Month: March 2025

  • Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var

    Türkiyədə bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

    Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

    Məlumata görə, hadisə Hatay – Antakya Reyhanlı yolunda qeydə alınıb. Sərnişin avtobusunun park edilmiş yük maşınına çırpılması nəticəsində 6 nəfər ölüb, daha 8 nəfər yaralanıb.

    Hadisə yerinə sayda təcili yardım və yanğınsöndürmə briqadası göndərilib.

    Qəzanın başvermə səbəbi açıqlanmır.

  • Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar

    Azərbaycan təmsilçiləri martın 3-də Monteneqronun Budva şəhərində start götürəcək gənc boksçular arasında “Adriatik incisi” beynəlxalq turnirində iştirak edəcəklər.

    Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, milli həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.

    Yığmanın baş məşqçisi Elbrus Rzayevlə Ceyhun Abiyev turnirdə Bilalhəbaşi Nəzərov (51 kq), Zidan Hümbətov (54 kq) və Məhəmməd Cəfərova (+92 kq) şans verəcək.

    Qız boksçuların mübarizəsində isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Banuçiçək Nəsirli (48 kq), Cəmilə Sultanlı (50 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) rinqə çıxacaq.

    “Adriatik incisi”ndə Fərhad Rəhmanov hakimlər sırasında yer alacaq.

    Qeyd edək ki, yarışa martın 2-də yollanacaq komanda ayın 10-da Bakıya dönəcək.

  • Матч “Агдаш” – “Шимал” отменен из-за отсутствия необходимых условий на поле

    Матч XIV тура II лиги Азербайджана “Агдаш” – “Шимал” отменен из-за отсутствия необходимых условий на поле.

    Об этом сообщает Report со ссылкой на сайт Профессиональной футбольной лиги (ПФЛ).

    Матч был назначен на 14:00, однако “Агдаш” не предпринял никаких мер для очистки газона от снега на своем поле.

    Команда гостей, судьи, представитель АФФА и официальные лица прибыли на стадион в назначенное время. ПФЛ также предоставила “Агдашу” рекомендации и выделила 90 минут дополнительного времени для очистки поля, однако клуб не предпринял никаких действий.

    Окончательное решение по инциденту будет принято дисциплинарным комитетом АФФА.

    Напомним, накануне также не удалось провести матч между “Шахдаг Гусар” и “Кюр-Араз”.

  • Azərbaycan çempionatının daha bir oyunu baş tutmayıb

    Bu gün II Liqanın XIV turunda keçirilməli olan “Ağdaş” – “Şimal” qarşılaşması baş tutmayıb.

    Bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

    Buna səbəb meydan sahibi klubun qarla örtülmüş ot örtüyünü oyunun reallaşması üçün minimal vəziyyətə gətirmək yönündə hər hansı addım atmamasıdır.

    14:00-a təyin olunan oyunla əlaqədar qonaq komanda, hakimlər, AFFA nümayəndəsi, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olublar.

    PFL tərəfindən “Ağdaş” klubuna tövsiyələr və 90 dəqiqə əlavə vaxt verilməsinə baxmayaraq, oyunun baş tutması üçün hər hansı cəhd edilməyib. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.

    Qeyd edək ki, ötən gün “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması baş tutmayıb.
    //report

  • Маск стал отцом в 14-й раз

    Американский предприниматель, миллиардер и глава компании Tesla Илон Маск стал отцом в 14-й раз.

    Как сообщает Median.Az со ссылкой на российские СМИ, топ-менеджер корпорации Neuralink Шивон Зилис родила от него четвертого ребенка.

    О появлении малыша на свет девушка сообщила сама.

    Она опубликовала пост в личном блоге, в котором подчеркнула, что малыша назвали Селдон Ликург. Ребенок стал четвертым в паре Маска и Зилис. При этом суммарно это уже 14-й наследник предпринимателя – ранее у него уже рождались дети, но от других женщин.

    “Обсудила это с Илоном, и в свете дня рождения прекрасной Аркадии мы подумали, что стоит также просто прямо рассказать о нашем чудесном и невероятном сыне Селдоне Ликурге”, – написала Зилис.

  • Mask 14-cü dəfə ata olub

    Amerikalı milyarder və “Tesla” şirkətinin rəhbəri İlon Mask 14-cü dəfə ata olub.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, “Neuralink” korporasiyasının top meneceri Şivon Zilis ondan dördüncü uşağını dünyaya gətirib.

    Körpənin doğulduğunu qadının özü elan edib.

    O, şəxsi bloqunda körpəyə Seldon Likurq adının verildiyi vurğulanan paylaşım edib. Uşaq Mask-Zilis cütlüyünün dördüncü övladı olub. Mask isə ümumilikdə artıq 14-cü dəfə ata olub. Onun daha əvvəl başqa qadınlardan da uşaqları var idi.

    “Bunu İlon ilə müzakirə etdim və gözəl Arkadiyanın ad günündə yeni körpəmiz – oğlumuz Seldon Likurq haqqında açıq danışmağın məqsədəuyğun olacağını düşündük”, – Zilis yazıb.

