Month: March 2025

  • Bakıya gətirilən bahalı avtomobillər yandı – ANBAAN GÖRÜNTÜSÜ (VİDEO)

    Siyəzən rayonunda, Bakı-Quba yolunda yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Məlumata görə, yolda (ödənişli avtomobil yolunun 95-ci kilometrliyi) “Mercedes” markalı yük avtomobilinin qoşqusunda (qoşqu sürücü tərəfindən avtomobildən ayrılıb) olan beş ədəd “Toyota” markalı minik avtomobili və qoşqunun yanar hissələri yanıb.

    Qoşquda olan digər üç avtomobil yanğından mühafizə olunub.

    Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

  • Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək – Maaşlar artacaq

    Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əmək haqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır. Bu “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsində öz əksini tapıb.

    Bəs saatlıq minimum əmək haqqının tətbiq edilməsi işçilər üçün nə vəd edir? Bu tətbiqetmə onların maaşının artmasına töhfə verə bilərmi? Dünyada belə praktika necə işləyir?

    Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Əmək və əhalinin sosial müdafiəsi komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, saatlıq minimum əmək haqqının tətbiq edilməsi vətəndaşların bir neçə yerdə çalışmasına və daha yüksək maaş almasına imkan verir:

    “Saatlıq minimum əmək haqqı praktikası bir sıra ölkələrdə tətbiq olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu praktikanın araşdırıldığı və tətbiqi imkanlarının müzakirə olunduğu bildirilmişdi. Saatlıq minimum əmək haqqının tətbiq edilməsi vətəndaşlarımızın bir neçə yerdə işləmə imkanları üçün vacibdir. Vətəndaşların bir neçə iş yerində çalışması onların yüksək əmək haqqı almasına gətirib çıxara bilər”.

    Deputat vurğulayıb ki, saatlıq minimum əmək haqqı tətbiq edən ölkələrin praktikası bunun işləyən vətəndaşların maaş artımına təsir göstərdiyini ortaya qoyur:

    “Saatlıq əmək haqqı xüsusilə də əmək müqaviləsi ilə çalışan vətəndaşların maaşına təsir edir. Digər tərəfdən, bu həm həftəsonu, həm də iş saatlarından sonra, o cümlədən bayram günü işləyən vətəndaşların daha yüksək tarifli əmək haqqı almasına, beləliklə də, onların maaşlarının artmasına gətirib çıxarır. Bu, həmçinin işçilərin sosial hüquqlarının qorunması baxımından vacibdir. Çünki söhbət çalışılan hər saat üçün əmək haqqı ödənilməsi məsələsindən gedir. Ona görə də oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğun olardı. Bu istiqamətdə müzakirələrin və təhlillərin aparılması, saatlıq iş rejiminə keçilməsi istisna deyil”.

  • Gəncədə işə düzəltmə dələduzluğu

    Vətəndaşları dövlət qurumlarında işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən daha bir şəxsə hökm oxunub.

    Qaynarinfo xəbər verir ki, təqsiləndirilən T.Q. Gəncə Şəhər Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə mühakimə olunub.

    Hakim Asif Əliyevin çıxardığı hökmə əsasən, T.Q. 3 il müddətinə azadlıqdan məhrum edilib.

    İş materiallarından məlum olur ki, T.Q. Gəncə Dəmiryol Xəsətəxanasının həkimindən 12500 manat alaraq onun oğlunu dövlət şirkətlərinin birində işə düzəlməsinə kömək edəcəyini bildirib.

    Bundan başqa, o, başqa bir şəxsi 9000 manat müqabilində Gəncədə fəaliyyət göstərən məktəblərdən birinə işə düzəldəcəyini vəd edib.

    Lakin sonradan məlum olub ki, deyilənlər sadəcə quru vəddir.

    Vətəndaşlar hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra T.Q. saxlanılıb və ona yuxarıda qeyd edilən maddələrlə ittiham irəli sürülüb.

    T.Q. məhkəmədə elan olunmuş ittihamla özünü təqsirli bilib.

  • Əmisi oğlunun pasportu ilə Bakıya uçan Arşad tutuldu – İspaniyaya niyə gedirmiş?

    19 yaşlı pakistanlı Muhammad Arşad Bakı Hava Limanında saxlanılıb. Buna səbəb başqa şəxsin pasportu ilə Azərbaycana keçməyə cəhd etməsidir.

    Musavat.com xəbər verir ki, Muhammad Arşad Lahor-Bakı reysi ilə Bakıya gəlib.

    Hava limanında yoxlanış zamanı fotodakı şəxsin Arşada oxşamadığı müəyyən edilib. Araşdırma zamanı həmin şəxsin başqası olduğu bilinib.

    Arşad dindirilən zaman məlum olub ki, onun təqdim etdiyi pasport əmisi oğlu Ali Osmana məxsus olub. Həmin pasporta görə əmisi oğluna 3 min dollar ödəyib.

    O, əməlindən peşman olduğunu, Bakıya gəlməkdə məqsədinin buradan İspaniyaya getmək olduğunu bildirib.

    Maraqlıdır ki, Arşad həmin pasportla Pakistan hava limanından Bakıya uça bilib.

    Araşdırma zamanı o da məlum olub ki, Ali Osman öz pasportunu əmisi oğlu Arşada verən zaman İspaniyada müvəqqəti yaşamaq icazəsi verilən sənəd də təqdim edib. Arşad işləmək və yaşamaq üçün İspaniyaya getdiyini deyib.

