Month: March 2025

  • Yer kürəsində ilin əvvəlindən bəri ən güclü maqnit qasırğası başlayıb

    Yer kürəsində 2025-ci ilin əvvəlindən bəri ən güclü maqnit qasırğası başlayıb.

    Median.Az iz.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu xəbərdarlıq edib.

    Qeyd olunur ki, kosmik hadisədən əvvəl Günəşdə güclü parltlayış baş verib.

    Alimlər izah ediblər ki, yerin sahəsindəki dəyişiklik sağlamlığa mənfi təsir göstərə bilər.

    Maqnit qasırğası martın 24-ü bazar ertəsi günortaya yaxın səngiməyə başlayacaq.

  • Biləcəridə yağış yağdıqdan sonra evlərin zirzəmilərini su basır – VİDEO

    Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakinləri yaşadıqları ərazidə yağış yağdıqdan sonra evlərin həyətinə, zirzəmilərə suyun dolmasından narahatdırlar.

    Belə ki, Yeni massiv, İpəkyolu döngəsi, 6 ünvanında yaşayan şəxslər bildirirlər ki, vəziyyət illərdir bu cürdür.

    Sakinlər “Xəzər xəbər”ə bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət ediblər. Lakin heç bir nəticəsi olmayıb.

    Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti zəngləri cavabsız qoyub.

    Daha ətraflı süjetdə:

  • Папа Франциск приветствовал договоренности Баку и Еревана по тексту мирного соглашения

    Папа Римский Франциск приветствовал завершение переговоров по тексту мирного соглашения между Азербайджаном и Арменией.

    Заявление понтифика распространила служба печати Святого Престола.

    Он выразил свою признательность за шаги, предпринятые в направлении мира на Южном Кавказе на фоне усилий по достижению окончательного мирного соглашения между Баку и Ереваном.

    “Пусть это станет знаком надежды, что и другие конфликты могут найти путь к разрешению посредством диалога и доброй воли”, – приводит слова Папы издание Vatican News.

    Глава Католической церкви, госпитализированный 14 февраля, 23 марта впервые появился перед верующими за последние пять недель.

    Понтифик показался на балконе одного из окон римской больницы имени Агостино Джемелли для традиционного воскресного благословения, после чего его выписали из медицинского учреждения.

    Напомним, что Министерство иностранных дел Азербайджана 13 марта распространило заявление о завершении переговоров по тексту проекта Соглашения об установлении мира и межгосударственных отношений между Баку и Ереваном.

  • Roma Papası Bakı və İrəvanın sülh sazişi mətni ilə bağlı razılaşmalarını alqışlayır

    Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayıb.

    Median.Az “Vatican News”a istinadən xəbər verir ki, pontifikin bəyanatını Müqəddəs Taxt-Tacın mətbuat xidməti yayıb.

    O, Bakı ilə İrəvan arasında yekun sülh sazişinin əldə edilməsi səyləri fonunda Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində atılan addımları yüksək qiymətləndirdiyini bildirib.

    “Qoy bu, digər münaqişələrin də dialoq və xoşməramlılıq yolu ilə həllini tapa biləcəyinə ümid əlaməti olsun”, – deyə o bildirib.

    Qeyd edək ki, fevralın 14-də xəstəxanaya yerləşdirilən Katolik Kilsəsinin rəhbəri beş həftədən sonra ilk dəfə martın 23-də ictimaiyyət qarşısına çıxıb.

    Xatırladaq ki, martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıb.

  • В Гяндже 17-летний подросток получил ножевое ранение

    В Гяндже произошла поножовщина, есть пострадавший.

    Как сообщает Median.Az со ссылкой на АПА, случай зафиксирован на территории города.

    Получивший ножевое ранение Т.Аскеров (2008 г.р.) был доставлен в больницу. Ему немедленно была оказана первая медицинская помощь. Состояние подростка оценивается как удовлетворительное.

    По данному факту ведется расследование.

  • Gəncədə 17 yaşlı yeniyetmə bıçaqlanıb

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

    Belə ki, 2008-ci il təvəllüdlü T.Əsgərov sol sarğı nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

    Yaralıya dərhal ilkin tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

    Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • AAYDA məhkəməni uduzdu: Qəzalı yola görə sürücüyə cərimə ödəyəcək – FOTO

    “Təxminən bir il əvvəl Xaçmaza gedərkən avtomobilimin təkəri M1 magistralının 119-cu km-də, Şabran rayonu ərazisində çuxura düşərək partladı. Gecə vaxtı, soyuq, çiskinli hava və işıqlandırılmayan, bərbad yol. Sürəti 90 km/saat olan bir avtomobilin qabaq təkərinin partlaması çox təhlükəli vəziyyətdir”.

    Bu barədə radioaparıcı və avtomobil bloqeri Elgün Xıdırov sosial şəbəkə hesabında məlumat verib.

