Month: March 2025

  • В Гёйчайском районе женщина и ее маленькая дочь отравились угарным газом

    В селе Улашлы Шихлы Гёйчайского района два члена одно семьи отравились угарным газом в бане.

    Как сообщает lent.az, 35-летняя А.С. и ее шестилетняя дочь З.С. поступили в больницу с признаками интоксикации. После оказания первой помощи обе пациентки были выписаны.

  • Göyçayda ana və azyaşlı qızı qazdan zəhərləndilər

    Göyçayda ana və qızı qazdan zəhərləniblər.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Ulaşlı-Şıxlı kəndində qeydə alınıb.

    35 yaşlı A.S. və onun altı yaşlı qızı Z.S. hamamda dəm qazından zəhərlənərək, xəstəxanaya yerləşdiriliblər. Burada ilkin tibbi yardımdan sonra hər ikisi evə buraxılıblar.

  • Приостановлена деятельность одного из бакинских отелей – ВИДЕО

    Приостановлена деятельность одного из бакинских отелей.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Министерства по чрезвычайным ситуациям (МЧС).

    В ходе проверки, проведенной Государственной службой пожарного надзора в отеле, принадлежащем гражданину Фагану Саламову и расположенном возле дороги Тюркян – Говсан в поселке Тюркян Хазарского района Баку, были выявлены многочисленные недостатки в сфере пожарной безопасности, представлявшие прямую угрозу жизни и здоровью людей, окружающей среде, а также имущественным интересам государства.

    Дальнейшая эксплуатация объекта в такой обстановке создавала риск возникновения в любой момент пожара с распространением его в короткие сроки, что неизбежно привело бы к трагедии.

    Учитывая вышеизложенное, было принято решение о приостановлении деятельности гостиницы, где были выявлены грубые нарушения норм и правил пожарной безопасности, копия решения представлена представителю объекта.

  • Türkan-Hövsan yolundakı mehmanxananın fəaliyyəti dayandırılıb – VİDEO

    Türkan-Hövsan yolundakı mehmanxananın fəaliyyəti dayandırılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan-Hövsan yolunun yaxınlığında yerləşən vətəndaş Salamov Fəqan Yavər oğluna məxsus mehmanxanada keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

    Belə ki:

    – obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu işlək vəziyyətdə deyil;

    – yanğın siqnalizasiya qurğusuna, tüstüyə qarşı müdafiə sisteminə, yanğına qarşı daxili su şəbəkəsinin nasos stansiyasına texniki xidmət ixtisaslı mütəxəssis tərəfindən həyata keçirilməyib;

    – obyektin fasadının üzlənməsində istifadə olunmuş tikinti materialının yanma qrupunu müəyyən edən müvafiq sənədlər təqdim edilməyib;

    – obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;

    – elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün qoruyucu aparatlarla təmin edilməyib, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

    – obyektin tüstü bacası təmizlənməyib;

    – obyektin qazanxanasına əlavə əşya və materiallar yığılıb;

    – mətbəxə və qazanxanaya çəkilən qaz xətti “Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”na uyğun həyata keçirilməyib, o cümlədən mətbəxə gələn qaz sobaya rezin boru vasitəsilə birləşdirilib;

    – obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib.

    Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Türkan-Hövsan yolunun yaxınlığında yerləşən Salamov Fəqan Yavər oğluna məxsus mehmanxananın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

  • Состоялись 15-е штабные переговоры между ВВС Азербайджана и Турции

    В соответствии с “Программой двустороннего военного сотрудничества”, подписанной между Азербайджаном и Турцией, состоялись 15-е штабные переговоры с участием представителей Военно-воздушных сил (ВВС) двух братских стран.

    Об этом сообщает управление по связям со СМИ и общественностью Минобороны Азербайджана.

    Сначала представители обеих стран посетили Аллею шехидов и Мемориал турецким воинам-освободителям, была почтена светлая память шехидов.

    Заместитель министра обороны – командующий ВВС генерал-лейтенант Намиг Исламзаде встретился с делегацией, возглавляемой начальником Управления материально-технического обеспечения штаба ВВС Турции генерал-лейтенантом Хусейном Думаном.

    На встрече, в ходе которой была особо подчеркнута значимость проводимых штабных переговоров, были обсуждены вопросы военного сотрудничества между ВВС Азербайджана и Турции, отмечалась важность обмена опытом, прошел обстоятельный обмен мнениями по ряду вопросов, представляющих взаимный интерес.

    Затем в соответствии с планом визита турецкая делегация посетила авиаремонтный завод. Здесь гостям была представлена информация об истории создания, этапах развития и деятельности предприятия. Ознакомившись с условиями, созданными в производственных помещениях завода, гости понаблюдали за процессами ремонта, модернизации и т.д.

    Затем состоялась встреча в Военном институте имени Гейдара Алиева. Заместитель ректора по научной части Национального университета обороны – ректор Военного научно-исследовательского института генерал-майор Ариф Гасанов выразил удовлетворение от встречи с гостями.

