Month: April 2025

  • Prezident: “COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq”

    “Biz Afrikada yaşayan dostlarımıza lazım olduğu zaman dəstəyimizi veririk”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

    Dövlətimizin başçısı qeyd edib: “COVID zamanı biz 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdıq. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi. Biz müxtəlif vasitələrlə təhsil, tibbi proqramlara dəstək veririk”.

  • İlham Əliyev: “Hazırda ABŞ ilə çox güclü münasibətlər bölgəmiz üçün vacibdir”

    “Onların (Tramp Administrasiyası – red.) indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanacaq və qeyd edə bilərəm ki, hazırda onlarla çox güclü münasibətlər bu bölgə üçün vacibdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

    Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib ki, bizim Qoşulmama Hərəkatında güclü mövqeyimiz, Mərkəzi Asiya ilə yaxşı əlaqələrimiz var. İqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğumuzu vurğulayan Prezident əlavə edib:

    “Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik”.

  • Küçədə sevgilisinin barmaqlarını sındıran şəxsə hökm oxundu

    Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Azay Cəbiyevin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Azay Cəbiyevə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

    İttihama görə, hadisə 8 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən binalardan binanın qarşısında qeydə alınıb. Belə ki, Azay Cəbiyev qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu zərərçəkmiş Günay Quliyeva (adı və soyadı şərtidir) ilə mübahisə edib. Bu zaman o, qadının ünvanına nalayiq ifadələr işlədərək, heç bir əsaslı səbəb olmadan onun sağ əlinin barmaqlarını qəsdən buraraq sındırıb. Sonra Azay Günayın sol bazu nahiyəsinin və sol diz nahiyəsinin qançırları kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirib. Hadisədən sonra Azay Cəbiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

    Azay Cəbiyev məhkəmə ifadəsində bildirib ki, taksi fəaliyyəti ilə məşğul olur, Günay onun maşınına müştəri qismində əyləşən zaman tanış olub. Sonra onların arasında sevgi münasibətləri yaranıb və birgə yaşayıblar. Bu münasibətlərdən uşaq dünyaya gəlib. Azay kirayə pulunu ödəyə bilmədiyi üçün qadın anasının yanında yaşamağa başlayıb və bundan sonra onların arasında münasibətlər pozulub.

  • Məşhur rusiyalı aktyor Mixail Yefremov azadlığa çıxdı

    Bu gün məşhur rusiyalı aktyor Mixail Yefremov məhkəmənin şərti-vaxtından əvvəl azad edilmə qərarı ilə Belqorod vilayətindəki 4 saylı islah koloniyasından azad edilib.

    Bu barədə aktyorun vəkili Yuri Padalko Msk1.ru-ya bildirib.

    Onun sözlərinə görə, vaxtından əvvəl azad edilmənin səbəbi Yefremovun səhhətinin ciddi şəkildə pisləşməsi olub.

    Xatırladaq ki, Mixail Yefremov 2020-ci ilin iyun ayında Moskvanın mərkəzində törətdiyi ölümlə nəticələnən yol qəzasına görə 7.5 il azadlıqdan məhrum edilmişdi. Aktyor spirtli içki təsiri altında olarkən yolsuzluq avtomobili ilə qarşı zolağa çıxmış və furqonla toqquşmuşdu. Qəza nəticəsində furqonun sürücüsü ağır xəsarətlər almış və reanimasiyada vəfat etmişdi.

    İlkin olaraq Moskvanın Presnenski məhkəməsi Yefremovu səkkiz il koloniya cəzasına məhkum etmiş, lakin sonradan Moskva Şəhər Məhkəməsi, aktyorun həlak olanın ailəsinə mənəvi zərəri tam ödədiyini nəzərə alaraq, cəzanı 7.5 ilə endirmişdi. Ümumilikdə Mixail Yefremov həbsdə 4.5 il keçirib.

    Vəkil Yuri Padalkonun bildirdiyinə görə, Mixail Yefremova xroniki obstruktiv ağciyər xəstəliyi diaqnozu qoyulub, bu da daimi öskürək, təngnəfəslik və ümumi zəiflik şəklində özünü göstərir. Ciddi sağlamlıq problemləri səbəbindən aktyor üçün hərəkət etmək və danışmaq çətinləşib.

