Month: March 2025

  • Ağcabədidəki dəhşətli qəzada həlak olan daha bir nəfərin meyiti tapıldı

    Fevralın 28-i Ağcabədidə baş verən zəncirvari qəzada həlak olan daha bir şəxsin meyiti tapılıb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, KIA markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayevin meyiti bu gün ərazidən tapılıb.

    Xatırladaq ki, dünən baş verən qəzada beş nəfərin həlak olduğu bildirilmişdi. Qəza nəticəsində ölənlər 1990-cı il təvəllüdlü Vüsal Məmməd oğlu Hüsiyev, 1991-ci il təvəllüdlü Sənan Aqil oğlu Əmrahov, 1992-ci il təvəllüdlü Azər Fəyyaz oğlu Aslanov, 2007-ci il təvəllüdlü Asiman Yaşar oğlu Ələsgərov və Elbəy Mövsüm oğlu Aslanovdur.

    Bununla qəzada ölənlərin sayı altı nəfərə çatıb.

  • В Сумгайыте 17-летний юноша задохнулся угарным газом

    Трагический случай произошел в сумгайытском поселке Иншаатчылар.

    Как сообщает Report, А.Э.Мамедов (2008 г.р.) скончался от отравления угарным газом.

    По данному факту ведется расследование.

  • Sumqayıtda 17 yaşlı gənc dəm qazından ölüb

    Sumqayıtda 17 yaşlı oğlan dəm qazından ölüb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.

    2008-ci il təvəllüdlü Ə.E.Məmmədov dəm qazından boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Yannik Sinnerə Monakoda məşq etmək üçün icazə verilmədi

    “Böyük Dəbilqə” turnirlərinin üçqat çempionu, dünyanın bir nömrəli tennisçisi Yannik Sinner antidopinq qaydalarını pozduğuna görə aldığı üç aylıq diskvalifikasiya müddətində Monte-Karlodakı tennis klubunda məşq edə bilməyəcək.

    Bəzi İtaliya nəşrləri Sinnerin belə planlarının olduğunu açıqlamışdı.

    “Monte-Karlo klubunun iki tennis federasiyasına üzvlüyü var: Fransa və Monako. Bu, şəxsi klub olsa da, bu, onu öhdəliklərdən azad etmir”, – “Tennis Italiano”ya müsahibə verən klubun mətbuat xidmətinin nümayəndəsi bildirib.

    Qeyd edək ki, ITIA-nın diskvalifikasiya qaydalarına görə, qadağan olunmuş oyunçu diskvalifikasiya dövründə milli tennis federasiyalarına bağlı klublarda məşq edə bilməz.

    Xatırladaq ki, Sinnerin diskvalifikasiya müddəti mayın 4-də başa çatacaq, lakin o, aprelin 13-də rəsmi məşqlərə başlaya biləcək.

  • Найден пропавший сын известного прозаика

    Найден сын прозаика Мушфига Хана – Физули Фарзиев.

    Как сообщает Median.Az, в связи с этим писатель опубликовал пост на своей странице в социальной сети.

  • Tanınmış naşirin itkin düşən oğlu tapıldı

    Naşir Müşfiq Xanın oğlu Füzuli Fərziyev tapılıb.

    Median.Az xəbər verir ki, bununla bağlı naşir öz sosial hesabında paylaşım edib.

  • Kurtua milli komandaya qayıdır

    “Real Madrid”in qapıçısı Tibo Kurtua futbol üzrə Belçika millisinə qayıdacaq.

    Bu barədə millinin baş məşqçisi Rudi Qarsiya “L’Equipe” nəşrinə müsahibəsində deyib.

    “O geri qayıdacaq. Bu, bütün Belçika üçün əla xəbərdir. Mən həmişə Tibonu dünyanın ən yaxşı qapıçısı hesab etmişəm. “Real Madrid”in “Mançester Siti” ilə oyunundan əvvəl onunla danışmaq üçün Madridə getdim”, – deyə baş məşqçi bildirib.

    Qeyd edək ki, Kurtua 2023-cü ilin yayından milliyə çağırılmırdı. Qapıçının millinin ovaxtkı baş məşqçi Domeniko Tedesko ilə yola getmədiyi haqda xəbərlər yayılmışdı.

  • Позорная ситуация: представитель Депардье объяснил неуплату взносов в Союз кинематографистов РФ

    Представитель Жерара Депардье объяснил неуплату актером взносов в Союз кинематографистов России тем, что тот вступил туда по просьбе режиссера Клима Лаврентьева.

    Об этом пишет “Абзац”.

    Французского артиста могут исключить из-за задолженности в размере 9.5 тыс. рублей за 7 лет членства в организации.

    “По просьбе режиссера Клима Лаврентьева он [Депардье] любезно согласился [вступить]. Это было для престижа этого союза, а не для его интересов, так как ему это действительно не нужно. И несколько лет спустя Клим связывается со мной и говорит, что Жерар должен уплатить [взносы] за все эти годы”, – сказал представитель актера Арно Фрилле в разговоре с изданием.

    Он назвал сложившуюся ситуацию печальной и позорной. “Я даже не осмеливаюсь говорить об этом с Жераром”, – отметил Фрилле.

    Неуплата ежегодных членских взносов является нарушением прописанных в уставе организации обязанностей, поэтому 15-й пленум 11-го созыва правления Союза кинематографистов постановил рассмотреть список на исключение членов организации.

  • Depardye Rusiya Kinematoqrafçılar İttifaqından çıxarılır

    Fransalı kino ulduzu Jerar Depardye Rusiya Kinematoqrafçılar İttifaqından xaric edilə bilər.

    “Abzas” nəşri bu barədə aktyorun nümayəndəsi Arno Frilleyə istinadla məlumat yayıb.

    Onun sözlərinə görə, fransız aktyor ittifaqa üzvlük haqqına görə yeddi il üçün 9.5 min rubl (185 manat) borclu qalıb.

    “Depardye Klim Lavrentyevin xahişi ilə üzvlüyə razılaşıb. Bu, onun üçün yox, İttifaqın nüfuzu üçün edilmişdi. Çünki ona həqiqətən bu lazım deyildi. Bir neçə il sonra isə Klim mənimlə əlaqə saxlayıb dedi ki, Jerar bütün bu illər üçün üzvlük haqqını ödəməlidir”, – deyə aktyorun nümayəndəsi izah edib.

    Frille baş verənləri üzücü və utancverici bir vəziyyət adlandırıb.

    “Mən hətta bu barədə Jerarla danışmağa belə cəsarət etmirəm”, – deyə aktyorun nümayəndəsi vurğulayıb.

    Qeyd edək ki, Rusiya Kinematoqrafçılar İttifaqının nizamnaməsinə əsasən, illik üzvlük haqqının ödənilməməsi təşkilat qaydalarının pozulmasıdır. Buna görə də, İttifaqın 11-ci çağırışının 15-ci plenumunda üzvlüyün ləğv edilməsi məsələsi müzakirəyə çıxarılacaq.

  • Piylənmənin qarşısını almağın yolu – HƏKİM MƏSLƏHƏTİ

    Stress səbəbindən yuxu problemi yarandıqda orqanizmdə piylənmə zamanı ortaya çıxan patoloji proseslər başlaya bilər.

    Bu barədə rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova özünün “Telegram” kanalında yazıb.

    Həkim bildirib ki, yuxusuzluq və artıq çəki arasında əlaqə 240 nəfərin iştirak etdiyi elmi təcrübə zamanı müəyyən edilib. Könüllülər 24 saat yatmayıblar, buna görə də gənc və sağlam insanlarda immun hüceyrələrinin fəaliyyəti dəyişib. Yuxusuzluq zamanı bu hüceyrələr (qeyri-klassik monositlər) piylənmədən əziyyət çəkən şəxslərin hüceyrələrinə bənzəyir, onlarda gizli iltihabın səviyyəsi daha yüksəkdir və yuxu ilə bağlı problemlər var.

    Pavlova xəbərdarlıq edib ki, yalnız artıq çəkidən əziyyət çəkənlər deyil, hətta arıq insanlar belə yuxusuz qalmaqdan çəkinməlidirlər. O əlavə edib ki, uzun müddət ərzində yuxusuz qalmaq xroniki iltihabın yaranmasına səbəb ola bilər və müxtəlif xəstəliklərin riskini əhəmiyyətli dərəcədə artıra bilər.

    “Yuxunun keyfiyyətinin yaxşılaşdırılması iltihabı azalda və sağlamlıq səviyyəsini artıra bilər. Ona görə də həftəsonları belə, səkkiz saat yatmalı, eyni vaxtda oyanıb, eyni saatda yatmağa çalışmalı və yataq otağını mümkün qədər qaranlıq etməliyik”, – deyə həkim yekunlaşdırıb.
    //oxu.az