Month: April 2025

  • Mərkəzi Bank “Azərpoçt”u cərimələdi – 50 000 ödəyəcək

    “Azərpoçt” MMC 50 000 (əlli min) manat cərimələndi.

    Buna səbəb, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulmasıdır. Həmçinin, bununla bağlı, “Azərpoçt” MMC-nin vəzifəli şəxsi də cərimə edilib.

    Beləliklə, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən “Azərpoçt” MMC 50 000 (əlli min) manat, 598.1.1-ci 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən isə “Azərpoçt” MMC-nin vəzifəli şəxsi 10 000 (on min) manat məbləğində cərimə edilib.

  • İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

    İsmayıllının Tircan kəndində yerləşən “Zəngəzur Harmony” oteli və otelin tərkibində olan 5 ayrı tikili icra məmurlarının sifarişi ilə hərrac yolu ilə satışa çıxarılıb.

    Ən böyük sahəyə (1 764,8 kvadrat metr) məxsus 5 mərtəbəli bina – 3 milyon 350 min manat ilkin qiymətlə satışdadır.

    Digər tikililər isə belə qiymətləndirilib:

    1 590,5 kv.m olan 3 mərtəbəli obyekt – 2 milyon 800 min manat

    631,2 kv.m olan 3 mərtəbəli obyekt – 1 milyon 220 min manat

    255,4 kv.m olan 2 mərtəbəli obyekt – 870 min manat

    719 kv.m olan 2 mərtəbəli obyekt – 910 min manat

    Hərracın 28 aprel 2024-cü il tarixində baş tutacağı və iştirak etmək istəyənlərin ilkin satış qiymətinin 5%-i qədər beh ödəməli olduğu bildirilib.
    //valyuta.az

  • “Dədə Qorqud” şadlıq evi bağlandı – VİDEO

    Sumqayıtda şadlıq evinin fəaliyyəti dayandırılıb.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsinin Koroğlu prospekti ilə kəsişməsində yerləşən “Dədə Qorqud” şadlıq evində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

    Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Sumqayıt şəhəri, Sülh küçəsinin Koroğlu prospekti ilə kəsişməsində yerləşən “Dədə Qorqud” şadlıq evinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

  • Bağça müdiri olmaq istəyən keçmiş direktora qarşı dələduzluq: 33 min manat…

    Laçın rayon 1 saylı Uşaq musiqi məktəbinin keçmiş direktoru Gülsüm Məhərrəmova dələduzluq cinayətinin qurbanı olub.

    Gülsüm Məhərrəmova 2022-ci ildə sözügedən məktəbdəki vəzifəsindən öz ərizəsi ilə çıxdıqdan sonra Bakıda fəaliyyət göstərən uşaq bağçalarından birinə müdir təyin olunmaq istəyib.

    Həyat yoldaşının tanışlarından biri ona Yaqut adlı bir uzaq qohumunun Elm və Təhsil Nazirliyində çalışdığını və bu məsələdə kömək göstərə biləcəyini deyib.

    Gülsüm Məhərrəmova həyat yoldaşı ilə birlikdə Yaqut adlı həmin şəxslə görüşüb. O, 33 000 manat müqabilində bu məsələnin həll olunacağını bildirib. Razılaşmadan sonra göstərilən məbləğ Yaqut adlı xanıma təqdim edilib.

    Daha sonra məlum olub ki, Yaqut bu məsələ ilə bağlı Sabrina adlı başqa bir şəxslə əlaqə saxlayıb və işi onun vasitəsilə həll edəcəyini bildirib.

    Sabrina bağçaya təyinat üçün Yaqutdan 25 000 manat tələb edib. Yaqut ona 19 000 manat verib və qalan məbləğin isə iş həll olunduqdan sonra ödəniləcəyini deyib.

    Verilən vəd yerinə yetirilmədiyindən Gülsüm Məhərrəmova hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur olub. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddələri ilə cinayət işi başlanıb.

    Cinayət işinə Nərimanov rayon məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılıb. Hər iki şəxs – Sabrina və Yaqut verilən ittihamlar üzrə təqsirli biliniblər.

