Month: April 2025

  • Дело о смерти Назрин Мансуровой после ринопластики: суд продлил арест хирурга

    Суд продлил срок ареста хирурга Санана Мехдиева, привлеченного к уголовной ответственности в связи со смертью Назрин Мансуровой после операции по коррекции носа.

    Как сообщает Qafqazinfo, Насиминский районный суд принял такое решение на основании представления прокурора.

    Суд удовлетворил представление, учитывая сбор дополнительных доказательств. Согласно решению, срок содержания под стражей С.Мехдиева продлен еще на 2 месяца.

    Напомним, что 12 января стало известно о смерти жительницы Баку Назрин Мансуровой (1995 г.р.) в больнице, где она проходила лечение. В прокуратуре Насиминского района начали расследование по данному факту. Было установлено, что 3 января Н.Мансуровой была проведена ринопластика в одной из клиник в Насиминском районе столицы. Вскоре после хирургического вмешательства состояние пациентки резко ухудшилось, и она скончалась в больнице.

    По данному факту возбуждено уголовное дело по статье 314.2 УК (халатность, повлекшая по неосторожности смерть потерпевшего). Проводивший операцию врач Санан Мехтиев арестован.

  • Sənan Mehdiyevin həbs müddəti uzadıldı

    Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən cərrah Sənan Mehdiyevin həbs müddəti uzadılıb.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi prokurorun təqdimatı əsasında belə qərar qəbul edib.

    Məhkəmə əlavə sübutların toplanmasını nəzərə alaraq təqdimatı təmin edib. Qərara əsasən, Sənan Mehdiyevin həbsdə saxlanılma müddəti daha 2 ay uzadılıb.

    Xatırladaq ki, bu il yanvarın 12-də 30 yaşlı Nəzrin Aydın qızı Mansurova müalicə aldığı xəstəxanada vəfat edib. İlkin araşdırma zamanı N.Mansurovanın klinikaların birində rinoplastika əməliyyatı etdirməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Nəzrini əməliyyat edən cərrah Sənan Mehdiyev təqsirləndirilən şəxs qismində həbs edilib.

  • МЧС обратилось к населению: Не будьте безразличны

    Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана обратилось к населению в связи с ожидаемыми неблагоприятными погодными условиями на территории страны в ближайшие дни.

    Согласно информации Национальной службы гидрометеорологии, в ближайшие дни на территории Азербайджана ожидается неустойчивая погода с периодическими осадками. В отдельных районах прогнозируются сильные ливневые дожди, сели и паводки в горных реках, грозы и шквалистый ветер.

    В связи с этим МЧС призывает население соблюдать соответствующие правила безопасности. Чтобы защититься от селей и паводков, вызванных интенсивными осадками, рекомендуется держаться подальше от опасных селевых и паводковых зон, а в случае возникновения угрозы немедленно подняться на ближайшую возвышенность.

    Во время сильного ветра следует избегать легких и временных конструкций, зданий и рекламных щитов, не стоять под электрическими столбами, проводами и высокими деревьями. Учитывая трудности, создаваемые сильным ветром при тушении пожаров, в ветреную погоду следует особенно строго соблюдать правила пожарной безопасности. Кроме того, пользователи маломерных судов должны учитывать, что в таких погодных условиях выход в море запрещен.

    Чтобы защититься от опасностей, связанных с молнией, необходимо отключить электроприборы от сети, не разговаривать по телефону (стационарному, мобильному, таксофону и т.д.). На открытом воздухе не следует приближаться к линиям электропередач, громоотводам, водосточным трубам и антеннам, укрываться под высокими деревьями, а вместо этого выбирать относительно низкие места. Если вы находитесь в автомобиле, необходимо остановиться, поднять стекла и ждать окончания грозы.

    “Помните: безразличие к правилам – угроза нашей жизни!” – подчеркивается в обращении.

  • FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

    Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

    Müraciətdə deyilir:

    “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli güclü olacağı, dağ çaylarından sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.

    Qeyd olunanları nəzərə alaraq, FHN əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

    Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

    Həmçinin güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

    Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!”

  • Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyətlər verildi

    Prezident İlham Əliyev aqroparkların fəaliyyətinin təşkili, idarə olunması və inkişafı sahəsində əlavə tədbirlər və bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, fərmana əsasən, dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti (Yevlax Pilot Aqropark istisna olmaqla) İqtisadiyyat Nazirliyindən alınaraq Kənd Təsərrüfatı Nazirliyinə verilib.

    Kənd Təsərrüfatı Nazirliyi dövlət başçısının 21 dekabr 2021-ci il fərmanı ilə təsdiq edilmiş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulmuş aktları 6 ay müddətində qəbul etməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməli, İqtisadiyyat Nazirliyi bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

    Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi İqtisadiyyat Nazirliyinin Yevlax rayonunda yaratdığı aqropark istisna olmaqla digər aqroparklara rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi səlahiyyətinə malik olacaq.

