Month: April 2025

  • Bakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ÖDƏNİLDİ

    Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının pensiyaları ödənilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat verib.

    Bildirilib ki, yaxın günlərdə ölkənin digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

  • Объявлен годовой уровень инфляции в Азербайджане

    В марте 2025 года индекс потребительских цен в Азербайджане составил 105.9% по сравнению с мартом 2024 года, в том числе по продовольственным товарам, напиткам и табачным изделиям – 106.5%, по непродовольственным товарам – 102.8%, по платным услугам, оказанным населению – 107.5%.

    Об этом сообщили в Государственном комитете статистики.

    В марте 2025 года индекс потребительских цен по сравнению с предыдущим месяцем составил 100.6%, а в январе-марте по сравнению с соответствующим периодом предыдущего года – 105.6%.

  • Azərbaycanda illik inflyasiyanın dərəcəsi açıqlandı

    2025-ci ilin mart ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2024-cü ilin mart ayına nisbətən 105.9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106.5 faiz, qeyri-qida məhsulları üzrə 102.8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107.5 faiz təşkil edib.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105.6 faiz təşkil edib.

  • Опубликован список подорожавших и подешевевших товаров в Азербайджане

    В марте 2025 года по сравнению с предыдущим месяцем наибольшее подорожание среди отдельных продуктов питания было зафиксировано на рыбу и рыбные продукты, молоко и молочные изделия, столовый маргарин, сливочное масло, подсолнечное и кукурузное масло, лимоны, апельсины, бананы, яблоки, груши, киви, грецкие орехи, фундук, капусту, брокколи, помидоры, сладкий перец, баклажаны, свеклу, морковь, чеснок, лук, картофель, кофе, какао, газированные и негазированные напитки, сигареты. В то же время снижение цен наблюдалось на муку, яйца, зелень, огурцы.

    Об этом Median.Az сообщает со ссылкой на Государственный комитет статистики.

    Отмечается, что в марте 2025 года индекс потребительских цен на непродовольственные товары составил 100.1% по сравнению с предыдущим месяцем, а за период с января по март – 102.7% по сравнению с аналогичным периодом прошлого года. В марте по сравнению с предыдущим месяцем наблюдалось удорожание кирпича, цемента, ортопедических матрасов, мебели, ювелирных изделий, в то время как цены на бытовую технику, мобильные телефоны и телевизоры снизились. Существенных изменений в ценах других непродовольственных товаров не произошло.

  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

    Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox artım balıq və balıq məhsullarının, süd və süd məhsullarının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, kələmin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, siqaretin qiymətlərində müşahidə edilib.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından azalma isə unun, yumurtanın, göyərtinin, xiyarın qiymətlərində müşahidə olunub.

    Qeyd edilib ki, 2025-ci ilin mart ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.1 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102.7 faiz təşkil etmişdir. Mart ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sementin, ortopedik döşəklərin, mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının, mobil telefonların, televizorların qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

  • Стало известно о состоянии подвергшихся нападению бродячих собак в Сумгайыте детей

    Стало известно о состоянии детей, подвергшихся минувшим днем нападению бродячих собак в 12-м микрорайоне Сумгайыта.

    В ответ на запрос Oxu.Az в Объединении по управлению медицинскими территориальными подразделениями (TƏBİB) заявили, что лечение мальчика (2020 г.р.), поступившего 9 апреля в 18:00 в Детскую больницу при Сумгайытском медицинском центре с диагнозом “укус собаки”, продолжается.

    “Состояние пациента, у которого была диагностирована укушенная рваная рана области головы, оценивается как стабильное. Каждому из пяти пострадавших, госпитализированных в Детскую больницу, оказана необходимая медицинская помощь. Четверо человек, состояние которых оценено как удовлетворительное, после соответствующих прививок были выписаны на амбулаторное лечение”, – говорится в сообщении.

  • Sumqayıtda sahibsiz itlərin hücumuna məruz qalan uşaqların SON VƏZİYYƏTİ açıqlandı

    Ötən gün Sumqayıt şəhərinin 12-ci mikrorayon ərazisində sahibsiz itlərin hücumuna məruz qalan uşaqların son vəziyyəti açıqlanıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 9-u saat 18:00-da it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına yerləşdirilən 2020-ci il təvəllüdlü şəxsin (kişi cinsli) müalicəsi davam etdirilir.

    “Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir. Digər beş nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan dörd nəfər isə ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda vurğulanır.

  • ЦБА дал указание банкам усилить контроль в связи с киберпреступностью

    В Центральном банке Азербайджана (ЦБА) выразили отношение к тому, что в последнее время гражданам предлагают оформить кредиты с банковских карт на их имя на 10-15 тысяч манатов и большую сумму.

    Как сообщили в ответ на запрос АПА в ЦБА, повышение киберустойчивости финансовых институтов, усиление информационной безопасности, в том числе внедрение адекватных механизмов контроля над киберугрозами и рисками, формирование структуры регулирования на основе рисков и другие меры в этом направлении постоянно находятся в центре внимания Центрального банка.

    “С учетом требований стандартов ISO/IEC 2700X Международной организации по стандартизации ЦБА установлены минимальные требования по информационной безопасности в банках, действующих в стране, и в местных филиалах иностранных банков. Центробанк поручил всем банкам принять меры по повышению осведомленности и усилению контроля за тем, чтобы потребители банковских услуг были бдительны в связи со случаями мошенничества, ни при каких обстоятельствах не предоставляли информацию о своих банковских картах третьим лицам”, – добавили в ЦБА.

  • AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib

    Azərbaycan Mərkəzi Bankın (AMB) son zamanlar vətəndaşların bank kartlarından onların adına 10-15 min manat və daha böyük məbləğlərdə kredit rəsmiləşdirməsi məsələsinə münasibət bildirib.

    Median.Az xəbər verir ki, APA-ya AMB-dən bildirilib ki, maliyyə institutlarında kiberdayanıqlığın yüksəldilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi, o cümlədən kibertəhdid və risklərə qarşı adekvat nəzarət mexanizmlərinin tətbiqi, risk əsaslı tənzimləmə çərçivəsinin formalaşdırılması və bu istiqamət üzrə digər tədbirlər Mərkəzi Bankın daim diqqət mərkəzindədir.

    Bu məqsədlə, AMB tərəfindən 2023-2026-cı illər üçün “Maliyyə bazarları üzrə kibertəhlükəsizlik Strategiyası” hazırlanıb və onun tətbiqinə başlanılıb. Bununla yanaşı, “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair” Tələblər qüvvəyə minib. Həmin tələblərdə, misal üçün, fərdi məlumatların üçüncü şəxslərə icazəsiz ötürülməsinin qarşısının alınması, bu məlumatların müvafiq şifrələnmə metodları ilə qorunması və nəzarət subyektləri tərəfindən müştəriləri informasiya təhlükəsizliyi ilə əlaqədar azı rübdə bir dəfə maarifləndirməsi kimi tələblər yer alır.

    2025-ci ilin yanvar ayında “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası” qəbul edilib. Qayda bankda kredit dələduzluğu, pul vəsaitlərinin mənimsənilməsi, saxtakarlıq halları, müştəri hesablarının ələ keçirilməsi, kiberhücumlar kimi bankdaxili və bankdankənar dələduzluq halları üzrə risk hadisələrinin aşkarlanmasına, reyestrinin aparılmasına, hesabatlığına, monitorinqinə və bu cür risk hadisələrinin qarşısının alınması məqsədilə bankın biznes proseslərinin təkmilləşdirilməsinə dair tələbləri tənzimləyir.

    Həmçinin qeyd edilib ki, AMB-nin “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda məsafədən bank hesablarının açılması və istehlak krediti müqaviləsinin bağlanması zamanı dələduzluq risklərinin minimallaşdırılması məqsədilə müştərini dürüst müəyyənləşdirməyə dair, o cümlədən video zəng və video çəkiliş aparılmasına dair tələblər müəyyən olunur. Bununla yanaşı, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanuna və Mərkəzi Bankın “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”na əsasən, ödəniş hesabına məsafədən (internet, telefon və digər kommunikasiya kanalları vasitəsilə) daxil olduqda, habelə bir təmassız ödənişin məbləği 100 manat (və ya ekvivalentindən), bu cür əməliyyatların günlük həcmi isə 500 manat və ya ekvivalentindən artıq olduqda banklar tərəfindən ikili autentifikasiyanı özündə əks etdirən gücləndirilmiş müştəri autentifikasiya tədbirləri həyata keçirilməlidir. Həmçinin sözügedən qaydaya əsasən, banklar avtorizə edilməmiş və ya fırıldaqçılıq əməliyyatlarını aşkar edən əməliyyatların monitorinqi mexanizminə sahib olmalıdır.

