Month: April 2025

  • Prezident: “Ermənistan Araz çayını çirkləndirir”

    “Jurnalistlərin, həmçinin ziyalıların səfərləri təşkil edilə, bəlkə də transsərhəd çaylarla bağlı birgə tədbirlər keçirilə bilər. Biz bununla bağlı mövqeyimizi dəfələrlə bildirmişik, çünki Ermənistan Araz çayını çirkləndirir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

    Dövlətimizin başçısı deyib: “Əgər biz Azərbaycan istiqamətində bu məsələləri müzakirə edə bilsək, yaxşı olar. Bu, praktiki addımları göstərir və etimadın olmamasını belə kiçik addımlarla tədricən azalda bilərik. Bu, illər tələb edəcək, lakin biz bununla azalda bilərik”.

  • “Liverpul”un sabiq israilli futbolçusunun evinə bomba atıldı

    İngiltərənin “Vest Hem”, “Arsenal”, “Liverpul” və “Çelsi” klublarında çıxış etmiş israilli futbolçu Yossi Benayunun evinə əl qumbarası atılıb.

    Median.Az “The Sun”a istinadla xəbər verir ki, polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

    Məlumata görə, təhlükəsizlik qüvvələri baş verən hadisənin İsrail-Qəzza müharibəsi ilə heç bir əlaqəsi olmadığını bildirib. Əl qumbarası evin önündən keçən motosikletçi tərəfindən atılıb.

    Sabiq futbolçu baş verənlərlə bağlı bunları söyləyib:

    “Əvvəlcə qaz balonunun partladığını düşündüm və yanğınsöndürənləri çağırdıq. Amma polislər evə gələrək qumbaranın qalıqlarını tapdıqda, əslində nə baş verdiyini anladıq”.

    Qeyd edək ki, Premyer Liqanın bir sıra klublarında forma geyinən Yossi “Liverpul”dakı çıxışı ilə azarkeşlərin sevimlisinə çevrilib.

  • Президент Азербайджана: Мы готовы начать делать небольшие шаги в мерах по укреплению доверия

    Я уже много раз публично заявлял, чего мы ждем от Армении в отношении нашей территориальной целостности и их конституции. Как только это будет сделано и будет подписано мирное соглашение, и тогда не будет никаких препятствий для Южного Кавказа, чтобы попытаться стать интегрированным регионом.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев на проходящем в Университете АДА международном форуме на тему “К новому миропорядку”.

    “Я думаю, что это может быть беспроигрышной ситуацией для трех стран Южного Кавказа. И будучи реалистами, конечно, мы не можем себе представить, что сразу же станем друзьями с Арменией. Это нереально, и даже говорить о какой-то экономической интеграции преждевременно. Но мы готовы к тому, чтобы начать делать небольшие шаги в мерах по укреплению доверия”, – отметил глава государства, подчеркнув, что в последнее время были определенные инициативы, и мы будем ждать позиции армянской стороны.

  • Azərbaycan Prezidenti: “Kiçik addımlarla başlayaraq etimadı qura bilərik”

    “Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

    “Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik”, – deyən dövlətimizin başçısı bildirib ki, bu yaxınlarda təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik.

  • Президент Азербайджана: Армения лишила себя возможности стать важной транзитной страной

    Армения лишила себя возможности стать важной транзитной страной для азербайджанских энергоресурсов и транспортных маршрутов.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев на проходящем в Университете АДА международном форуме на тему “К новому миропорядку”.

    “Весь транзит из Азербайджана, в том числе нефть, газ и грузы, идёт через Грузию. Так что Армения могла бы быть частью этого процесса. Это их вина, что они просчитались насчет будущего развития и пожертвовали своим экономическим будущим, своей реальной независимостью ради мечты о “великой Армении”, – отметил глава государства.

  • Prezident: “Ermənistan Azərbaycanın nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi”

    “Ermənistan Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün tranzit ölkəyə çevrilə bilərdi”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

    Dövlətimizin başçısı əlavə edib: “Azərbaycandan neft, qaz və yaxud digər yüklərin daşınması Gürcüstan ərazisi ilə gedir və Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Bu, onların səhvidir. Onlar öz gələcək inkişaflarını səhv hesabladılar və beləliklə, özlərini iqtisadi gələcəklərindən məhrum etdilər. Bununla əlaqədar onların real müstəqilliyi əngəlləndi. Onlar “böyük bir Ermənistan” xülyası ilə yaşayırdılar”.

  • Президент Азербайджана: В отношении мирного соглашения мяч на стороне Армении

    Если будет подписано соглашение между Азербайджаном и Арменией, то, конечно, тогда не будет никаких препятствий для начала сотрудничества.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев на проходящем в Университете АДА международном форуме на тему “К новому миропорядку”.

    “Думаю, что нам не следует терять времени, потому что, опять же, в отношении мирного соглашения мяч на стороне Армении. Я уже много раз публично заявлял, чего мы ждем от Армении в отношении нашей территориальной целостности и их конституции”, – подчеркнул глава государства.

  • Azərbaycan Prezidenti: “Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir”

    “Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

    Dövlətimizin başçısı deyib: “Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm”.

  • Ильхам Алиев: Армянская оккупация азербайджанских земель не позволила Южному Кавказу развиваться

    К сожалению, армянская оккупация азербайджанских земель не позволила Южному Кавказу развиваться как более или менее интегрированный регион. У нас были все шансы для этого.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев на проходящем в Университете АДА международном форуме на тему “К новому миропорядку”.

    “Однако агрессия, разруха и страдания азербайджанского народа не позволили этому случиться. Южный Кавказ не был интегрирован, хотя с экономической точки зрения, с точки зрения транспортных путей и, конечно, энергетической безопасности, это могло бы произойти. Отношения между Азербайджаном и Грузией являются наглядным примером всех тех сегментов, о которых я только что говорил, – энергетическая безопасность, транспорт, политический диалог, инвестиции, экономические преимущества. Армения фактически лишила себя всего этого. Фактически, в результате оккупации и агрессии она лишила себя возможности стать важной транзитной страной для азербайджанских энергоресурсов и транспортных путей”, – отметил глава государства.

  • İlham Əliyev: “Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb”

    “Əfsuslar olsun ki, Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb. Bizim bütün şanslarımız var idi”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib.

    Dövlətimizin başçısı deyib: “Bütün dağıntılara, Azərbaycan xalqının əzab-əziyyətlərinə baxmayaraq, belə bir inkişaf baş tutmadı. Cənubi Qafqaz regionu həm iqtisadi, həm də nəqliyyat marşrutları baxımından bu imkanları itirdi. Əgər biz Azərbaycan-Gürcüstan münasibətlərinə baxsaq, görə bilərik ki, enerji təhlükəsizliyi, nəqliyyat, sərmayə, siyasi dialoq – bütün bunlar üstünlük gətirir. Əslində, Ermənistan özünü bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində o, tranzit ölkəyə çevrilə bilmədi”.