Month: April 2025

  • В Азербайджане изменились правила использования и сдачи в аренду пастбищ, лугов и сенокосов

    Кабинет министров Азербайджанской Республики внес изменения в постановление “О некоторых нормативно-правовых актах, связанных с Земельным кодексом” от 15 марта 2000 года.

    В связи с этим премьер-министр Али Асадов подписал новое постановление.

    Согласно документу, внесены изменения в “Правила сдачи в пользование и аренду, а также использования пастбищ, лугов и сенокосов”.

    Отныне изменение целевого назначения летних и зимних пастбищ, лугов и сенокосов будет осуществляться постановлением Кабинета министров в соответствии с “Правилами отнесения земель к категориям и перевода их из одной категории в другую”, утвержденными указом Президента страны от 28 сентября 2024 года.

  • Azərbaycanda örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi qaydaları dəyişib

    Nazirlər Kabineti “Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” 15 mart 2000-ci il tarixli qərarında dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları” dəyişib.

    Bundan sonra yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən Nazirlər Kabinetinin Qərarı ilə həyata keçiriləcək.

  • В Бузовне произошел пожар в торговом центре

    В поселке Бузовна произошел пожар в торговом центре.

    Как сообщили в Министерстве по чрезвычайным ситуациям (МЧС), несмотря на ветреную погоду пожар был потушен в короткие сроки.

    Причинен ущерб нескольким магазинам, большая часть торгового центра была защищена от огня.

  • Buzovnada ticarət mərkəzi YANIB

    Buzovnada ticarət mərkəzi yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

    Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 2000 m² olan birmərtəbəli ticarət mərkəzinin ərazisində bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı mağazalarda baş verən yanğın havanın küləkli olmasına baxmayaraq, genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ticarət mərkəzində bir-birinə bitişik müxtəlif təyinatlı mağazalar, ümumilikdə 214 m² sahədə yanıb.

    Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

  • Новый посол Китая в Азербайджане Лу Мэй прибыла в Баку

    14 апреля 2025 года новоназначенный посол Китайской Народной Республики (КНР) в Азербайджанской Республике (АР) Лу Мэй прибыла в Баку, чтобы приступить к исполнению своих обязанностей.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу посольства КНР в нашей стране, в международном аэропорту Гейдар Алиев ее встретили представитель Министерства иностранных дел АР и главные дипломаты диппредставительства.

    В заявлении, сделанном в воздушной гавани, посол подчеркнула, что Китай и Азербайджан связывают узы искренней дружбы и доверия, а также равноправного и взаимовыгодного партнёрства. Благодаря стратегическому руководству глав двух государств, сотрудничество между странами углубляется во всех сферах.

    “Для меня большая честь представлять Китай в Азербайджане в столь важный момент. Я намерена руководствоваться важными договорённостями, достигнутыми лидерами двух стран, и прилагать совместные усилия с представителями всех слоёв азербайджанского общества для углубления прагматического сотрудничества, укрепления взаимопонимания между народами и продвижения стратегического партнёрства между Китаем и Азербайджаном на новый уровень”, – заявила Лу Мэй.

    Представитель азербайджанской стороны тепло поприветствовал новоназначенного посла и подчеркнул, что правительство, парламент и правящая партия Азербайджана придают большое значение отношениям с КНР. Они выразили готовность оказывать всестороннюю поддержку работе главы дипмиссии и совместно с китайской стороной добиваться новых достижений в развитии азербайджано-китайских отношений.

  • Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib

    Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Lu Mey aprelin 14-də diplomatik səlahiyyətlərinin icrasına başlamaq üçün Bakıya gəlib.

    Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyindən bildirilib ki, Lu Meyi hava limanında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, həmçinin Çin səfirliyinin əməkdaşları və yüksək vəzifəli diplomatları qarşılayıblar.

    Qarşılanma mərasimində səfir qeyd edib ki, Çin və Azərbaycan təkcə səmimi və etibarlı dostlar deyil, həm də bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlardır.

    L.Mey vurğulayıb ki, iki ölkə liderinin rəhbərliyi altında ikitərəfli əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etdiyi dövrdə Çini Azərbaycanda təmsil etmək onun üçün böyük şərəfdir.

    Səfir dövlət başçıları arasında əldə edilmiş mühüm razılaşmalara riayət etməyə və praqmatik əməkdaşlığın inkişafı, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, eləcə də Çin-Azərbaycan strateji tərəfdaşlığının yeni səviyyəyə qaldırılması məqsədilə Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

    Qeyd edək ki, bundan əvvəl Çinin Azərbaycandakı səfiri vəzifəsini Qo Min tutub.

  • Государство обеспечит некоторых лиц жильем

    В Азербайджане поддержка лиц с ограниченными возможностями здоровья и семей шехидов, забота о них являются одними из основных приоритетов для государства.

    Как сообщает Median.Az со ссылкой на Trend, в очередной раз ряд лиц с инвалидностью и семей шехидов будут обеспечены новым жильем.

    По информации, для них в Агстафинском районе будут куплены три двухкомнатные и шесть трехкомнатных квартир.

    Так, в Агентстве социальных услуг при Министерстве труда и социальной защиты населения уже начата соответствующая работа в этом направлении.

    По оценкам агентства, данные работы обойдутся в 844.5 тыс. манатов.

  • Dövlət bəzi şəxsləri evlə təmin edəcək

    Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə dəstək, qayğı dövlətin diqqət mərkəzində olan əsas məsələlərdəndir.

    Median.Az “Trend”ə istinadla xəbər verir ki, növbəti dəfə bir sıra əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri yeni mənzillərlə təmin olunacaqlar.

    Məlumata əsasən, bu şəxslər üçün Ağstafa rayonunda 3 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı mənzillər satın alınacaq.

    Belə ki, artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində müvafiq işlərə başlanılıb.

    Agentlik sözügedən işlərin 844.5 min manata başa gələcəyini ehtimal edir.

  • С банковских карт граждан за сутки похищено около 14 000 манатов

    За минувшие сутки, 14 апреля, с банковских карт граждан Азербайджана было похищено 13 818 манатов.

    Как сообщает Median.Az со ссылкой на Министерство внутренних дел, кражи совершались с применением различных кибермошеннических схем.

    Суммы незаконных списаний варьировались от 118 манат до 4 000 манатов.

    В МВД вновь призвали граждан быть бдительными и внимательно относиться ко всем поступающим звонкам, особенно с предложениями о быстрых доходах, страховых выплатах или просьбами подтвердить банковские операции. Ведомство настоятельно рекомендует никому не передавать конфиденциальные данные банковских карт и помнить о возможных киберугрозах.

  • DİN: “Vətəndaşların bank kartlarından 13 818 manat oğurlanıb”

    “Vətəndaşların bank kartlarından oğurluq halları davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP-kod, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN-kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar”.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, dünən ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 4 000, 3 482, 1 621, 1 500, 750, 650, 537, 340, 300, 300, 220, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

    “Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, – deyə məlumatda qeyd olunub.