Month: March 2025

  • “Air Astana” aviaşirkəti Bakı aeroportuna məcburi enişlə əlaqədar açıqlama yaydı

    Qazaxıstanın “Air Astana” aviaşirkəti onlara məxsus olan sərnişin təyyarəsinin Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş etməsi ilə bağlı açıqlama yayıb.

    Məlumat aviaşirkətin saytında dərc edilib.

    “Martın 23-də “Air Astana” aviaşirkətinin Tbilisi-Almatı marşrutu ilə hərəkət edən 140 saylı gecə reysi sərnişinin səhhətinin pisləşməsi ilə əlaqədar Bakı şəhərinin hava limanına məcburi eniş edib.

    O, təcili tibbi yardım əməkdaşlarına təhvil verilib.

    Ekipajın iş saatı başa çatdığından, uçuş martın 24-ü yerli vaxtla saat 13:40-a qədər təxirə salınıb.

    Sərnişinlər gecələmək üçün otelə yerləşdiriliblər, qida ilə təmin olunublar”, – “Air Astana” aviaşirkətinin yaydığı açıqlamada qeyd olunub.

    * * * * *

    “Air Astana” aviaşirkətinin Tbilisi – Almatı marşrutu üzrə uçuş yerinə yetirən “Airbus A321” tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi olub.

    Bu barədə məlumatı hava limanının Mətbuat Xidməti verib.

    Məlumata əsasən, müraciətdən dərhal sonra böhran idarəetmə komandası səfərbər edilib, yerüstü xidmətlər operativ şəkildə koordinasiya olunub və bütün təhlükəsizlik tədbirləri görülüb. Təyyarə yerli vaxtla 00:25-də uğurla eniş edib.

    Qeyd olunub ki, sərnişinə dərhal tibbi yardım göstərilib və o, daha ətraflı müayinə üçün təcili yardım briqadasına təhvil verilərək şəhər xəstəxanalarından birinə çatdırılıb.

    “Eyni zamanda, “Air Astana” aviaşirkətinin qərarı ilə reysin təyinat nöqtəsinə yola salınması təxirə salınıb. Digər sərnişinlər hotelə yerləşdirilib.

    Heydər Əliyev Beynəlxalq Aeroportu fövqəladə hallara çevik və peşəkar reaksiya vermək, sərnişinlərin təhlükəsizliyini ən yüksək standartlarla təmin etmək öhdəliyini davam etdirir”, – məlumatda deyilir.

  • Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb

    Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.

    Hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib. Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Sənan Oruc oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında qonaq gəldiyi əmisi oğlunun evinin hamam otağında aşkarlanıb.

    İlkin məlumata görə, bayramı qeyd etmək üçün ailəsi ilə birlikdə kəndə qonaq gedən S.Məmmədov dəm qazından boğularaq ölüb.

    Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

  • İspaniyada sel xəbərdarlığı: Güclü fırtınalar ölkəni bürüyüb

    İspaniyada son günlərdə müşahidə edilən güclü yağış və fırtınalar səbəbindən bir çox bölgədə xəbərdarlıq elan edilib.

    Median.Az-ın “Sabah”a istinadən verdiyi məlumata görə, ölkənin mərkəzi hissələrində intensiv yağışlar xüsusilə Madrid, Toledo və Avila kimi şəhərlərdə çay kənarında yaşayan əhalini təhdid edir.

    Rəsmi mənbələr bu bölgələrdə yaşayanların evlərindən təxliyə edildiyini bildirir, paytaxt Madriddən keçən Mansanares və Xarama çaylarının daşma riski səbəbindən xəbərdarlıq səviyyəsinin yüksəldiyi qeyd edilir.

    Yerli hakimiyyət orqanları Avilanın cənubundakı rayonlarda fövqəladə vəziyyət elan edərək, bölgə sakinlərindən zəruri olmadıqca evlərindən çıxmamağı xahiş ediblər.

    Meteoroloji xidmət mart ayında qeydə alınan yağış miqdarının rekord səviyyədə olduğunu vurğulayıb.

  • İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb

    İmişlidə 82 yaşlı qadının su kanalına düşərək boğulması ilə nəticələnən hadisə baş verib.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

    İmişli şəhər sakini, 1943-ci il təvəllüdlü Məstan Hüseyn qızı Vəliyeva evlərinin yaxınlığından keçən R-2 su kanalına düşərək boğulub. Günorta saatlarında onun cəsədi batdığı yerin yaxınlığında aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakının üç rayonunda əməliyyatlar: Oğurluq edənlər saxlanıldılar

    Bakıda oğurluq edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Binəqədi və Səbail rayonlarında marketlərdən silsilə oğurluqların edilməsi barədə polisə məlumat daxil olub. Həyata keçirilən tədbirlərlə əməli törədən 31 yaşlı N.Mulakin və bir qadın müəyyən olunaraq saxlanılıblar.

    Binəqədi rayonu ərazisində daha bir oğurluq hadisəsi isə Ə.Naxçıvani küçəsində qeydə alınıb. Bir nəfərin içərisində sənədlər və bank kartları olan çantasını oğurlayan 23 yaşlı qadın tutulub.

    Paytaxtın Qaradağ rayonunda isə evlərin birindən 625 manatlıq naqil oğurlayan, əvvəllər məhkum olunmuş 31 yaşlı Q.Qədirov da polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Mehriban Rəhimli cinayət məsuliyyətinə cəlb olundu

    Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində “QHT işi” ilə bağlı başladılan istintaqa daha bir məşhur şəxs cəlb olunub.

    Median.Az Gununsesi.info-ya istinadla xəbər verir ki, bu, ABŞ-nin German Marşal Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlidir.

    Məlumatda bildirilir ki, cinayət məsuliyyətinə cəlb olunan Mehriban Rəhimli istintaq müddəti ərzində polis nəzarətinə verilib.

    Xatırladaq ki, bundan əvvəl bir sıra tanınmış şəxslər bu iş çərçivəsində cinayət məsuliyyətinə cəlb ediliblər və onlarla QHT rəhbəri istintaqa dəvət olunub.

  • В Абшеронском районе при загадочных обстоятельствах скончался 8-летний ребенок

    В поселке Гобу Абшеронского района при загадочных обстоятельствах скончался несовершеннолетний.

    Как сообщает lent.az, 8-летний местный житель Гейдар Талыбзаде внезапно умер в своем доме. Причина его смерти пока неизвестна.

    По данному факту в прокуратуре Абшеронского района проводится расследование.

  • Abşeronda 8 yaşlı uşaq müəmmalı şəkildə öldü

    Abşeronda azyaşlı müəmmalı şəkildə ölüb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.

    Qəsəbə sakini olan 8 yaşlı Heydər Qurban oğlu Talıbzadə yaşadığı evdə qəflətən ölüb. Onun hansı səbəbdən öldüyü hələlik bəlli deyil.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • В Нахчыване произошло массовое отравление донером

    В городе Нахчыван произошло массовое отравление донером.

    Согласно информации, поступившей из Центра инфекционных заболеваний в Агентство продовольственной безопасности Нахчыванской Автономной Республики, шесть человек, двое из которых несовершеннолетние, отравились донером.

    В ходе расследования, проведенного сотрудниками агентства, выяснилось, что инцидент произошел в кафе, расположенном на проспекте Г.Алиева.

  • Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub

    Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.

    Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən, ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi bildirilib.

    Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub.