Month: April 2025

  • Президент Азербайджана Ильхам Алиев прибыл с рабочим визитом в Турцию

    10 апреля Президент Азербайджанской Республики Ильхам Алиев по приглашению турецкого коллеги Реджепа Тайипа Эрдогана прибыл с рабочим визитом в Турцию для участия в IV Анталийском дипломатическом форуме.

    Как сообщает АЗЕРТАДЖ, в международном аэропорту Антальи Президента Ильхама Алиева и первую леди Мехрибан Алиеву встретили губернатор города Анталья Хулуси Шахин и другие официальные лица.

  • İlham Əliyev Türkiyədə işgüzar səfərdədir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyədə işgüzar səfərdədir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşıladılar.

  • Натаван Байрамова освобождена от должности

    Пресс-секретарь Государственной миграционной службы Натаван Байрамова покинула занимаемую должность.

    Как сообщает bakupost.az, она представила заявление об увольнении начальнику службы Вюсалу Гусейнову.

    “Пока не хочу давать комментарии по этому поводу. В подходящее время я предоставлю соответствующую информацию в соцсетях”, – подчеркнула Н.Байрамова.

    Отметим, что Натаван Байрамова была назначена на эту должность в феврале 2023 года. С 2019 года по декабрь 2022 года она работала начальником отдела пресс-службы в ЗАО “Азербайджанские железные дороги”.

  • Natəvan Bayramova vəzifədən azad edildi

    Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova tutduğu vəzifədən gedib.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, o, işdən azad olunması ilə bağlı ərizəsini Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova təqdim edib.

    “Hələlik bu barədə açıqlama vermək istəmirəm. Uyğun bir zamanda məsələ ilə bağlı sosial şəbəkə hesabımda məlumat verəcəyəm”, – deyə Natəvan Bayramova vurğulayıb.

    Qeyd edək ki, Natəvan Bayramova bu vəzifəyə 2023-cü ilin fevralında təyin edilmişdi. 2019-cu ildən 2022-ci ilin dekabr ayınadək isə o, “Azərbaycan Dəmir Yolları” QSC-də Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsində çalışıb.

  • Завтра в одном из поселков Баку возникнут перебои в подаче воды

    Завтра в поселке Забрат Сабунчинского района Баку возникнут перебои в подаче воды.

    Об этом сообщает Median.Az со ссылкой на Объединенную службу водоснабжения крупных городов при Государственном агентстве водных ресурсов Азербайджана.

    Подача воды будет прекращена в связи с ремонтными работами 11 апреля с 10:00 до вечера.

  • Sabah Bakının bir qəsəbəsində su olmayacaq

    Sabah Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində içməli su təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

    Bildirilib ki, Zabrat qəsəbəsini içməli su ilə təchiz edən xətdə aparılacaq təmir işləri ilə əlaqədar aprelin 11-də saat 10:00-dan axşam saatlarına qədər qəsəbəyə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

    İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

  • Toyu günü ölümlə nəticələnən qəza törədən bəyə hökm oxundu

    Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərid Rəsulovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Zülfüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə 21 sentyabr 2024-cü il tarixdə, saat 17:00-da Naxçıvan-Sədərək avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən yolun 23-cü kilometrliyində qeydə alınıb.

    Belə ki, Fərid Rəsulovun etibarnamə ilə idarə etdiyi “Ford Fusion” markalı avtomobil hərəkətdə olarkən VAZ-2106 markalı maşınla toqquşub. Nəticədə VAZ-2106-nın sürücüsü Təbriz Fəxrəddin oğlu Məmmədov hadisə yerində ölüb. Avtomobildəki sərnişin Təbriz Yadulla oğlu Əsgərli ağır xəsarət alıb. Həmçinin, qəza zamanı Fərid Rəsulov və onun avtomobilindəki sərnişinlər – Elvin Zeynalabdin oğlu Tağıyev və Tayfun Amin oğlu Qulubəyli ciddi xəsarət alıblar.

    Cinayət materiallarında qeyd edilib ki, hadisə günü Fərid Rəsulovun toyu olacaqmış. O, həmin gün dostlarını Şərur rayonundakı “Anadolu” restoranından idarə etdiyi maşını ilə götürüb, şəhərə gəlini aparmağa gediblər. Sonra yolda qəza baş verib.

  • Мощный взрыв на угольной шахте в Турции: есть пострадавшие

    На угольной шахте Хыркатепе в районе Наллыхан провинции Анкара (Турция) произошел мощный взрыв.

    Как сообщает Median.Az со ссылкой на турецкое информагентство İHA, в результате происшествия пострадали 13 шахтеров, двое из которых находятся в тяжелом состоянии.

    Отмечается, что инцидент произошел во время ночной смены. По информации, причиной взрыва стала утечка газа.

  • Türkiyədə kömür mədənində güclü partlayış – Xəsarət alanlar var

    Ankaranın Nallıhan rayonunda yerləşən Hırkatəpə kömür mədənində güclü partlayış baş verib.

    Median.Az Türkiyənin İHA agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı13 işçi xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

    Qeyd olunur ki, hadisə mədəndə gecə növbəsi zamanı baş verib. Partlayışın qaz sızması nəticəsində meydana gəldiyi bildirilir.

  • İzmirdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr olunmuş panel-konfrans keçirilib

    “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Bakı Dövlət Universiteti, Türkiyənin Dokuz Eylül Universiteti və İzmir Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin tərəfdaşlığı ilə 9 aprel 2025-ci il tarixində İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetində “20-ci əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və sürgünlər” mövzusunda panel-konfrans keçirilib.

    Tədbirdən öncə panel-konfrans iştirakçılarını qarşılayan Dokuz Eylül Universitetinin rektoru professor Bayram Yılmaz onları universitetdə salamlamaqdan məmnun olduğunu ifadə edib, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin təhsil və elm sahəsində də möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb. Rektor bu təşəbbüsə görə təşkilatçılara təşəkkürünü bildirib və tədbirin uğurla keçəcəyinə əminliyini ifadə edib.

    Tədbir iki ölkənin dövlət himnlərinin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra tədbirin moderatoru, Dokuz Eylül Universitetinin professoru Dilşen İnce Erdoğan iştirakçıları salamlayaraq panel-konfrans barədə məlumat verib.

    Açılış nitqləri ilə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) İdarə Heyətinin sədri Pərviz Altay bu tədbirin keçirilməsinin vacibliyindən, xüsusilə XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların tarixə əsaslanan faktlarla dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıblar.

    Daha sonra panel müzakirələrinə start verilib. Paneldə Dokuz Eylül Universitetinin tarix fakültəsinin professoru Dilşen İnce Erdoğan, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dosenti Aydın Məmmədov, Aydın Adnan Menderes Universitetinin professoru Ahmet Toksoy və Dokuz Eylül Universitetinin İctimai-Hüquq fakültəsinin dosenti Uğur Samancı çıxış edərək 20-ci əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımları və deportasiyalar barədə elmi araşdırmalara əsaslanan təqdimatlarla çıxış ediblər. Məruzəçilər tarixi sənədlər və arxiv materialları əsasında soyqırımı hadisələrinin miqyasını, səbəblərini və nəticələrini təhlil ediblər.

    Panel-konfrans iştirakçılar – yerli ictimaiyyət və universitet tələbələri tərəfindən böyük maraqla qarşılanıb və tədbirin sonunda mövzu ilə bağlı sual-cavab sessiyası təşkil olunub.

    Qeyd edək ki, keçirilmiş panel-konfrans, 2024-cü ildə Türkiyənin Ege Universitetində təşkil olunmuş analoji mövzulu tədbirin davamı kimi gerçəkləşdirilib. Azərbaycan həqiqətlərinin beynəlxalq elmi platformalarda sistemli şəkildə təqdim olunması məqsədi daşıyan bu təşəbbüs çərçivəsində növbəti konfransın 11 aprel 2025-ci il tarixində Eskişehir şəhərindəki Anadolu Universitetində keçirilməsi nəzərdə tutulur.