Month: March 2025

  • Danimarkada qadınlar məcburi hərbi xidmət edəcək

    Danimarka Müdafiə Nazirliyi 2026-cı ildən etibarən qadınların məcburi hərbi xidmətə cəlb olunacağını açıqlayıb.

    Bununla bağlı xarici KİV məlumat yayıb.

    Bildirilib ki, Danimarka ilk dəfə olaraq qadınları məcburi hərbi xidmətə cəlb etmək və hərbi xidmət müddətini uzatmaq planlarını açıqlayıb.

    Hazırda 4 ay olan hərbi xidmət müddəti kişilər və qadınlar üçün 11 aya qaldırılacaq. Norveç və Danimarka İsveçdən sonra bunu edən üçüncü Avropa ölkəsi olacaq.

    Ötən il hərbi xidmətə gedən 4700 nəfərin təxminən dörddə biri qadınlardır.

    Qeyd edək ki, Danimarkada hərbi xidmət qadınlar üçün könüllü, 18 yaşından yuxarı kişilər üçün isə məcburidir.
    //qafqazinfo

  • Проблема с газоснабжением в Билясуваре устранена

    Проблема с подачей газа в некоторых частях города Билясувара устранена.

    Как передает Median.Az, об этом Report сообщили местные жители.

    Напомним, что перебои в газоснабжении были связаны с засором в регулирующем подачу голубого топлива устройстве на территории города.
    В результате давление газа в домах ряда абонентов ослабло, затем газоснабжение полностью прекратилось.

  • Biləsuvarda qaz təchizatında yaranan problem aradan qaldırılıb

    Biləsuvar şəhərinin bəzi ərazilərinin qaz təchizatında yaranan problem aradan qaldırılıb.

    Bu barədə sakinlər məlumat verib.

    Qeyd edək ki, Biləsuvar şəhərinin bəzi ərazilərinin qaz təchizatında problem yaranmışdı. Nəticədə bəzi abonentlərin evlərinə verilən qazın təzyiqi zəifləyib və ya kəsilmişdi.//report

  • Ermənistanın müdafiə naziri sərhəddə atışma barədə: “Məsələ diplomatik yolla həll edilməlidir”

    “Sərhəddə atışma məsələsi diplomatik yollarla həll edilməlidir”.

    Median.Az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı müdafiə naziri Suren Papikyan deyib.

    O bildirib ki, bir gün əvvəl o, sərhədyanı ərazilərdə lentə alınan videogörüntülərə baxıb.

    “Məhz bununla əlaqədar Müdafiə Nazirliyi bəyanat yayıb ki, bəzən sərhəddə atəş səsləri qeydə alınır, lakin bu, Ermənistan istiqamətində deyil”, – Papikyan bildirib.

    Onun sözlərinə görə, bu atəşlərin təhlükə yaratmadığını nəzərə alaraq, idarə bu barədə məlumat vermir.

    “Bizim fikrimizcə, bu vəziyyəti diplomatik yollarla həll etmək olar. Biz məsələnin həllini belə görürük”, – müdafiə naziri vurğulayıb.//oxu.az

  • Sürücülərin nəzərinə: bu yolda cərimələnə bilərsiniz (VİDEO)

    [spoiler][/spoiler]Bakının Xətai rayonu, Lütfizadə küçəsində yol boyu çəkilən qoşa xətlərin silinməsi sürücülərdə çaşqınlıq yaradır.
    Bu vəziyyət həmçinin bəzi hallarda sürücülərin cərimələnməsinə də səbəb olur.Əraziyə yaxın yaşayanlar bildirirlər ki, bu məsələ uzun müddətdir problem olaraq qalır.
    Məsələ ilə bağlı AYNA-dan “Xəzər Xəbər”ə bildirildi ki, silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də nişanlanma xətləri yaxın zamanda yenilənəcək.
    Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik.

  • Emin Əmrullayev malayziyalı həmkarı ilə görüşüb

    Martın 26-da elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu” çərçivəsində Malayziyanın elm, texnologiya və innovasiyalar naziri Çanq Lih Kanq ilə ikitərəfli görüş keçirib.

    Apa xəbər verir ki, görüş zamanı ölkələr arasında elm sahəsində cari əməkdaşlıq müzakirə edilib.

    Tərəflər potensial inkişaf perspektivləri üzərində də fikir mübadiləsi aparıb.

  • Azərbaycan millisinin baş məşqçisi: “Kobud səhvlər etdik, rəqib də bundan maksimum faydalandı”

    Kobud səhvlər etdik, rəqib də bundan maksimum faydalandı.