    Məhkəmənin hökmü ilə Yaquta 2 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə, Sabrinaya isə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
    //qaynar.az

  • Бельгия в 2025 году передаст Киеву два F-16

    Бельгия в 2025 году передаст Украине первые два истребителя F-16 для разбора на запчасти, еще два планируется отправить в 2026 году.

    Об этом заявил премьер-министр Бельгии Барт Де Вевер на совместной пресс-конференции с украинским лидером Владимиром Зеленским в Киеве, которую транслировал украинский телеканал “Рада”.

    “По F-16. Мы обещали стать главным поставщиком F-16 для Украины. Мы будем придерживаться своих слов. Два F-16 на запчасти поступят в этом году, два самолета – в следующем году. Мы надеемся, что их будет больше, но мы рассчитываем на F-35. С нашей стороны задержек не будет: как только мы получим F-35, сразу Украина может получить F-16”, – сказал он.

    Ранее начальник бельгийского Генштаба генерал от авиации Фредерик Вансина отмечал, что проблема запчастей для F-16 стоит очень остро, так как они больше не производятся. По его словам, это осложняет передачу Украине этих истребителей, а другие страны, использующие F-16, отказываются поделиться своими запасами комплектующих, понимая, что их невозможно пополнить. Он добавил, что срок жизни самолета F-16 ограничен 8 тыс. часов налета, и он не может быть продлен производителем.

  • Belçika 2025-ci ildə Kiyevə iki ədəd F-16 verəcək

    Belçika 2025-ci ildə Ukraynaya ehtiyat hissələri kimi istifadə etmək üçün ilk iki ədəd F-16 qırıcısı verəcək, daha iki qırıcının isə 2026-cı ildə göndərilməsi planlaşdırılır.

    Bu barədə Belçikanın Baş naziri Bart De Vever Kiyevdə Prezident Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

    “Biz Ukrayna üçün F-16-nın əsas tədarükçüsü olmağı vəd etmişdik və sözümüzə sadiq qalacağıq. Bu il ehtiyat hissələri kimi istifadə üçün iki F-16, gələn il isə iki təyyarə göndəriləcək. Ümid edirik ki, onların sayı daha çox olacaq, lakin biz F-35-ə güvənirik. Bizim tərəfimizdən gecikmə olmayacaq: biz F-35-i alan kimi, Ukrayna da dərhal F-16-nı ala bilər”, – o qeyd edib.

  • “Loğman”ın külli miqdarda borcu var: Baş həkimə “stop” qoyuldu

    Bakıda fəaliyyət göstərən “Loğman Klinikası”nın külli miqdarda vergi borcu var.

    “Loğman Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 132.367,89 AZN vergi borcu yaranıb.

    Əldə etdiyimiz məlumata görə, sözügedən borcun ödənişini gecikdirdiyinə klinikanın qanuni təmsilçisi və baş həkimi Quliyev İlqar Hüsü oğlunun ölkədən çıxışı məhdudlaşdırılıb.

    Qeyd edək ki, 3 il əvvəl “Loğman Klinikası”nın baş həkimini İlqar Quliyev ona 58 min manat atan iş adamı ilə gündəmə gəlmişdi.
    //qaynar.az

  • “Facebook” və “Messenger”də yeniyetmələr üçün xüsusi hesablar təqdim edildi

    “Meta” şirkəti “Facebook” və “Messenger” platformalarında 16 yaşdan aşağı istifadəçilər üçün nəzərdə tutulmuş xüsusi “Teen Accounts” hesablarının istifadəyə verildiyini elan edib. Yeni funksiya ABŞ, Böyük Britaniya, Avstraliya və Kanadada işə salınacaq və daha sonra digər regionlara da genişləndiriləcək.

    Qaynarinfo xəbər verir ki, bu barədə “TechCrunch” nəşri məlumat yayıb.

    “Teen Accounts” ilk dəfə ötən ilin sentyabrında “Instagram”da istifadəyə verilib. Bu addım “Instagram” və digər məşhur sosial şəbəkələrin ABŞ qanunvericiləri tərəfindən yeniyetmələrin onlayn təhlükəsizliyinin təmin edilməsində yetərsiz tədbirlər görmələri ilə bağlı tənqidlərindən sonra atılıb. “Meta” şirkəti son açıqlamasında “Instagram”da yeniyetmələr üçün nəzərdə tutulmuş bu hesablarla bağlı əlavə təhlükəsizlik funksiyalarının tətbiq olunduğunu da bildirib.