    Eyni zamanda, banklarda informasiya və kibertəhlükəsizliyin təmin olunması, dələduzluğa qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupları çərçivəsində davamlı iş aparılır, aidiyyəti hüquq mühafizə orqanlarının nümayəndələri cəlb olunmaqla müzakirələr təşkil olunur.

    Bundan əlavə, bütün maliyyə institutları əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halları, o cümlədən dələduzluqla bağlı halları aşkar etdikdə bu barədə məlumat və sənədləri Maliyyə Monitorinqi Xidmətinə (MMX) təqdim etməlidirlər. MMX şübhəli hallara dair əldə edilmiş məlumat və sənədlərin keyfiyyətini qiymətləndirir, şübhəli halların müəyyən edilməsi, eləcə də risk qiymətləndirilməsinin aparılması məqsədilə taktiki və strateji təhlil metodlarından istifadə edir. Əgər aparılan təhlil zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və ya digər cinayətlərin əlamətləri müəyyən edilərsə, bu barədə məlumat və sənədlər dərhal aidiyyəti cinayət təqibi orqanına təqdim edilir.

    Mərkəzi Bank maliyyə institutularına münasibətdə apardığı yoxlamalar zamanı cinayət yolu ilə əldə edilmiş əmlakla bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halları araşdırır və əgər müvafiq məlumat və sənədlərin MMX-yə göndərilmədiyini aşkar edərsə, dərhal onların həmin quruma təqdim edilməsini təmin edir, onların təqdim edilməməsinin səbəblərini araşdırır və onları təqdim etməyən maliyyə institutlarına qarşı inzibati və ya qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri tətbiq edir.

    “Mərkəzi Bank tərəfindən Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO/IEC 2700X standartlarının tələbləri nəzərə alınmaqla ölkədə fəaliyyət göstərən banklarda və xarici bankların yerli filiallarında informasiya təhlükəsizliyinə dair minimum tələblər müəyyən edilib. Mərkəzi Bank tərəfindən bütün banklara bank xidmətlərinin istehlakçılarının dələduzluq hallarına qarşı ehtiyatlı olmaları, kart məlumatlarını heç bir halda üçüncü şəxslərə təqdim etməmələri üçün məlumatlılığın artırılması istiqamətində tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi göstərişi verilib”, – deyə AMB-dən əlavə edilib.

  • Evini əxlaqsızlıq yuvasına çevirən qadınla bağlı qərar çıxarıldı

    Ali Məhkəmədə qanunsuz fahişəliyə cəlb etməkdə təqsirləndirilən Məfkurə Mustafayevanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

    Qeyd edək ki, Şamaxı şəhərində yaşayan 1959-cu il təvəllüdlü M.Mustafayeva hadisədən 6 il əvvəl də oxşar əməllərə görə məsuliyyətə cəlb edilib və barəsində ittihamedici hökm çıxarılıb. Lakin həmin vaxt M.Mustafayeva Şamaxı Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək bəraət alıb. Buna baxmayaraq, o, həmin əməllərə davam edib. Belə ki, Şamaxı şəhərində yerləşən evini fahişəliklə məşğul olan qadınlara gecəsi 20-30 manata kirayə verib. Həmçinin bir neçə qadını, eləcə də qonşusunu fahişəliyə cəlb edərək pul müqabilində müxtəlif şəxslərlə görüşdürüb.

    Eyni zamanda, məlum olub ki, M.Mustafayeva barəsində Xəzər rayonunda Cinayət Məcəlləsinin 188-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə də cinayət işi mövcuddur. Şamaxı Rayon Məhkəməsi 6 ildən sonra M.Mustafayevanı yenə eyni əməllərə görə məhkum edib. O, Cinayət Məcəlləsinin 243 və 244-cü (fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə təqsirli bilinib. Şamaxı və Xəzər Rayon məhkəmələrinin hökmləri birləşdirilərək 65 yaşlı qadına 6 500 manat pul cəriməsi və bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun ayağına elektron nəzarət cihazı yerləşdirilib. Sumqayıt Apellyasiya Məhkəməsi qadının apellyasiya şikayətini təmin etməyib.