  • США приостановили фимнпомощь на восстановление энергосистемы Украины

    США приостановили поддержку восстановления энергетической инфраструктуры Украины.

    Как сообщает Median.Az со ссылкой на агентство “Анадолу”, об этом сообщили источники в Агентстве по международному развитию (USAID) при Госдепартаменте США.

    По словам источников, Госдеп США остановил программу Агентства по международному развитию (USAID), в рамках которой сотни миллионов долларов выделялись на возобновление работы энергосистемы Украины после российских обстрелов.

    “Это существенно подрывает способность администрации вести переговоры о прекращении огня и подает четкий сигнал РФ о том, что нас не волнует, что происходит с Украиной или нашими предыдущими инвестициями”, — сказали источники.

    Они отметили, что Россия ведет в Украине как военную, так и экономическую войну.

    “Уход USAID из Украины сделает энергосистему страны уязвимой для атак российских ракет в разгар зимы, – считают источники.

  • ABŞ Ukraynanın enerji sisteminin bərpası üçün maliyyə yardımını dayandırıb

    ABŞ Ukraynanın enerji infrastrukturunun bərpasına dəstəyi dayandırıb.

    Median.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti yanında fəaliyyət göstərən ABŞ Beynəlxalq İnkişaf Agentliyindəki (USAID) mənbələr bildirib.

    Mənbələrin bildirdiyinə görə, Dövlət Departamenti Rusiyanın zərbələrindən sonra Ukraynanın enerji sisteminin işini bərpa etmək üçün yüz milyonlarla dollar vəsaitin ayrıldığı USAID proqramını dayandırıb.

    “Bu, administrasiyanın atəşkəslə bağlı danışıqlar aparmaq qabiliyyətini əhəmiyyətli dərəcədə sarsıdır və Rusiyaya açıq siqnal göndərir ki, Ukrayna və ya əvvəlki sərmayələrimizin aqibəti bizi maraqlandırmır”, – mənbələr deyib.

    Onlar qeyd ediblər ki, Rusiya Ukraynada həm hərbi, həm də iqtisadi müharibə aparır.

    “USAID-in Ukraynadan çıxması Ukraynanın enerji sistemini qışın şaxtasında Rusiyanın raket hücumlarına qarşı həssas edəcək”, – mənbələr bildiriblər.

  • Премьер Грузии выразил поддержку Трампу на фоне скандальной встречи с Зеленским

    Премьер Грузии Ираклий Кобахидзе поддержал президента США Дональда Трампа на фоне вчерашней скандальной встречи в Белом доме с президентом Украины Владимиром Зеленским.

    Как сообщает Report, соответствующей публикацией он поделился на своей странице в Facebook.

    “Вчера еще раз была проведена четкая граница между партией войны и партией мира. Я имею в виду не столько полемику [Дональда] Трампа и [Владимира] Зеленского, сколько отзывы о ней. Президента Трампа и его мирные усилия один за другим осудили люди, которые ответственны за кровопролитную войну [в Украине] и пожертвовали жизнями тысяч украинцев”, – написал Кобахидзе.

    Кобахидзе заявил, что “партия глобальной войны” и “глубинное государство” так просто не отпустят войну в Украине.

    “Еще раз доказано то, что мы говорим три года: США и “партия глобальной войны”- это две разные партии. Наши оппоненты все эти годы старались приравнять их. Борьба между партией войны и миротворческими силами вступает в решающую фазу. Будем надеяться, что эта битва закончится победой мира”, – написал политик и пожелал Дональду Трампу выдержки и мужества “в этой нелегкой борьбе”.

  • Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünən Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə qalmaqallı görüşdən sonra ABŞ Prezidenti Donald Trampı dəstəkləyib.

    O, bununla bağlı feysbuk səhifəsində paylaşım edib.

    “Dünən müharibə partiyası ilə sülh partiyası arasında bir daha aydın xətt çəkildi. Mən Tramp və Zelenski arasındakı sözlü mübahisəni yox, ona verilən reaksiyaları nəzərdə tuturam. Prezident Tramp və onun sülh səyləri qanlı müharibəyə səbəbkar olan və minlərlə ukraynalının həyatını itirməsinə görə məsuliyyət daşıyan insanlar tərəfindən pislənildi”, – Kobaxidze yazıb.

    O bildirib ki, “qlobal müharibə partiyası” və “dərin dövlət” Ukraynadakı müharibədən asanlıqla əl çəkən deyil.

    “Üç ildir dediyimiz bir daha sübut olundu – ABŞ və “qlobal müharibə partiyası” iki fərqli tərəfdir. Rəqiblərimiz bütün bu illər ərzində onları bərabərləşdirməyə, eyniləşdirməyə çalışırdılar. Müharibə partiyası ilə sülhməramlı qüvvələr arasında mübarizə həlledici mərhələyə qədəm qoyur. Ümid edək ki, bu döyüş sülhün qələbəsi ilə başa çatacaq”, – siyasətçi yazıb və bu çətin mübarizədə Donald Trampa səbr və cəsarət arzulayıb.