    “Facebook” və “Messenger” platformalarına bu funksiyaların genişləndirilməsi nəticəsində yeniyetmələr avtomatik olaraq təhlükəli məzmun və arzuolunmaz əlaqələrdən qorunmaq üçün nəzərdə tutulmuş mühitə yönləndiriləcək. 16 yaşdan aşağı istifadəçilər bu hesabların parametrlərini yalnız valideynlərinin icazəsi ilə dəyişə biləcəklər.

    “Meta”nın təqdimat bloqunda dəqiq məhdudiyyətlər açıqlanmasa da, şirkət “TechCrunch” nəşrinə göndərdiyi elektron məktubda bildirib ki, yeniyetmələr yalnız artıq yazışdığı və ya izlədiyi şəxslərdən mesaj ala biləcəklər.

    Bundan əlavə, yalnız yeniyetmənin dostları onun hekayələrini görə və onlara cavab verə biləcəklər. Etiketləmə, qeyd etmə və şərhlər də yalnız dostlar və izləyicilərlə məhdudlaşdırılacaq.

    Yeniyetmələr sosial şəbəkədə gündə bir saat istifadə etdikdən sonra fasilə vermələri üçün xatırlatmalar alacaqlar. Gecə saatlarında isə onlara avtomatik olaraq “Səssiz rejim” aktiv ediləcək.

    “Instagram”da tətbiq edilən yeni məhdudiyyətlərə görə, 16 yaşdan aşağı istifadəçilər valideyn razılığı olmadan canlı yayıma qoşula bilməyəcəklər. Həmçinin, şəxsi mesajlarda ehtimal olunan çılpaq görüntüləri bulanıqlaşdıran funksiyanı deaktiv etmək üçün valideyn icazəsi tələb olunacaq.

  • Rusiyanın 300 min dollardan baha olan ən elit PUA-sı vuruldu – VİDEO

    Ukrayna Silahlı Qüvvələri Liman istiqamətində Rusiyaya məxsus ən bahalı kəşfiyyat pilotsuz uçuş aparatını – “Merlin-VR”i məhv edib. Onun dəyəri 300 min dollardan çoxdur.

    Bu barədə OSUV “Xortıtsya” Teleqram kanalı məlumat yayıb.

    “Düşmənin qanadlarını qoparmaq üçün zenitçilərlə artilleriya briqadasının döyüşçüləri birlikdə hərəkət ediblər”, – xəbərdə deyilir.

    Bahalı Rusiya kəşfiyyat PUA-sını 63-cü mexanikiləşdirilmiş briqadanın hərbçiləri məhv ediblər.

    Artilleriyaçılar “ovu” mexanikiləşdirilmiş briqadanın əsgərlərindən əvvəl ələ keçirsələr də, piyada bölməsinin dronu nadir görüntülər əldə edib – hədəfin bir neçə kilometr yüksəklikdə vurulma anı qeydə alınıb.

    “Merlin-VR” 300 min dollardan baha başa gəlir. Bu rus PUA-sı 5 kilometr hündürlüyə qalxa, 10 saat havada qalaraq 600 kilometr məsafə qət edə bilir.
    //qaynar

  • Əməkdar artist əməliyyat olundu

    Tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.

    Bu barədə aktyor yenicag.az-a açıqlamasında özü məlumat verib.

    “Çox ağır göz əməliyyatı keçirdim. Demək olar ki, gözlərim görmürdü, kor olmuşdum. Bir çox həkimlərin yanına getdim, amma alınmırdı. Heç kim boynuna çəkmirdi. Yəqin, gözümün görməyinə ümidləri yox idi. “Dünyagöz” xəstəxanasından oftalmoloq-cərrah Fərəh xanım mənə çox böyük kömək etdi. İnsan gözsüz bir heçdir. Artıq gözlərim açılıb, indi cavan oğlan kimi görürəm. Gözümün nuru özümə qayıtdı”.