Month: April 2025

  • Əlilliyi olan şəxslər üçün yeni vergi güzəşti TƏSDİQLƏNDİ

    Əlilliyi olan şəxslər əl işlərinin internetlə satışına görə sosial vergi ödəməyəcəklər.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

    Dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsi üçün əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulacaq.

    Həmçinin onların əl işlərinin satışını həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əlilliyi olan şəxslər orada qeydiyyatdan keçəcəklər.

  • Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu üzə çıxdı

    Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan VAZ markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı məlum olub ki, sürücü Vəzir Canatov avtomobili etibarnaməsiz idarə edib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    Bildirilib ki, bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan V.Canatov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

    “BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir”, – deyə məlumatda qeyd olunub.

  • В Шамкирском районе супруги отравились угарным газом

    В селе Гюнешли Шамкирского района супружеская пара отравилась угарным газом.

    Как сообщает Oxu.Az, местные жители, 45-летний В.Гусейнов и 34-летняя С.Гусейнова отравились в своем доме угарным газом. Они были госпитализированы.

  • Şəmkirdə ər və arvad dəm qazından zəhərləniblər

    Şəmkirdə iki nəfər dəm qazından zəhərlənib.

    Hadisə rayonun Günəşli kəndində baş verib.

    Məlumata görə, rayon sakinləri 45 yaşlı V.Hüseynov və arvadı 34 yaşlı S.Hüseynova evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.
    //oxu.az

  • Умер лауреат Нобелевской премии по литературе Марио Варгас Льоса

    Умер известный перуанский писатель, лауреат Нобелевской премии по литературе Марио Варгас Льоса.

    Об этом написал его сын Альваро в социальной сети X.

    Писателю было 89 лет. “С глубокой болью сообщаем, что наш отец Марио Варгас Льоса скончался сегодня в Лиме в кругу своей семьи”, – сказал Альвар Варгас Льоса.

    Варгас Льоса считается одним из писателей “бума” латиноамериканской прозы наряду с Хулио Кортасаром, Хорхе Луисом Борхесом и Габриэлем Гарсия Маркесом. Он написал такие книги, как “Город и псы”, “Капитан Панталеон и рота добрых услуг”, “Нечестивец, или Праздник Козла”, “Похождения скверной девчонки” и “Сон кельта”.

    В 2010 году Варгас Льоса получил Нобелевскую премию по литературе “за изображение структуры власти и яркие картины человеческого сопротивления, восстания и поражения”. Писатель также стал лауреатом премии “Ясная Поляна”.

  • Nobel mükafatı laureatı vəfat edib

    Məşhur Peru yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Mario Varqas Llosa vəfat edib.

    Bu barədə onun oğlu Alvaro “X” hesabında yazıb.

    Məlumata görə, yazıçının 89 yaşı olub.

    “Böyük kədər hissi ilə bildiririk ki, atamız Mario Varqas Llosa bu gün Limada ailəsinin əhatəsində vəfat edib”, – deyə Alvaro Varqas Llosa bildirib.

    Qeyd edək ki, Varqas Llosa Xulio Kortazar, Xorxe Luis Borxes və Qabriel Qarsia Markes ilə birlikdə Latın Amerikası nəsri “bumu”nun yazıçılarından biri hesab olunur. O, “Şəhər və itlər”, “Kapitan Pantaleon və yaxşı xidmətlər rotası”, “Pis adam və ya keçi bayramı”, “Dəcəl qızın sərgüzəştləri”, “Keltin yuxusu” kimi kitabların müəllifidir.

    2010-cu ildə Varqas Llosa hakimiyyət strukturlarının təsviri və insan müqaviməti, üsyanı və məğlubiyyətinin parlaq təsvirlərinə görə ədəbiyyat üzrə Nobel mükafatını qazanıb. Yazıçı, həmçinin “Yasnaya Polyana” mükafatının da laureatı olub.

  • В Мьянме зарегистрировали землетрясение магнитудой 5.3

    Землетрясение магнитудой 5.3 произошло в 10 км к западу от города Нейпьидо, столицы Мьянмы.

    Об этом сообщил Метеорологический департамент Таиланда.

    По его данным, землетрясение было зафиксировано в 03:02 по местному времени (00:02 по Баку – ред.), очаг залегал на глубине 10 км. В разных частях страны были отмечены подземные толчки магнитудой от 3.4 до 3.9. О разрушениях и пострадавших информации не поступало.