    Məhkəmə Muhammad Arşada 8 ay həbs cəzası verib. Cəzası başa çatdıqdan sonra məcburi qaydada ölkə sərhədindən kənara çıxarılacaq.

  • Məmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? – DETALLAR (FOTO)

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğlu Nizami Akif oğlu Alışanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Açıq elan olunan məhkəmə prosesi heç bir əsas göstərilmədən qapalı keçirilib. Məhkəmə zalında olan media mənsubları zaldan çıxarılıblar. Hakim jurnalistlərin məhkəmə zalından çıxarılmasının iş üzrə zərərçəkənlərin istəiynə və ya digər bir səbəbə əsaslandığını açıqlamayıb.

    Musavat.com xəbər verir ki, prosesdə cinayət işi üzrə zərərçəkən Babək Məmmədzadə ifadə verib. İş üzrə ən çox pul itirən şəxs də elə Babək Məmmədzadədir. Babək Məmmədzadə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur. Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla birgə həbs edilmişdi. Milyonlarla mənimsəmədə ittiham edilən Məhəmməd Məmmədov şərti cəzaya məhkum edilərək məhkəmə zalından azadlığa buraxılmışdı.

    Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən 3 şəxsə qarşı külli miqdarda dələduzluqda ittiham olunur. Ötən proseslərdən birində dövlət ittihamçısı Elgün Qafarov ittiham aktını elan etmişdi. Müttəhim Nizami Alışan ittiham üzrə özünü təqsirli bilməyib. Məhkəmənin aparılması qaydası müəyyən olunarkən Nizami Alışanın vəkili Samir İsayev zərərçəkmişlərin, daha sonra təqsirləndirilən şəxsin dindirilməsini istəyib. Bildirib ki, müvəkkili zərərçəkmişlərdən sonra ifadə vermək istəyir. Hakimlər məhkəmənin bu qaydada aparılması barədə qərar qəbul ediblər. Samir İsayevin digər vəsatəti müdafiə etdiyi şəxsin istifadəsində olan telefonun anten məlumatlarının əldə olunması ilə bağlı mobil operatora sorğu göndərilməsi ilə bağlı olub. Vəkil müvəkkilinin 2024-cü ilin aprelin 9-dan 17-dək olan müddətdə telefon danışığı, SMS yazışmaları götürülməsini xahiş edib.

    Vəkil əlavə edib ki, vəsaitlər İnvest.az saytı üzərindən götürülüb, buna görə də həmin saytın nümayəndəsinin məhkəməyə şahid qismində çağırılmalıdır.

    Hakimlər bu qaldırılan məsələlərin sənədlərin tədqiqi mərhələsinə aid olduğunu, vəsatətlərə həmin mərhələdə baxılacağını açıqlayıblar. Buna görə vəsatətlər baxılmamış saxlanılıb.

    İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən 3 nəfərin 3 milyon dollara yaxın pulu ələ keçirilib. Nizami Akif oğlu Alışan pul qazanmaq istəyən zərərçəkənlərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Nizami Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.

    İttihama görə, Nizami Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib. Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir. Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər. Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir.

  • Martda neçə gün evdəyik?

    Bu ay şənbə-bazar günləri də daxil 18 gün qeyri-iş günü olacaq.

    Baş nazirin Qərarına əsasən, 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

    Beləliklə, ölkəmizdə ardıcıl 12 gün – martın 20-dən aprelin 1-dək qeyri-iş günləridir.

    1, 2, 8, 9, 15 və 16 mart tarixləri də şənbə-bazara təsadüf etdiyindən mart ayında qeyri-iş günlərinin sayı 18 gün təşkil edəcək.

    Qeyd edək ki, martın 30 və 31-i Ramazan bayramı qeyd olunacaq.

    Bayramdan sonra ilk iş günü isə aprelin 1-i olacaq.

  • Sumqayıtda avtobusda yanğın olub – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, S.Vurğun küçəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən bildirilib.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “Mitsubishi” markalı avtobusun mühərrik hissəsində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində avtobusun mühərriki və salon hissəsi qismən yanıb.

    Avtobusun digər hissələri yanğından mühafizə olunub.

  • Скончался военнослужащий азербайджанской армии

    Министерство обороны Азербайджана подтвердило информацию о смерти военнослужащего Азербайджанской армии, Фаика Акиф оглу Рустамова ( 1975 г.р.) причиной которой стала острая сердечная недостаточность, ишемическая болезнь сердца и инфаркт миокарда.

    Об этом сообщили в Министерстве обороны.

    По данному факту проводится расследование.

    Руководство Министерства обороны выразило глубокие соболезнования семье и близким погибшего военнослужащего.

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

    “Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1975-ci il təvəllüdlü Rüstəmov Faiq Akif oğlunun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”.

    Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

    Allah rəhmət eləsin!

  • В Турции в серьезном ДТП погибли шесть человек, восемь пострадали

    В турецкой провинции Хатай произошло серьезное дорожно-транспортное происшествие, в результате которого шесть человек погибли и восемь получили ранения.

    Об этом сообщает Median.Az со ссылкой на Haber Global.

    Согласно информации, на трассе Антакья-Рейханлы пассажирский автобус врезался в припаркованный грузовик.

    На место происшествия были направлены несколько машин скорой помощи и пожарных расчетов.

    Причина аварии неизвестна.