкаре были арестованы в общей сложности 52 подозреваемых.

    Отметим, что с января в Турции более 150 человек погибли от отравления контрафактным алкоголем.

  • Türkiyədə saxta içkilərə görə 52 şübhəli həbs edilib

    Türkiyədə saxta içkilərə görə 52 şübhəli həbs edilib.

    Bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

    O, saxta içki istifadəsi səbəbindən baş verən ölüm halları ilə əlaqədar başladılan araşdırmalar çərçivəsində İstanbul və Ankarada ümumilikdə 52 şübhəlinin həbs edildiyini vurğulayıb.

    Qeyd edək ki, yanvar ayından etibarən Türkiyədə 150-dən çox insan saxta spirtli içkidən zəhərlənərək ölüb.

  • Глава МИД Болгарии посетит Азербайджан в марте

    Министр иностранных дел Болгарии Георг Георгиев посетит Азербайджан.

    Об этом посол Болгарии в Азербайджане Руслан Стоянов заявил на мероприятии в Баку, посвященном Дню национального освобождения страны.

    По его словам, министр примет участие в Глобальном Бакинском форуме, который пройдет 13-15 марта 2025 года в столице Азербайджана.

    Дипломат напомнил, что недавно на полях Мюнхенской конференции по безопасности состоялась встреча глав МИД Азербайджана и Болгарии, на которой обсуждали широкий спектр вопросов.

    “Министр Георг Герогиев и Джейхун Байрамов обсудили на этой встрече экономические, торговые и энергетические аспекты стратегического партнерства между, а также вопросы региональной и международной безопасности”, – сказал он.

  • Bolqarıstanın XİN başçısı Azərbaycana səfər edəcək

    Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev Azərbaycana səfər edəcək.

    Bu barədə Bolqarıstanın Azərbaycandakı səfiri Ruslan Stoyanov Bakıda Bolqarıstanın Milli Azadlıq Gününə həsr olunmuş tədbirdə bildirib.

    Səfirin sözlərinə görə, nazir martın 13-15-də paytaxtımızda keçiriləcək Qlobal Bakı Forumuna qatılacaq.

    Diplomat xatırladıb ki, bu yaxınlarda Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Bolqarıstan xarici işlər nazirlərinin görüşü keçirilib və burada geniş spektrli məsələlər müzakirə olunub.

    “Nazirlər – Georq Georgiyev və Ceyhun Bayramov həmin görüşdə strateji tərəfdaşlığın iqtisadi, ticari və enerji aspektlərini, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər”, – o deyib.

  • İki milyon manatlıq mənimsəmədə ittiham olunan meliorasiya rəsmilərinə cəza istənilib

    Külli miqdarda mənimsəmədə ittiham olunan ləğv edilmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev, həmçinin digər əməkdaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

    “Report”un məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ağabəy Ağayevin 10 il, Mahir Əliyevin 13 il, Əjdər Fətullayevin 12 il, Sədrəddin Ağababayevin 10 il, İsmayıl Əlizadənin isə 4 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

    Məhkəmənin növbəti iclası martın 17-ə təyin olunub.

    Qeyd edək ki, onlar 1 milyon 830 min manatlıq mənimsəmədə ittiham olunurlar.

    İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, daha sonra onlar barəsində həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, təqsirləndirilən şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.

    Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2, 179.4 (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

    Mahir Əliyev və Əjdər Fətullayevə isə 179.4, 308.2-ci, cinayət işi üzrə təqsirləndirilən digər şəxslər – Sədrəddin Ağababayev və İsmayıl Əlizadəyə isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə kömək etmə) və digər maddələri ilə ittiham ediliblər.

  • Число умерших от поддельного алкоголя в Анкаре возросло до 81 человека

    Число жертв контрафактного алкоголя в столице Турции Анкаре возросло до 81 человека.

    Как передает Median.Az со ссылкой на телеканал TRT, в ходе следствия под стражу заключены 36 подозреваемых.

    В середине февраля было зафиксировано почти 60 летальных исходов из-за употребления контрафакта. Столичная прокуратура продолжает расследование. В ходе следствия были задержаны 36 человек, еще 41 подозреваемый был отпущен под судебный контроль.

    В январе турецкие СМИ сообщили, что в медучреждения Стамбула после употребления поддельного алкоголя обратились порядка 90 человек, у них было выявлено отравление метанолом. 70 отравившихся алкоголем в Стамбуле умерли. Практически все случаи отравлений зафиксированы в районе, где в основном проживают выходцы из Туркменистана и Узбекистана.

    Таким образом на данный момент с января более 150 человек стали жертвами употребления контрафактного алкоголя в Турции.

  • Ankarada saxta spirtli içkidən ölənlərin sayı 81 nəfərə çatıb

    Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkidən ölənlərin sayı 81 nəfərə çatıb.

    Median.Az TRT telekanalına istinadən xəbər verir ki, istintaq çərçivəsində 36 şübhəli şəxs həbs edilib.

    Fevralın ortalarında saxta spirtli içkidən təxminən 60 ölüm hadisəsi qeydə alınmışdı. Paytaxt prokurorluğu araşdırmanı davam etdirir. İstintaq zamanı 36 nəfər saxlanılıb, daha 41 şübhəli şəxs isə məhkəmə nəzarətinə buraxılıb.

    Yanvarda Türkiyə KİV-i məlumat vermişdi ki, İstanbulda saxta spirtli içki qəbulundan sonra təxminən 90 nəfər tibb müəssisələrinə müraciət edib, onların metanoldan zəhərləndiyi məlum olub. İstanbulda spirtli içkidən zəhərlənən 70 nəfər ölüb. Zəhərlənmə hallarının demək olar ki, hamısı əsasən Türkmənistan və Özbəkistandan olan şəxslərin yaşadığı rayonda qeydə alınıb.

    Beləliklə, yanvar ayından etibarən Türkiyədə 150-dən çox insan saxta spirtli içkidən zəhərlənərək ölüb

  • “Tottenhem”in sabiq futbolçusu vəfat edib

    İngiltərənin “Tottenhem” komandasının sabiq futbolçusu Dennis Bond vəfat edib.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Keçmiş müdafiəçi 77 yaşında dünyasını dəyişib.

    Dennis Bond 1967–1970-cı illərdə “Tottenhem”də çıxış edib.