    Напомним, 28 марта на территории Мьянмы произошло разрушительное землетрясение. Метеорологический департамент Таиланда оценил его магнитуду в 8.2. От стихии также пострадал Таиланд, подземные толчки ощущались в Китае и Вьетнаме. По последним данным, число погибших в результате землетрясения в Мьянме достигло 3 689, более 5 000 человек получили ранения.

    После этого в стране несколько раз фиксировались сильные подземные толчки.

  • Myanmada zəlzələ baş verdi

    Myanmanın paytaxtı Neypido şəhərindən 10 km qərbdə 5.3 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Tailandın Meteorologiya Departamentindən məlumat verilib.

    Məlumata görə, yerli vaxtla saat 3:02-də (Bakı vaxtı ilə 0:02) qeydə alınan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Ölkənin müxtəlif bölgələrində 3.4-3.9 bal gücündə yeraltı təkanlar hiss edilib. Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

    Xatırladaq ki, martın 28-də Myanmada dağıdıcı zəlzələ baş verib. Tailandın Meteorologiya Departamenti zəlzələnin maqnitudasını 8.2 olaraq qiymətləndirib. Təbii fəlakət nəticəsində, həmçinin Tailand da zərər görüb, yeraltı təkanlar Çin və Vyetnamda da hiss olunub. Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı, son məlumatlara görə, 3 689-a yüksəlib, 5 000-dən çox insan xəsarət alıb.

    Bundan sonra ölkədə bir neçə dəfə güclü təkanlar qeydə alınıb.

  • В Таджикистане после землетрясения 13 апреля разрушено почти 100 домов

    Почти 100 жилых домов в двух районах Таджикистана оказались разрушены и еще несколько десятков зданий получили повреждения в результате землетрясения, произошедшего в стране 13 апреля, погиб один ребенок.

    Как передает Median.Az, об этом сообщили ТАСС в Центре управления кризисными ситуациями Комитета по чрезвычайным ситуациям и гражданской обороне (КЧС) при правительстве республики.

    В информации отмечается, что, по предварительным данным, в пяти селах Раштского района полностью разрушено 40 жилых домов, частично – 5 жилых домов, 3 чайханы и 1 вспомогательное сооружение школы. Кроме того, в селе Уштурпаст погиб трехлетний ребенок, зажатый стеной дома. О его гибели ранее сообщали в КЧС.

    “Всего в Таджикабадском районе, по предварительной информации, полностью разрушено 54 жилых дома, частично повреждено 45 домов, легкие повреждения получил 61 жилой дом и 2 здания среднего общеобразовательного учреждения, полностью повреждено 196 вспомогательных сооружений, частично повреждены 3 чайханы и 1 медицинское учреждение”, – добавили в ведомстве.

    На месте событий продолжает работу сформированная по поручению президента Таджикистана Эмомали Рахмона республиканская комиссия под руководством вице-премьера Сулаймона Зиёзоды. В состав комиссии также вошли председатель КЧС, руководство Комитета по строительству и архитектуре, Главного управления геологии и Института геологии, сейсмостойкого строительства и сейсмологии Национальной академии наук Таджикистана.

  • Tacikistanda zəlzələ nəticəsində təxminən 100 ev dağılıb

    Tacikistanda dünən baş verən güclü zəlzələ nəticəsində iki rayonda təxminən 100 ev dağılıb, onlarla bina zərər görüb, bir uşaq həlak olub.

    Bu barədə respublika hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin (FHK) Böhran Vəziyyətlərinin İdarəetmə Mərkəzindən məlumat verilib.

    Qeyd olunub ki, Raşt rayonunun beş kəndində 40 yaşayış evi tamamilə uçulub, beş yaşayış evi, üç çayxana və bir məktəbin köməkçi binası qismən dağılıb. Bundan əlavə, Uşturpast kəndində evin divarı altında qalan üç yaşlı uşaq həlak olub.

    “Tacikabad rayonunda, ümumilikdə 54 yaşayış evi tamamilə dağılıb, 45 ev qismən zədələnib, 61 yaşayış evi və iki orta təhsil müəssisəsi binası yüngül zədələr alıb, 196 köməkçi tikili tamamilə zədələnib, üç çayxana və bir tibb müəssisəsi qismən zədələnib”, – deyə qurumdan əlavə ediblər.

    Hadisə yerində Tacikistan Prezidenti Emoməli Rəhmonun tapşırığı ilə baş nazirin müavini Sulayman Ziyozoda rəhbərliyi altında yaradılmış respublika komissiyası işini davam etdirir.