    2025-ci il martın 24-də Belqorod vilayətinin Alekseyevski Rayon Məhkəməsi müdafiə tərəfinin vəsatətinə baxaraq, Mixail Yefremovun şərti-vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edib. Cəzasının qalan hissəsini, yəni 3.5 ili, aktyor hüquq-mühafizə orqanlarının nəzarəti altında evdə keçirəcək. Ona yaşadığı yer üzrə polis və ya Cəzaların İcrası Federal Xidmətinin Baş İdarəsində mütəmadi olaraq qeydiyyatdan keçmək tapşırılıb. Bundan əlavə, məhkəmə Yefremovu avtomobil idarə etmək hüququndan məhrum edib.

  • Metronun “28 May” stansiyası BAĞLANIR? – RƏSMİ AÇIQLAMA

    “Metronun “28 May” stansiyası bağlanmır. Elə bir məlumat yoxdur”.

    Bunu oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

    O bildirib ki, “28 May” stansiyasından qatarların “Dərnəgül” stansiyası istiqamətində hərəkətinə məhdudiyyət “Cəfər Cabbarlı” – “Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə tətbiq olunacaq:

    “Bu işlərə ilin son rübündə başlanılması nəzərdə tutulub. Sərnişinlərin “qırmızı” və “yaşıl” xətlərdən, həmçinin “28 May” və “Nizami” stansiyalarından bir-birinə keçidinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək”.

  • Balakəndə qadın hamamda ölü tapılıb

    Balakəndə qadın evində ölü tapılıb.

    Limona Nemət qızı İsayeva Balakən rayonunun Talalar kəndi ərazisində yerləşən fərdi yaşayış evinin hamamında yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Президент: То, как будет развиваться послевоенная ситуация, зависит от Армении

    То, как будет развиваться послевоенная ситуация, зависит в основном от Армении.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев на проходящем в Университете АДА международном форуме на тему “К новому миропорядку”.

    “Мы восстановили свою территориальную целостность, суверенитет, покончили с сепаратизмом и взяли под контроль свои границы. И для нас этот вопрос закрыт. Но это не значит, что мы будем просто игнорировать потенциальные угрозы и потенциальную опасность”, – отметил глава государства, подчеркнув, что мы всегда должны быть готовы дать отпор.

  • Prezident: “Müharibədən sonrakı vəziyyətin necə inkişaf edəcəyi Ermənistandan asılıdır”

    “Müharibədən sonrakı vəziyyət necə inkişaf edəcək? Bu, əsasən Ermənistandan asılıdır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

    “Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq”, – deyən dövlətimizin başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq.

  • Tibo Kurtua: “Raysın qolları gözəl idi”

    “İkinci hissədə necə futbol oynamalı olduğumuzu unutduq”.

    Bunu “Real Madrid” klubunun təcrübəli qolkiperi Tibo Kurtua jurnalistlərin suallarını cavablandırarkən deyib.

    “Deklan Raysın qolları gözəl, etdiyimiz cərimələr isə gərəksiz idi. Bu hesabdan geridönüş etmək çox çətin görünsə də başqa yolumuz yoxdur. Bu oyunda sadəcə üç qol buraxdığımız üçün çox şanslıyıq. İkinci hissədə necə futbol oynamalı olduğumuzu unutmuşduq”.

    Qeyd edək ki, UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk oyununda “Arsenal” klubu “Real Madrid”i 3:0 hesabı ilə məğlub edib.

  • DİN: Kiberüsullarla vətəndaşların 87 min manatı talanıb

    Aprelin 8-də müxtəlif kiberüsulla vətəndaşların 87 067 manatı talanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, xarici müdaxilələrlə vətəndaşların aldadılaraq bank kartlarından talamalar davam edir:

    “Kiberməkanda sxemlər tez-tez dəyişir, lakin prinsiplər dəyişmir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda, bank kartında olan pul vəsaitinizi talayacaqlar.

    Aprelin 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla – 20 000, 17 000, 16 000, 15 000, 7 800, 4 650, 2 538, 1 006, 900, 850, 500, 350, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

    Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.