    O bildirilib ki, qəzadan sonra “102” qaynar xəttinə hadisə ilə bağlı məlumat verib:

    “Maraqlıdır ki, növbətçi hissə və yol polisi də xəsarətin olmadığı və ikinci avtomobilin iştirak etmədiyi bir qəzanın qeydə alınması istəyimə təəccüblənsələr də, mən israrla qəza faktını qeydə aldırdım. Təkəri dəyişib yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə (YDM) getdim. Orda dedilər ki, məndən əvvəl 2 maşın da həmin yerə düşüb və təkərləri partlayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) zəng vurub yolun vəziyyəti və təcili düzəlməli olduğunu dedim. Bu qurumun, xüsusən də magistral yollar idarəsinin məsuliyyətsizliyi üzündən hər gün çox sayda sürücüyə maddi ziyan dəyir. İnsanların həyatını itirdiyi bir çox qəzalarda isə biz ancaq bunu eşidirik – sürücü idarəetməni itirdi. Niyə, hansı səbəbdən itirdiyi isə hesab edirəm ki, lazımi səviyyədə araşdırılmır. Qəzalardan sonra bu yollar təhlükəsiz vəziyyətə gətirilmir. Misal olaraq deyim ki, illər əvvəl Hacı Zeynalabdin qəsəbəsindəki körpüdən aşmaqla 3 nəfərin həyatı bahasına başa gələn qəzadan sonra qırılan sədlər hələ də düzəldilməyib”.

    “Yol polisi mənim izahatımı aldıqdan və qəzanın sxemini tərtib etdikdən sonra rəhbərliyə raport hazırladı. Mən isə avtomobilimə dəymiş zərəri müəyyənləşdirmək üçün servisə getdim. Məlum oldu ki, təkərlə yanaşı stabilizator və təkər topunun diyircəkli yastığı sıradan çıxıb. Mənə dəymiş zərəri məktub yazaraq AAYDA-dan istəsəm də, uzun müddət heç bir reaksiya olmadı. Zəng vurduqda yenə eyni vəziyyət, vətəndaş müraciətlərinə laqeydlik və hətta kobud davranış, şikayətlərə isə reaksiya görmədim. Beləliklə, qərara aldım ki, bu məsuliyyətsizlik, laqeydlik və hörmətsizliyə qarşı durmaq artıq təkcə mənim yox, hər gün, hər ay, hər il minlərlə zərərgörən sürücülərin mövqeyi olaraq prinsipial məsələdir. Sənədləri hazırlayıb Binəqədi Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmələrin gedişatında agentliyin cavabdeh nümayəndəsi ekspertiza tələb edərək servisin müyyənləşdirdiyi məbləği bir qədər azaltsa da, bu ümumi məzmuna ciddi təsir göstərmədi və daha çox prosesi uzatmaq təəssüratı yaratdı.

    Birinci instansiya məhkəməsinin mənim xeyrimə qəbul etdiyi qərarla razılaşmayan AAYDA-nın hansı üzlə apellyasiya şikayəti verməsi mənə hələ də maraqlıdır. Nəticə olaraq agentliyin şikayəti təmin edilmədi və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldı.

    Əziz AAYDA! Məhkəmə çəkişmələrinə sərf etdiyiniz enerji və vaxtınızı işinizə ayırsaydınız, insanlar yollarda bu qədər zərərə məruz qalmazdılar. Təəssüf ki, mənə ödəyəcəyiniz 933 manat məbləği həm də üzrxahlığınız hesab edə bilməyəcəyəm”, – deyə Elgün Xıdırov qeyd edib.









  • В Азербайджане скончался председатель муниципалитета – ФОТО

    Скончался председатель муниципалитета Агайры Билясуварского района.

    72-летний Аллахверди Зейналов умер от сердечного приступа.

    Отметим, что А.Зейналов, прошедший путь работы на различных должностях в колхозном хозяйстве, на протяжении 25 лет возглавлял муниципалитет своего родного села.

  • Azərbaycanda vəzifəli şəxs QƏFİL ÖLDÜ – FOTO

    Biləsuvar rayonu Ağayrı bələdiyyəsinin sədri dünyasını dəyişib.

    Allahverdi Zeynalov 72 yaşında ürəktutmadan vəfat edib.

    Qeyd edək ki, kolxoz təsərrüfatında müxtəlif vəzifələrdə çalışan A.Zeynalov 25 iI doğma kəndinin bələdiyyəsinə rəhbərlik edib.

  • В Air Astana прокомментировали вынужденную посадку в Баку

    Казахстанская авиакомпания Air Astana прокомментировали вынужденную посадку в Международном аэропорту Гейдар Алиева в Баку.

    В заявлении говорится:

    “Самолет авиакомпании Air Astana, выполнявший 23 марта ночной рейс КС 140 по маршруту Тбилиси – Алматы, совершил вынужденную посадку в аэропорту города Баку в связи с ухудшением состояния здоровья пассажира. Он был передан сотрудникам скорой помощи.

    Поскольку рабочее время экипажа истекло, вылет рейса был отложен на 24 марта до 13:40 по местному времени. Пассажирам предоставлены трансфер в гостиницу, проживание и питание”.

    * * * * *

    Капитан воздушного судна Airbus A321 авиакомпании Air Astana, выполнявшего рейс Тбилиси – Алматы, запросил вынужденную посадку в Международном аэропорту Гейдар Алиев. Причиной стала резкое ухудшение состояния здоровья одного из пассажиров на борту.

    Об этом сообщили в пресс-службе воздушной гавани.

    После поступления запроса кризисный центр аэропорта был мобилизован, наземные службы оперативно скоординированы, и приняты все необходимые меры безопасности. Самолет успешно приземлился в 00:25 по местному времени.

    Пассажиру незамедлительно была оказана медицинская помощь, после чего он был передан бригаде скорой помощи и доставлен в одну из городских больниц для дальнейшего обследования.

    При этом, по решению авиакомпании “Air Astana”, отправка рейса до пункта назначения была задержана. Остальные пассажиры были размещены в отеле.

    Международный аэропорт Гейдар Алиев продолжает придерживаться принципа быстрого и профессионального реагирования на чрезвычайные ситуации и обеспечения самых высоких стандартов безопасности пассажиров.