    Report xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisinin baş məşqçisi İlqar Aslanov Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina ilə oyundan sonra Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib:

    Mütəxəssis rəqibin taktiki, texniki və fiziki baxımdan daha hazırlıqlı olduğunu deyib:

    “Rəqibimiz güclü komandadır. Həm də kifayət qədər təcrübəlidirlər. Taktiki, texniki və fiziki baxımdan hazırlıqlı idilər. Qrupumuzda birinci yer uğrunda mübarizə aparacaq əsas komandalardandır. Oyunumuz da alınmadı, uşaqlar sanki start həyəcanını boğa bilmədilər. Nəticədə hesab erkən açıldı. Kobud səhvlər etdik və onlar da bundan maksimum faydalandılar.
    İ.Aslanov komandanın tapşırıqları yerinə yetirə bilmədiyini söyləyib:

    Onların ilk saniyədən pressinq edəcəklərini demişdik. Ümumiyyətlə, necə oynayacaqlarını başa salmışdıq. Hətta oyunlarını da izləmişdik. Amma komandam deyiləni edə bilmədi. Bir tərəfdən qınamıram, çünki bu səviyyəli oyunlarda iştirak etməyiblər. Bugünkü oyun futzalçılarımız üçün əyani təcrübə olacaq. Dediklərimizi bu gün meydanda gördülər. Yəqin kii, bundan nəticə çıxaracaqlar”.

    Qeyd edək ki, Xorvatiyanın Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutan Bosniya və Herseqovina – Azərbaycan matçı birincilərin 10:2 hesablı qələbəsi ilə nəticələnib.

  • İlon Maskın 8 ildir yerinə yetirə bilmədiyi vəd: “Tesla Roadster 2”

    “Tesla Roadster 2” markanın elektrikli nəqliyyat texnologiyasındakı iddiasını ortaya qoyan model kimi ilk dəfə 8 il əvvəl təqdim olunub. Lakin ön sifarişlərin başlamasından uzun müddət keçməsinə baxmayaraq, istehsal və çatdırılma prosesləri ilə bağlı hələ də konkret bir məlumat paylaşılmaması suallar doğurur.

    2017-ci ildə tanıdılan və 2020-ci ildə satışa çıxarılması planlaşdırılan “Roadster 2” modeli 5 illik gecikməyə baxmayaraq, hələ də bazara daxil olmayıb. Şirkətin bu modelə dair susqunluğu davam edərkən, avtomobilin təklif edəcəyi iddia edilən inanılmaz xüsusiyyətlər və illər ərzində ortaya çıxan şayiələr diqqət çəkməyə davam edir.

    “Tesla Roadster 2″nin iddialı xüsusiyyətləri

    “Roadster 2” ilə bağlı ən çox maraq doğuran xüsusiyyətlərdən biri 1,9 saniyəyə 0-dan 100 km/saat sürətə çata bilməsi və bir şarjla 1.000 km məsafə qət etməsidir. Bu göstəricilər elektrikli avtomobillər üçün yeni standartlar müəyyən edə bilər. Son illərdə isə modelin 0-100 km/s sürətlənmə müddətinin 1 saniyənin altına endirilə biləcəyi və maksimum 400 km/s sürətə çata biləcəyi kimi iddialar gündəmə gəlib.

    Maraqlı bir məqam isə “Tesla” şirkətinin baş direktoru İlon Maskın avtomobilin bu sürət və performans səviyyəsinə çatması üçün 10 kiçik raket mühərriki ilə təchiz oluna biləcəyini bildirməsidir.

    2017-ci ildə təqdimatdan sonra “Tesla” standart modellər üçün 200.000 dollar, cəmi 1.000 ədəd istehsal olunacaq “Founder Series” modelləri üçün isə 250.000 dollar depozit toplamağa başlayıb. Lakin “CarScoops”un məlumatına görə, illər keçməsinə baxmayaraq, istehsal tarixi, dəqiq xüsusiyyətlər və son qiymətlərlə bağlı hələ də rəsmi açıqlama verilməyib.

    Hələ də ön sifariş mövcuddur

    Daha maraqlısı odur ki, “Tesla”nın ABŞ-da fəaliyyət göstərən rəsmi internet səhifəsində hələ də “Roadster 2” üçün ön sifariş vermək mümkündür. Hazırda rezervasiya siyahısına daxil olmaq üçün 5.000 dollar ödəmək tələb olunur. Bundan əlavə, istehsal zamanı yerinizi təmin etmək üçün 45.000 dollar daha ödəmək lazımdır. Bununla belə, avtomobilin son satış qiymətinin nə qədər olacağı və istehsalın nə vaxt başlanacağı barədə heç bir konkret məlumat yoxdur.

    “Tesla Roadster 2″nin gələcəyi qeyri-müəyyən olaraq qalır

    “Roadster 2″nin təqdimatından 8 il keçməsinə baxmayaraq, şirkətin cəsarətli iddialarına rəğmən, avtomobilin real istehsalı ilə bağlı hələ də rəsmi xəbər yoxdur. “Tesla”nın bu model vasitəsilə elektrikli avtomobil texnologiyasında yeni mərhələ yaratmaq istədiyi aydındır. Lakin indiyə qədər istehsalla bağlı dəqiq cədvəlin və ya rəsmi açıqlamanın olmaması, modelin gələcəyi ilə bağlı sualları artırır.