    Иностранные представители ознакомились с условиями, созданными в Военном институте. Турецкая делегация была подробно проинформирована об учебном заведении, были обсуждены проделанная работа и планы по двустороннему сотрудничеству в области военного образования.

    Генерал-лейтенант Хусейн Думан оставил памятную запись в “Книге почетных гостей” Военного института.

    Согласно плану, в заключение турецкая делегация посетила N-скую воинскую часть ВВС. Гостям из братской страны была представлена подробная информация об основных направлениях деятельности воинской части.

  • Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

    Azərbaycan ilə Türkiyə arasında imzalanmış “İkitərəfli hərbi əməkdaşlıq proqramı”na əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələri (HHQ) nümayəndələrinin iştirakı ilə 15-ci Qərargah danışıqları keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əvvəlcə Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət edilib. Şəhidlərin xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

    Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyə Hərbi Hava Qüvvələri qərargahının Maddi-Texniki Təminat İdarəsinin rəisi general-leytenant Hüseyin Dumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Keçirilən Qərargah danışıqlarının əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

    Sonra səfər planına uyğun olaraq, Aviasiya təmir zavodunu ziyarət edən Türkiyə nümayəndə heyətinə müəssisənin yaranma tarixi, inkişaf mərhələləri və fəaliyyəti barədə məlumat verilib.

    Zavodun istehsalat bölmələrində yaradılan şəraitlə tanış olan qonaqlar burada təmir, modernizasiya və digər prosesləri əyani şəkildə izləyiblər.

    Daha sonra Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən görüşdə Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov qonaqlarla görüşərək onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

    Qonaqlar hərbi institutda yaradılan şəraitlə tanış olublar. Türkiyə nümayəndə heyətinə təhsil müəssisəsi ilə bağlı ətraflı məlumat verilib və ölkələrimiz arasında hərbi təhsil sahəsində görülən işlər və perspektiv planlardan geniş söhbət açılıb.

    General-leytenant H.Duman hərbi institutun “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.

    Plana əsasən, sonda Türkiyə nümayəndə heyəti HHQ-nin “N” hərbi hissəsini ziyarət edib. Qardaş ölkənin nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

  • Прогноз погоды в Азербайджане на 2 марта

    2 марта в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, осадков преимущественно не будет. В ночь на 2 марта местами возможен незначительный снегопад, будет дуть северо-западный ветер.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха в Баку и на Абшероне ночью составит 3-8 градусов мороза, днем – 1-4 градуса тепла.

    Атмосферное давление будет выше нормы – 772 мм ртутного столба. Относительная влажность воздуха ночью – 70-75%, днем – 60-65%.

    Ночью и утром некоторые дороги местами могут обледенеть.

    В регионах Азербайджана осадков в основном не ожидается, однако ночью и утром местами возможен снегопад, на отдельных территориях туман, ветер западный умеренный.

    Температура воздуха составит ночью 3-8 градусов ниже нуля, днем – 5-10 градусов выше нуля, в горах ночью – 13-18, в высокогорье – 19-24, днем – 0-5 градусов мороза.

    На ряде магистральных дорог республики сохранится гололедица.

  • Sabah qar yağacaq, bəzi yollar buz bağlayacaq

    Azərbaycan ərazisində martın 2-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ayın 1-dən 2-nə keçən gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.

    Gecə və səhər bəzi yollar buz bağlayacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə gecə 19-24° şaxta, gündüz 0-5° şaxta olacaq.

  • AYNA приостановило автобусные рейсы в ряд регионов из-за непогоды

    Агентство наземного транспорта Азербайджана (AYNA) приостановило автобусные рейсы по ряду направлений из-за нестабильных погодных условий.

    Об этом сообщает Median.Az со ссылкой на AYNA.

    “Рейсы из Бакинского международного автовокзального комплекса в Гедабей, Гусар, Габалу и Исмайыллы отложены по соображениям безопасности”, – сообщили в агентстве.

    Там заверили также, что общественность будет проинформирована при возобновлении маршрутов по данным направлениям.

    Непогода в Азербайджане

  • Azərbaycanda bir sıra regionlara avtobus reysləri TƏXİRƏ SALINDI

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qeyri-sabit hava şəraiti ilə əlaqədar bir sıra istiqamətlərdə avtobus reyslərini təxirə salıb.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

    Bildirilib ki, təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gədəbəy, Qusar, Qəbələ və İsmayıllı istiqamətlərində reyslər təxirə salınıb.

    “Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək. Buna baxmayaraq bölgələrdə də şəhərlərarası, şəhərdaxili və rayondaxili sərnişindaşıma adi rejimdə davam etdirilir”, – AYNA bildirir.

    Məlumata görə, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar, avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

    “Qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşlarımıza təhlükəsiz xidmət göstərmək üçün səylə çalışırlar. Səhər saatlarından bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Aidiyyəti qurumlarla birgə yollar buzdan təmizləndikcə, xətlərə cəlb edilən avtobusların sayı artırılır.

    Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın şəhərətrafı və qəsəbələrarası yollarının buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər yaranıb. Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur, – məlumatda qeyd edilib.