Month: April 2025

  • Azərbaycanın ən böyük üç bankının təmərküzləşmə səviyyəsi artıb

    2024-cü ildə Azərbaycanın ən böyük üç bankının həm kredit, həm də depozit portfeli üzrə təmərküzləşmə səviyyəsi artıb.

    Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi Hesabatında” bildirilir.

    Sənədə əsasən, 2023-cü illə müqayisədə ən böyük üç bankın kredit portfeli üzrə bazar payı 1.7 faiz bəndi artaraq 54.1%, depozit portfeli üzrə bazar payı isə 1.8 faiz bəndi artaraq 67.4% təşkil edib. Aktivlər üzrə ən böyük üç bankın bazar payında nəzərəçarpan dəyişiklik olmayıb (63%).

    “Bank sektoru üzrə təmərküzləşmə daim diqqətdə saxlanılır”, – deyə AMB bəyan edib.

    Ötən ilin sonuna nisbətən ümumilikdə aktivlər üzrə təmərküzləşmədə müəyyən qədər azalma olsa da, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə artım müşahidə olunur. Beynəlxalq təcrübədə də geniş istifadə olunan HHI1 indeksinə əsasən, cari ilin sonuna kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 61 vahid artaraq 1207 təşkil edib. Depozit portfeli üzrə təmərküzləşmə indeksi isə ötən ilin sonu ilə müqayisədə 64 vahid artaraq 1653 təşkil edib. Aktivlər üzrə HHI indeksi göstəricisi 30 vahid azalaraq 1474 təşkil edib. Beləliklə, bank sistemində kredit portfelinə əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə orta səviyyədə təmərküzləşmə mövcuddur. Aktivlərin ümumi məbləğinə əsasən bank sektoru aşağı və orta təmərküzləşmə sərhədindədir.

  • СГБ Азербайджана начала расследование в Минздраве Нахчыванской АР

    Материалы о выявленных правонарушениях в сфере управления государственными средствами и имуществом в Министерстве здравоохранения Нахчыванской Автономной Республики (АР) и подведомственных ему учреждениях, не входящих в структуру министерства, переданы в Службу государственной безопасности (СГБ) Азербайджана.

    Об этом сообщает Median.Az со ссылкой на АПА.

    Данная информация содержится в отчете Счетной палаты Азербайджанской Республики о деятельности в 2024 году, который был вынесен на обсуждение сегодняшнего заседания Комитета по экономической политике, промышленности и предпринимательству Милли Меджлиса (парламента).

    В ходе аудита были обнаружены признаки состава преступления в действиях должностных лиц. В связи с этим материалы были направлены в СГБ, откуда поступило письмо о том, что в настоящее время по возбужденному уголовному делу продолжаются следственные мероприятия.

  • DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başlayıb

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar həmin materiallar DTX-yə göndərilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.

    Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

  • Раскрыты доходы населения Азербайджана

    В январе-марте текущего года номинальные доходы населения Азербайджана составили 20 млрд 690.7 млн манатов.

    Как передает Median.Az со ссылкой на информацию Государственного комитета статистики, это на 6.6% больше по сравнению с аналогичным периодом 2024-го.

    За последний год номинальный доход на душу населения в стране увеличился на 6.1% и достиг 2 023 манатов.

  • Azərbaycan əhalisinin gəlirləri 7 faizə yaxın artıb

    Bu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20 milyard 690.7 milyon manat təşkil edib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6.6% çoxdur.

    Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6.1% artaraq 2 023 manata çatıb.

  • В Гаджигабуле женщина захлебнулась дождевой водой

    В Гаджигабуле трагически погибла женщина.

    Как сообщает Median.Az со ссылкой на lent.az, инцидент произошел в частном доме на улице А.Вахида.

    70-летняя Зенфира Алишир гызы Мамедова захлебнулась, упав в воду, скопившуюся в подвале ее дома.

    Отмечается, что подвал дома был заполнен дождевой и грунтовыми водами. Погибшая была психически больной.

    По данному факту в прокуратуре Гаджигабульского района ведется расследование.

  • Hacıqabulda qadın yağış suyunda BOĞULDU

    Hacıqabulda qadın faciəvi şəkildə ölüb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Ə.Vahid küçəsindəki fərdi evdə baş verib.

    70 yaşlı Zenfira Əlişirin qızı Məmmədova yaşadığı evin zirzəmisinə yığılmış suya düşərək boğulub.

    Evin zirzəmisinə yağış və qrunt sularının dolduğu bildirilir. Mərhum ruhi xəstə olub.

    Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

  • İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

    Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aprel ayının 6-da Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilmiş tədbirlər nəticəsində pilotsuz uçuş aparatı (PUA) vasitəsilə ümumi çəkisi 14 kiloqram 240 qram narkotik vasitənin (14 kq 200 qram marixuana; 40 qram metamfetamin) İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Обнародована ​​численность населения Азербайджана

    Численность населения Азербайджана увеличилась с начала текущего года на 5 777 человек или на 0.1% и на 1 марта 2025 года достигла 10 230 666 человек.

    Об этом сообщает Median.Az со ссылкой на данные Госкомстата.

    Удельный вес городского населения составляет 54.4%, сельского населения – 45.6%.

    По данным статистики, мужчины составляют 49.8% населения Азербайджана, женщины – 50.2%.

  • Azərbaycan əhalisinin sayı açıqlanıb

    İlin əvvəlindən ölkə əhalisinin sayı 5777 nəfər və ya 0.1 faiz artaraq 2025-ci il mart ayının 1-i vəziyyətinə 10 milyon 230 min 666 nəfər təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Qeyd olunub ki, əhalinin 54.4 faizini şəhər, 45.6 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.