    Nəticədə, “Roadster 2″nin böyük gözləntiləri doğruldub-doğrultmayacağı zamanla məlum olacaq. Hazırda bu modelə dair ən böyük sual, “Tesla”nın bu vədini nə vaxt gerçəkləşdirə biləcəyi və müştərilərdən toplanan depozitlərin necə istifadə olunacağıdır.
    //qaynar.az

  • Trampın yüksək vəzifəli məmurlarına Signal-dakı qalmaqallı çata görə məhkəmə iddiası qaldırıldı

    Tramp administrasiyasının beş yüksək vəzifəli məmuruna qarşı Signal messencerində iştirak etdiklərinə görə federal məhkəmə iddiası qaldırılıb.

    Bu barədə ABC News məlumat yayıb.

    Qeyri-hökumət təşkilatı American Oversight martın 25-də Vaşinqtonda Tramp administrasiyasının beş yüksək vəzifəli rəsmisinə qarşı federal məhkəmə iddiası qaldırdığını elan edib. Onlar Signal messencerində qapalı çata daxil olaraq Yəməndə husilərə qarşı ABŞ əməliyyatının detallarını müzakirə ediblər.

    İddiada təşkilat bildirib ki, bu tip məsələlərin messencer vasitəsilə müzakirəsi federal qanunvericiliyin sənədlərin qorunması qaydalarını pozur.

    Federal məhkəmədən tələb edilib ki, cavabdehlərə “qanunla nəzərdə tutulmuş federal arxivlərin qorunması və bərpası öhdəliklərini yerinə yetirmələri” göstərişi verilsin, çünki Signal vasitəsilə icazəsiz qərarlar qəbul edilməsi milli təhlükəsizlik sahəsində ciddi pozuntu hesab edilə bilər.

    Cavabdeh kimi Pentaqon rəhbəri Pit Geqset, milli kəşfiyyat direktoru Tulsi Qabbard, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff, maliyyə naziri Skott Bessent, Dövlət katibi Marko Rubio, həmçinin Milli Arxiv və Sənədləşmə İdarəsi göstərilib.

    Martın 25-də kəşfiyyat orqanlarının rəhbərləri Qabbard və Retkliff bu insidentlə bağlı Senatın Kəşfiyyat Komitəsi qarşısında hesabat verməli olublar. Onlar çatda heç bir məxfi məlumat paylaşmadıqlarını iddia ediblər.

    Tramp administrasiyasında milli təhlükəsizlik üzrə müşavir Mayk Volts isə The Atlantic jurnalının redaktorunun Signal çata daxil olması ilə bağlı səhvə görə məsuliyyət daşıdığını faktiki olaraq etiraf edib, lakin bununla yanaşı, jurnalisti günahlandırmağa çalışıb.

    Tramp Signal çatı qalmaqalından sonra Voltsu müdafiə edərək bildirib ki, “o, dərsini aldı” və hadisə elə də ciddi nəticələrə səbəb olmayıb.

  • ABŞ “Green Card” müraciətlərini dayandırdı

    ABŞ miqrantların daha hərtərəfli yoxlanılması çərçivəsində qaçqınlar da daxil olmaqla bəzi kateqoriyalar üçün yeni “Green Card” (Yaşıl kart) müraciətlərinə baxılmasını dayandırıb.

    Median.Az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

    Xəbərdə deyilir ki, bu qərar ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri tərəfindən Prezident Donald Trampın göstərişi ilə verilib.

    Açıqlamada qeyd olunur ki, müraciətlərin dayandırılması, potensial fırıldaqçılıq, ictimai təhlükəsizlik və ya milli təhlükəsizlik təhdidlərini müəyyən etmək məqsədilə əlavə araşdırmalar və təhlillərin gözlənildiyi halda, statusu tənzimləmək üçün müəyyən müraciətlərin işlənməsini dayandırır.

    Sözügedən qərar Trampın daha əvvəl verdiyi iki fərmanla əlaqəlidir. Bunlardan biri, ABŞ-yə daxil olmaq istəyən və ya artıq onun ərazisində olan əcnəbilərin ən geniş yoxlanılmasını nəzərdə tutur, digəri isə Meksika kartelləri və bandalarını terror təşkilatları kimi tanımağa icazə verir.

    Qeyd edək ki, “Green Card” ABŞ-də daimi yaşamaq və işləmək hüququ verən bir viza sənədidir. Kart sahibi ABŞ vətəndaşına bərabər olaraq, istənilən ştatda yaşamaq və işləmək, daşınmaz əmlaka sahib olmaq, dövlət məktəbində təhsil almaq və müavinət almaq hüququna malikdir. Lakin seçkilərdə iştirak etmək və ya münsiflər heyətində işləmək hüququ yoxdur. Kart sahibi vergi ödəməli və çağırış yaşında bir kişidirsə, hərbi xidmətə yazılmağa borcludur. Beş ildən sonra isə həmin şəxs ABŞ vətəndaşlığına müraciət edə bilər.