  • В Азербайджане блогер арестован за хулиганство – ФОТО

    В Азербайджане арестован блогер.

    Сотрудники полиции задержали Васифа Фатиева, занимавшегося блогерской деятельностью в Бейлаганском и близлежащих районах, ранее судимого за преступления, связанные с наркотиками.

    По информации, В.Фатиев (1981 г.р.) на почве конфликта избил и нанес травмы 53-летнему мужчине.

    По данному факту возбуждено уголовное дело по статье 221 (хулиганство) Уголовного кодекса Азербайджанской Республики.

    Решением суда В.Фатиев арестован.

  • Xuliqanlıq edən bloqer həbs edildi – FOTO

    Bloqer xuliqanlıq hərəkətlərinə görə həbs edilib.

    Beyləqan və ətraf rayonlarda bloqerlik fəaliyyəti ilə məşğul olan, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Vasif Fətiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

    Məlumata görə 1981-ci il təvəllüdlü V.Fətiyev şəxsi münasibətlər zəminində 53 yaşlı şəxsi döyərək xəsarət yetirib.

    Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsilə cinayət işi açılıb və V.Fətiyev məhkəmənin qərarı ilə həbs edilib.

  • Korrupsiya barədə məlumat verən şəxs və yaxınlarına təzyiq edilməsi qadağan olundu

    Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qadağan edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

    Belə ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz.

    Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşəcək.

    Həmçinin orqanın rəhbəri müvafiq qurum daxilində bu tələblərə riayət olunmasını təmin etməlidir, həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olacaq.

    Qanunla qadağan edilən addımlara məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə bilər.

    Sözügedən qanuna əlavə edilən yeni maddəyə əsasən isə orqanların rəhbərləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların idarədaxili qaydada verilməsi mexanizmini müəyyən etməlidir.

    Eyni zamanda orqan rəhbərləri işçilərin və iş görən, yaxud xidmət göstərən digər şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul etmək səlahiyyətinə malik subyektlər, bu subyektlərə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara müraciət etmə qaydaları, müraciətə baxılmanın nəticəsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin hüquqları ilə tanış olmalarını təşkil etməlidirlər.

    Həmçinin orqanların rəhbərləri həmin orqanın strukturu, işçilərin say həddi, fəaliyyət istiqamətləri, iş həcmi nəzərə alınmaqla korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması üçün səlahiyyətli struktur bölmə müəyyən edəcəklər.

    Bundan başqa, qurumlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilərlər. Səlahiyyətli struktur bölmə öz funksiyalarını səmərəli yerinə yetirmək üçün fəaliyyətinə qanunsuz müdaxilələri istisna edən zəruri müstəqilliyə malik olmalıdır. Səlahiyyətli struktur bölmə işçilər barədə həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi, insan resurslarının idarə olunması və işçilərin qiymətləndirilməsində (attestasiyasında) birbaşa və ya dolayı yolla iştirak etməməlidir.

    Səlahiyyətli struktur bölmə orqanların rəhbərləri qarşısında hesabatlılıq və qərəzsizlik tələblərinə uyğun fəaliyyət göstərməlidir.

  • Президент выделил 1.5 млн манатов Госагентству автодорог Азербайджана

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о мерах по капитальному ремонту автомобильной дороги Сархадабад – Алиабад – Захметабад – Солтанкенд Джалилабадского района.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    1. в целях капитального ремонта автомобильной дороги Сархадабад – Алиабад – Захметабад – Солтанкенд, соединяющей 9 населенных пунктов с населением 7 000 человек, из суммы, указанной в подпункте 1.19.21 “Распределения средств, предусмотренных в государственном бюджете Азербайджанской Республики на 2025 год для государственных капиталовложений (инвестиционных расходов)”, утвержденного распоряжением Президента Азербайджанской Республики от 10 января 2025 года номер 445, выделить Государственному агентству автомобильных дорог Азербайджана первоначально 1.5 миллиона (один миллион пятьсот тысяч) манатов.

    2. Министерству финансов Азербайджанской Республики обеспечить финансирование в сумме, указанной в части 1 настоящего распоряжения.

    3. Министерству экономики Азербайджанской Республики предусмотреть в разделе расходов на государственные капиталовложения в проекте государственного бюджета Азербайджанской Республики на 2026 год финансовые средства для продолжения капитального ремонта автомобильной дороги, указанной в части 1 настоящего распоряжения.

    4. Кабинету министров Азербайджанской Республики решить вопросы, вытекающие из настоящего распоряжения”.

  • Prezident dövlət agentliyinə 1.5 milyon manat ayırdı

    Prezident İlham Əliyev Cəlilabad rayonunun Sərhədabad – Əliabad – Zəhmətabad – Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Median.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad – Əliabad – Zəhmətabad – Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1.5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.